Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2224/2020 17.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili: Nümayəndə iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi Aydınoviç ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN 0073 saylı 30209108 kodlu dövlət aktının X2, X8, X4, X12 ilə birlikdə ona, yəni Ərizəçi Aydınoviçə də məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon X5 xx.xx.1996-cı il tarixli 12 saylı qərarı ilə onlara 1,45 ha torpaq sahəsi verilmişdir. Hüquqları JN 0073 saylı 30209108 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmin aktda onun adı və ata adı Emin Aydınoviç əvəzinə səhv olaraq Arsen Aydın oğlu yazılmışdır. Hazırda onun adı pasportda və digər sənədlərdə Emin, ata adı isə Aydınoviç yazılmışdır. O, xx.xx.1996-cı il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. İlk əvvəl olaraq onu evdə Arsen adı ilə çağırmışlar. xx xxxxxx 1997-ci il tarixdə adına doğum haqqında şəhadətnamə alınmış, həmin sənəddə adı Emin, ata adı Aydınoviç yazılmışdır. Bundan sonra ona məxsus pasportda da adı Emin ata adı isə Aydınoviç yazılmışdır. Odur ki, dövlət aktında olan uyğunsuzluğu aradan qaldırmaq üçün DƏDRX-nə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Ərizəçinin nümayəndəsi H.M,Məlikov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ərizəçinin doğum haqqında şəhadətnaməni xx xxxxxx 1997-ci ildə verildiyindən xx xxxxxx 1996-cı il tarixli Dövlət Aktını ərizəçiyə məxsus olması faktiki olaraq mümkün deyildir. Belə ki, qeyd olunan sənədlərdən müəyyən olunur ki, doğum haqqında şəhadətnamə verilməzdən əvvəl müvafiq torpaq sahəsinə dair X10 tərəfindən qərar qəbul edilmişdir. Göründüyü kimi, məhkəmə ərizəçinin ərizəsini təmin olunmasında imtinasını onunla əsaslandırmışdır ki, onun adına doğum haqqında şəhadətnamə xx xxxxxx 1997-ci il tarixdə verildiyi halda, xx xxxxxx 1996-cı il tarixli Dövlət aktının ərizəçiyə də məxsus olması «faktiki olaraq» mümkün deyildir. Dövlət aktında adı Arsen yazılmışdır, bu hal onu rəsmi doğum haqqında Şəhadətnamə alana qədər həmin adla çagırılmağı olmuşdur. Doğum haqqında Şəhadətnamə alınarkən isə adı rəsmi sənəddə Emin yazılmışdır. İş üzrə şahid qismində dindirilmiş əmisi Polad Apayev də adı ilə eyni məzmunlu ifadə vermişdir. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(067)-1207/2020 saylı qətnaməsini ləğv edib, yerində Ərizəçi Aydınoviçin ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəni rədd edərkən, ərizəçinin doğum haqqında şəhadətnamənin Dövlət aktı verildikdən sonra verilməsinə, digər tərəfdən ərizəçinin başqa Ölkənin vətəndaşı olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 0073 saylı 30209108 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon X5 xx.xx.1996-cı il tarixli 12 nömrəli qərarına əsasən X1, X6, X3, X7 və X9 mülkiyyətinə 1,45 hektar torpaq sahəsi verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi Aydınoviç xx.xx.1996-cı ildə anadan olmuş, şəhadətnamənin verildiyi tarix xx xxxxxx 1997-ci il qeyd olunmuşdur. İş əlavə olan DƏDRX-nin 5 saylı ərazi idarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN 0073 saylı 30209108 kodlu dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan vətəndaşın MT 283401 nömrəli pasportunun surətindən müəyyən olunur ki, Ərizəçi Ukrayna vətəndaşıdır. İşdə olan sənədlərdən müəyyən olunmuşdur ki, Ərizəçi adına doğum haqqında şəhadətnamə xx xxxxxx 1997-ci il tarixdə verilmiş, Xaçmaz rayonunun Ağyazı-buduq kəndi ərazisində yerləşən 1,45 ha torpaq sahəsi isə Xaçmaz rayon X5 qərarına əsasən Ərizəçi Aydınoviçin və digər ailə üzvlərinin mülkiyyətinə xx.xx.1996-cı il tarixdə verilmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, Ərizəçi Ukrayna vətəndaşıdır. Məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən onun doğum haqqında şəhadətnaməsi xx xxxxxx 1997-ci il tarixdə verildiyindən xx xxxxxx 1996-cı il tarixli dövlət aktının ərizəciyə də məxsus olması “faktiki olaraq” mümkün olmaması barədə məhkəmənin gəldiyi nəticəni düzgün hesab edilməməsi barədə dəlili qəbul etmir. Belə ki, qeyd olunan sənədlərdən müəyyən olunur ki, doğum haqqında şəhadətnamə verilməzdən əvvəl müvafiq torpaq sahəsinə dair X10 tərəfindən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Ərizəçinin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(067)-1207/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2224/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2224/2020
17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver