Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2241/2021 24.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili X6 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(074)-38/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(074)-38/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı Cavabdeh1 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, imtina ərizəsinin etibarsız hesab edilməsi və vərəsə kimi tanınma tələbinə dair mülki iş üzrə iddianı təmin etmə tədbirinin görülməsi barədə Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(074)-266/2020 saylı və Şamaxı Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 2(074)-266/2020 saylı qərardadları ilə təmin olunmuş iddianın təmini tədbirlərinin ləğv edilməsi qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Şamaxı rayon notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 07 fevral 2018-ci il tarixli vərəsəlikdən imtina barədə ərizələrinin etibarsız hesab edilməsi, atası X1 və anası X3 qalan onun hissəsinə düşən Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 17 saylı evə və 05.02.1993-cü il tarixli Şamaxı rayon İctimai iaşə müəssisələri birliyi ilə Şamaxı rayonu “Xeyriyyə” sahibkar müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən Çuxuryurd kəndində yerləşən “Su sexi” və həmin sexin tikintisi üçün ayrılmış torpaq sahəsinin Şamaxı rayonu “Xeyriyyə” sahibkar müəssisəsinə verilmiş, Çuxuryurd bələdiyyəsi ilə X7 arasında bağlanmış 03 mart 2001-ci il tarixli, 03 nömrəli torpaqların alqı-satqısına dair akta əsasən 0,5 ha torpaq sahəsinə dair miras əmlaka vərəsə kimi tanınmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı 01.07.2007-ci il tarixdə vəfat etmiş atası X4 və 15.08.2016-cı il tarixdə vəfat etmiş anası X5 tam hüquqlu vərəsəsi kimi tanınması, 07 fevral 2018-ci il tarixdə Şamaxı rayon Dövlət notariat kontoru tərəfindən təsdiq olunmuş İddiaçı atasından və anasından miras qalmış əmlakdan imtina etməsi barədə ərizələrinin etibarsız hesab edilməsi, 07 dekabr 2004-cü il tarixdə bağlanmış Şamaxı rayon Dövlət notariat kontorunda 4Ə/3/499 reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi, Sabirabad rayonunun Cavabdeh2riat ofisində 15 avqust 2020-ci il tarixli, 3M-249 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş qeydiyyat sənədlərinin ləğv edilməsi, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, “Su sexi” kimi fəaliyyət göstərən “Xeyriyyə” sahibkar müəssisəsi, onun ətrafında olan torpaq sahələrinə, üzərində olan tikililərə və 15.08.2016-cı il tarixdə vəfat etmiş anası X3 miras qalmış Şamaxı şəhəri, N.Nəcəfov küçəsi, 17 saylı evə münasibətdə qalmış mirasdan İddiaçı 1/2 payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(074)-266/2020 saylı qərardadı ilə mülki iş üzrə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 17 saylı fərdi yaşayış evinin və Çuxuryurd bələdiyyəsi ilə X7 arasında bağlanmış 03 mart 2001-ci il tarixli, 03 nömrəli "Torpaqların alqı-satqısına” dair akta əsasən X8 tərəfindən satın alınmış 0,5 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi, sənədləşdirilmə işlərinin (alqı-satqısı, qeydiyyata alınması, vərəsəlik və s), həmin torpaq sahəsi ilə bağlı hər hansı tikinti, söküntü işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Şamaxı Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 2(074)-266/2020 saylı qərardadı ilə mülki iş üzrə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi “Xeyriyyə” məhdud məsuliyyətli cəmiyətinin (********** VÖEN) özgəninkiləşdirilməsinin, digər sənədləşdirilmə işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Şamaxı Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(074)-38/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, imtina ərizəsinin etibarsız hesab edilməsi və vərəsə kimi tanınma tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardadı qanunsuz və əsassız hesab edir. Belə ki, Cavabdeh1 notariat və vergi orqanlarına müraciət edərək həmin cəmiyyətin satılaraq özgəninkiləşdirilməsinə çalışır. Məhkəmə tərəfindən qoyulmuş qadağanın aradan qaldırılmasına hər hansı zərurət olmamışdır. Qərardad ləğv olunmadığı halda, cəmiyyət satılaraq özgəninkiləşdiriləcək, gələcəkdə onun, üçüncü şəxslərin hüquqlarının pozulması və məhkəmə süründürməçiliyi ilə nəticələnəcəkdir. Şikayətdə iş üzrə qərardadın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 şikayətdə göstərilənlərə uyğun izahat verdi. Cavabdeh1 məhkəmə iclasında şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şamaxı Regional “Asan xidmət” mərkəzində notariat ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 14 saylı Şamaxı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(074)-266/2020 saylı qərardadı ilə mülki iş üzrə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 17 saylı fərdi yaşayış evinin və Çuxuryurd bələdiyyəsi ilə X7 arasında bağlanmış 03 mart 2001-ci il tarixli, 03 nömrəli "Torpaqların alqı-satqısına” dair akta əsasən X8 tərəfindən satın alınmış 0,5 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi, sənədləşdirilmə işlərinin (alqı-satqısı, qeydiyyata alınması, vərəsəlik və s), həmin torpaq sahəsi ilə bağlı hər hansı tikinti, söküntü işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Şamaxı Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 2(074)-266/2020 saylı qərardadı ilə mülki iş üzrə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi “Xeyriyyə” məhdud məsuliyyətli cəmiyətinin (********** VÖEN) özgəninkiləşdirilməsinin, digər sənədləşdirilmə işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(074)-38/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, imtina ərizəsinin etibarsız hesab edilməsi və vərəsə kimi tanınma tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, Şamaxı Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(074)-38/2021 saylı qətnaməsi qanuni qüvvəyə minməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddianı etmək tədbirlərinin ləğv edilməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış və əsassız olaraq Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(074)-266/2020 saylı və Şamaxı Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 2(074)-266/2020 saylı qərardadlarının ləğv ediməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti qismən təmin edilsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(074)-38/2021 saylı qərardadı ləğv edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2241/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2241/2021
24.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver