Məhkəmə qərarları › İş №2(105)-2243/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2243/2020

07.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2243/2020 07.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X4 və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, iddiaçılar İddiaçı və X6, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(0127)-930/2020 saylı qətnaməsindən Cavabdeh ASC-nin nümayəndəsi F.Kazımovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ET Dİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(0127)-930/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı və X3 Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia təmin edilib, Cavabdeh ASC tərəfindən X5 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 203 ünvanında yerləşən yuyucu sexinə görə hesablanmış 4.104 (dörd min yüz dörd) manat borcun silinməsi qət edilmişdir. Cavabdeh ASC-nin nümayəndəsi F.Kazımov apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(0127)-930/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı və X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edib, “xxxxx” ASC-nin X9 İdarəsinin əməkdaşları tərəfindən yazılmış inventar aktının etibarsız hesab edilməsi və hesablanmış 4.104 (dörd min bir yüz dörd manat) məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh ASC-nin nümayəndəsi F.Kazımov apelaysiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10961, 1115-ci madələrinin, «Sudan istifadə qaydaları haqqında» və «Su təchizatı və tulantı suları haqqında» Qanunun normaları və prosesaual qanunverciliyin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(0127)-930/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı və X6 apelyasiya şikayətinə etiraz edib, rədd edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar İddiaçı və R.E.Quliyev istehlakçı olaraq pozulmuş hüququnun müdafiəsi üçün Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfdən işə mahiyyəti üzrə baxılaraq iddia tələbi təmin edilmişdir. İş materiallarında olan Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün 130862 saylı, xx xxxxxx 2012-ci il tarixli müqavilədən müəyyən edilir ki, Cavabdeh ASC-nin X9 İdarəsi və X6 arasında ünvan 2 ünvanında məişət (təsərrüfat) – içməli və istehsalat məqsədi ilə suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 09332 nömrəli inventar aktından müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən yuyucu obyektində su sayğacına keçirilən baxış zamanı sudan d=70 mm-lik boru vasitəsilə sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi faktı aşkar edilmiş və bu barədə tərtib olunmuş İnvertar aktı X9 İdarəsinin mühəndis və nəzarətçiləri tərəfindən imzalansa da, obyektin nümayəndəsi tərəfindən imzalanmasından imtina edilmişdir. X9 İdarəsinin xx.xx.2019-cu il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən yuyucu sexində sudan D=70 mmlik boru var və sayğacdankənar qeyri-qanuni istifadə olunur. Kənar xətt kəsilərək ləğv olunmuş, 2052 kub.metr miqdarında 4104 manat dəyərində sudan qeüri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurulmuşdur. Vergi ödəyicilərinin məlumatları barədə məlumat vərəqindən görünür ki, X6 xx xxxxxx 2007ci il tarixdən vergi ödəyici kimi dövlət qeydiyyatına alınmış və onun adına ********** nömrəli VÖEN açılmışdır. Hazırki halda iş materiallarından görünür ki, iddiaçı tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, cavabdeh isə Cavabdeh ASC hüquqi şəxsdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı qərarına əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, “xxxxxxxx” ASC, Cavabdeh ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. İddiaçı iddia ərizəsində göstərdiyi əsaslarla ümumi məhkəməyə müraciət etmişdir. Halbuki, yuxarıda qeyd edilənlərə əsasən onun əsil niyyəti ilə bağlı mübahisənin həlli üçün o, həmin vaxt mövcud olmuş Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli idi. Buna baxmayaraq, Abşeron Rayon Məhkəməsi iddia ərizəsini icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarı instansiya məhkəmələri məhkəmələr tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(0127)-930/2020 saylı qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh ASC-nin nümayəndəsi F.Kazımovun verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(0127)-930/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı və X3 Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Telman Quliyev Hakimlər: Telman Məmmədov Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar