Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2259/2020 26.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı və digər iddiaçının nümayəndəsi: İddiaçı1, İddiaçıların nümayəndəsi və vəkili: Vəkil1 və Vəkil3, Cavabdeh1 və Cavabdeh3nın nümayəndəsi və vəkili: Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 və Xaçmaz rayonu 1 saylı Notariat Ofisinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Xaçmaz rayonu 1 saylı Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu, 1 saylı notariat kontorunda İddiaçı2 ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 arasında bağlanmış xx xxxxxxx 2008-ci il tarixli, 3M-3/655 saylı müqavilənin etibarsız hesab edilməsi, xx xxxxxxx 2008-ci il tarixli, 3M-3/655 saylı əqd üzrə Hökmə Qarayevaya, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3ya verdiklərinin onlardan alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il tarixdə «xxxxx» MMC-ni İddiaçı2 adına təsis etmişdir. Cəmiyyətin nizamnamə kapitalı 3 AZN həcmində olmuş və nizamnamə kapitalı hər birinin dəyəri 1 AZN olmaqla 4 paydan ibarət olmuşdur. xx.xx.2006-cı il tarixdə «xxxxx» MMC dövlət qeydiyyatına alınmış və iddiaçı həmin tarixdə «xxxxx» MMC-yə direktor seçilmişdir. Həmin tarixdən İddiaçı2 adına torpaq sahələri alıb üzüm və meyvə bağları salmışdır. Ciddi hesabat blanklarından, yəni kassa mədaxil orderindən göründüyü kimi, «xxxxx» MMC-yə 2007-2011-ci illərdə 2.578.220 manat sərmayə qoymuşdur. Sərmayə əldə etmək üçün sahibkarlıq fonduna, banklara müraciət etmişdir. Bir neçə ay olar ki, iddiaçı «xxxxx» MMC tərəfindən cəmiyyətdəki fəaliyyətindən kənarlaşdırılmışdır. Bundan sonra göstərilən məsələyə aydınlıq gətirdikdə iddiaçıya məlum olmuşdur ki, xx xxxxxxx 2008-ci il tarixli müqavilə əsasında İddiaçı2 «xxxxx» MMCni, nizamnaməsi, şəhadətnaməsi, möhür, ştampı və müəssisəyə aid hüquqlarını (daşınar və daşınmaz əmlak istisna olmaqla) vətəndaş Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3ya bərabər, hər birinə 1/4 hissələrdə satmışdır. İddiaçı2 həmin müqavilə əsasında guya onların hər birindən 100 manat olmaqla cəmi 400 manat pul almışdır. Həmin müqavilədə alqı-satqının qiymətinə, müqavilənin şərtlərinə nəzər yetirdikdə həmin müqavilənin uydurma-etibarsız olduğu bəlli olmaqdadır. Bunu bugünkü gün S.A.Quliyevin özü də etiraf etməkdədir. Milyonlarla dəyəri olan hüququ şəxs necə 400 manata satıla bilərdi? Bundan əlavə həmin hüququ şəxs onun sərmayəsi əsasında qurulmuşdur. Həmin mövcudluğundan bir neçə ay olar ki, xəbər tutmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə iddianı rədd edərkən, cavabdehlər tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizəyə istinad etmişdir. Göründüyü kimi, məhkəmənin qətnaməsi ziddiyətlidir. Əgər məhkəmə iddia müddətini tətbiq edirdisə bu halda məhkəmə iddianın imtina barəsində qərar çıxarmalı idi. xx xxxxxxx 2008-ci il tarixli 3M-3/655 saylı müqavilənin mövcudluğundan bir neçə ay olar ki, xəbər tutmuşdur. Qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin müqavilə baxmayaraq ki, bir başa onun maraqlarına toxunmuşdur, lakin qanunvericiliyin tələblərinə əsasən həmin müqavilə ona göndərilməməli idi. Çünki o, həmin müqavilədə tərəf olmamış və həmin müqavilədən xəbər tutmamışdır. Ona görə də məhkəmə tərəfindən iddia müddətinin tətbiqi əsassızdır. Həmçinin, «xxxxx» MMC Şabran Rayon Məhkəməsində ona qarşı 2019-cu ilin sentyabr ayında iddia qaldıraraq onun DƏDRX-nin X3 xx xxxxxx 2008-ci il tarixli çıxarışa əsasən xx xxx 2011-ci il tarixli müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Orada onun tərəfindən iddia müddəti tətbiq olunması barədə ərizə qəbul edilməmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(031)-273/2020 saylı qətnaməsinin ona aid hissədə ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İddiaçı1 xx xxxxxxx 2006-cı il tarixdə «xxxxx» MMC-ni onun adına təsis etmişdir. O, yeganə təsisçi olduğundan cəmiyyətdə payı 100% olmuşdur. xx xxxxxxx 2006-cı il tarixdə «xxxxx» MMC dövlət qeydiyyatına alınmışdır. Həmin tarixdən İddiaçı1 onun adına torpaq sahələri alıb üzüm və meyvə bağları salmışdır. O, uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün xx xxxxxxx 2008-ci il tarixli müqavilə bağlayaraq «xxxxx» MMC-nin nizamanaməsi, möhür, ştampı və müəssisəyə aid hüquqlarını cavabdehlərə bərabər, hər birinə ¼ hissələrlə satmışdır. Həmin müqavilə əsasında guya onların hər birindən 100 manat olmaqla, cəmi 400 manat pul almışdır. Müqavilənin məzmunu belə qanunvericiliyin tələblərinə zidd şəkildə tərtib edilmişdir. Məhkəmənin qətnamələrindən və bu müqavilədən istifadə edən cavabdehlər qanunsuz şəkildə ona məxsus bütün daşınar və daşınmaz əmlaklara sahiblənmişlər. Məhkəmə iddianı rədd edərkən, cavabdehlər tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizəyə istinad etmişdir. Göründüyü kimi, məhkəmənin qətnaməsi ziddiyətlidir. Əgər məhkəmə iddia müddətini tətbiq edirdisə, bu halda məhkəmə iddianın imtina barəsində qərar çıxarmalı idi. Şabran Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2(031)-273/2020 saylı qətnaməsinin ona aid hissədə ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 nümayəndəsi öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər, İddiaçı2 apellyasiya şikayətini qəbul etdilər, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, İddiaçı1 apellyasiya şikayətini qəbul etdi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil3 öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, İddiaçı2 apellyasiya şikayətini qəbul etdi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 və Cavabdeh3nın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Xaçmaz rayonu 1 saylı Notariat Ofinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası İddiaçı2 milyonlarla dəyəri olan hüquqi şəxsin necə 400 manata satılması barədə və bu əsasla əqdin etibarsız hesab olunması barədə gətirdiyi dəlili qəbul etmir. İşə əlavə edilmiş xx xxxxxxx 2008-ci il tarixli müqavilədən görünür ki, xx xxxxxxx 2008-ci il tarixli müqavilə əsasında İddiaçı2 «xxxxx» MMC-ni, nizamnaməsi, şəhadətnaməsi, möhür, ştampı və müəssisəyə aid hüquqlarını (daşınar və daşınmaz əmlak istisna olmaqla) vətəndaş Hökmə Qarayevaya, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3ya bərabər, hər birinə 1/4 hissələrdə satmışdır. İddiaçı2 həmin müqavilə əsasında onların hər birindən 100 manat olmaqla cəmi 400 manat pul almış və həmin müqavilənin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalar ilə bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377-ci maddəsinin tələbinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 mübahisələndirdiyi xx xxxxxxx 2008-ci il tarixli, 3M-3/655 saylı əqd üzrə müqavilədən müqavilə bağlanan andan məlumatları olmuşdur. Tərəflər arasında iş birliyi olmuş, birgə fəaliyyət göstərmişlər. Bununla da iddiaçılar həmin müqaviləyə görə iddia müddətini keçirmişdir. Göründüyü kimi, iddiaçıların mübahisələndirdiyi əqd 2008-ci il tarixdə bağlanmışdır. İddiaçılar isə hazırkı tələblə xx xxxxxx 2020-ci il tarixdə, bir sözlə 12 il sonra müraciət etmişdir. İddiaçı tərəf məhkəməyə qanunla nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən ötürülməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iddiaçıların birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiq edilməklə, iddianın rədd edilməsi üçün əsas olmaması, iddianın imtina olunması barədə qərardad qəbul olunması barədə gətirdiyi dəlilidə qəbul etmir. Məhkəmə öz mövqeyinin əsaslandırılmasını davam edərək qeyd edir ki, qanunvericilik iddia müddəti ötürüldüyü və buna dair müvafiq ərizənin cavabdeh tərəfindən təqdim edildiyi halda, məhkəmə qarşısında imperativ tələb qoyur. Belə ki, bu halda məhkəmə iddiadan imtina barəsində qərar çıxarmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası bunu da qeyd edir ki, mübahisə olunan əqd İddiaçı2 və cavabdehlər arasında bağlanmışdır. Digər İddiaçı1 müqavilə üzrə tərəf olmamış və həmin müqavilənin mübahisələndirməsi heç bir subyektiv hüququna malik deyildir. Bundan əlavə olaraq İddiaçı1 «xxxxx» MMC-nə xeyli miqdarda vəsaitin xərclənməsi barədə gətirdiyi dəlilə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu dəlil mübahisə olunan əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Beləliklə, məhkəmə kollegiyası iddaçıların apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətləri təmin edilməsin. Şabran Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(031)-273/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2259/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2259/2020
26.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver