Məhkəmə qərarları › İş №2(105)-2263/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2263/2020

11.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2263/2020 11.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçılar X4, İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4 cavabdeh Sumqayıt şəhəri 1 saylı Notariat kontoruna qarşı mirasın qəbul etmə müddətinin uzaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-9796/2019 saylı qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia tələbinin təmin edilməsi, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4anaları X2 miras qalmış əmlakın qəbul edilməsi müddətinin uzadılması qət edilmişdir. X7 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Konturuna qarşı «mirasın qəbul etmə müddətinin uzadılması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, anaları X3 xx.xx.2009-cu ildə vəfat etdikdən sonra ondan qalmış miras əmlakın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, anaları X8 xx.xx.2009-cu ildə vəfat etmişdir. Mərhum anaları vəfat etdikdən sonra onun bir otaqlı mənzilində qardaşları X6 yaşamışdır. Hal-hazırda qardaşları X6 da vəfat etdiyindən həmin mənzil boş qalmış və buna görə də onlar vaxtında Notariat Konturuna vərəsəliyin qəbul edilməsi ərizəsi ilə müraciət etməmişlər. Bu yaxınlarda Notariat Konturuna müraciət etdikdə onlara cavab olaraq, Sumqayıt şəhər 1 saylı Notariat Konturunun xx xxxxxx 2019-cu il tarixli məktubu ilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ X7 qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması, işin həqiqi hallarının nəzərə alınmaması nəticəsində yalnız formal mülahizələr əsasında qəbul edilmiş, buna görə də qətnamə ləğv edilərək, iddia tələbi rədd edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı X9 apellyasiya şikayətini qəbul etməyərək, izahatında göstərdi ki, onlar beş bacı, bir qardaşdırlar və qardaşları X6 vəfat etmiş, bacıları X1. Ona görə də Ülviyyə Talıbovanın vərəsəlik hüququ yaranmadığından, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı3 izahatında göstərdi ki, onlar beş bacı, bir qardaşdırlar və qardaşları X6 vəfat etmiş, bacıları X1. Ona görə də Ülviyyə Talıbovanın vərəsəlik hüququ yaranmadığından, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçılar İddiaçı1, İddiaçı4, cavabdeh Sumqayıt şəhər 1 saylı notariat kontoru və X5 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini iddiaçılar tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə əsaslandırmış və məhkəmənin gəldiyi bu nəticəni X7 mübahisələndirərək, apellyasiya şikayəti vermiş, iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4 cavabdehSumqayıt şəhəri 1 saylı Notariat kontorunaqarşımirasın qəbul etmə müddətinin uzaldılması ilə bağlı iddia tələbi irəli sürmüş və onların bu tələbi təmin edilmiş, X7 bundan narazı qalaraq apellyasiya şikayəti verməklə yanaşı müddətin bərpa edilməsinə dair vəsatət də vermiş, vəsatəti təmin edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə Ülviyyə Talıbovanın mövcud məhkəmə aktını mübahisələndirmək hüququna malik olmasına qiymət verilməsini zəruri hesab edir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia tələbindən görünür ki, iddiaçılar mərhum X3 birinci növ vərəsələridir və onlar anaları mərhum Suruş Talıbovadan miras qalmış əmlaka mirasın qəbul edilməsi müddətinin uzadılmasını məhkəmədən xahiş etmişlər. Onlar həmçinin göstərmişlər ki, qardaşları X6 hazırda vəfat etmiş, digər bacıları X1. Ülviyyə Talıbova isə sonuncunun qızıdır. Mülki Məcəllənin 1134.1. maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar Mülki Məcəllənin 1159.1.1.,1159.1.3. maddələri). Göründüyü kimi iddiaçılar mərhum miras qoyan X3 qızları olmaqla Mülki Məcəllənin 1159.1.1. maddəsində nəzərdə tutulan birinci növbəli vərəsələr sırasına daxildir, lakin Ülviyyə Talıbova isə mərhum X3 nəvəsidir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, X7 hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malik olmadığından, başqa sözlə desək, bu hüquqa sonuncunun valideyni X10 malik olduğundan, apellyasiya şikayəti təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar