Məhkəmə qərarları › İş №2(105)-2268/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2268/2021

10.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2268/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, məhkəmə katibi X16, İddiaçı nümayəndəsi və vəkili X29, Cavabdeh, nümayəndəsi və vəkili X20 iştirakı ilə Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-2017/2019 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili V.İ.Kərimov tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-2017/2019 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı mirasdan pay verilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu tərəfindən Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına verilmiş ünvan 1 ünvanda yerləşən miras əmlakdan ½ hissədə paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili V.İ.Kərimov apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-2017/2019 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahilş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(105)-1514/2020 saylı qətnaməsi ilə Cavabdeh nümayəndəsi və vəkili V.İ.Kərimovun apelyasiya şikayəti təmin edilib, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-2017/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı mirasdan pay verilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(102)-2088/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(105)-1514/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba regional “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən ünvan 2 ünvanına dair Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına təmsilçilik üzrə miras əmlakdan ½ hissədə pay ayrılması barədə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli, 2(027)-1653/2017 saylı qətnaməsi ilə iddiaçılar Rufullayeva Xuraman Abdulhəmid qızının və Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının mirasın faktiki qəbul etmə müddətinin uzadılması, onlara çatacaq payların müəyyən edilməsi, ayrılıb onlara verilməsi və həmin payla bağlı onlara vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddia tələbi qismən təmin edilərək, X5 məxsus olmaqla ondan miras qalmış ünvan 3 ünvandakı yaşayış evinə vərəsələri onun və nəvəsi Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının mirası qəbul etmələri faktının müəyyən edilməsi, X5 məxsus olmaqla ondan miras qalmış ünvan 3 ünvandakı yaşayış evinin ½ hissəsinə onun və ½ hissəsinə Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının vərəsəlik üzrə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2018-ci iİ tarixli, 2(105)1781/2018 saylı qətnaməsi ilə cavabdeh və digərləri tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilib, Quba Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli, 2(027)-1653/2017 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar Rufullayeva Xuraman Abdulhəmid qızı və Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının ona, X7 və X6 qarşı mirasın faktiki qəbul etmə müddətinin uzadılması, Rufullayeva Xuraman Abdulhəmid qızına və Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına çatacaq payların müəyyən edilməsi, ayrılıb onlara verilməsi və həmin payla bağlı onlara vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2(102)-7616/2018 saylı qərarı ilə iddiaçılar Rufullayeva Xuraman Abdulhəmid qızı və Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli, 2(105)-1781/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Evə dair şəhadətnamə və çıxarış əldə etmək üçün hər üç instansiya məhkəməsinin qərarlarını və evin mövcud sənədlərini toplayıb 2019-cu ilin fevral ayının birinci ongünlüyündə Quba regional Maraqlı şəxsnə müraciət etmişdir. Notariat ofisinin əməkdaşları tərəfindən ona siyahı təqdim edilmiş və siyahıda qeyd olunan sənədləri topladıqdan sonra yenidən müraciət etməyinin vacibliyi bildirilmişdir. Lakin o, sənədləri toplayıb təqdim etdiyi zaman öyrənmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmasına baxmayaraq Quba regional Maraqlı şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydalar haqqında Təlimat”ın 99-cu bəndinə əsaslanaraq 11.07.2019-cu il tarixdə Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına təmsilçilik üzrə miras əmlakdan ½ hissədə pay verilmişdir. Halbuki o, 04.12.2008-ci il tarixdə vəfat etmiş X3 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı notariat ofisinə X4 yeganə vərəsəsi olaraq onun tanınması və miras əmlakdan tam pay alınması ilə bağlı müraciət etdikdə, ona rəsmi qaydada imtina məktubu verilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının 2017-ci ilin aprel-may aylarında mirasdan onlara çatacaq payların müəyyən edilməsi, ayrılıb onlara verilməsi və həmin payla bağlı onlara vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə ilk müraciəti zamanı, məhkəmə tərəfindən izah olunmuşdur ki, mirası qəbul etmə müddətinin uzadılması ilə bağlı ilk növbədə notariat orqanına müraciət etməli, notarius tərəfindən imtina məktubu alacağı təqdirdə yenidən müraciət etməlidir. Belə ki, Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızı 2017-ci ilin aprel-may aylarında bir dəfə notariat orqanına müraciət etmiş və oradan imtina məktubu alaraq məhkəmə qaydasında iddia qaldırmışdır. Həmin işlə bağlı isə iddia tələbinin təmin edilməməsi barədə məhkəmə aktları qəbul edilmişdir. Göründüyü kimi, Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızı mirası qəbul etmə müddətini ötürdüyünə görə birinci müraciətində notariat ofisi ona həmin məsələnin məhkəmə qaydasında həll olunmasını bildirmiş, notariusdan imtina məktubu alıb məhkəməyə müraciət etmiş, lakin 2 iİ sonra bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmasına baxmayaraq ikinci müraciəti təmin edilərək Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına mirasdan qanunsuz olaraq pay ayrılmışdır. Cavabdeh tərəfindən Quba regional Maraqlı şəxsnə mirasın faktik qəbul edilməsi barədə hər hansı sənəd təqdim edilmədiyindən, eləcə də onun buna razılığı olmadığından miras qoyanın nəvəsi Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına təmsilçilik üzrə miras əmlakdan ½ hissədə payın ayrılması maddi hüquq normalarının kobud surətdə pozulması ilə nəticələnmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh nümayəndəsi və vəkili V.İ.Kərimov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 30 sentyabr 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Quba regional "ASAN xidmət" mərkəzində notariat ofisinin notariusu tərəfindən ona ünvan 1-da yerləşən miras əmlakdan ½ hissədə payına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas Quba Rayon Məhkəməsinin 03.07.2017-ci il tarixli, 2(027)-1653/2017 saylı qətnaməsi olmuşdur. Halbuki nə iş materiallarından, nə də tərəflərin izahatlarından bu hal görünmür və öz təsdiqini tapmır, əksinə, İddiaçı miras əmlakın qəbulu üzrə müddət məsələsinə istinad edərək onun miras əmlaka heç bir hüququ olmamasını göstərmişdir. Məhkəmə qətnaməsində hansı mötəbər sübuta əsaslanaraq belə bir nəticəyə gəldiyini göstərməmişdir. Üstəlik bu barədə notariat ofisinə sorğu belə verilməmiş və qətnamədə buna istinad olunmamışdır. Göründüyü kimi, məhkəmə işdə olan sübutlar əsasında qətnamə qəbul edərkən işin mahiyyəti barədə yanlış təsəvvür yaratmış, işin hallarına uyğun gəlməyən dəlilə istinad etmişdir. Başqa sözlə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir. Əgər məhkəmə istinad etdiyi Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollgeyasının 20.06.2018-ci il tarixli, 2(105)- 1781/2018 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.11.2018-ci il tarixli, 2(102)-7616/2018 saylı qərarına diqqətlə yanaşmış olsaydı, daha düzgün nəticəyə gəlmiş olardı. Belə ki, həmin mülki iş üzrə iddiaçılar olan X2 və onun iddia tələbi rədd edilərkən hər iki məhkəmə aktında qeyd edilmişdir ki, “...miras əmlakın qəbul edilməsindən ötrü mübahisələndirilən əmlak vəfat edən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Bundan sonra, həmin əmlak vəfat edən şəxsdən miras qalmış əmlakın kütləsinə daxil olur ki, vərəsələri tərəfindən miras əmlak kimi qəbul edilsin. Hazırki iş üzrə mübahisələndirilən əmlak Gülgəz İdrisovanın istifadəsində olsa da, sonuncu tərəfindən mülkiyyət hüququ ilə adına müvafiq hüquq müəyyənedici sənəd (çıxarış) əldə edilməmişdir ki, bu da həmin əmlakın vərəsəlik qaydasında qəbul edilməsi üçün miras əmlak kütləsinə daxil olmasını istisna edir... Torpaq qeydi şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olan sənəddir. Həmin sənəd alınmadan şəxs ölərsə, bu zaman onun vərəsələri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 22.2-ci maddəsinə əsasən qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsinin mümkünlüyü təsbit edilmişdir. Lakin qeyd edilən əmlak nə vəfat edən şəxsin adına rəsmiləşdirilmiş, nə də vərəsələri tərəfindən belə bir arayış alınaraq rəsmiləşdirilmə üçün müraciət edilmişdir...” Göründüyü kimi, yuxarı məhkəmə instansiyaları hesab etmişlər ki, ünvan 2 ünvanında yerləşən ev ilk öncə daşınmaz əmlak kimi dövlət qeydiyyatından keçməli və bununla da ölmüş miras qoyan X4 miras əmlak kütləsinə daxil olmalı və yalnız bundan sonra vərəsələr həmin əmlakı qanun və ya vəsiyyət üzrə vərəsəlik hüququ ilə miras əmlak kimi qəbul edə bilərlər. O, məhz yuxarı instansiya məhkəmələrinin göstərişlərini nəzərə alaraq əvvəlcə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 102,9 m2 fərdi yaşayış evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,0405 ha olan torpaq sahəsini daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata aldırmış və yalnız bundan sonra həmin daşınmaz əmlaklar barədə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət etmişdir. Buna baxmayaraq, məhkəmə qətnaməsində bu hala, ümumiyyətlə, qiymət verilməmiş, nəticədə iş üzrə yanlış qətnamə qəbul etmişdir. İddia ərizəsində göstərilən miras əmlakın qəbulu müddəti ilə bağlı məsələyə münasibətdə qeyd edilməlidir ki, iş üzrə əvvəlki məhkəmə qətnamələri ilə artıq müəyyən edilmiş hallardan görünür ki, o, 28.05.1985-ci il tarixdə doğulmuş, atası X14, anası Rufullayeva Xuraman Abdulhəmid qızıdır, X14 09.12.1985-ci il tarixdə, X9 04.12.2008-ci il tarixdə vəfat etmişlər. Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin tələbinə əsasən atası Üzeyir Rufullayevin vəfat etməsi ilə gələcəkdə qanun üzrə vərəsə kimi atasına çatacaq əmlak və əmlak hüquqları qanun üzrə vərəsəsi olan övladı kimi ona keçmişdir. Məhz bu səbəbdən də o, nənəsi Gülgəz İdrisovanın vəfatından sonra vərəsə kimi qeyd edilən məhkəmə aktlarında göstərilənlərə əsasən Gülgəz İdrisovanın qanuni istifadəsində olmuş fərdi yaşayış evini və torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmiş və hazırda da həmin əmlaka qanun üzrə vərəsədir. Bu əmlaklar Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən 01.07.2019-cu il tarixdə dövlət qeydiyyatından keçirildiyindən, məhz həmin tarixdən başlayaraq Gülgəz İdrisovanın miras əmlak kütləsinə daxil olmuş və o, 11.07.2019-cu ildə sözügedən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni aldığından hər hansı müddətin ötürülməsindən söhbət gedə bilməz. Bu səbəblərdən İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, Quba Rayon Məhkəməsi 30.09.2019-cu il tarixli qətnaməsi ilə ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab edərkən, vərəsə və mülkiyyətçi kimi onun hüquqlarına toxunmuş və tamamilə əsassız və qanunsuz olaraq onu nənəsindən qalan miras əmlakı qanun üzrə vərəsə kimi qəbul etməkdən məhrum etmişdir. Üstəlik məhkəmə nəzərə almamışdır ki, digər vərəsələrdən yalnız İddiaçı notariat orqanına vərəsəliyin qəbul edilməsi ilə bağlı müraciət etmişdir. Bu baxımdan notariat orqanı tamamilə qanuni olaraq sözügedən əmlaka ½ hissədə onun, ½ hissədə isə İddiaçı payını tanımışdır. İddiaçı Gülgəz İdrisovanın yeganə qanuni vərəsəsi olması barədə iddiası kifayət qədər əsassız və qanunsuzdur, göstərilən dəlillərlə təkzib olunur. İrəli sürülmüş iddia tələbinin mahiyyəti vərəsəlik hüququ ilə əlaqəli olmasına baxmayaraq, məhkəmə qətnamədə vərəsəliklə bağlı maddi hüquq normalarına istinad etməmiş, mülkiyyət hüququ ilə bağlı bir neçə normaya istinad etməklə yanlış nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsininin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, nümayəndəsi və vəkili X30 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X29 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə məlumat verilməsinə baxmayaraq, nümayındəsi məhkəmə iclasına gəlməmiş və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, X1 Rufullayev Üzeyir, Rufullayev Fazil, Ağacanov Nadir, Adil Ağacanov, İddiaçı və Gülzadə Rufullayeva adlı uşaqları olmuşdur. X14 və X8 04 dekabr 1984-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənib ailə qurmuş və birgə nikahdan onların 28.08.1985-ci il təvəllüdlü Gülnar adlı uşaqları doğulmuşdur. İş materiallarında olan İİİ-JQ, 443436 saylı, 01 dekabr 1988-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 09.12.1985-ci il tarixdə ölmüşdür. Quba rayon Qeydiyyat Şöbəsinin 03 mart 2017-ci il tarixli, 62 saylı arayışdan görünür ki, X4 04.12.2008-ci il tarixdə vəfat etməsinə dair 280 saylı akt qeydi vardır. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 29 mart 2017-ci il tarixli, 93 saylı arayışından görünür ki, X10 24.09.2015-ci il tarixdə ölməsi barədə 252 saylı akt qeydi vardır. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 29 mart 2017-ci il tarixli, 94 saylı arayışdan görünür ki, X15 13.11.2009-cu il tarixdə ölməsi barədə 207 saylı akt qeydi vardır. X1 digər övladları hazırda sağdır və vərəsədirlər. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1653/2017 saylı, 03 iyul 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Rufullayeva Xuraman Abdulhəmid qızı və Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının cavabdehlər İddiaçı, X13 və X6 qarşı mirasın qəbul edilməsi və miras qalmış yaşayış evindən vərəsəlik üzrə payların müəyyən olunması tələbinə dair iddiası qismən təmin edilmiş, X5 məxsus olmaqla ondan miras qalmış ünvan 4 ünvandakı yaşayış evinə vərəsələri olan oğlu İddiaçı və nəvəsi Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının mirası qəbul etmələri faktının müəyyən edilməsi, X5 məxsus olmaqla ondan miras qalmış ünvan 3 ünvandakı yaşayış evinin ½ hissəsinə İddiaçı və ½ hissəsinə Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının vərəsəlik üzrə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli, 2(105)-1781/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı, digər şəxslər X17, X26, X27, X18 və onların nümayəndəsi X11 apelyasiya şikayətləri təmin edilib, Quba Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçılar Rufullayeva Xuraman Abdulhəmid qızı və Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının cavabdehlər İddiaçı, X13 və X6 qarşı mirası faktiki qəbul etmə müddətinin uzadılması, ünvan 2-da ona və qızı Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızına çatacaq payın müəyyən edilməsi, ayrılıb onlara verilməsi və həmin payla bağlı onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin Quba Rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2(102)-7616/2018 saylı qərarı ilə iddiaçılar Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızı və Rufullayeva Xuraman Abdulhəmid qızının kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2017-ci il tarixli, 2(105)- 1781/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0405 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına 01.07.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Quba regional Maraqlı şəxs tərəfindən verilmiş 11 iyul 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 04.12.2008-ci il tarixdə ölmüş X4 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan ½ hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 102,9 kv.metr olan daşınmaz əmlak (torpaq sahələrindən başqa) və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0405 ha olan torpaq sahəsindən ibarətdir, İddiaçı ½ hissədə payı açıq saxlanılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0405 ha torpaq sahəsinin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 23 avqust 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmış, əmlakların ½ hissəsi isə X4 adında açıq saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasında mirasın qəbulu, mirasda payların müəyyən edilməsi, bunlardan çıxış edərək müvafiq olaraq mirasın qəbulu ilə bağlı verilmiş şəhadənamənin etibarsız hesab edilməsi ilə bağlı mübahisə vardır, iddiaçının hazırkı tələbi mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməyən cavabdehə əsassız olaraq mirasın qəbulu haqqında şəhadətnamə verilməsi ilə bağlıdır. Qanunvericiliyə əsasən mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Həmin qərarda həmçinin göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Toplanmış sübutlarla müəyyən olur ki, Zeynalova (Rufullayeva) X31 şəhəri, Gənclər küçəsi ev 46 ünvanında qeydiyyatda olsa da o, 2005-ci ilin aprel ayında ailə həyatı qurmuş və həmin evdən gəlin köçmüşdür. Onun sonradan həmin evdə yaşaması ilə bağlı heç bir sübut iş materiallarında yoxdur və miras əmlaka faktiki sahiblik etməsi və miras əmlakı faktiki idarə etməsi müəyyən edilməmişdir. Zeynalova (Rufullayeva) Gülnar Üzeyir qızının 2017-ci ildə mirası faktiki qəbul etmə müddətinin uzadılması, ona çatacaq payın müəyyən edilməsi, ayrılıb onlara verilməsi və həmin payla bağlı vərəsəlik şəhadətnaməsinin verilməsinə dair iddia tələbi qeyd olunan əmlak vəfat etmiş şəxsin adına rəsmiləşdirilmədiyinə görə məhkəmə tərəfindən rədd edilmiş, həmin əmlak 01.07.2019-cu il tarixdə X4 adına rəsmiləşdirilmiş və yalnız bundan sonra cavabdehə müvafiq olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notariat kontoruna təqdim etdiyi ərizə əsasında 11.07.2019-cu il tarixdə verilmişdir. «Notariat Haqqında» Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin tələbinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “...mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “...mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “...1/3 hissə, yaxud ...2/3 hissə” kimi ifadə olunmalıdır. İş materialları ilə müəyyən olur ki, mübahisə predmeti olan əmlakın 01 iyul 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu tarixə istinadən mirasın qəbul edilməsini və payın müəyyən edilməsini həll edən notariat kontoru həmin vaxt vərəsələrin dairəsini və vərəsələrin mirası qəbul etmələrinin müəyyən olunması istiqamətində heç bir hərəkətlər etməmiş və hazırkı icraat daxilində isə onların işə cəlb edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutları müqayisıli surətdə tədqiq edib, işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh tərəf apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili V.İ.Kərimovun verdiyi apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-2017/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar