Məhkəmə qərarları › İş №2(105)-2295/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2295/2021

04.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2295/2021 04.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(012)-1831/2021 saylı qətnaməsindən İddiaçı nümayəndəsi R.V.Əliyev tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(012)-1831/2021 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 837,60 manat və 6,45 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 844,05 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına tutulması qət edilmişdir. İddiaçı nümayəndəsi R.V.Əliyev apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(012)-1831/2021 saylı qətnaməsi İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandımışdır ki, İddiaçı 02.07.2019-cu il tarixli, AKX-0106490/07-2019 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” bağlanmış müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbbi qazla təchiz edən qaz xəttinin üzərində G-4 **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin “Qazdan istifadə qaydaları” nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 26.01.2018-ci il tarixli ******* saylı akt əsasında 837,60 manat; 16.02.2018-ci il tarixli ******* saylıakt əsasında 136 manat; 30.03.2018-ci il tarixli ******* saylı akt əsasında 237,60 manat; 30.07.2018-ci il tarixli ******* saylı akt əsasında 460,80 manat; 30.08.2018-ciil tarixli ******* saylı akt əsasında 115,20 manat; 21.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30 04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 33.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 13.03.2020-ci il tarixli ******* saylı akt əsasında 127,90 manat olmaqla, 3896 manat məbləğində ziyan hesablanmışdır. Cavabdehin göstərilən borc məbləğindən əlavə olaraq 2017-ci ilin yanvar ayına kimi (təbii qaz xəttinə qeyri-qanuni qoşulduğu ilk günə kimi) İddiaçı İB-yə 122,40 manat məbləğində qalıq borcu da mövcud olmuşdur. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 4019,30 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 4019,30 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş lakin cavabdeh heç bir ödəniş həyata keçirməmişdir. Ona görə də, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4019,30 manat məbləğində dəymiş zərərin, həmçinin 30 manat dövlət rüsumunun, ümumilikdə 4049,30 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı İB-nin nümayəndəsi R.V.Əliyev verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 19 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh mənzilinə dəfələrlə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh sayğacdan kənar qaz xəttindən istifadə edir. Barəsində aktlar tərtib edilərək itirilmiş qaza görə hesablatlar aparılaraq ümumilikdə 4019,30 manat dəymiş ziyan hesablanmışdır. Qaldırılmış iddianın mahiyyəti qaz xəttinə müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil, təsdiqlənmiş foto şəkillər, protokollar, aktlar və s. müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş Dövlət müəsissəsi olan qaz paylayıcısına dəymiş külli miqdarda ziyanın ödənilməsidir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən yaranmış ziyan məbləğini araşdırmamış, bununla bağlı hər hansı ekspertiza keçirməmiş, abonent bazasında bunu yazan texnik və operatorları şahid qismində məhkəməyə dəvət etməyərək qeyriobyektiv qərar qəbul etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi T.Ə.Hacıyev apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz dib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia qismən təmin edilməlidir. Belə ki, iş materialında olan 02.07.2019-cu il tarixli, AKX-0106490/07-2019 saylı nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilədən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. İddiaçı 31.01.2018-ci il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 4188 m3 qazın istifadə olunması göstərilmişdir. İddiaçı 31.01.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İddiaçı 21.02.2018-ci il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. Cavanşirə məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İddiaçı 16.02.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Babayev İş materiallarında olan İddiaçı 30.03.2018ci il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 1188 m3 qazın istifadə olunması göstərilmişdir. İddiaçı 30.03.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İddiaçı 30.07.2018-ci il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 2304 m3 qazın istifadə olunması göstərilmişdir. İddiaçı 30.07.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İddiaçı 31.08.2018-ci il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 576 m3 qazın istifadə olunması göstərilmişdir. İddiaçı 30.08.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İddiaçı 21.09.2018-ci il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 576 m3 qazın istifadə olunması göstərilmişdir. Cavanşirə məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. Eyni zamanda istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman İddiaçı 21.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30 04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 33.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; 28.02.2020-ci il tarixli ******* saylı aktı əsasında 295,20 manat sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi ilə əlaqədar dəymiş ziyan hesablanmış və ödənilməsi tələb olaraq qeyd edilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar əsasında Cavabdeh sayğacdan kənar qazdan qeyriqanuni istifadə etməsi nəticəsində 26.01.2018-ci il tarixli ******* saylı akt əsasında 837,60 manat; 16.02.2018-ci il tarixli ******* saylıakt əsasında 136 manat; 30.03.2018-ci il tarixli ******* saylı akt əsasında 237,60 manat; 30.07.2018-ci il tarixli ******* saylı akt əsasında 460,80 manat; 30.08.2018-ciil tarixli ******* saylı akt əsasında 115,20 manat; 21.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30 04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 33.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 13.03.2020-ci il tarixli ******* saylı akt əsasında 127,90 manat olmaqla, 3896 manat məbləğində ziyan hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddia ərizəsində göstərilən müxtəlif vaxtlarda sayğaca rezin şlanq qoşaraq qazdan qeyri-qanuni istifadə etdiyini etiraf etmiş və bu hərəkətlərini istifadə etdiyi qazın dəyərini maddi imkansızlıqdan ödəyə bilməməsi ilə izah etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.5 və 3.1.7-ci bəndlərinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırlması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.4 və 4.9-cu bəndlərinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddia tələbindən görünür ki, İddiaçı Cavabdeh 2017-ci ilin yanvar ayına qədər təbii qazdan istifadə ilə əlaqədar qeyri-qanuni qoşulduğu ilk günə qədər 122,40 manat məbləğində qalıq borcunu tələb etmişdir. İddiaçı tərəf həmin borc məbləğinin konkret hansı illəri əhatə etdiyini təsdiq edə bilməmiş və bu barədə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2 və 551.2.1-ci maddələrinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələb etdiyi 122,40 manat məbləğində qalıq borcu vaxtaşırı ödənişlərə aid olub, konkret hansı illəri əhatə etdiyi müəyyən olunmadığından iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin İddiaçı nümayəndəsi R.V.Əliyevin aktlar əsasında hesablanmış zərərin tutulması hissəsində dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qeyd olunan hissədə əsaslıdır və həmin hissədə tələbin təmin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16.02.2018-ci il tarixli, ******* sayl akt əsasında 136 manat; 30.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 237,60 manat; 30.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 460,80 manat; 30.08.2018-ciil tarixli, ******* saylı akt əsasında 115,20 manat; 21.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat; 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat; 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat; 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat; 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat; 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat; 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 30 04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 885,60 manat; 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat məbləğində pul vəsaiti tutulmasın» hissəsində ləğv olunub, iddia həmin hissədə təmin olunmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 29,08 manat hissəsi Cavabdeh alınıb İddiaçı hesabına ödənilməli və 92 qəpik hissəsi iddiaçının özünə aid edilməli, iddia qalan hissədə təmin edilməməli və qətnamə – «Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 837,60 manat məbləğində pul vəsaiti tutulub İddiaçı hesabına ödənilsin» hissəsində isə mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İB-nin nümayəndəsi R.V.Əliyevin verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(012)-1831/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16.02.2018-ci il tarixli, ******* sayl akt əsasında 136 manat; 30.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 237,60 manat; 30.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 460,80 manat; 30.08.2018-ciil tarixli, ******* saylı akt əsasında 115,20 manat; 21.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat; 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat; 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat; 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat; 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat; 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat; 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 30 04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 885,60 manat; 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat məbləğində pul vəsaiti tutulub İddiaçı ABB Sabunçu filialı, Kod: 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. Qətnamə – «Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 837,60 manat məbləğində pul vəsaiti tutulub İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin» hissəsində mübahisələndirilməmişdir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 29,08 manat hissəsi Cavabdeh alınıb İddiaçı hesabına ödənilsin və 92 qəpik hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar