Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2302/2020 04.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf Quba Regional «ASAN Xidmət» X1rşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin xx xxx 2020ci il tarixli, 2(027)-653/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə X2 və X3 arasında Quba rayonu Notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə X2 və X3 arasında Quba rayonu Notariat kontorunda bağlanması göstərilən xx.xx.2006-cı il tarixdə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Quba rayonu, İqriq kəndində yaşayır. Mərhum bacısı X2 və qardaşı X3 da vəfat etdikləri günədək onunla birlikdə ata evində yaşamışlar. Torpaq islahatı gedişi zamanı hamı kimi bacısı İradə və qardaşı Vüqara Quba rayon ATK-nın xx.xx.2000-ci il tarixli 02 saylı qərarı ilə yaşadığı İqriq kəndi ərazisindən 0,45 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə əkin sahəsindən ibarət torpaq sahəsi ayrılmış və adlarına Torpağa Mülkiyyət Hüququna dair JN 6xx xxx 30304038 saylı Dövlət aktı verilmişdir. Bacısı İradə uzun müddət iflic xəstəsi olmuş və xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Qardaşı Vüqar xx.xx.2007-ci il tarixdə özünü asaraq intihar etmişdir. Bacı və qardaşının adına olan torpaq sahələrini o, idarə etdiyindən bacı və qardaşının vərəsəsi kimi öz adına rəsmiləşdirmək üçün notariat kontoruna müraciət etmişdir. Oradan ona Vüqar və İradənin vərəsəsi olmağı barədə məktub verilsə də, sonra Çıxarış almaq istərkən ona həmin torpaq sahəsinə başqa şəxsin adına Çıxarış verildiyi bildirilmişdir. Bakı şəhər sakini Cavabdeh ilə bacısı İradə və qardaşı Vüqarın arasında xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi vardır. Həmin müqavilə əsasında da qeyd olunan torpaq sahəsinə dair Cavabdeh adına xx.xx.2015-ci il tarixdə Çıxarış verilmişdir. Həmin sənədlərlə tanış olduqda qeyd olunan alqı-satqı müqaviləsinin saxta olduğunu öyrənmişdir. Belə ki, bacısı İradə xx.xx.2006-cı il tarixdə öldüyü halda alqı-satqı müqaviləsi sonuncunun adından xx.xx.2006-cı il tarixdə bağlanmışdır. İradə və Vüqarın şəxsiyyət vəsiqələri ümumiyyətlə olmamışdır. Alqı-satqı müqaviləsində olan imzalar İradə və Vüqara məxsus deyildir. Bu fakt ərizəsinə əlavə etdiyi bağışlama müqaviləsi və sürücülük vəsiqəsi ilə də təsdiq olunur. Qeyd olunan sənədlərdəki Vüqar Babayevin imzaları ilə alqı-satqı müqaviləsindəki imza eyni deyildir, fərqlidir. Həmin torpaq sahəsi əvvəlcədən onun istifadəsində olmuş və halhazıra kimi də onun istifadəsindədir. O, Cavabdeh tanımır, görməmiş və sonuncu bir dəfə də olsa həmin torpaq sahəsinə gəlməmişdir. Quba rayon Maraqlı şəxs1tariat ofisindən aldığı məktubdan görünür ki, qeyd olunan alqı-satqı müqaviləsi notariat ofisinə təhvil verilmiş sənədləri arasında mövcud deyildir. Bütün bunlar onu göstərir ki, həmin alqı-satqı müqaviləsi qanunsuz olaraq saxta yollarda əldə edilmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh Quba rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün tədbir görməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə və maraqlı şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi ərazi aidiyyət qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni cavabdeh mübahisələndirmiş və bu nəticənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aidiyyət qaydalarını pozmaqla baxdığından, qanuni və əsaslı hesab etmir. İddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Prosessual normanın məzmuna görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Lakin bir sıra hallar mövcuddur ki, həmin hallarda iddia tələbi cavabdehin deyil, iddiaçının yaşadığı yerə görə verilə bilər. Belə hallardan biri də aliment və atalığın müəyyən edilməsi tələblərinə dair iddialardır ki, qeyd edilən xarakterli iddialar ilə iddiaçı özünün yaşadığı yer üzrə seçim aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Hazırkı iddia ərizəsində tələb alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi təşkil etdiyindən, bu halda iddiaçının seçimi ilə aidiyyət qaydasında məhkəməyə müraciət etmək hüququ istisna edilməklə, iddia tələbi cavabdehin rəsmi qeydə alındığı axırıncı yaşayış yerinə görə verilməlidir. Çünki qanunvericiliyin 35.1. maddəsində “qanunla başqa hal nəzərdə tutulmamışdırsa” ifadəsini təsadüfi işlətməmişdir. İşdən görünür ki, cavabdeh Binəqədi rayonu, 8-ci mkr., Ş.Məmmədova küçəsi 7, 94 saylı ünvanda qeydiyyatdadır. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd olunan iddia tələbi ilə özünün yaşadığı yer üzrə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddələrin tələblərini pozaraq iddiaçının tələbinə onun yaşayış yeri üzrə məhkəmədə baxılması qənaətinə gələrək iddia ərizəsini icraata qəbul etməklə tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1. maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3. maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi cavabdehin yaşayış yeri üzrə Binəqədi rayon məhkəməsində baxılmalı olduğu halda, Quba rayon məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etməklə, MPM-nin 35.1. maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 385.1.1. maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti prosessual hüquq normalarının pozulması hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Quba rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi ərazi aidiyyəti üzrə baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 44.2.2., 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Quba rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh və maraqlı tərəf Quba Regional «ASAN Xidmət» X1rşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2302/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2302/2020
04.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver