Məhkəmə qərarları › İş №2(105)-2303/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2303/2021

01.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2303/2021 01.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinin 2 saylı X3 cavabdeh X4 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(012)-169/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Binəqədi Rayon İcra Hakimiyyətinin 2 saylı Qarışıq Tipli X1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Abşeron rayonu, Xırdalan qəsəbəsi, 27-ci məhəllə, Nizami küçəsi, bina 18 “B”, 2 saylı X6 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(012)-169/2021 saylı qərardadı ilə hazırkı mülki işin icraatına xitam verilmş, iddiaçıya ilkin olaraq qeydiyyatdan çıxarılma ilə bağlı müvafiq polis idarəsinə müraciət etməsi, imtina olunduğu halda isə müvafiq inzibati məhkəməyə müraciət etməsi izah olunmuşdur. İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinin 2 saylı X7 Abşeron Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(012)-169/2021 saylı qərardadından şikayət vermiş, həmin şikayət 21.04.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-169/2021 saylı, 23.04.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 22.02.2021-ci il tarixli 2(012)-169/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. (hakim C.Səfiyeva) Bu qərardaddan iddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinin 2 saylı X7 şikayət vermişdir. İddiaçı şikayətini bununla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(012)-169/2021 saylı qərardadı ona məhkəmə tərəfindən qəbzə imza etdirilməklə 09.04.2021-ci il tarixdə təqdim edilmişdir. Ona görə də qərardaddan şikayət vermə müddəti 09.04.2021-ci il tarixdən hesablanmalı idi. Qərardada görə iddiaçının nümayəndəsi Abşeron Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(012)-169/2021 saylı qərardadını 15.03.2021-ci il tarixdə qəbzə imza atmaqla əldə edib, lakin bunu təsdiq edən sübut iş materialları arasında mövcud deyil. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməli, mülki işə baxılması davam etdirilməlidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-169/2021 saylı, 25.05.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(012)-169/2021 saylı, 23.04.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayətin işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətlə razılaşmadı və onun təmin edilməməsini xahiş etdi. İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinin 2 saylı X7 və İİİ şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(012)-169/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 266.1-ci maddəsinə əsasən məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Yenə həmin Məcəllənin 268-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Eyni Məcəllənin 396.2-ci maddəsinə əsasən əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müdəti qərardadın elan edildiyi vaxtdan hesablanır. İşdən görünür ki, 22 fevral 2021-ci il tarixdə işə baxılarkən iddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinin 2 saylı X3 direktoru-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etmiş və iş üzrə məhkəmənin qərardadı onun iştirakı ilə elan edilmişdir. Belə olan halda, həmin qərardaddan şikayət vermə müddətinin axımı da həmin andan başlayaraq 10 gün müddətinə, yəni 04 mart 2021-ci il tarixədək davam edir. Yenə işdən görünür ki, iddiaçı tərəf həmin qərardaddan 20.04.2021-ci il tarixdə şikayət vermiş, şikayət 21.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş, müəyyən olunan prosessual müddəti ötürmüş və buraxılmış müddətin üzrlü hesab olunub bərpa olunmasına dair məhkəməyə müraciət etməmişdir. Lakin iddiaçı bu məsələlərə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, həmin qərardadın onun tərəfindən guya 09 aprel 2021-ci il tarixdə əldə edilməsinə əsaslanmaqla ondan şikayəti qanunla nəzərədə tutulmuş müddətdə verməmişdir. Buna görə də birinci instansiya məhkəməsi özünün 23 aprel 2021-ci il tarixli qərardadı ilə həmin şikayətin geri qaytarılması barədə tamamilə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinin 2 saylı X7 qərardaddan verdiyi şikayəti onun elan olunmasından sonra 10 gün ərzində vermədiyindən Azərbaycan MPM-nin 130.3-cü maddəsinə əsasən onun həmin aktdan verdiyi şikayətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1. maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(012)-169/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinin 2 saylı X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(012)-169/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar