Məhkəmə qərarları › İş №2(105)-2307/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2307/2020

04.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2307/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik və mülkiyyət hüquqlarının haqqında şəhadətnamələrinə əsas olmuş qeydlərinə düzəliş edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-261/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-261/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat Ofisinə, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X2rşı vərəsəlik və mülkiyyət hüquqları haqqında Şəhadətnamələrə əsas olmuş qeydlərinə düzəliş edilməsi tələbinə dair mülki iş üzrə icraat, iddiaçı X1 cavabdehlər İddiaçı, Qusar rayon Notariat Ofisinə və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X2rşı vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışın ləğvi, mirası qəbul etmə faktının müəyyən edilməsi, mirasdan payların müəyyən edilməsi və buraxılmış iddia müddətinin üzrlü hesab edilərək bərpa edilməsinə dair işə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılıb həll edilənədək, hazırki 2(029)- 261/2020 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. (hakim R.Kazımov) İddiaçı Qusar Rayon Məhkəməsinin 2(029)-261/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv etməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-261/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayət ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, işə aidiyyəti olmayan şəxslər 3-cü şəxs kimi işə cəlb olunmuşdur. Həmçinin, sözügedən işlər üzrə iddia predmetləri fərqlidir, belə olan halda hazırki mülki işin dayandırılması üçün heç bir əsas yoxdur. Ona görə də şikayət təmin edilməlidir. Məhkəməkollegiyasınıniclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinəbaxmayaraq,işdə iştirak edən şəxslər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-261/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin tələblərinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 258.1-ci maddəsinə görə iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. İşdən görünür ki, hazırki mülki iş üzrə iddianın əsasını mübahisə edilən şəhadətnamə təşkil edir və hazırki işin dayandırılmasına əsas olmuş mülki iş üzrə iddiaçı X1 iddiası da məhz şəhadətnamənin etibarsız hesab edilməsi barəsindədir. Belə olan halda həmin mülki iş üzrə mübahisəyə yekun vurulmadan hazırki işə baxılması qeyri-mümkündür. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icraatl dayandırmaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-261/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar