Məhkəmə qərarları › İş №2(105)-2320/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2320/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2320/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli və 13 sentyabr 2022-ci il tarixli, 2(060)- 3460/2022 nömrəli qərardadlarından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-3460/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə ödəmiş olduğu 19.50 (on doqquz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı MMC-yə qaytarılması, qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin rədd edilməsi, İddiaçı MMC-nin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli, e-2(060)-3460/2022 saylı qərardadlarından verdiyi şikayətlər mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ST38103 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 2199.99 manat dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 1699.99 manat, cərimə borcu isə ona güzəşt olunaraq 199.92 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh müqavilə üzrə 1699.99 manat qalıq borcu, 199.92 manat cərimə borcu olmaqla, cəmi 1899.91 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 38.99 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı MMC Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərardadından şikayət verərək İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qətnamədən verilmiş apellyasiya şikayətində apellyasiya şikayətinin forma və məzmununa əməl olunmamış, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-yə edilmiş dəyişikliyə əsasən apellyasiya şikayətinin 2 saylı Əlavədə müəyyən olunmuş formasına əməl edilməmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadı əsassız olduğundan razılaşmır və hesab edir ki, iddiaçının apellyasiya şikayətinin geri qaytarılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı qanuni və əsaslı olmamışdır. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə 1699.99 manat qalıq borcu və 199.92 manat cərimə borcu olmaqla, cəmi 1899.91 manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 38.99 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(060)-3460/2022 saylı qətnaməsi Elektron Məhkəmə Sistemi vasitəsi ilə xx.xx.2022-ci il tarixində İddiaçı MMC-yə təqdim edilmişdir. Göründüyü kimi, İddiaçı MMC-nin tərəfindən təqdim edilmiş apellyasiya şikayətinin forma və məzmununa nəzər salınsa apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İddiaçı MMC Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərardadından şikayət verərək İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadı əsassız olduğundan razılaşmır və hesab edir ki, iddiaçının apellyasiya şikayətinin geri qaytarılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı qanuni və əsaslı olmamışdır. Belə ki, İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə 1699.99 manat qalıq borcu və 199.92 manat cərimə borcu olmaqla, cəmi 1899.91 manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 38.99 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(060)-3460/2022 saylı qətnaməsi Elektron Məhkəmə Sistemi vasitəsi ilə xx.xx.2022-ci il tarixində İddiaçı MMC-yə təqdim edilmişdir. Həmin qətanmədən İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixində Elektron Məhkəmə Portalı vasitəsi ilə apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti xx.xx.2022-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixində apellyasiya şikayəti həm şəxsi imza edilməklə PDF formartda həmin məhkəmə icraatı üzrə “əlaqəli yeni sənəd əlavə etmək” qrafasında yerləşdirməklə təqdim edilmiş və eyni zamanda “e-imza ilə imzalanmış məhkəmə aktından şikayət” bölməsindən göndərilməklə məhkəməyə təqdim edilmişdir. Apellyasiya şikayəti qüvvədə olan Mülki Prosessual Məcəllənin apellyasiya şikayətləri üçün müəyyən olunmuş forma və məzmununa uyğun olaraq tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Lakin birinci instasniya məhkəməsi apellyasiya şikayətinin təkrar verilməsi kimi qiymətləndirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 13 sentyabr 2022-ci il tarixli və onunla bağlı 29 sentyabr 2022-ci il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılıb yekun məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, İddiaçı MMC birinci instansiya məhkəməsinin 27 iyul 2022-ci il tarixli qətnaməsindən ilk dəfə 09 sentyabr 2022-ci il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi 12 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin 2 saylı Əlavədə müəyyən olunmuş formaya əməl edilməməsi əsası ilə geri qaytarsa da, öz qərarını kifayət qədər əsaslandırmamış və ərizəçinin bu zaman hansı nöqsanları aradan qaldırmalı olmasını mövcud qərardadda göstərməmişdir. Halbuki apellyator MPM-nin 363.4-cü maddəsinə əsasən yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Birinci instansiya məhkəməsi eyni səhvi 13 sentyabr 2022-ci il tarixli qərardadı qəbul edərkən də təkrarlamış, şikayəti konkret olaraq hansı əsasla qaytarmasını kifayət qədər əsaslandırıb başa düşülən şəkildə izah etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilik apellyasiya şikayətinin qaytarılması əsaslarını dəqiq müəyyən etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 13 sentyabr 2022-ci il tarixli və onunla bağlı 29 sentyabr 2022-ci il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyünə baxılaraq məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 13 sentyabr 2022-ci il tarixli və onunla bağlı 29 sentyabr 2022-ci il tarixli qərardadları ləğv edilsin və qərardadın təsviri-əsaslandırıdıcı hissəsində göstərilən məsələlərin həlli üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar