Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-233/2023 19.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Qusar rayon notariat ofisinə qarşı (üçüncü şəxslər X6, X18, X19 və X16) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X22 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X7 İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, 3-cü şəxs X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər X4, X13, X17 və X11 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(029)-559/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. KOD 30123048 JN:116 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/9 saylı qərarı ilə Qusar rayonu Yuxarı Ləyər kəndində 3.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, X1, X10, X12 və X14 adına qeydiyyata alınmışdır.
2. Qusar rayon notariat ofisində bağlanmış 30 oktyabr 2004-cü il tarixli 4ə-7904 revestr nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı, X3, X16, X18 və X19 1.77 ha torpaq sahəsini Cavabdeh1 köhnə məzənnə ilə 6.900.000 (altı milyon doqquz yüz min manat) manata satmışdır.
3. Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş 1482 saylı arayışın surətindən görünür ki, torpağın alqı satqısı zamanı JN116 saylı, kod 30123048 torpağın mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş cəmi 3.38 hektar, o cümlədən 1.77 (kv/m) ha satılaraq özəl torpaq sahəsi üzərində həbs və məhkəmə mübahisəsi yoxdur və torpaq sahəsi girov qoyulmamışdır.
4. Qusar rayon Təhsil Şöbəsinin nəznindəki Qəyyumluq komissiyasının 30 oktyabr 2004-cü il tarixli 7/14 saylı arayışın surətindən görünür ki, torpağın alqı satqısı zamanı İddiaçı ailəsindəki azyaşlı X18 və X19 adlı uşaqların Qusar rayonu Ləyər qışlaq kəndində yerləşən torpaq sahəsindən düşən torpaq payını satmağa Qusar rayon təhsil şöbəsi nəznində qəyyumluq komissiyası etiraz etməmişdir.
5. xx.xx.2004-cü il tarixli Qusar rayon Dövlət Notariat Kontoruna İddiaçı və X3 tərəfindən ünvanlanmış ərizənin surətindən görünür ki, JN 116 kod 30123048 saylı Dövlət Aktına əsasən onlara, azyaşlı övladları S.İddiaçı və T.İddiaçı məxsus olan torpaq sahəsinin satqısı əməliyyatı zamanı az yaşlı övladlarının adından çıxış etməyə icazə verilsin. Bildirilmişdir ki, onların əmlaklarının satışından hasil olan gəliri, onların naminə xərclənəcəkdir.
6. xx.xx.2004-cü il tarixli Qusar rayon Dövlət Notariat Kontoruna İddiaçı və L.B.Şahnəzərova tərəfindən ünvanlanmış ərizənin surətindən görünür ki, JN 116 kod 30123048 saylı Dövlət Aktına əsasən onlara və həddi buluğa çatmamış övladları X11 məxsus olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin alqı-satqı zamanı müqaviləyə özləri tərəfindən imza etmələrinə razıdır. Gələcəkdə bu haqda heç bir etirazı və iddiası olmayacaqdır.
7. İV-JQ № 451799 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 nikahları Qusar rayon Xuray kəndsovetində 31 oktyabr 1988-ci il tarixdə 24 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadın “Quliyeva” soyadını qəbul etmişdir.
8. Xİİİ-JQ № 471723 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 08 oktyabr 1989-cu il tarixdə Qusar rayonu Yuxarı Ləgər kəndində anadan olmuşdur. Atası İddiaçı, anası L.B.Quliyevadır.
9. XVİ-JQ № 417855 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 10 aprel 1992-ci il tarixdə Qusar rayonu YuxarıLəgər kəndində anadan olmuşdur. Atası İddiaçı, anası L.B.Quliyevadir.
10. XVİİİ-JQ № 359632 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 01 iyul 1994-cü il tarixdə Qusar rayonu Yuxarı-Ləgər kəndində anadan olmuşdur. Atası İddiaçı, anası L.B.Quliyevadır. Apellyasiya icratı zamanı əldə edilmiş:
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 4/33 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 30 oktyabr 2004-cü il tarixli “Müqavilə”nin arxa tərəfində “1.” qrafasında “Гулийев” yazılarının qarşısında olan imza; xx.xx.2004-cü il tarixli İddiaçı və X1 adlarından Qusar rayon Dövlət Notariat Kontoruna ünvanlanmış “Ərizələr”də “İmzalar” hissələrində “1.” qrafasında “Гулийев” yazılarının qarşısında olan imzalar (2 ədəd ərizə) - İddiaçı tərəfindən icra olunmuşdur;
12. 30 oktyabr 2004-cü il tarixli “Müqavilə”nin arxa tərəfində “2.” qrafasında “Шаhнəзəрова.Л.” yazılarının qarşısında olan imza; xx.xx.2004-cü il tarixli İddiaçı və X1 adlarından Qusar rayon Dövlət Notariat Kontoruna ünvanlanmış “Ərizələr”də “İmzalar” hissələrində “2.” qrafasında “Шаhнəзəрова.Л.” yazılarının qarşısında olan imzalar (2 ədəd ərizə) – X3 tərəfindən icra olunmuşdur.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli, 4/617 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 4Ə-7-904 nömrəli işdə olan 30 oktyabr 2004-cü il tarixli “Müqavilə”nin arxa tərəfində “1.” Qrafasındakı imza və həmin imzanın qarşısındakı “Гулийев” soyadı, xx.xx.2004-cü il tarixli İddiaçı və X1 adlarından Qusar Rayon Dövlət Notariat Kontoruna ünvanlanmış ərizələrdə (2 ədəd ərizə) “imzalar: “1” qrafalarında “Гулийев” soyadları önündəki imzalar –eyni şəxs İddiaçı tərəfindən icra olunmuşdur.
14. 4Ə-7-904 nömrəli işdə olan 30 oktyabr 2004-cü il tarixli “Müqavilə”nin arxa tərəfində “2” qrafasında “"Шahнэ3epовa.Л.” soyadı önündəki imza xx.xx.2004-cü il tarixli İddiaçı və və X1 adlarından Qusar Rayon Dövlət Notariat Kontoruna ünvanlanmış ərizələrdə (2 ədəd ərizə) “imzalar: “2” qrafalarında “"Шahнэ3epовa.Л.” soyadları önündəki imzalar eyni şəxs Quliyeva (Şahnəzərova) Lətafət Balaverdi qızı tərəfindən icra olunmuşdur;
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər X4, X13, X17 və X11 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, KOD 30123048 JN:116 saylı 02 aprel 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu Yuxan Ləyər kəndində yerləşən 3.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.77 ha hissəsinə dair Cavabdeh1 ilə onun, həyat yoldaşının və övladı Turanə Quliyevanın arasında bağlandığı qeyd olunan 30 oktyabr 2004-cü il tarixli 4ə-7-904 revestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, KOD 30123048 JN:116 saylı 02 aprel 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 3.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun və ailə üzvləri X2, X12, X14 və X10 adına qeydiyyata alınmışdır. Bu yaxınlarda həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin 1.77 hektar hissəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Daha sonra onun tərəfindən həmin torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirilməsinə əsas olmuş hər hansı müqavilənin mövcud olub-olmaması barədə Dövlət Notariat Arxivinə müraciət olunmuş və məlum olmuşdur ki, guya onunla və ailə üzvləri ilə Cavabdeh1 arasında 30 oktyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və guya onlar 1.77 hektar torpaq sahəsini həmin şəxsə satmışlar. Həmin müqavilə onun xəbəri olmadan Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən 4ə-7-904 reyestr nömrəsi ilə təsdiq olunmuşdur. Halbuki, o, ümumiyyətlə Cavabdeh1 tanımır və həmin şəxs də onu tanımır. Onlar heç vaxt onunla görüşməmiş, ünsiyyətdə olmamış, torpaq sahəsinin alqı-satqısı barədə aralarında hər hansı söhbət olmamış, Qusar rayon Notariat Kontoruna (Ofisinə) getməmişlər. Yalnız, o, Kazım adlı şəxsin müraciətinə əsasən torpaq sahəsini icarəyə vermək barədə onunla razılığa gəlmiş, yaşadığı kənddə onun tərəfindən təqdim edilən icarə müqaviləsini imza etmişlər. Lakin, Cavabdeh1la notariat kontoruna gedərək hər hansı alqı-satqı müqqaviləsi bağlamamışdır. Alqı-satqı müqaviləsində qeyd olunmuşdur ki, guya həmin müqavilə onun, həyat yoldaşı X6 və övladı X16 tərəfindən imzalanmışdır. Onun həyat yoldaşının soyadı “Quliyeva” olduğu halda müqavilədə onun soyadı "‘Şahnəzərova” kimi qeyd olunuşdur. Buna səbəb isə dövlət aktında həyat yoldaşının soyadının səhvən Şahnəzərova qeyd olunması olmuşdur. Halbuki, müqavilə bağlanan zaman onun həyat yoldaşının şəxsiyyət vəsiqəsində soyadı “Quliyeva” olmuşdur. Bu, isə təsdiq edir ki, onun həyat yoldaşı da notariat kontoruna getməmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktının əsli də indiyədək ondadır və həmin dövlət aktında göstərilən torpaq sahəsinə dair indiyədək torpaq vergiləri ödəmiş, subsidiyalar almışdır. Bundan başqa qızı Turanə Quliyeva 1989cu il təvəllüdlü olmaqla 2004-cü ildə onun 14 yaşı olmuşdur. Müqavilə onun tərəfindən imzalansaydı belə bu, onunla həyat yoldaşının razılığı ilə mümkün ola bilərdi. Müqavilədə isə onun və həyat yoldaşının belə bir razılıq verməsi qeyd olunmamışdır. Bundan başqa, sözügedən torpaq sahəsinin mülkiyyətçilərindən olan oğlu Sərxan Quliyevin həmin vaxt 12 yaşı, digər oğlu Turan Quliyevin isə 10 yaşı var idi və həmin şəxslərin yerinə də o və həyat yoldaşı imza etməli, bu barədə müqavilədə qeyd olunmalı idi. Bundan başqa, əgər torpaq sahəsini həqiqətən də, satmış olsa idi, onda onlar Qusar rayon İcra Hakimiyyətindən azyaşlı olmaqla yetkinlik yaşına çatmamış övladlarının torpaq sahəsindən onlara çatan payın satılmasına icazə verilməsi barədə arayış almalı idilər. Lakin, belə bir arayış da alınmamışdır. Bütün bunlar sübut edir ki, nə o, nə də ailə üzvləri torpaq sahəsini cavabdehə və ya digər şəxsə satmamışlar. Göründüyü kimi, alqı-satqı müqaviləsi nəinki onun və həyat yoldaşının iradə ifadəsini əks etdirməmiş, həm də müqavilə bağlanan anda yetkinlik yaşına çatmamış şəxslərin mənafeləri də kobud şəkildə pozulmuşdur. Notariat Kontoru həmin müqaviləni təsdiq edərkən Mülki Məcəllənin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
17. Qusar Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(029)-559/2022 nömrəli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddia tələbi təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın alqı-satqı müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən müqavilələr, o cümlədən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının və onun etibarlı olmasının zəruri şərtlərindən biridir. Alqı-satqı əqdinin məzmunu tərəflərin sərbəst iradə ifadəsinə uyğun olmalı, əqdin şərtlərini arzu etdiklərini və buna razı olduqlarını öz hərəkətləri ilə bildirməlidirlər. İddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 29.1-1-ci və 30.1 və 30.2-ci maddələrinə əsasən iddia tələbi əsassızdır. Belə ki, Dövlət Notariat Kontorunda daşınmaz əmlakın alqı-satqısı zamanı yetkinlik yaşına çatmayan X14, X12 və X10 əvəzinə qanuni nümayəndəsi kimi İddiaçı və X6 alqı-satqı müqaviləsinə imza etmişlər. İddiaçı və qeyriləri ilə Cavabdeh1 arasında 30 oktyabr 2004-cü il tarixli 4ə-7-904 reyestr nömrəli alqı-satqı müqavilələri bağlanarkən Qusar rayon notariat ofisi tərəfindən müqavilənin qanunauyğunluğu yoxlanılmış və müqavilənin tərəflərin sərbəst iradə ifadəsinə əsaslandığı müəyyən edildikdən sonra müqavilələr müvafiq qaydada təsdiq edilmişdir. Müqavilə bağlanan ana qədər tərəflər müqavilələrin predmeti olan torpaq sahələrinin dəyərini öz aralarında sərbəst şəkildə razılaşmışlar, iddiaçının niyyəti torpaq sahəsini satmaq olmuş, köhnə məzənnə ilə 6.900.000 (altı milyon doqquz yüz min) manat qeyd etmişdir. Həmin müqavilələrin bağlanması zamanı cavabdehin iddiaçını aldatması və ya hər hansı qanunsuz yolla onu müqavilə bağlamağa təhrik etməsi isə məhkəmədə sübuta yetirilməmişdir. Odur ki, məhkəmə iddiaçının alqı-satqı müqavilələrinin etibarsız hesab olunması barədə irəli sürdüyü dəlilləri ilə razılaşmayaraq onları qanuni və əsaslı hesab etməmişdir.
19. Bundan başqa Cavabdeh1 məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, 30 oktyabr 2004-cü il tarixli 4ə- 7-904 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanmasından 18 ilə yaxın müddət keçmişdir. Cavabdehin bu tələbi əsaslıdır. Buna görə də, iddia müddətinin tətbiqi və iddiaçının sübutlarının olmaması səbəbindən iddia rədd edilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.5, 3392, 339.3, 372.1, 372.2, 373.2, 375.2, 373.2, 382-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11/9 nömrəli qərarı ilə onun və ailəsinin digər üzvlərinin: Quliyeva Lətafət, Quliyeva Turanə, Quliyev Sərxan və Quliyev Turanın mülkiyyətinə 3,38 hektar torpaq sahəsi verilmişdir. Daha sonra onlara torpaq sahəsinə JN:116 kod 30123048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktında səhvən Quliyeva Lətafətin soyadı “Şahnəzərova”, oğlu Quliyev Turanın adı isə “Tural” kimi yazılmışdır. Torpaq sahəsi iki hissədən – 1,77 ha və 1,61 ha ölçülərindən ibarət olmaqla Yuxarı Ləyər kənd inzibati ərazisinin ayrı-ayrı hissələrində yerləşir. Bildirir ki, torpaq sahəsini heç kimə satmamış və ümumiyyətlə həmin məqsədlə ailə üzvləri ilə hər hansı bir notariat kontoruna getməmişlər. 2018-ci ildə torpaq sahələrini Xuray kənd sakini, həmin vaxt Xuray İƏD üzrə nümayəndəsi, iddiaçının əmisi oğlu Xammədov Kazıma, onun tərtib etdiyi icarə müqaviləsinə imza edərək, icarəyə vermişdir. 2021-ci ilin sentyabr ayında torpaq sahəsini dövlət qeydiyyatına alaraq çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edəndə, ona məlumat olmuşdur ki, torpağın 1,77 ha olan sahəsi, 30 oktyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 (cavabdehin) adına dövlət qeydiyyatına alınmışdır. Onunla həmin vaxta kimi heç bir tanışlığı olmamışdır. Alqı-satqı müqaviləsinin surətini yalnız 2022-ci ilin əvvəllərində əldə-edə bilmişdir. Həmin müqavilədə göstərilir ki, “Bu müqavilə mənim Qusar Rayon Dövlət notariat kontorunun dövlət notariusu Y.R.Şəfiyeva tərəfindən təsdiq edilmişdir. Müqaviləni tərəflər şəxsən özləri onun iştirakı ilə imza ediblər. Tərəflərin şəxsiyyəti müəyyən edilmiş onların fəaliyyət qabiliyyətləri yoxlanılmış və özgəninkiləşdirilən torpaq və bağ sahəsinin Quliyevlərə və L.B.Şahnəzrovaya məxsus olması yoxlanılmışdır”. Göstərilənlərlə əlaqədar qeyd edir ki, onun Şahnəzərova Lətafətlə olan nikahları 31 oktyabr 1988-ci ildə qeydiyyata alınıb və Lətafət onun soyadını, “Quliyeva” soyadını qəbul edib və həmin vaxtdan da o, həmin soyadını daşıyır. Ancaq Lətafətin soyadı Dövlət Aktında səhv olaraq “Şahnəzərova” kimi qeyd edilmişdir. Notariat əməliyyatı keçiriləndə müqaviləni imzalayanların şəxsiyyətləri pasport və ya şəxsiyyət vəsiqələrinə əsasən müəyyən edilir. Həmin vaxtlar L.Quliyeva tərəfindən SSRİ vaxtı verilmiş pasportdan istifadə edilirdi. Alqı-satqı müqaviləsində onların, guya torpaq sahəsini satanlardan, üç nəfərin – onun, arvadı Quliyeva Lətafət (soyadı “Şahnəzərova” kimi qeyd edilib) və Quliyeva Turanə tərəfindən imza edildiyi göstərilib. Alqı-satqı müqaviləsində olan imzalar onların imzaları deyildir, müqavilədə onların imzaları ola da bilməzdi. Çünki onlar belə bir müqaviləni imzalamamışlar. Bunu müəyyən etmək üçün surətlərini məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqələrində olan imzalarla alqı-satqı müqaviləsinə edilmiş imzaların müqayisə edilməsi kifayətdir. Bütün bu faktlar məhkəmə tərəfindən lazımi qaydada araşdırılmamış və kifayət qədər əsaslı olan iddia tələbi rədd edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində göstərilir: “İşdə olan Qusar Rayon Təhsil Şöbəsinin nəzdində olan Qəyyumluq Komissiyasının 30 oktyabr 2004-cü il tarixli 7/14 saylı arayışın surətindən görünür ki, torpağın alqı-satqısı zamanı İddiaçı ailəsindəki azyaşlı X20 və X19 adlı uşaqların Qusar rayonu Ləyər qışlaq kəndində yerləşən torpaq sahəsindən düşən torpaq payını satmağa komissiya etiraz etməmişdir. Bununla bağlı qeyd edir ki, iddiaçı və onun həyat yoldaşı tərəfindən nə Qusar Rayon Təhsil Şöbəsinin nəzdində olan Qəyyumluq Komissiyasına, nə də Qusar Rayon Dövlət Notariat Kontoruna hər hansı bir xahişlə heç bir ərizə yazılmamışdır. Həqiqətən notariat işində, yazılma tarixləri qeyd edilməmiş, Qusar rayon Dövlət Notariat Kontoruna yazılmış iki ərizə vardır ki, həmin ərizələrin kim tərəfindən yazılıb, imzalanması onlara bəlli deyildir. Müqayisə edəndə güman etmək olur ki, qeyd edilən ərizələrə edilmiş imzalar alqı-satqı müqaviləsinə imza etmiş şəxs və ya şəxslər tərəfindən icra edilmişdir. Göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış nəticədə əsassız və ədalətsiz qərar qəbul edilmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(029)-559/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilmədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsindəki imzalar o və ailə üzvləri tərəfindən icra edilməmişdir. Ümumiyyətlə onların həmin müqavilədən xəbərləri olmamışdır. Qeyd olunan müqavilədən yalnız torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata aldırmaq üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdən sonra məlumatlı olmuşdur. Nə o nə də ki həyat yoldaşının mübahisəli torpaq sahəsini satmaq fikirləri olmamışdır. Həmin torpaq sahəsini başqa bir şəxsə icarəyə vermişdir. Müqavilədə alıcı qismində qeyd olunan Cavabdeh1 ümumiyyətlə tanımır. Alqı-satqı müqaviləsi tam formal şəkildə bağlanmışdır. Müqavilədəki imzalar o və həyat yoldaşı tərəfindən icra edilməmişdir. İş üzrə ekspert rəyləri əsassızdır. Mübahisəli torpaq sahəsinə dair mülkiyyət aktı hal-hazırdada iddiaçıdadır. Belə olan halda heç bir alqı-satqı müqaviləsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
25. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddia tələbi kifayət qədər zəruri sübutlarla əsaslandırılmışdır. İşə baxan məhkəmə təqdim edilmiş sübutlar üzrə lazımi qaydada araşdırma aparmamışdır. İddiaçı və onun ailə üzvləri sözügedən alqı-satqı müqaviləsindən ümumiyyətlə xəbərsiz olduqlarını qətiyyətlə müdafiə edirlər. İddiaçı alqısatqı müqaviləsində alıcı qismində qeyd olunan şəxsi tanımır. Təsadüfi deyil ki, həmin şəxs məhkəmə iclaslarında iştirak etməkdən imtina edir. Çünki qanuni əsaslarla bağlanmış alqı-satqı müqaviləsi mövcud deyildir. Belə ki, sözügedən müqavilə iddiaçı və həyat yoldaşının həqiqi iradə ifadəsi deyildir. Onların torpaq sahəsini satmaq niyyətləri olmamışdır. Bunun nəticəsidir ki, torpaq sahəsinə dair mülkiyyət hüququnun əsli halhazırda da iddiaçıdadır. Bundan başqa mübahisələndirilən alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən mövcud qanunvericiliyin bir sıra vacib tələbləri pozulmuşdur. Alqı-satqı müqaviləsinin aid olduğu notariat işində olan Qusar Rayon Təhsil Şöbəsinin nəzdində Qəyyumluq Komissiyasının 30 oktyabr 2004-cü il tarixli 7/14 saylı arayışından müəyyən olunur ki, torpağın alqı-satqısı zamanı İddiaçı ailəsindəki azyaşlı X20 və X19 adlı uşaqların Qusar rayonu Ləyər qışlaq kəndində yerləşən torpaq sahəsindən onlara düşən torpaq payını satmağa Komissiya etiraz etməmişdir. Halbuki mövcud qanunvericiliyə əsasən həmin zaman qüvvədə olan qanunvericiliyə əsasən sözügedən komissiyanın belə səlahiyyəti mövcud deyildir. Habelə Qusar Rayon Təhsil Şöbəsinə verilən sorğu zamanı qeyd olunan arayışın həmin qurum tərəfindən rəsmiləşdirilmədiyi müəyyən edilmişdir. Bütün bunlar sözügedən alqı-satqı müqaviləsinin tam formal əsaslarla tərtib edildiyini deməyə əsas verir. Göstərilənlərə əsasən nümayəndə və vəkil sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
26. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs X6 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qeyd olunan alqı-satqı müqaviləsindən onun xəbəri yoxdur. Həmin müqavilədəki imza ona məxsus deyil. Onların heç vaxt torpaq sahəsini satmaq niyyətləri olmamışdır. Müqavilənin bağlanması üçün heç bir notariat orqanına getməmiş, bu istiqamətdə heç bir yazılı müraciətləri olmamışdır. Alqı-satqı müqaviləsindəki imzalar onun tərəfindən icra edilməmişdir. Göstərilənlərə əssən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
27. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisi, üçüncü şəxslər X18, X19 və X5 və mümkünsüzlüyü məhkəmə kollegiyasının iclasına gəlməmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.
29. Azərbaycan Respublikası Mülki Məcəllənin: 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları
“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
31. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətindən görünür ki, apellyator Qusar Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(029)-559/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
34. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Hazırki iddia tələbi tərəflər arasında notarial qaydada rəsmiləşdirilmiş əqdin (alqı-satqı müqaviləsinin) etibarsız hesab edilməsi barədədir.
37. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından müəyyən edildi ki, KOD 30123048 JN:116 saylı 02 aprel 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 3.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçı və onun ailə üzvlərinin adına qeydiyyata alınmışdır.
38. İddiaçı tələbinin faktiki əsası kimi rəsmiləşdirilmiş əqddən məlumatsız olduğunu, bununla bağlı razılıq və alqı-satqı müqaviləsi rəsmiləşdirmədiyini, mübahisəsi gedən torpaq sahəsini digər şəxsə icarə verildiyini bəyan edir.
39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri əqdin (alqı-satqı müqaviləsinin) qanunvericiliyin tələbinə uyğun rəsmiləşdirilməsinin yoxlanılması üçün əhəmiyyətli hal olduğundan ilk növbədə bu istiqamətdə araşdırma aparılmalı, müqavilədəki şərtlərin iddiaçının iradə ifadəsinə uyğun olub-olmaması, həmçinin müqaviləyə qədərki danışıq və müzakirələr araşdırılmalıdır.
40. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)
41. Bu iddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin 339.2-ci maddəsi təşkil edir. Həmin normanın məzmunundan görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).
42. Əqdin qurucu əsasını iradə ifadəsi təşkil edir. İradə ifadəsi arzu olunan nəticəyə uyğun olmalıdır. Aldatma halında tərəfin iradə ifadəsi zədələnmiş olur.
43. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).
44. İddiaçının istinad etdiyi hala dair (müqavilə bağlanarkən məlumatsız olması, aldadılması və s. barədə) iddiaçı sübut təqdim etməmiş, nə birinci, nə də ki, apellyasiya icraatı zamanı kollegiya tərəfindən bu fakt müəyyən edilməmişdir.
45. Məhkəmə araşdırması zamanı iddiaçı müqavilədəki imzaların da onlara (özünə və arvadına) məxsus olmadığını bildirmişdir.
46. Kollegiya mübahisənin obyektiv həlli məqsədilə məhkəmə xətşünaslıq ekspertizası keçirmiş və əldə edilmiş rəylərə əsasən müəyyən edilmişdir ki, 4Ə-7-904 nömrəli işdə olan 30 oktyabr 2004-cü il tarixli “Müqavilə”nin arxa tərəfində “1.” Qrafasındakı imza və həmin imzanın qarşısındakı “Гулийев” soyadı, xx.xx.2004-cü il tarixli İddiaçı və X1 adlarından Qusar Rayon Dövlət Notariat Kontoruna ünvanlanmış ərizələrdə (2 ədəd ərizə) “imzalar: “1” qrafalarında “Гулийев” soyadları önündəki imzalar–eyni şəxs İddiaçı tərəfindən icra olunmuşdur.
47. 4Ə-7-904 nömrəli işdə olan 30 oktyabr 2004-cü il tarixli “Müqavilə”nin arxa tərəfində “2” qrafasında “"Шahнэ3epовa.Л.” soyadı önündəki imza xx.xx.2004-cü il tarixli İddiaçı və və X1 adlarından Qusar Rayon Dövlət Notariat Kontoruna ünvanlanmış ərizələrdə (2 ədəd ərizə) “imzalar: “2” qrafalarında “"Шahнэ3epовa.Л.” soyadları önündəki imzalar eyni şəxs Quliyeva (Şahnəzərova) Lətafət Balaverdi qızı tərəfindən icra olunmuşdur.
48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi hallar əqdin etibarsız sayılması üçün əsaslı hesab edilə bilməz. Çünki əqdin etibarsız hesab edilməsi üçün onun Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olmasıdır.
49. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu, doğuracağı nəticələri tərəflərə izah edir.
50. Kollegiya qeyd etməyi vacib bilir ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur.
51. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Belə ki, alıcının təklif olunan əşyanın verilməsini tələb etmək hüququna satıcının həmin əşyanı vermək vəzifəsi, satıcının verdiyi əşyanın haqqını tələb etmək hüququna alıcının əşyanın dəyərini ödəmək vəzifəsi qarşılıqlı şərtləndirilmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi şikayətin digər dəlillərinə, yəni alqı-satqı müqaviləsinin bağlanması zamanı qəyyumluq və himayəçilik orqanının razılığının alınmamasına qiymət verərək bildirir ki, iş üzrə digər Cavabdeh1 mübahisəli 1.77 ha torpaq sahəsini vicdanlı əldə etdiyindən, həmçinin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti ötürdüyündən, bu hissədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olar.
53. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə münasibətdə Cavabdeh1 vicdanlı əldə edən olmasına xüsusi diqqət yetirməsə də, mahiyyət etibarı ilə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq belə qənaətə gəlir ki, iddiaçının torpaq sahəsinə qanunla qorunan hər hansı hüququ hətta pozulmuş olsa da belə, onun pozulmuş hüquqları torpaq sahəsini sonradan vicdanlı əldə edən cavabdehlərin hesabına kompensasiya edilə bilməz.
55. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 18 il sonra, Sərxan və Turan Quliyevlərə münasibətdə isə yetkinlik yaşına çatdıqdan sonra müvafiq olaraq 10 və 12 ildən sonra (iddiaçının bildirdiyinə görə müqavilə bağlanan zaman həmin uşaqların 12 və 10 yaşları olmuşdur) hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti də ötürmüşdür. Halbuki, qeyd olunan maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
56. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddət olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki iddia müddətindən fərqli olaraq kəsiçi müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Bu müddət yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur.
57. Beləliklə yuxarıda qeyd olunanlara istinadən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab verir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(029)-559/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Ekspertiza tədqiqatlarının dəyəri olan 132 (yüz otuz iki) və 126 (yüz iyirmi altı) manat İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X8, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.