Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2331/2020 01.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və cavabdeh ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi X1 nümayəndəsi X9 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-579/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-579/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi X2 və Cavabdeh2 qarşı 160/00/260/14/1 nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 160/00/260/14/1 nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 1980ci ildə Cavabdeh2 nikaha daxil olmuş, 1988-ci il tarixdə birgə nikah dövründə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində 10 ha torpaq sahəsi alıb ev tikməyə başlamış və 2000-ci ildə həmin evə köçüb yaşamışlar. xx xxxxxx 2019-cu il tarixdə “X7 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətindən ona göndərilmiş bildirişi əldə etdikdən sonra öyrənmişdir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin məktubu əsasında Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən ev açıq hərrac vasitəsi ilə satışa çıxarılmışdır. Həmin evin satılmasının səbəbi Cavabdeh2 ilə qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı arasında 85000 manat kreditin verilməsinə dair xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin bağlanması, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi xx xxxxxx 2014-cü il tarixli, 160/00/260/14/1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən evin qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ipotekaya qoyulması olmuşdur. xx xxxxxx 2014cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi səbəbindən qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən Cavabdeh2 qarşı iddia qaldırılmış, Abşeron Rayon Məhkəməsinin 2(012)-912/2016 saylı, xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 adına olan ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən evin açıq hərracda satılması, satışından əldə edilmiş pul vəsaitinin 52586 manatının borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməsi, qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankına borc ödənildikdən sonra ipotekanın satışından əldə edilmiş pul vəsaitindən qalan hissəsinin Cavabdeh2 qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-542/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-912/2016 saylı, xx xxxxx 2016-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, Cavabdeh2 ilə qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 48257,20 manat əsas kredit borcunun Cavabdeh2, X10 və X5 müştərək qaydada qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması, əmlaka tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh2, İddiaçı Əhməd oğlunun, X12, X6 ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən evdən çıxarılmaları qət edilmişdir. Qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə əri Cavabdeh2 arasında Abşeron rayonu, Güzdək qəsəbəsi, H.Cavid pr-ti, 74 ünvanında olan ev barəsində ipoteka müqaviləsi bağlanarkən notariusda onun razılıq verməyi tələb olunurdu. O, evin ipotekaya qoyulmasına razılıq verməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə prosessual hüquq normalarını pozaraq onun işin dəqiq, obyektiv və hərtərəfli araşdırılması və müəyyən edilməsi üçün bütün lazımi sənədləri təqdim etməsinə baxmayaraq iddiası təmin edilməmiş, sənədlər işə əlavə edilməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi X1 nümayəndəsi X11 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 160/00/260/14/1 nömrəli kredit müqaviləsindən görünür ki, qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən Cavabdeh2 48 ay müddətinə illik faiz dərəcəsi 18% olmaqla 85000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 160/00/260/14/1 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli, 160/00/260/14/1 nömrəli kredit müqaviləsi öhdəliklərinin icrasının təmini üsulu kimi Şərifov X15 rayonu, Güzdək qəsəbəsi, H.Cavid küçəsi 74 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqdan ibarət fərdi yaşayış evini qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ipotekaya qoymuşdur. İş materiallarında olan İddiaçı imzası notariat qaydasında təsdiq edilmiş Abşeron rayonu 2 saylı Notariat Kontoruna ünvanladığı xx xxxxxx 2014-cü il tarixli ərizəsinin surətindən görünür ki, əri Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən evin kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-542/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-912/2016 saylı, xx xxxxx 2016-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı iləCavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 48257,20 manat əsas kredit borcunun Cavabdeh2, X10 və X5 müştərək qaydada qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması, əmlaka tutma yönəldikdən və satıldıqdan sonra qeydiyyatda olan Cavabdeh2, İddiaçı Əhməd oğlunun, X12, X6 və X8 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, onların qeyd edilən evdən məcburi qaydada çıxarılmaları qət edilmiş, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdən görünür ki, birinci insyansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikası MM-nin 337.1, 337.2, 337.4-cü maddələrini tətbiq edərək iddianı təmin etməmişdir. Azərbaycan Respublikası MM-nin 337.1 və 337.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki İddiaçı iddia tələbini evin ipotekaya qoyulmasına razılıq verməməsi ilə əsaslandırmışdır. İş materiallarında olan İddiaçı imzası notariat qaydasında təsdiq edilmiş Abşeron rayonu 2 saylı Notariat Kontoruna ünvanladığı xx xxxxxx 2014-cü il tarixli ərizəsinin surətindən görünür ki, əri Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən evin kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı həmin ərizədəki imzanın ona məxsus olmasını etiraf etmişdir. İddiaçı apellyasiya şikayətində məhkəmə qətnaməsininmaddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu qeyd etsə də, bunların nədə ifadə olunmasını konkret göstərmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmamış, həmin normalar düzgün tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsasız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-579/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-2331/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2331/2020
01.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver