Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2336/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Əhmədov Samir Rizvan oğlunun iştirakı ilə, iddiaçı Əliyeva Elgül Aydın qızının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(060)-3848/2022 nömrəli qətnaməsindən iş üzrə iddiaçı Əliyeva Elgül Aydın qızı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(060)-3848/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Almaz Süleymanova). İddiaçı Əliyeva Elgül Aydın qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edlmişdir. İŞİNHALLARİ: İddiaçı Əliyeva Elgül Aydın qızı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən faktiki olaraq onun istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, yataqxana 15, ev 42, otaq 30-a dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 1143,39 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: İddiaçı Əliyeva Elgül Aydın qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi əsassız və qanunsuz qətnamə ilə razılaşmır. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmişdir. Belə ki, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, yataqxana 15, ev 42, otaq 30 faktiki olaraq onun istifadəsində və sahibliyindədir. O, həmin evi 2009-cu ildə Feyziyeva Nazənindən almışdır. Bildirir ki, həmin şəxs məcburi köçkündür. O, məcburi köçkün olduğundan elektrik enerjisindən istifadəyə görə ödənişlər qaçqınkom tərəfindən ödənilirdi. Cavabdeh tərəfindən həmin mənzilə dair əsassız olaraq 1143 manat 39 qəpik məbləğində borc hesablanmışdır. Həmin borc xx.xx.2016-cı il tarixə kimi yaranmış borcdur. Feyziyeva Nazəninin həmin dövr üçün cavabdeh təşkilata borcu yarana bilməzdi. Həmin borc əsassız olaraq hesablanmışdır. Ona görə də hesab edir ki, həmin borc silinməlidir. Çünki həmin borca görə o, sayğacı öz adına keçirə bilmir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(060)-3848/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xhaiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Əhmədov Samir Rizvan oğlu apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçının silinməsini tələb etdiyi borc abonent kimi iddiaçının adına deyil, məcburi köçkün kimi qeydiyyatda olan Nazənin Feyziyevanın adına qeydiyatda olan sayğaca hesablanmışdır. Bu səbəbdən iddiaçının həmin borcun silinməsini tələb etmək hüququ yoxdur. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(060)-3848/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iddiaçı Əliyeva Elgül Aydın qızı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli abonent Nazənin Feyziyevanın adına olan Abonent kartından görünür ki, ünvan 1 ünvanında (abonent kodu **********01242) 1143,39 manat borc (qaçqın borcu) vardır. Məhkəmə sorğusuna "xxxx" ASC “Şimal” RETSİ tərəfindən verilmiş cavabdan görünür ki, iddiaçı Əliyeva Elgül Aydın qızına məxsus ünvan 1, **********01242 saylı kodla xx.xx.2008-ci il tarixindən Feyziyeva Nazənin adı ilə abonent qeydiyyatındadır. Abonentin mənzilinə xx.xx.2009-cu ildə elektrik hesabat sayğacı quraşdınlaraq istismara verilib. xx.xx.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 1143,39 manat borc dondurulmuşdur. Halhazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlər borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun möcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyil. Mənzilin xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək enerjitəchizatı təşkilata 340,34 manat sayğac borcu vardır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı hazırki iddianı qaldırması üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına və qanunvericilik normalarına uyğun hesab edir. Belə ki, iş materiallarından müəyyən edilir ki, mübahisə predmeti olan borc məbləği məcburi köçkün borcu olmaqla abonent Nazəninin Feyziyevanın abonent hesabına aiddir. Belə olan halda həmin borcun silinməsi ilə əlaqədar iddiaçı Elgül Əliyevanın iddia vermək hüququ yoxdur. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırlmalıdır. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırkı halda ərizəçi subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Azərbaycan Respüblikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Lakin hazırki işdə ərizəçi tərəfindən belə bir ərizə təqdim edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı yaşadığı ünvan üzrə abonent kimi qeydə alınması və yeni abunə kodunun verilməsi ilə bağlı enerjitəchizatı təşkilatına müraciət etmək, ona imtina edildikdə isə enerjitəchizatı təşkilatının üzərinə yaşadığı ünvan üzrə abonent kimi qeydə alınması və yeni abunə kodunun verilməsi ilə bağlı öhdəlik qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(060)-3848/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın İddiaçı Əliyeva Elgül Aydın qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2336/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2336/2022
29.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver