Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2337/2020 21.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X3, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» İdarəsinin Cavabdeh qarşı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş fərdi yaşayış evinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» X1 X6 balans və istismarında olan 530 mm diametrli 12 atmosfer təzyiqli “Qaradağ-Sumqayıt” yerüstü magistral qaz kəmərinin Abşeron rayonunun Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, sözügedən magistral qaz kəmərinin 32-ci kilometrliyində, magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına əvəzi ödənilmədən sökülməsi, tikinti mal-materiallarının magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması, iddia tələbinin digər hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumu olaraq 10 (on) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi keçirilən məhkəmə tikintitexniki ekspertizasına görə 50 (əlli) manat ekspertiza xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi: SAP (XİİS) hesabı - Dövlət Xəzinədarlığı Agentliyi,kod-210005; VÖEN - 401555071; müxbir hesab AZ 41NABZ**********0000003944; SFİFTBİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN**********; hesab - AZ34CTRE********************. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin verilməsinə dair çəkilən 60 (altmış) manat xərcin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin aşağıdakı hesabına köçürülməsi: Benefisiarın Bankı- “xxxxxxxxxxxx” ASC Xətai filialı; filialın kodu- 200071; VÖEN- **********; SWİFT kod- AİİBAZ2X; müxbir hesabAZ37NABZ013501**********1944; benefisiarın adı- KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR; benefisiarın hesabı- AZ23AİİB********************; VÖEN - ********** qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin səlahiyyətli nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» X1 X6 balans və istismarında olan 530 mm diametrli 12 atmosfer təzyiqli “Qaradağ-Sumqayıt” yerüstü magistral qaz kəmərinin Abşeron rayonunun Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, sözügedən magistral qaz kəmərinin 32-ci kilometrliyində, magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş “fərdi yaşayış evi”-nin cavabdehin hesabına əvəzi ödənilmədən sökülməsi, tikinti malmateriallarının magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini, “Qaradağ-Sumqayıt” yerüstü magistral qaz kəmərinin Abşeron rayonunun Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, magistral qaz kəmərinin 9 metr məsafə aralığında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş fərdi yaşayış evinin tikilib başa çatdırılmasında təqsirkar şəxslərin (vəzifəli şəxslərin, kənar və ya xidməti əməkdaşların) əhatə dairəsi müəyyən edilməklə barələrində xüsusi qərardad çıxrılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq SOCAR “Qaz ixrac” X1 X6 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, magistral qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə müvafiq magistral qaz kəmərindən 9 metr məsafə aralıda fərdi yaşayış evi inşa edilmişdir. xx.xx.2019-cu il tarixində Abşeron rayonu, Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisində, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (12 atm.) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında vətəndaş Cavabdeh tərəfindən magistral qaz kəmərindən 9 metr məsafə aralıda fərdi yaşayış evinin inşa edilmiş olması barədə SOCAR “Qaz ixrac” X4 X6 5 saylı Xətti istismar Xidmətinin (XİX) məsul əməkdaşları tərəfindən AKT və xəbərdarlıq məktubu tərtib edilmiş, elə həmin tarixdə də özbaşına inşa edilmiş fərdi yaşayış evinin ləğv edilərək magistral qaz kəmərindən 50 metr məsafə aralıya kənarlaşdırılması barədə müvafiq xəbərdarlıq məktubunu iş üzrə Cavabdeh şəxsən qəbul etmişdir. SOCAR “Qaz ixrac” X1 X6 5 saylı Xətti istismar Xidmətinin rəisi X2 tərəfindən X8 Kəmərləri Sahəsinə daxil olmuş xx.xx.2019-cu il tarixli xidməti yazı (məlumat) əsasında müəyyən edilmişdir ki, İ.H.İsmayılovun rəis qismində nəzarətini həyata keçirdiyi 5 saylı Xətti İstismar Xidmətinin balans qeydiyyatında olan 530 mm diametrli «QaradağSumqayıt» magistral qaz kəmərinin 32-ci kilometrliyində, qaz kəmərindən 9 metr məsafədə, magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən yaşayış evi inşa edilmişdir. Xidmət rəisi xidməti yazının sonunda tikili barəsində tədbir görülməsi üçün onlara koməklik edilməsini xahiş etmişdir. Beləliklə sözügedən tikili birbaşa qaz kəmərinin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh mühafizə zonasında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən -özünün kobud ehtiyatsızlığı nəticəsində yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də, hesab edir ki cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Tikili üçün hasar qoyulmamışdır və evin pəncərələri də yoxdur. Xidməti yazıya əsasən tikili üçün heç bir hüquq müəyyənedici sənəd aşkarlanmamışdır. Torpağa kimin sahiblik etdiyini isə ərazi üzrə xidmət rəisi aşkar etmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, Cavabdeh buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili cavabdehin öz hesabına sökülməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, torpaq sahəsini 2012-ci ildə almışdır. Torpaq sahəsində evi tikməmişdən öncə SOCAR-dan magistral qaz kəməri ilə ev arasında ara məsafəsinin nə qədər saxlanmalı olduğunu soruşduqda ona əvvəl 4 metr, daha sonar 8 metr ara məsafəsinin saxlanılmasını söyləmişlər. Evi tikən zaman o, əlavə 1 metr də ara məsafəsi saxlamışdır. Evi tikən zaman SOCAR-ın əməkdaşları bir neçə dəfə gedib ara məsafəsini də ölçmüşlər. Torpağa dair bələdiyyə sənədi də vardır. 2018-ci ildən bəri sözügedən torpaq sahəsi üçün bələdiyyəyə vergi də ödəyir. Tikinti aparılan zaman SOCAR-dan ona heç bir xəbərdarlıq olunmamışdır. Evin artıq divarları və damı hazırdır. Odur ki, tikintinin sökülməsinə razı deyildir. Məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(012)-197/2020 saylı qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi R.R.Nəzərov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uygun izahat verdi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən tikilinin qanunsuz olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1087 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Bakı Layihə- Tədqiqat İdarəsinin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, hüquqmüəyyənedici və texniki kadastr sənədləri təqdim olunmadığından torpaq sahəsinin Cavabdeh məxsus olub-olmamasının araşdırılması mümkün olmamışdır. Lakin baxış zamanı Cavabdeh tərəfindən onun faktiki istifadəsində olan torpaq sahəsi kimi təqdim edilən ərazidə tikilinin (yaşayış evi) mövcud olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” X1 X6 balans və istismarında olan 530 mm diametrli 12 atmosfer təzyiqli “Qaradağ-Sumqayıt” yerüstü magistral qaz kəmərinin Abşeron rayonunun Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, “Qaradağ- Sumqayıt” yerüstü magistral qaz kəmərinin Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi kimi təqdim edilən ərazidəki tikilidən (yaşayış evi) ara məsafəsi 9 metr təşkil edir. Beləliklə Abşeron rayonunun Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi kimi təqdim edilən ərazidəki tikilidən (yaşayış evi) ara məsafəsi 9 metr olduğunu nəzərə aldıqda fərdi yaşayış evinin bütövlükdə həmin “Qaz İxrac" X5 Kəmərləri Sahəsinin balans və istismarında olan 530 mm diametrli 12 atmosfer təzyiqli “Qaradağ- Sumqayıt” yerüstü magistral qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1087 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonunun Quşçuluq massivi, Aşağı Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi kimi təqdim edilən ərazidəki tikilidən (yaşayış evi) ara məsafəsi 9 metr olduğunu nəzərə aldıqda fərdi yaşayış evinin bütövlükdə həmin “Qaz İxrac" X5 Kəmərləri Sahəsinin balans və istismarında olan 530 mm diametrli 12 atmosfer təzyiqli “Qaradağ-Sumqayıt” yerüstü magistral qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Beləliklə, məhkəmədə təkzib edilməz sübutlarla müəyyən edilir ki, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsində tikdiyi fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» X1 X6 balans və istismarında olan 530 mm diametrli 12 atmosfer təzyiqli “Qaradağ-Sumqayıt” yerüstü magistral qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşür və fərdi yaşayış evinin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təstiq edilm “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”na əsasən magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qadağandır. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2-ci maddəsinin 7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.11-ci bəndinin “a” hissəsinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır.Həmin bəndin 8-ci şərtinin 2-ci cümləsinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin qaydaların 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələbinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına,xüsusilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası Cavabdeh qanunsuz tikilinin özünə məxsus və aldığı torpaq üzərində tikilməsi barədə dəlili qəbul etmir. Belə ki, bu barədə cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin “Qaradağ-Sumqayıt” yerüstü magistral qaz kəmərinin Abşeron rayonunun Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, magistral qaz kəmərinin 9 metr məsafə aralığında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş fərdi yaşayış evinin tikilib başa çatdırılmasında təqsirkar şəxslərin (vəzifəli şəxslərin, kənar və ya xidməti əməkdaşların) əhatə dairəsi müəyyən edilməklə barələrində xüsusi qərardad çıxrılmasını hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı təşkilat ərizədə qeyd olunan xüsusatların araşdırılması üçün müvafiq orqanlara müraciət etmək hüququ və vəzifəsi daşıdığından məhkəmə xüsusi qərardad çıxarılmasına lüzum olmadığı qənaətinə gəlməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(012)-197/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2337/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2337/2020
21.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver