Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2345/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin “xx.xx.2022-ci il tarixli, 2(012)-684/2022 nömrəli qərardadından iddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-684/2022 nömrəli qətnaməsi ilə iddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi Nümayəndə1 xx.xx.2022-ci il tarixində Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-684/2022 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-684/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-684/2022 nömrəli qərardadı ilə iddiaçı SOCAR-ın İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-684/2022 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi Nümayəndə2 xx.xx.2022-ci il tarixində Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-684/2022 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermiş, həmçinin apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-684/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülən müddətin bərpa edilməsini və şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndəriilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-684/2022 nömrəli qərardadı ilə iddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə iddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi Nümayəndə2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(012)-684/2022 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır. İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi Nümayəndə2 xx.xx.2022-ci il tarixində şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-684/2022 nömrəli qərardadının ləğv edilib, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini, əks təqdirdə şikayətin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-684/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi Nümayəndə2 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, məhkəmənin qətnaməsindən apellyasiya şikayəti qanunvericilikdə nzəərdə tutulmuş 1 aylıq müddətdə verilib. Apellyasiya şikayətinin mətnində texniki səhv olaraq şikayət olunan qətnamənin tarixi səhv göstərilmişdir. Məhkəmə apellyasiya şikayətini geri qaytarmış, geri qaytarılma barədə qərardad təşkilata göndərilməyib. Uzunmüddət keçdikdən sonra işin gedişatı barədə məlumat olmadığılndan məhkəməyə müraicət edilib. Bu zamanda şikayətin geri qaytarıldığı bildirilib. Bundan sonra qərardadı əldə edib, apellyasiya şikayətindəki texniki səhv aradan qaldırılıb, bununla yanaşı müddətin bərpasına dair ərizə verilib. Apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardad nə kağız daşıyıcıda, nə də elektron kabinetdə təşkilata göndərilməyib. Bununla da müddətin keçməsinə görə şikayətin geri qaytarılması haqlı olmayıb. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-684/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-684/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardadda qeyd edilir ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xəbərnamədən görünür ki, iddiaçı SOCAR-ın İddiaçı sözügedən qətnaməni xx.xx.2022-ci il tarixində rəsmi qaydada almış, qətnamədən şikayət vermə müddətinın axımı qətnamənin iddiaçı SOCAR-ın İddiaçı aldığı gün, yəni xx.xx.2022-ci il tarixdən başlamış və həmin müddət xx.xx.2022-ci il tarixdə qurtarmış, apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə təqdim edilmiş lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-684/2022 nömrəli qərardadına əsasən, apellyasiya şikayəti qətnamənin tarixinin səhv göstərilməsi səbəbi ilə geri qaytarılmış, həmin qərardad tərəflərə rəsmi qaydada göndərilmiş, qərardad iddiaçı SOCAR-ın İddiaçı tərəfindən qərardadın Elektron Məhkəmə Sisteminə yerləşdirildiyi, yəni xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmiş, həmin qərardaddan şikayət verilməmiş, lakin 4 ay müddət keçdikdən sonra qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə iddiaçı SOCAR-ın İddiaçı məhkəməyə müraciət etsə də, hansı səbəbdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin səbəbinin üzrlü olması ilə bağlı hər hansı bir sübut təqdim edilməmiş və hər hansı bir sübuta istinad edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi iddiaçı SOCAR-ın İddiaçı təəfindən xx.xx.2022-ci il tarixində rəsmi qaydada alınmış, apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə təqdim edilmiş, lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-684/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qətnamənin tarixinin səhv göstərilməsi səbəbi ilə geri qaytarılmışdır. Həmin qərardad xx.xx.2022-ci il tarixdə iddiaçı SOCAR-ın İddiaçı elektron kabinetinə yerləşdirildiyindən həmin qərardaddan şikayət vermə, eləcə də apellyasiya şikayətində olan noqsanlar aradan qaldırıldıqdan sonra təkrar apellyasiya şikayəti vermə müddəti xx.xx.2022-ci il tarixinə kimi müəyyənləşmişdir. İş materiallarından görünür ki, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardaddan şikayət verilməmiş, həmçinin həmin müddət ərzində apellyasiya şikayətində olan noqsanlar aradan qaldırılaraq apellyasiya şikayəti verilməmişdir. İddiaçı təşkilat 4 ay müddət keçdikdən sonra qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə iddiaçı SOCAR-ın İddiaçı məhkəməyə müraciət etsədə, hansı səbəbdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin səbəbinin üzrlü olması ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir Bu baxımdan, birinci instansiya məhkəməsinin yuxarıda sadalanan qanunvericilik normalarına istinad edərək prosessual müddətin bərpasından imtina etməsi işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətdə göstərilən dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, ərizədə göstərdiyi dəlillər iddiaçı təşkilatın qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir və şikayətin təmin edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-684/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(012)-684/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2345/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2345/2022
29.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver