Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2349/2020 23.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-525/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-525/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh xx xxxx 2016-cı il tarixli, AL-470 saylı daxili lizinq müqaviləsi üzrə 4307 manat 31 qəpik əsas borcun və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxx 2016-cı il tarixli, AL-470 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin tam yararsız vəziyyətə düşdüyü xx xxxxxx 2018-ci il tarixə 4307,31 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişvə iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə X7 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, AL-470 saylı daxili lizinq müqaviləsinə əsasən cəmiyyət mülkiyyətində olan 2012-ci il buraxılışlı, “VAZ-21154” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobili X4 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X7 illik 17% hesablanmaqla 24 ay müddətində hər ay sabit məbləğ olmaqla 286,89 manat, ümumilikdə isə 6885,19 manat məbləğində pulu İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 6885,19 manatın 5800 manatı əsas məbləğ təşkil edir. xx xxxxxxx 2016-cı il tarixdə X7, Cavabdeh və “İddiaçı" məhdud məsuliyyətli cəmiyyəti arasında AL-470 (1) saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və xx xxxx 2016-cı il tarixli, AL-470 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür.İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə məxsus Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “VAZ-21154” markalı, **- AV-*** dövlət qeydiyyat nişanlı avtomobilxx xxxxxx 2016-cı il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin Bakı şəhərindəki dayanacağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxxx 2016-cı il tarixdə 12 manat məbləğində olmuşdur. Lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq xx xxxxxx 2016-cı il tarixə 4307,31 manat olmuşdur. Daxili lizinq müqaviləsinin 11.4-cü bəndinə əsasən lizinq obyekti məhv olduqda, həmcinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə duşdukdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etməyi dərhal həyata keçirməlidir.Daxili lizinq müqaviləsinin, öhdəliklərin ötürülməsi müqaviləsinin və ödəniş cədvəlinin şərtlərinə Cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyəti olan hallar düzgün araşdırılmamışdır. “VAZ-21154” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2016-cı il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin Bakı şəhərində yerləşən dayanacağına yerləşdirilmişdir. Buna əsas olaraq birtərəfli formada tərtib edilmiş qüsur aktı göstərilir. Halbuki avtomobil istifadəyə tam yararsız olmamışdır. Həmçinin avtomobilə görə ödənilməli olan ödənişlər ondan tələb olunur. Beləliklə, İddiaçı həm qismən yararlı avtomobili ondan almış, həm də müqaviləyə əsasən ödənişləri ondan tələb edir ki, bu da əsassızdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçının tələb etdiyi məbləği ödəməyə razıdır, lakin ödəniş etdikdən sonra İddiaçı məhdud məsuliyyətli cəmiyyəti“VAZ-21154” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobili ona qaytarmalıdır. İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə X7 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, AL-470 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən İddiaçı məhdud məsuliyyətli cəmiyyəti lizinq alan X1 etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 470 saylı lizinq müqaviləsinə 3 saylı əlavənin surətindən görünür ki, lizinq müqaviləsinin müddəti 24 ay, lizinq öbyektinin dəyəri 5800 manat, mükafatın məbləği 1085,19 manat müəyyən edilmiş, X7 hər ay 286,89 manat, sonuncu ay 286,72 manat ödəməlidir. İş materiallarında olan xx xxxxxxx 2016-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə X7 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, AL-470 saylı daxili lizinq müqaviləsinə əsasən öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan xx xxxxxxx 2016-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, X7 istifadəsində və İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətində olan “VAZ-21154” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin 1107 saylı, xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxxx 2016-cı il tarixli, AL-470 saylı daxili lizinq müqaviləsi üzrə ümumilikdə 2014 manat məbləğində ödənişlər aparılmış, həmin ödənişlərin 2002 manatı lizinq alan X7 tərəfindən, 12 manatı isə AL-470 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlikləri qəbul edən Cavabdeh oğlu tərəfindən aparılmışdır. Azərbaycan Respublikasının MM-nin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1 və 748-10.2-ci maddələrinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış xx xxxx 2016-cı il tarixli, AL-470 saylı daxili lizinq müqaviləsinə əsasən dəyəri 5800 manat olan “VAZ-21154” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 lizinqə verilmiş, müqavilənin müddəti 24 ay müəyyən edilmiş, xx xxxxxxx 2016-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən Cavabdeh İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə X7 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, AL-470 saylı daxili lizinq müqaviləsinə əsasən öhdəlikləri öz üzərinə götürmüşdür.“VAZ-21154” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2016-cı il tarixdə istifadəyə yararsız vəziyyətdə İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin dayanacağına yerləşdirilmişdir. Azərbaycan Respublikasının MM-nin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə X7 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, AL- 470 saylı daxili lizinq müqaviləsinin11.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmcinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə duşdukdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməlidir, lizinq ödənişlərinin tam məbləği ödənildiyi andan müqavilə öz qüvvəsini itirir, lizinq obyekti isə lizinq alanın mülkiyyətinə keçir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, xx xxxx 2016-cı il tarixli, AL-470 saylı daxili lizinq müqaviləsinin şərtlərin uyğun olaraq lizinq ödənişlərinin tam məbləğini ödədikdən sonra Cavabdehlizinq obyektini mülkiyyətinə verilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-525/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2349/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2349/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver