Məhkəmə qərarları › İş №2(105)-235/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-235/2024

29.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-235/2024 29.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı13, İddiaçı5, İddiaçı6, İddiaçı7, X10, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı2, İddiaçı12 və X5 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, X14, Bairamov Takhar, X12) kanalizasiya xəttinin çəkilməsinə maneçilik törədilməsinin qadağan edilməsi tələbinə dair (Açar sözlər: maneələrin aradan qaldırılması, mülkiyyət hüququ, mülkiyyətə qanuni və mütənasib müdaxilə, mülkiyyət hüququnun məhdudlaşdırılması) X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X15 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçılar İddiaçı4, İddiaçı3, X16, İddiaçı2, X13, İddiaçı5, və iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(012)-1771/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı4, İddiaçı3, X16, İddiaçı9, İddiaçı11, İddiaçı2, İddiaçı12 və X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müraciətin cavablandırılmasına dair məktubda qeyd olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, X18, Süleyman Rüstəm küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə bağlı 999/1467 nömrəli 16 dekabr 2022-ci il tarixli müraciətinizə "xxxx" Açıq Səhmdar Cəmiyyətində müvafiq qaydada baxılmışdır. Bildirilmişdir ki, ‘Azərsu” ASC-nin sifarişinə əsasən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrasına başlanmış və tikinti-quraşdırma işləri nəzərdə tutulmuş müddətdə başa çatdırılmışdır. Xırdalan şəhərinin kanalizasiya sisteminin tikintisi zamanı təsdiq edilmiş layihəyə əsasən kanalizasiya xətlərinin S. Rüstəm küçəsindən keçən hissəsinin inşası üçün bir neçə həyətyanı sahədə qazıntı işlərinin aparılmasına mülkiyyət sahiblərindən razılıq almaq mümkün olmadığı səbəbindən S.Rüstəm küçəsində kanalizasiya xəttinin inşasını icra etmək mümkün olmamışdır.

2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X18 6-cı küçə, S.Rüstəm küçəsi, döngə 2, ev 28 ünvanı İddiaçı13 mülkiyyətindədir.

3. Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin (37891 reyestr nömrəli, 5808 inventar işi nömrəli) notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon X4, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 6-cı küçə, 2-ci döngə, ev 35 yaşayış sahəsi 38.6 kv.m köməkçi sahəsi 15.6 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evi X11 adına Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il 66 saylı sərəncamı əsasında qeydə alınmışdır.

4. Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin (37300 reyestr nömrəli, 5246 inventar işi nömrəli) notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon X4, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq Y/M, 6-cı küçə, 2-ci dalan, ev 16 yaşayış sahəsi 34.6 kv.m köməkçi sahəsi 33,5 kv.m olan 2 otaqdan ibarət fərdi yaşayış evi İddiaçı6 adına Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il 66 saylı sərəncamı əsasında qeydə alınmışdır.

5. Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin (14396 reyestr nömrəli, 268 inventar işi nömrəli) notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon X4 və Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq Y/M, 6-cı küçədə yerləşən 6 otaqlı yaşayış sahəsi 102,6 kv.m köməkçi sahəsi 189,6 kv.m olan fərdi yaşayış evi X7 adına qeydə alınmışdır.

6. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********78-10301 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanı İddiaçı8 mülkiyyətindədir.

7. Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin (22951 reyestr nömrəli, 1493 inventar işi nömrəli) notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon X4 və Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçədə yerləşən 4 otaqlı yaşayış sahəsi 73,6 kv.m köməkçi sahəsi 66,8 kv.m olan fərdi yaşayış evi X1 adına qeydə alınmışdır.

8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-797/2020 saylı qətnaməsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin "Cavabdeh zəbt etdiyi Xırdalan Bələdiyyəsinə məxsus 355 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa olunan hasarın onun öz hesabına sökülərək torpağın əvvəlki vəziyyətinə gətirilərək geri qaytarılması” tələbinə dair ilkin iddiası təmin edilməmiş, ilkin iddia üzrə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməsi, Cavabdeh "Azərsu” ASC-dən dövlət rüsumu 30 manat, müdafiəçiyə ödədiyi 110 manat pulun, vuracaqları maddi ziyana görə kompensasiya olaraq "Azərsu” ASC-dən 150.000 manat, Xırdalan Bələdiyyəsindən 2000 manat pulun tutulub, ona ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə məhkəmə xərclərinin Cavabdeh aid edilməsi qət edilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 5662/2021 saylı qərarının surətindən görünür ki, iddiaçı Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin kassasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2572/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 10/5264 №-li rəyindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21- 3-32/2-7646/2023 nömrəli mütəxəssis rəyinə əsasən Qərardadın birinci sualı üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, X18, 11-ci küçə, 71 saylı ünvanda Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin onun adına həmin ünvana tərtib edilmiş texniki pasportda göstərilən cizgi ilə üst-üstə düşdüyü, texniki pasportda göstərilən sahənin 535 kv.m olduğu, Qərardadın ikinci sualı üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, X18, 11-ci küçə, 71 saylı ünvanda Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin naturada 0.0561 ha təşkil etdiyi, Qərardadın üçüncü sualı üzrə: texniki pasportda göstərilməyən torpaq sahəsinin necə yerləşməsi mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Həmçinin köməkçi sahənin giriş-çıxış darvazası istiqamətindən olduğu, Qərardadın dördüncü sualı üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, X18, 11-ci küçə, 71 saylı ünvanda giriş-çıxış darvazasına qədər olan yolun eninin 3.43 metr təşkil etdiyi, kanalizasiya quyusunun isə giriş-çıxış darvazasından 3.17 metr ara məsafəsində yerləşdiyi müəyyən edilmişdir.

11. Apellyasiya icraatı zamanı sorğu əsasında əldə olunmuş AR "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunun məzmunundan müəyyən edilir ki, Xırdalan şəhəri Quşçuluq massivi , 11-ci küçə ünvanında, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsindən başqa, şikayətçi vətəndaşların kanalizasiya xəttinin qoşulması üçün mümkün ikinci varinat yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı13, İddiaçı5, İddiaçı6, İddiaçı7, X16, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı2, İddiaçı12, X13 Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı kanalizasiya xəttinin çəkilməsinə maneçilik törədilməsinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadəsində olan torpaq sahəsindən kanalizasiya xəttinin çəkilərək növbəti kanalizasiya xəttinə birləşdirilməsi üçün qazıntı işlərinin aparılmasına Cavabdeh və ailə üzvləri tərəfindən maneçilik törədilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, qeyd edilən ünvanlarda mülkiyyətlərində, istifadə və sahibliklərində olan evlərində 1990-cı illərdən yaşayırlar. Xırdalan şəhəri ərazisində kanalizasiya xəttinin çəkilməsinə dair Dövlət proqramı əsasinda "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihə hazırlanmış və həmin layihə əsasında şəhərin bütün ərazisində kanalizasiya xəttinin çəkilişi başa çatmışdır. Lakin cavabdehin təqsirindən onların yaşadıqları ünvanlara kanalizasiya xətti çəkilməmişdir. Belə ki, müxtəlif orqanlara o cümlədən Abşeron rayon İcra Hakimiyyətinə yazdıqları şikayətlər cavabsız qalmışdır. "xxxx" ASC-nin layihə rəhbəri kanalizasiya xəttinin cavabdehin istifadəsində olan torpaq sahəsindən çəkilməsinə icazə verilməsi üçün cavabdehə dəfələrlə müraciət etmiş, xəttin çəkilişindən sonra ərazidə olan qazıntısöküntü işlərinin əvvəlki vəziyyətə bərpa edilməsini öhdəsinə götürmüşdür. Cavabdeh, "xxxx" ASC-nin əməkdaşlarım torpaq sahəsinə buraxmamış, nəticədə onların evlərinə kanalizasiya xətti çəkilməmiş qalmışdır. Cavabdehin yaşadığı ev onun mülkiyyətindədir, lakin kanalizasiya xətti keçən torpaq sahəsi istifadəsindədir. Artıq 30 il ərzində kanalizasiya sularının yığılması üçün qazdıqları (şambo) quyular dolub-daşaraq həyətlərə tökülür. Bunun nəticəsində antisanitar vəziyyət yaranır və yolxucu xəstəliklər mənbəyinə çevrilir. Nəticədə onların konstitusion hüquqları pozulur. Kanalizasiya xətti cavabdehin istifadəsində olan darvazanın altından keçməklə hasarın yani ilə keçərək növbəti kanalizasiya xəttinə birləşdirilməlidir. Qazıntı işləri texnika olmadan, əl üsulu ilə aparılacaqdır. Xəttin çəkilişi başa çatdıqdan sonra sökülməsi zəruri ola biləcək hasar və qazılmış torpaq sahəsi və digər şeylər əvvəlki vəziyyətə "xxxx" ASC tərəfindən bərpa olunacaqdır. Eyni zamanda öhdələrinə götürürlər ki, kanalizasiya xəttini yüksək təzyiqə davam gətirən su borusu ilə təmin edəcəklər. Bu halda cavabdehə hər hansı ziyan dəyməyəcək və torpaqdan əvvəlki kimi istifadə etməyinə maneçilik yaranmayacaqdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

14. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Abşeron rayonu, Xırdalan şəhəri, X18, 11-ci küçə, 71 saylı ünvanda Cavabdeh istifadəsində olan torpaq sahəsindən onlara kanalizasiya xəttinin çəkilərək növbəti kanalizasiya xəttinə birləşdirilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qazıntı işlərinin aparılmasına Cavabdeh və ailə üzvləri tərəfindən maneçilik törədilməsi qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Abşeron Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(012)-1771/2023 nömrəli qətnaməsi (hakim C.Səfiyeva) ilə iddia tələbi təmin edilməmiş, 50 manat məbləğində ekpertiza xərcinin bərabər qaydada (50:13=3,8man) iddiaçılardan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X9nin AZ34 CTRE******************** saylı hesabına və 67.20 manatın isə iddiaçı X8 alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21- 3-32/2-7646/2023 nömrəli mütəxəssis rəyindən Abşeron rayonu, Xırdalan şəhəri, X18, 11-ci küçə, 71 saylı ünvanda Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin onun adına həmin ünvana tərtib edilmiş texniki pasportda göstərilən cizgi ilə üst-üstə düşdüyü, texniki pasportda göstərilən sahənin 535 kv.m olduğu, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin naturada 0.0561 ha təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin rəyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, X18, 11-ci küçə, 71 saylı ünvanda giriş-çıxış darvazasına qədər olan yolun eninin 3.43 metr təşkil etdiyi, kanalizasiya quyusunun isə giriş-çıxış darvazasından 3.17 metr ara məsafəsində yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh adına qeydə alınmış Qeydiyyat Vəsiqəsi və həmin əmlakın texniki pasportu ilə müəyyən edilir ki, “Quşçuluq” yaşayış massivi, 11 küçəsində yerləşən 71 nömrəli yaşayış evi Abşeron rayon İcra Hakimiyyəti başçısının 27 mart 1997-ci il tarixli 66 nömrəli qərarı əsasında 22951 nömrəli reyestr kitabında, 1493 inventar nömrəsi ilə X1 adına qeydə alınmışdır, 530,0 kv.m torpaq sahəsinin tikili altı sahəsi 180,3 kv.m, torpaq sahəsi 355,2 kv.m-dir. Binanın ümumi sahəsi 140,4 kv.m, yaşayış sahəsi 73,6 kv.m, köməkçi sahəsi 66,8 kv.m-dir. Göründüyü kimi, qanunsuz zəbt edildiyi iddia olunan 355,2 kv.m torpaq sahəsi cavabdehə məxsus fərdi yaşayış evinin texniki sənədində, pasportunda öz əksini tapmaqla, cavabdehin bu sahə üzərində mülkiyyət hüququ hələ bələdiyyələr formalaşanadək, yəni 1997-ci ildə qeydə alınmışdır. Cavabdehə aid həmin evin və evin yerləşdiyi torpaq sahəsinə dair işdə olan texniki pasport isə 2001-ci ilin sentyabr ayında tərtib və təsdiq edilmişdir. İddiaçılar yol kimi istifadə etdikləri və hazırda kanalizasiya xəttinin çəkilməsini tələb etdikləri torpaq sahəsi isə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi olub, yalnız bu məqsədlə səlahiyyətli icra orqanları tərəfindən həmin torpaq sahəsindən kanalizasiya xətti qanunla müəyyən edilmiş qaydalar üzrə çəkilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5, 49, 66, 70, 111.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 180.1, 246.7-ci maddələri, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə Qərarına, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 216- 220, 233, 234, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

18. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçılar İddiaçı4, İddiaçı3, X16, İddiaçı9, İddiaçı11, İddiaçı2, İddiaçı12 və X13 apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur. Məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmamış, ədalətsiz qətnamə qəbul etmişdir. Mübahisənin mahiyyəti ilə bağlı bildirir ki, kanalizasiya xətti cavabdehin istifadəsində olan hasarın yanı ilə keçərək, darvazasının altından keçməklə mərkəzi kanalizasiya xəttinə qoşulmalıdır. Qazıntı işləri texnika olmadan, əl üsulu ilə aparılacaqdır. Xəttin çəkilişi başa çatdıqdan sonra sökülməsi zəruri ola biləcək hasar və qazılmış torpaq sahəsi və digər şeylər əvvəlki vəziyyətə "xxxx" ASC tərəfindən bərpa olunacaqdır. Eyni zamanda iddiaçılar öhdəlik götürmüşlər ki, kanalizasiya xəttini yüksək təzyiqə davam gətirən su borusu ilə təmin edəcəklər. Bu halda cavabdehə hər hansı ziyan dəyməyəcək və torpaqdan əvvəlki kimi istifadə etməyinə maneçlilk yaranmayacaqdır. Məhkəmə isə bu hallara düzün hüquqi qiymət verə bilməmişdir. Məhkəmənin iddia tələbinin rədd edilməsi ilə bağlı mövqeyi tam yanlış istiqamətdə əsaslandırılmışdır. Əvvəla, çəkiləsi kanalizasiya xətti mərkəzi kanalizasiya xəttinə qoşulmalıdır. İddiaçıların evlərinə çəkiləcək kanalizasiya xətti dövlət əhəmiyyətli deyil, iddiaçıların hüquqlarının müdafiəsi əhəmiyyətli olmaqla, iddiaçıların mülkiyyət hüququnun qorunması ilə bağlıdır. -İkincisi, məhkəmə cavabdehin mülkiyyətində olan evin 1997-ci ildə qeydə alnmasını göstərmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələrinin qeyd etdiyi kimi, eyni zamanda həmin evə və torpağa dair tərtib edilmiş texniki pasportdan göründüyü kimi cavabdehə məxsus ev 2001-ci ildə qeydə alınmışdır. Qeydiyyat vəsiqəsində qeyd edilən 1997-ci il tarixi isə Abşeron rayon İcra Hakimiyyətinin həmin tarixdə torpaqlar, həm də evlər üçün ümumi sərəncam verməsi tarixidir. Bələdiyyələr isə daha əvvəl yaranmışdır. -Üçüncüsü, məhkəmə qətnaməsində ekspert tərəfindən aşkar edilən texniki pasportda öz əksini tapmayan zəbt olunmuş torpaq sahəsini -26 kv.m torpaq sahəsini bilərəkdən qətnaməsində ümumi şəkildə qeyd etməklə həmin 26 kv.m sahənin cavabdeh tərəfindən zəbt edilmiş sahə kimi göstərməmiş, 561 kv.m torpaq sahəsinin texniki pasportda öz əksini tapdığını göstərmiş, 535 kv.m torpaq sahəsindən artıq olan 26 kvm. torpaq sahəsinin texniki pasportda öz əksini tapmaması barədə ekspertin rəyinə qiymət verməmişdir. Həmçinin 0,561 kv.m torpaq sahəsinin texniki pasportda öz əksini tapması və cavabdehin mülkiyyətində olması barədə gəldiyi qənaət səhvdir. Texniki pasportda yalnız 535 kv.m torpaq sahəsi öz əksini tapmış, 535 kv.m-561 kv.m.=26 kv.m. sahə texniki pasportda öz əksini tapmamışdır. Məhkəmə, həmçinin göstərmişdir ki, iddiaçılar yol kimi istifadə etdikləri və hazırda kanalizasiya xəttinin çəkilməsini tələb etdikləri torpaq sahəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsi olub, yalnız səlahiyyətli icra orqanları tərəfindən həmin torpaq sahəsindən kanalizasiya xətti qanunla müəyyən edilmiş qaydalar üzrə çəkilə bilər. Məhkəmə, texniki pasportda öz əksini tapmayan, zəbt olunmuş 26 kv.m torpaq sahəsini cavabdehin mülkiyyətində olan torpaq sahəsi kimi göstərməklə hesab etmişdir ki, iddiaçıların həmin torpaq sahəsindən kanalizasiya xəttini keçirməklə mərkəzi kanalizasiya xəttinə qoşulması üçün iddia qaldırmaq hüquqları yoxdur. Halbu ki, kanalizasiya xətti keçiriləcəyi həmin torpaq sahəsi ekspert rəyində 26 kv.m torpaq sahəsi zəbt olunmuş torpaq sahəsi olması açıq aydın öz əksini tapmışdır. Bununla da iddiaçılarınn mülkiyyət hüquqlarının pozulmasını düzgün qiymətləndirməyərək, nəticədə yuxarıda göstərilən həm prosessual hüquq normalarının, həm də maddi hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-dən iddiaçıların kanalizasiya xəttinin mərkəzi kanalizasiya xəttinə qoşulması üçün cavabdehin torpaq sahəsindən başqa digər daha əlverişli variantın olub-olmaması, daha az məsrəfə başa gəlməsinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alınması barədə vəsastət verilsə də məhkəmə vəsatəti təmin etməmişdir. İddia tələbinin əsası kimi iddiaçıların istinad etdiyi maddi hüquq normalarının bu iş üzrə tətbiq oluna bilməyəcəyinə dair məhkəmə tərəfindən heç bir hüquqi əsaslandırma aparılmamışdır. Beləliklə məhkəmə həm maddi həm də proseessual hüquq normalarının tələbini pozmaqla qətnamə qəbul etdiyinə görə apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçılar apellyasiya şikayətində qeyd olunan ünvanlarda mülkiyyətlərində, qanuni istifadələrində və sahibliklərində olan evlərində 1990-cı illərdən başlayaraq yaşayırlar. Xırdalan şəhəri ərazisində kanalizasiya xəttinin çəkilməsinə dair Dövlət proqramı əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihə hazırlanmış və həmin layihə əsasında şəhərin bütün ərazisində kanalizasiya xəttinin çəkilişi başa çatmışdır. İddiaçıların yaşadıqları ünvanlara kanalizasiya xətləri qoşulmamışdır. Belə ki, iddiaçıların ünvanlarına kanalizasiya xəttinin çəkilməsi cavabdehin istifadəsində olan torpaq sahəsindən keçidlə mümkündür. "xxxx" ASC iddiaçıların kanalizasiya xəttinin cavabdehin ictifadəsində olan torpaq sahəsindən çəkilməsinə icazə verilməsi üçün cavabdehə dəfələrlə müraciət etmiş, lakin cavabdeh, "xxxx" ASC-nin əməkdaşlarını torpaq sahəsinə buraxmamış, nəticədə iddiaçıların evlərinə kanalizasiya xətti çəkilməsi və mərkəzi kanalizasiya xəttinə qoşulması mümkün olmamışdır. Cavabdehin yaşadığı ev onun mülkiyyətində, torpaq sahəsi isə istifadəsindədir, kanalizasiya xətti keçiriləcək 26 kv.m torpaq sahəsi isə zəbt olunmuş torpaq sahəsidir, cavabdehin adına olan texniki pasportda 26 kv.m torpaq sahəsi öz əksini tapmamışdır, lakin cavabdehin faktiki istifadəsindədir. Artıq 30 il ərzində iddiaçıların hər biri tərəfindən öz həyətlərində qazılmış quyular (şambo) çirkab sularının yığılması nəticəsində dolub- daşaraq həyətlərə tökülür. Bunun nəticəsində antisanitar vəziyyət yaranır və yoluxucu xəstəliklər mənbəyinə çevrilir. Mübahisəli kanalizasiya xətti cavabdehin istifadəsində olan hasarın yanı ilə keçərək, darvazasının altından keçməklə mərkəzi kanalizasiya xəttinə qoşulmalıdır. Qazıntı işləri texnika olmadan, əl üsulu ilə aparılacaqdır. Xəttin çəkilişi başa çatdıqdan sonra sökülməsi zəruri ola biləcək hasar və qazılmış torpaq sahəsi və digər şeylər əvvəlki vəziyyətə "xxxx" ASC tərəfindən bərpa olunacaqdır. Digər tərəfdən iddiaçılar kanalizasiya xəttini yüksək təzyiqə davam gətirən su borusu ilə təmin edəcəkləri barədə öhdəlik götürürlər. Bütün bunlara baxmayaraq cavabdeh tərəf qəti şəkildə mübahisəli kanalizasiya xəttinin çəkilişinə icazə vermir. İşə baxan məhkəmə isə kifayət qədər əsaslı və qanuni iddia tələbini rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçılar iddiaçılar İddiaçı4, İddiaçı3, X16, İddiaçı2, X13, İddiaçı5 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia tələbi kimi apellyasiya şikayəti də əsassızdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iddiaçıların mübahisələndirdikləri 26 kv.m torpaq sahəsi cavabdehə məxsus torpaq sahəsinin bir hissəsidir və onun mülkiyyət hüququ cavabdehin adına qeydə alınmış qeydiyyat vəsiqəsində və texniki pasportda öz əksini tapmışdır. Bundan əlavə, iddiaçıların yaşadığı küçə ilə cavabdehin yaşadıqları küçə məsafə cəhətdən tamamilə ayrı-ayrı küçələrdir və onların bir-birinə heç bir aidiyyəti yoxdur. İddiaçıların yaşayış evlərinin yerləşdiyi küçədə bir neçə kanalizasiya quyuları mövcuddur və onlar bu quyulardan hər hansı birinə cavabdehin torpaq sahəsindən istifadə etmədən də çıxışlarını təmin edə bilərlər. Yəni mərkəzi kanalizasiya xəttinə qoşulmaq üçün yeganə vasitə cavabdehin torpaq sahəsindən xəttin çəkilməsi deyildir. Cavabdeh haqlı olaraq mülkiyyət hüququnun müdafiəsini tələb edir. İş üzrə birinci instansiya məhkəməsi əsaslı və qanuni qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən nümayəndə və vəkil sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçıların onların küçələrində yerləşən kanalizasiya quyusundan istifadə etməsinə razı deyildir. Çünki onun evində əvvəldən çatlar mövcuddur. İddiaçılar həmin ərazidəki quyudan istifadə etsələr quyunun suyu onun evində ziyan vuracaqdır. Ona görə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar İddiaçı13, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, X14, Bairamov Takhar məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

27. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. 169.3. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın. 169.4. Əgər şərait dəyişərsə, mülkiyyətçi xəttin onun mənafeyinə uyğun çəkilməsini tələb edə bilər. Çəkilmənin dəyərini ixtiyarlı şəxs ödəməlidir, lakin xüsusi halların əsas verdiyi yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid edilə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. və 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətindən görünür ki, şikayət Abşeron Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(012)-1771/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsinə yönəldilmişdir.

32. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini apellyatora münasibətdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

34. Baxılan iş üzrə iddia tələbi mübahisəli ərazidə yerləşən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən keçən kanalizasiya xəttinin çəkilməsinə sonuncu tərəfindən yaradılan maneənin aradan qaldırılmasından ibarətdir.

35. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21- 3-32/2-7646/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, X18, 11-ci küçə, 71 saylı ünvanda Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin onun adına həmin ünvana tərtib edilmiş texniki pasportda göstərilən cizgi ilə üst-üstə düşdüyü, texniki pasportda göstərilən sahənin 535 kv.m olduğu, Abşeron rayonu, Xırdalan şəhəri, X18, 11-ci küçə, 71 saylı ünvanda Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin naturada 0.0561 ha təşkil edir.

36. Mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, X18, 11-ci küçə, 71 saylı ünvanda giriş-çıxış darvazasına qədər olan yolun eninin 3.43 metr təşkil etdiyi, kanalizasiya quyusunun isə giriş-çıxış darvazasından 3.17 metr ara məsafəsində yerləşdiyi müəyyən edilmişdir.

37. Həmçinin Cavabdeh adına qeydə alınmış Qeydiyyat Vəsiqəsi və həmin əmlakın texniki pasportu ilə müəyyən edilmişdir ki, “Quşçuluq” yaşayış massivi, 11 küçəsində yerləşən 71 nömrəli yaşayış evi Abşeron rayon İcra Hakimiyyəti başçısının 27 mart 1997ci il tarixli 66 nömrəli qərarı əsasında 22951 nömrəli reyestr kitabında, 1493 inventar nömrəsi ilə X1 adına qeydə alınmışdır, 530,0 kv.m torpaq sahəsinin tikili altı sahəsi 180,3 kv.m, torpaq sahəsi 355,2 kv.m-dir. Binanın ümumi sahəsi 140,4 kv.m, yaşayış sahəsi 73,6 kv.m, köməkçi sahəsi 66,8 kv.m-dir.

38. Göründüyü kimi, qanunsuz zəbt edildiyi iddia olunan 355,2 kv.m torpaq sahəsi cavabdehə məxsus fərdi yaşayış evinin texniki sənədində, pasportunda öz əksini tapmaqla, cavabdehin bu sahə üzərində mülkiyyət hüququ hələ bələdiyyələr formalaşanadək, yəni 1997-ci ildə qeydə alınmışdır. Cavabdehə aid həmin evin və evin yerləşdiyi torpaq sahəsinə dair işdə olan texniki pasport isə 2001-ci ilin sentyabr ayında tərtib və təsdiq edilmişdir.

39. Araşdırılan işdən müəyyən edilmişdir ki, iddiaçıların kanalizasiya xəttinin çəkmək istədikləri hissədə cavabdehə məxsus tikili mövcuddur ki, həmin tikili də texniki pasportda öz əksini tapmışdır.

40. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya işin tam və obyektiv həlli məqsədilə aidiyyəti orqanlara sorğu vermiş və sorğu əsasında əldə olunmuş AR "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunun məzmunundan müəyyən edilimişdir ki, Xırdalan şəhəri Quşçuluq massivi , 11-ci küçə ünvanında, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsindən başqa, şikayətçi vətəndaşların kanalizasiya xəttinin qoşulması üçün mümkün ikinci varinat yoxdur.

41. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, belə olan halda, iddianın hüquqi əsası kimi Mülki Məcəllənin mülkiyyət hüququna dair normaları ilə yanaşı, həm də həmin Məcəllənin 169-cu maddəsi də (mülkiyyət hüququnun məhdudlaşdırılması) nəzərdən keçirilə bilər.

42. Belə ki, Mülki Məcəllənin; 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. 169.3. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın. 169.4. Əgər şərait dəyişərsə, mülkiyyətçi xəttin onun mənafeyinə uyğun çəkilməsini tələb edə bilər. Çəkilmənin dəyərini ixtiyarlı şəxs ödəməlidir, lakin xüsusi halların əsas verdiyi yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid edilə bilər. Həmin maddənin dispozitiv şərtinə görə Mülki Məcəllədə müyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər və məhdudlaşdırılmanın mülkiyyətin hansı növünə tətbiq edilməsi fərqləndirilməmişdir. Deməli, belə məhdudiyyət mülkiyyətin bütün növlərinə şamil edilir və bu hallara aşağıdakılar daxildir: 1) mülkiyyət hüququnun məhdudlaşdırılması yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallrada, özü də nəinki ictimai, həmçinin fərdi maraqlar naminə məhdudlaşdırıla bilər; 2) Məcəllənin 169.2-ci maddəsi fərdi maraqlar naminə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasını torpaq sahəsində quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi işlərinin görülməsi ilə əlaqələndirmişdir; 3) başqasının torpaq sahəsindən istifadə edilmədən fərdi işlərin yerinə yetirilməsinin mümkün olmaması və yaxud hədsiz yüksək məsrəflər hesabına mümkün olması; 4) başqasının torpaq sahəsində fərdi işlərin görülməsi ilə əlaqədar zərərin əvəzinin əvvəlcədən ödənilməsi.

43. Göründüyü kimi qanunvericilik mülkiyyətçinin üzərinə bu hallara dözmək vəzifəsi qoymuşdur ki, yuxarıda göstərilən hallarda və şərtlər daxilində torpaq sahəsindən kənar şəxslərin istifadəsinə icazə versin. Əks halda maraqlı şəxs bununla bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Bu halda xüsusil qeyd edilməlidir ki, mülkiyyətçinin yalnız sahiblik və istifadə hüquqları məhdudlaşdırıla bilər.

44. Baxılan işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar cavabdehdən yaradılan maneənin aradan qaldırılmasını tələb etsələr də, MM-nin 169.2-ci maddəsinin tələbi baxımından sonuncuya bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərtini irəli sürməmiş, iddia tələbində buna münasibət bildirməmişlər. İşə baxmış birinci instansiya məhkəməsi də bu istiqamətdə hər hansı araşdırma aparmamışdır.

45. Kollegiya qeyd olunanlarla bağlı iddaçı tərəfin fikrini öyrənmiş və bununla bağlı cavabdeh tərəflə qarşılıqlı razılığın olub-olmamasını təklif etmişdir. Lakin iddiaçı tərəf zərərin əvəzinin əvvəlcədən deyil, əgər qazıntı işlərinin aparıldığı və söküntü işləri olduğu halda dəyə biləcək zərəri sonradan qarşılayaca biləcəklərini bildirmişlər. Lakin göründüyü kimi qanunvericilik bunun əksini bildirərək, zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərtinin irəli sürülməsini qeyd edir.

46. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan kollegiya belə qənaətə gəlir ki, iddia tələbi heç də birinci instansiya məhkəməsinin qeyd etdiyi əsaslarla (səlahiyyətli icra orqanları tərəfindən həmin torpaq sahəsindən kanalizasiya xətti qanunla müəyyən edilmiş qaydalar üzrə çəkilə bilər) deyil, MM-in 169.2-ci maddəsinin tələbləri çərçivəsində həll edilə bilər. Həmçinin o da vurğulanmalıdır ki, yuxarıda göstərilən hallarda və şərtlər daxilində torpaq sahəsindən kənar şəxslərin istifadəsinə icazə vemiş mülkiyyətçi həmin pozuntuya dözməlidir.

47. Apellyasiya instansiyası məhkəməsi sonda qeyd edir ki, iddia tələbinə apellyasiya icraatı zamanı yeni tələbin əlavə edilməsi MPM-in normalarının pozulması deməkdir. İddiaçının yeni tələbə şifahi münasibət (göstərilən qaydada iddianın təmin edilməsinə etiraz etməməsi) bildirilməsi iddia tələbinin MPM-in 53-ü maddəsi baxımından tələbin həcminin artırılması kimi qəbul edilə bilməz.

48. Bu qaydanın isə apellyasiya instansiyası məhkəməsində edilməsi MPM-in 372.4-cü maddəsinin (apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır) tələbi baxımından yolverilən deyidir.

49. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri)

50. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir.

51. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci (dövlət rüsumu və ekspertiza xərci) iddiaçılara аid edilməlidir

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçılar İddiaçı4, İddiaçı3, X16, İddiaçı9, İddiaçı11, İddiaçı2, İddiaçı12 və X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(012)-1771/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Ekspertiza xərci olaraq müəyyən edilmiş 50 manat məbləğində pul vəsaiti bərabər qaydada (50:13=3,8 manat) iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı13, İddiaçı5, İddiaçı6, İddiaçı7, X16, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı2, İddiaçı12 və X2 alınaraq AZ.MEM, VÖEN **********, X9, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar