Məhkəmə qərarları › İş №2(105)-2360/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2360/2022

20.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2360/2022 20.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər Qusar rayon Notariat Kontoruna və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(029)-547/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(029)-547/2022 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməsmişdir (hakim Adil Vəliyev). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(029)-547/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Qusar rayon Notariat Kontoruna və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən sahəsi 424 kv.metr olan bir mərtəbəli, 3 otaqlı evin X11 tərəfindən X3 bağışlamasına dair Qusar rayon Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.1973-ci il tarixli 17\6387 reyestr nömrəli “Ev bağışlamaq haqqında” müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamədə qeyd olunmuşdur ki, iddia tələbi üzrə tərəflər arasında hüquq münasibətlərinin 1973-cü ildə yaranmasına baxmayaraq, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçı öz hüquqlarının pozulmasının məhz iddia ərizəsi verilən vaxtdan əvvəlki son 3 il ərzində ona məlum olduğuna dair mötəbər hüquqları məhkəməyə təqdim etməmişdir. Hesab edir ki, məhkəmə belə nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, o, iddia ərizəsində və izahatında bildirib ki, mübahisə predmeti olan bağışlama müqaviləsinin mövcud olmasından 2021-ci ildə, Qusar Rayon Məhkəməsində cavabdehin ona qarşı olan iddiasına baxılarkən məlumatı olub. Cavabdeh bağışlama müqaviləsinin bağlanmasından 50 ilə yaxın müddət keçməsinə baxmayaraq bu müqaviləni gizli saxlamış, bu barədə heç kimə bildirməmişdir. Ona görə də iddia müddətinin axımı 2021-ci ildən başlamış və həmin vaxtdan 3 il müddət keçmədiyinə görə məhkəmə mübahisəyə iddia müddətini tətbiq etməklə iddianı təmin etməməkdə haqlı olmamışdır. Bundan başqa məhkəməyə vəsatət verərək evin X11 tərəfindən Cavabdeh2 bağışlamasına dair Qusar rayon Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.1973-cü il tarixli, 17/6387 reyestr nömrəli «Ev bağışlamaq haqqında» müqaviləsindəki imzanın atası X11 tərəfindən icra olunub olunmamasınin müəyyən olunmasından ötrü iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etsə də məhkəmə həmin vəsatəti əsassız rədd etmişdir. Hesab edir ki, məhkəmə tərəfindən işin bütün halları tam araşdırılmamışdır. Odur ki, qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(029)-547/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə koldlegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(029)-547/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd etdi ki, qətnamə qanuni və əsaslıdır, məhkəmə tərəfindən işin bütün halları araşdırılaraq qiymət verilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(029)-547/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL M Ə S Ə L Ə L Ə R: İş üzrə üçüncü şəxs Qusar rayon Notariat ofisinin notariusuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş əlavə edilmiş Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)- 94/2021 saylı qətnaməsindən görünür ki, Qusar rayon Notariat Kontoru tərəfindən X8 adına verilmiş 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin, ünvan 2 ünvanda 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X8 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestr nömrəsi **********60-10301 olan xx.xx.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1469/2021 saylı qətnaməsi apellyasiya şikayətləri qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-94/2021 saylı qətnaməsi qismən- Qusar rayon Notariat Kontoru tərəfindən X8 adına verilmiş 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin və reyestr nömrəsi **********60-10301 olan xx.xx.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş, bu hissələrdə yeni qətnamə qəbul edilərək həmin hissələrdə iddia təmin olunmamış, qalan hissədə, yəni ünvan 2 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X8 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6274- 2021 saylı qərarı ilə Cavabdeh2 və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(105)-1469/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Seriya RX № ******* saylı xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən **********60-10301 reyestr nömrəli 0.0424 ha yaşayış məntəqəli torpaq sahəsində yerləşən ümumi sahəsi 97.1 kv-m olan xüsusi mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmışdır. İşdə olan Seriya xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən **********60-10301 reyestr nömrəli 0.0424 ha yaşayış məntəqəli torpaq sahəsində yerləşən ümumi sasəsi 97.1 kv-m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.1973-ci il tarixli 17/6387 reyestr nömrəli “Ev bağışlamaq haqqında” Müqavilənin surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən sahəsi 424 kv.metr olan bir mərtəbəli, 3 otaqlı ev X11 tərəfindən X3 bağışlanmışdır. İşdə olan AZ-T 092934 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1949-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. X1, anası X2r. İşdə olan İİ- JQ № 338527 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 07 mart 1982-ci il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan AZ 066837 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 dekabr 2001-ci il tarixdə Qusar şəhərində ölmüşdür. Məhkəmə hesab etmişdir ki, hazırkı müki mübahisə üzrə tərəflər arasında yaranmış münasibətlərə 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş) 39-cu maddəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən Qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Xarici ticarət əqdlərinin formasına və imzalanma qaydasına riayət etməmək əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Həmin Məcəllənin 245-ci maddəsinə əsasən bağışlama müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mülkiyyətinə verir. Bağışlama müqaviləsi əmlak verilən vaxt bağlanmış hesab olunur. Vətəndaşın dövlət kooperativ və ya sair ictimai təşkilata bağışladığı əmlak bu əmlakdan ictimai məqsədlər üçün istifadə olunması ilə qəbul edilə bilər. Minimum əmək haqqının on mislindən yuxarı məbləğdə bağışlama müqaviləsi və minimum əmək haqqının bir mislindən yuxarı məbləğdə valyuta sərvətlərini bağışlama müqaviləsi notariatda təsdiq edilməlidir. Vətəndaş tərəfindən dövlət, kooperativ və ya sair ictimai təşkilata əmlak bağışlama müqaviləsi məbləğindən asılı olmayaraq sadə yazılı formada bağlana bilər. Yaşayış evini və tikinti materiallarını bağışlama müqaviləsi müvafiq surətdə bu Məcəllənin 230 və 230-1-ci maddələrində müəyyən edilən formada bağlanmalıdır (10, 15, 16, 22). Həmin Məcəllənin 230-cu maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın bağışlama müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Bununla da müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. X11 ilə X7 arasında bağlanmış xx.xx.1973-cü il tarixli, 17/6387 reyestr nömrəli bağışlama müqaviləsi bağlanarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin-yəni Paşa İbrahimovun həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir. Bununla da qeyd olunan bağışlama müqaviləsi bağlanarkən qüvvədə olan 1964-cü il tarixli Mülki Məcəllənin tələblərinə tam uyğun olmuş, istər forması, istərsə də məzmunu ilə bağlı tələb olunan şərtlərə tam uyğun bağlanmışdır. Həmin bağışlama müqaviləsinin etibarsızlığına səbəb ola biləcək, həmin mülki məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçını dəlilləri ilə razılaşmayaraq hesab etmişdir ki, bağışlama müqaviləsi qanuni şəkildə bağlanmış, etibarsız hesab olunması üçün heç bir əsas yoxdur, bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilə bilməz. Bundan başqa hazırkı mülki mübahisə üzrə tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanunvericiliyin normalarından görünür ki, ümumi iddia müddəti 3 il müəyyən edilmişdir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1965-ci ildən 2000-ci ilədək qüvvədə olmuş) 77-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq edilməlidir və həmin məcəllənin 82-ci maddəsinə əsasən iddia müddətinin keçməsi iddianın rədd edilməsi üçün əsasdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Müəyyən edilmişdir ki, iddia tələbi üzrə tərəflər arasında hüquq münasibətlərinin 1973-cü ildə yaranmasına baxmayaraq, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan əlavə iddiaçı öz hüquqlarının pozulmasının məhz iddia ərizəsi verilən vaxt və ya iddia ərizəsinin verildiyi vaxtdan əvvəlki son 3 il ərzində ona məlum olduğuna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq olunmalı və həm də həmin əsasa görə iddia rədd olunmalıdır. Məhkəmə kollegiaysı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına düzgün istinad etməklə iddianı rədd etmişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, hazırda qüvvədə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(105)-1469/2021 nömrəli qətnaməsinin və onun dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6274- 2021 saylı qərarında qeyd olunmuşdur ki, İddiaçı bağışlama müqaviləsinin saxta olmasına dair məhkəməyə hər hansı bir mötəbər və legitim sübut təqdim etməmişdir. Ən əsası isə 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləniq 73-cü maddəsinə görə həmin müqavilənin mübahisələndirilməsi üçün tələb edilən iddia müddəti də buraxılmışdır. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Məhkəmə koldlegiyası hesab edir ki, bağışlama müqaviləsinin ləğvi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi əsaslardan da hər hansı biri mövcud deyildir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə dair dəlilinə qiymət verərək bildirir ki, həmin vəsatətə birinci instansiya məhkəməsində qiymət verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. İş materiallarından görünür ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edilir. Apellyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qusar Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(029)-547/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar