Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2366/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, İddiaçı1, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı1 və qeyrilərinin Cavabdeh Şahlar oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(060)-2657/2021 nömrəli qərardadından İddiaçı1 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) İddiaçı1 və qeyrilərinin cavabdeh İddiaçı6 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi Vəkil1 qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı1 və qeyriləri cavabdeh İddiaçı6 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Vəkil1 iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yeləşən torpaq sahəsinin üzərində tikintinin tikilməsinin davam etdirilməsinin dayandırılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi Vəkil1 Sumqayıt şəhər məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunması, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. Məhkəmə heç bir əsas olmadan ərizəni təmin etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli və Sumqayıt şəhər məhkəməsinin 03 iyun 2021-ci il tarixli və onunla bağlı 14 iyun 2021-ci il tarixli qərardadları ləğv edilməli, ərizə təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünüdüyü kimi, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən eyni zamanda iddianın təmin tədbiri kimi məhkəmə baxışı qurtaranadək Cavabdeh tərəfindən ünvan 1 ünvanında yeləşən torpaq sahəsinin üzərində tikintinin tikilməsinin davam etdirilməsinin dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmini barədə ərizənin təmin edilməməsini iddiaçının ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmaması, belə tədbirlərin görülməsi üçün əsasların mövcudluğu müvafiq dəlillərlə sübuta yetirilməməsi ilə əsaslandırmışdır. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək üçün tədbirlər görə bilər. (Mülki Prosessual Məcəllənin 157.1., 157.2., 158.1.2., 158.1.3 maddəsi). Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etmək barədə tədbirlər görə bilər. Cavabdehlərə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. İşdən göründüyü kimi hazırkı iddia tələbi cavabdeh İddiaçı6 ilə bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir. Bu mənada məhkəmə kolegiyası ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iddia tələbi üzrə gəlinəcək nəticənin real icrasının təmin edilməsindən ötrü mübahisə obyektinin qoruyub saxlanılması zərurəti yarandığından iddia tələbinə mahiyyəti üzrə baxılana qədər ünvan 1 ünvanında yeləşən torpaq sahəsinin üzərində tikintinin tikilməsinin davam etdirilməsinin cavabdehə qadağan edilməsi məqsədəuyğun hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 03 iyun 2021-ci il tarixli və onunla bağlı 14 iyun 2021-ci il tarixli qərardadları ləğv edilməli, ərizə təmin edilməli, ünvan 1 ünvanında yeləşən torpaq sahəsinin üzərində hər hansı tikilinin davam etdirilməsi cavabdehə qadağan edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının nümayəndəsi Vəkil1 şikayəti təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 03 iyun 2021-ci il tarixli və onunla bağlı 14 iyun 2021ci il tarixli qərardadları ləğv edilsin. Ərizə təmin edilsin. ünvan 1 ünvanında yeləşən torpaq sahəsinin üzərində hər hansı tikilinin davam etdirilməsi cavabdehə qadağan edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2366/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2366/2021
07.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver