Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2387/2020 10.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı İbadlı Töyfə Aslan qızının iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2528/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2528/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) iddiaçı İbadlı Töyfə Aslan qızının Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 16/4, 58 saylı mənzilə əsassız olaraq hesablanmış 50,40 manat məbləğində cərimə borcunun və 91,21 manat məbləğində sayğacın dəyərinin, cəmi 141,61 manat məbləğində borcun silinməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixdə İbadlı Töyfə Aslan qızı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə quraşdırılmış sayğaca görə tələb olunan 91,21 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 8-ci mkr, ev 16/4 , mənzil 58-də yerləşən fərdi yaşayış sahəsi ona məxsusdur. Həmin mənzildə oğlu ilə birgə yaşayır. Mənzilinə verilən təbii qaza görə vaxtaşırı ödənişlər etmişdir. xx.xx.2019-cu il tarixdən onların yaşadığı 16/4 saylı binada mexaniki sayğacların smart markalı sayğaclarla əvəz edilməsi işlərinə başlanılmışdır. xx.xx.2019-cu il tarixdə işdə olan zaman 35668840 nömrəli akt əsasında blokda quraşdırılmış onun mənzilinə məxsus G-2,5 markalı, ******* nömrəli məişət qaz sayğacı G4 markalı, STS **********7 nömrəli yeni smart sayğacla əvəz edilmişdir. 2019-cu ilin avqust ayında Cavabdeh Sumqayıt QİS xx.xx.2019-cu il tarixli, 01/02 h.y-11-1074 saylı məktubla ona müraciət edərək bildirmişdir ki, mənzilinə məxsus əvvəlki qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın hesablama mexanizminin qapağına vurulan plomb kəsildiyindən istismara yararsız kimi qiymətləndirilmişdir. Halbuki, sayğac çıxarılan zaman plomb elə üstündə olmuş və ona görə də yeni smart sayğac quraşdırılmışdır. Cavabdeh guya müdaxilə edilmiş sayğacın dəyəri üçün 91,21 manat pul ödənilməsini tələb etmiş və əks təqdirdə Sumqayıt QİS tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunacağı, həmçinin ünvanına verilən qaz təchizatının dayandırılacağı bildirilmişdir. Cavabdeh tərəfindən bir istehlakçı kimi onun hüququnu pozmuşdur. Belə ki, sayğaca müdaxilə etmədiyi halda, ondan əsassız və qanunsuz olaraq pul tələb olunur. İbadlı Töyfə Aslan qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 50,40 manat və sayğacın dəyəri kimi hesablanmış 91,21 manat məbləğində borcların silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, Sumqayıt şəhəri, 8-ci mkr, 16/4 saylı evin 58 saylı mənzilinə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli aktda sayğacda qeyd olunan nöqsan, yəni növbəti dövlət yoxlaması, baykod №600067690 yazılmışdır. xx.xx.2019-cu il tarixdə akt tərtib olunmaqla çıxarılmış sayğac laboratoriyada yoxlanılmısı üçün Azərbaycan Respublikası Dövlət X6 Texnologiyaları və Rabitə idarəsinə göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə idarəsinin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qapağına vurulan plomb kəsildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Cavabdeh əməkdaşları həmin mənzilə xx.xx.2019-cu il tarixdə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və dövlətə vurulmuş ziyan müəyyən edilərək xx.xx.2019-cu il tarixli aktla itirilmiş qazın bərpası üzrə 50,40 manat cərimə hesablanmışdır. xx.xx.2019-cu il tarixli akta əsasən abonentin mənzilinə yeni sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən istismara yararsız, G-2,5 markalı sayğacın dəyəri 91,21 manat abonentdən tələb edilmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı İbadlı Töyfə Aslan qızı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır, qaz sayğacı pilləkən meydançasında quraşdırılmış, xüsusi qutuya da yerləşdirilməmişdir. Cavabdehməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx xxxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, İbadlı Töyfə Aslan qızının yaşadığı Sumqayıt şəhəri, 8-ci mkr, 16/4 saylıevin 58 saylı mənzilinə yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxx 2018-ci iltarixli, ******* nömrəli aktın surətindən görünür ki, İbadlı Töyfə Aslan qızının yaşadığı Sumqayıt şəhəri, 8-ci mkr, 16/4 saylı evin 58 saylı mənzilində quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağına vurulan plombun kəsildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İbadlı Töyfə Aslan qızının yaşadığı mənzil üzrə (abonent kodu **********00580) itirilmiş qazın sərfiyyatı 504 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İbadlı Töyfə Aslan qızının yaşadığı ev üzrə (abonent kodu **********00580) borc 50,40 manat təşkil edir. İş materiallarında olan Cavabdeh Sumqayıt X7 xx xxxxx 2020-ci il tarixli, 352 saylı arayışından görünür ki, Sumqayıt şəhəri, 8-ci mkr, 16/4 saylı evin 58 saylı mənzilində yaşayan İbadlı Töyfə Aslan qızının evinə hesablanmış cərimə 50,40 manat olmaqla, sayğacın dəyəri 91,21 manat təşkil edir. İş materiallarında olan Cavabdeh Sumqayıt X9 tərəfindən İbadlı Töyfə Aslan qızına ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli sayğacın dövlət yoxlamasının bildirişindən görünür ki, ünvanında olan G-2,5 markalı, ******* nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın hesablama mexanizminin qapağınavurulan plomb kəsildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir, müdaxilə edilmiş sayğacın dəyəri 91,21 manat ödənilməlidir, əks təqdirdə Sumqayıt QİS tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. Cavabdeh Sumqayıt X8 əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən qaz sayğacının hesablama mexanizminin qapağına vurulan plombun kəsildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin mənzilinə quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı mənzilə qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2528/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2387/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2387/2020
10.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver