Məhkəmə qərarları › İş №2(105)-2407/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2407/2023

28.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2407/2023 28.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı İsayev Nərı̇ man Tanriverdi oğlunun rəlhedbavaċ İsayev Vaqı̇ f Xıdır oğluna və El.Sə.Nı̇ .Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 nömrəli qərardadlarından "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ və "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ tərəfindən verilmiş şikayətlərə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin öhdəliklərini vaxtında icra etməmələri, hətta qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasından belə uzun illərdir yayınmaları nəticəsində ona dəymiş avro ilə manatın məzənnə fərqi üzrə maddi zərərə görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin müştərək qaydada ona ödəməli olduqları ******* (səkkiz milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pulu 6 (altı) ildir ki, özlərində qanunsuz saxlayaraq, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə uçot faiz dərəcəsi üzrə ******* (üç milyon yeddi yüz on səkkiz min iki yüz yetmiş bir) manat, eyni zamanda Cavabdeh2lə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli borc müqaviləsinin 3-cü bəndinə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsinin qəbulundan keçən 6 il müddət ərzində öhdəliklərini icra etməmələrinə görə dəbbə pulu üzrə 16303140 (on altı milyon üç yüz üç min yüz qırx) manat, o cümlədən vurulmuş mənəvi zərərə görə ******* manat olmaqla, cəmi 25976991 (iyirmi beş milyon doqquz yüz yetmiş altı min doqquz yüz doxsan bir) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən xeyrinə tutulması barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən avro ilə manatın məzənnə fərqi üzrə maddi zərərə görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, Mərkəzi Bankın uçot faiz dərəcəsi üzrə ******* (üç milyon yeddi yüz on səkkiz min iki yüz yetmiş bir) manat, dəbbə pulu üzrə 16303140 (on altı milyon üç yüz üç min yüz qırx) manat, mənəvi ziyana görə ******* (bir milyon) manat, əldən çıxmış faydaya görə 10257300 (on milyon iki yüz əlli yeddi min üç yüz) manat infilyasiya nəticəsində cavabdehlərin borcu olduqları pulun dəyər itirməsinə görə 36071505 (üç milyon altı yüz yeddi min yüz əlli manat beş qəpik) manat, ümumilikdə ********** (otuz doqquz milyon səkkiz yüz qırx bir min dörd yüz qırx bir manat əlli qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 avro- manat məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, Mərkəzi Bankın uçot faiz dərəcəsi üzrə 4131412,5 (dörd milyon yüz otuz bir min dörd yüz on iki manat, əlli qəpik) manat, dəbbə pulu üzrə 16303140 (on altı milyon üç yüz üç min yüz qırx) manat, mənəvi ziyana görə ******* (bir milyon) manat, əldən çıxmış faydaya görə 10.000.000 (on milyon) manat, ümumilikdə 36390132,5 (otuz altı milyon üç yüz doxsan min yüz otuz iki, manat əlli qəpik) manat məbləğində, habelə qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər gecikdirilmiş ay üçün 35615,62 (otuz beş min altı yüz on beş manat, altmış iki qəpik) pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 avro ilə manatın məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, əldən çıxmış faydaya görə ******* (üç milyon doqquz yüz on beş min üç yüz on səkkiz) manat, cəmi ******* (səkkiz milyon səkkiz yüz yetmiş min səkkiz yüz doxsan səkkiz) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 saylı qətnaməsinin qismən, iddianın təmin edildiyi əsasda ləğv edilməsi, iddia tələbi əsassız olduğundan bütünlüklə ləğv edilərək rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 MMC məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 saylı qətnaməsinin qismən, iddianın təmin edildiyi əsasda ləğv edilməsi, iddia tələbi əsassız olduğundan bütünlüklə rədd edilməsi, ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə MPM-nin 363.1.1-1-ci, 363.1.5-ci maddələrinə əsasən geri qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 saylı qətnaməsindən Cavabdeh3 MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə MPM-nin 363.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Cavabdeh "xxxx" MMC xx.xx.2023-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 saylı qərardadının ləğv edilməsinə və hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin işlə birlikdə yuxarı məhkəməyə göndərilməsinə dair müvafiq yeni qərardad qəbul edilməsini xahiş etmişdir Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 saylı qərardadı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh3 MMC xx.xx.2023-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 saylı qərardadının ləğv edilməsinə və hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin işlə birlikdə yuxarı məhkəməyə göndərilməsinə dair müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 saylı qərardadı ilə Cavabdeh3 MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 20 dekabr 2023-cü il tarixli 2(105)- 2407/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 nömrəli qərardadlarından "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ və "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ tərəfindən verilmiş şikayətlərə apellyasiya qaydasında baxılması mümkün hesab edilmiş, işə yazılı icraat qaydasında baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən daxil olmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubunda cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verildiyi, apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 20 dekabr 2023-cü il tarixli 2(105)- 2407/2023 saylı qərardadı ləğv edilməli və iş apellyasiya məhkəməsinin baxışından çıxarılaraq Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 nömrəli qərardadlarından "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ və "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ tərəfindən verilmiş şikayətlərin apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 20 dekabr 2023-cü il tarixli 2(105)- 2407/2023 saylı qərardadı ləğv edilməli və iş apellyasiya məhkəməsinin baxışından çıxarılaraq Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263, 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 nömrəli qərardadlarından "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ və "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ tərəfindən verilmiş şikayətlərin apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 20 dekabr 2023-cü il tarixli 2(105)- 2407/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş apellyasiya məhkəməsinin baxışından çıxarılaraq Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar