Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2441/2020 31.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X31, Cavabdehin nümayəndəasi və vəkili: X39 iştirakları ilə, İddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızının cavabdehlər Qusar rayon Notariat Kontoruna, Cavabdeh2, üçüncü şəxslər X9, X12, Cavabdeh3 və Cavabdeh4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı S.R.İsmayılova tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.V.Kazımov) iddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızının cavabdehlər Qusar rayon Notariat Kontoruna, Cavabdeh2, üçüncü şəxslər X9, X12, Cavabdeh3 və Cavabdeh4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızı cavabdehlər Qusar rayon Notariat Kontoruna, Cavabdeh2, üçüncü şəxslər X9, X12, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli 2V-168 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1957-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X18 İbrahimoviç və X7 olmuşdur. Atası Pirvəli xx xxxxxx 1983-cü il tarixdə, anası Leylifər isə xx xxxxxx 1997-ci il tarixdə vəfat etmişlər. Valideynləri vəfat etdikdən sonra onların ünvan 8 saylı ünvanda 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 43.7 kv.metr olan fərdi yaşayış evi qalmışdır. Valideynləri vəfat etdikdən sonra isə ona məlum olmayan şəraitdə və vaxtda həmin ev və torpaq sahəsi vərəsəlik qaydasında qardaşı X21 mülkiyyətinə keçmişdir. Bu barədə ona sonradan məlum olmuşdur. Belə ki, o, valideynlərinin mirasını vərəsə kimi qəbul etmək üçün Qusar rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin A.P.Pirverdiyevin adına vərəsəlik şəhadətnaməsi verilərkən onun da vərəsə olmağı nəzərə alınmamış və onun xəbəri olmadan həmin evə və torpaq sahəsinə A.P.Pirverdiyevin vərəsəlik hüququ müəyyən olunaraq adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. A.P.Pirverdiyev xx xxxx 2019-cu il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra həmin miras qızı Cavabdeh2 verilmişdir. X21 adına vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2011-ci il tarixli 6008 nömrəli Arayış olmuşdur. Həmin arayışda vərəsələrin dairəsi tam olaraq göstərilməmişdir. Bununla da, A.P.Pirverdiyevin adına Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə düzgün verilməmiş, şəhadətnamə verilərkən miras qoyanın vərəsələri tam müəyyən edilməmiş, nəticədə onun vərəsə kimi hüququ pozulmaqla, mirasdan pay almaq hüququndan məhrum olmuşdur. Bundan başqa mərhum qardaşı A.P.Pirverdiyev özü mərhum valideynlərinin mirasını qəbul etmək üçün müəyyən olunmuş müddəti ötürmüş və xx xxxxxx 2011-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizə verərək həmin mirası qəbul etmədiyini, bu barədə gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Belə olan halda, həmin miras notariat qaydasında mərhum qardaşı Akifin adına verilə bilməzdi. Ümumiyyətlə, mərhum valideynlərinin ondan başqa digər bütün vərəsələri mirası qəbul etmək istəməmələri barədə ərizələr vermişlər. Belə ki, onun mərhum valideynlərinin ölümündən sonra miras qalmış əmlaklarda birinci dərəcəli vərəsə kimi payı vardır və həmin pay onun adına rəsmiləşdirilməlidir. Buna görə də Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ləğv edilməli və onun pozulmuş hüquqları bərpa edilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı (Pirverdiyeva) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxdıqda cavabdehdən xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş qardaşı Vaqif Pirverdiyevin ölüm haqqında şəhadətnaməsini tələb etməmiş və işə əlavə etməmişdir. X43 məhkəməyə cəlb etməməklə onun hüquqlarını pozmuşdur. Bacıları Sevinc və Gülafərin imtina ərizələrini məhkəmə iclasında təqdim edilməsinə baxmayaraq hakim qeyd etdikləri ərizələri işə əlavə etməmişdir. Məhkəmə işə cəlb olunan cavabdehlərin əsl cavabdeh ilə əvəz edilməsi barədə ona təklif etməmiş və bu səbəbdən işə cəlb oluna bilməyən cavabdehlərlə işə baxaraq qətnamə çıxarmışdır. Odur ki, Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(029)-401/2020 saylı qətnamənin tamamilə ləğv edib, yeni bir qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı S.R.İsmayılovanın nümayəndəsi E.N.İsmayılov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi Ş.Ş.Xidirov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdeh Qusar rayon DNK-nun nümayəndəsi, üçüncü şəxs G.P.Pirverdiyeva və S.R.Pirverdiyeva məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı (Pirverdiyeva) apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan İ-JQ № 362892 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx xxxx 1957-ci il tarixdə anadan olmuşdur. Atası X25, anası X4r. İşə əlavə olan V-JQ № 396226 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X33 ilə X28 arasında xx xxxxxxxx 1990-cı il tarixdə Qusar rayonu VVAQ-da 110 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına İsmayılova soyadı verilmişdir. İş materiallarında olan İİ-JQ № 351636 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx xxxxxx 1983-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 1983-cü il tarixdə 5 nömrə ilə qeyd edilmişdir. İşdə olan V-JQ № 287845 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 1997-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 1997-ci il tarixdə 117 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olan İ-JQ № 362891 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X36 xx xxxxxx 1955-ci il tarixdə anadan olmuşdur. Atası X22, anası X4r. İşdə olan AZ-İ № 990083 nömrəli ölüm haqqında şəhadətnamənin görünür ki, A.P.Pirverdiyev xx xxxx 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2019-cu il tarixdə 72 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Vİİİ-JQ № 315062 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx xxxxxx 1981-ci il tarixdə anadan olmuşdur. Atası X36, anası X8. İşdə olan Vİ- JQ № 341027 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx xxxxxx 1978-ci il tarixdə anadan olmuşdur. Atası X36, anası X8. İşə əlavə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 3067 nömrəli Arayışdan görünür ki, İddiaçı Qusar şəhəri, T.İsmayılov küçəsi 68 saylı evdə yaşayır. İşdə olan AZ-№ 201867 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X10 arasında xx xxxxxx 1950-ci il tarixdə Qusar rayon VVAQ şöbəsində 44 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Pirverdiyeva soyadı verilmişdir. İşdə olan Qusar şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxxxx 1985-ci il tarixli 7 nömrəli qərarından görünür ki, Qusar şəhəri, Krupskaya küçəsi 5 nömrəli evdə yaşayan X36 anası X13 ilə birlikdə yaşayıb, yaşayış yerindən darısqallıq çəkdiyindən və tək təsərrüfat qurmaq istədiyindən X29 anası X6 ayrılmasına icazə verilmişdir. İşə əlavə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1605 nömrəli, xx xxxx 1998-ci il tarixli Arayışdan görünür ki, Qusar şəhəri, Krupskaya küçəsi 5 nömrəli evdə yaşayan X21 atası X22, anası X7 vəfat etdikdən sonra X23, X36, X28, X24 və X34 adlı vərəsələri qalmışdır. İşdə olan xx xxxx 2019-cu il tarixdə Qusar rayon Notariat Ofisində təsdiq edilmiş və reyestrdə 2V-536 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, ƏMDK-nın yanında DƏDRX-nin Ərazi İdarəsinin rəisi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə X29 verilmiş **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.05 hektar olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 46.4 kv.metr olan fərdi yaşayış evinə dair Cavabdeh2 vərəsəlik hüququ verilmişdir. İş materiallarında olan X36 tərəfindən Qusar rayon Dövlət Notariat Kontoruna ünvanlanmış ərizənin təsdiq olunmuş surətindən görünür ki, X36 xx xxxxxx 1997-ci ildə vəfat etmiş mərhum anası X1 miras qalmış əmlakları, ona çatan payı nə faktiki, nədə ki ərizə ilə müraciət edərək qəbul etməmişdir. Hal-hazırda qəbul etmir. 6 aylıq müddəti buraxmışdır, həmin müddətin bərpası üçün və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcək. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 3012 nömrəli Arayışdan görünür ki, X7 vəfat etdiyi günədək Qusar şəhəri, T.İsmayılov küçəsi 68 saylı evdə yaşamışdır və vəfatından sonra vərəsələri olaraq xx xxxxxx 1983-cü il tarixdə vəfat etmiş həyat yoldaşı X25, 1951-ci il təvəllüdlü X15, xx xxxx 2019-cu il tarixdə vəfat etmiş X36, 1957-ci il təvəllüdlü İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızı, X24 və 1964-cü il təvəllüdlü X34 qalmışlar. İşə əlavə olan xx xxxxxx 2011-ci il tarixli, 2V-168 nömrə ilə reyestrdə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1983-cü ildə vəfat etmiş X14 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan oğlu X30r. Şəhadətnamənin verildiyi miras əmlakı ünvan 4 ünvanında 0.06 ha torpaq və sahəsi və üzərində yerləşən ümumi sahəsi 43.7 kv.metr olan fərdi yaşayış evidir. İşdə olan xx xxxx 2012-ci il tarixli, 2V-598 nömrə ilə reyestrdə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2003cü ildə vəfat etmiş X2 vərəsəsi ünvan 5 ünvanında qeydiyyatda olan oğlu X30r. Şəhadətnamənin verildiyi miras əmlakı Əmanət Kassasına qoyulmuş 0571261, 0571248, 07900114, 07900116, 57542 nömrəli hesabdakı puldur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 nümayəndəsi İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli X-1110 nömrəli cavab məktubundan görünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixdə vəfat etmiş A.P.Pirverdiyevdən miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlakına tam olaraq Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi üçün mümkün olmamışdır. Bununla bağlı hər hansı bir mübahisə varsa, həmin mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi məqsədə uyğundur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli X-1111 nömrəli cavab məktubundan görünür ki, İddiaçı xx xxxxxx 1983-cü ildə vəfat etmiş X11 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlakına tam olaraq A.P.Pirverdiyevavin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi münkün olmamışdır. Bununla bağlı hər hansı bir mübahisə varsa, həmin mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi məqsədə uyğundur. İşə əlavə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli X-1112 nömrəli cavab məktubundan görünür ki,xx xxxxxx 2003-cü ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlakına tam olaraq X16 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi münkün olmamışdır. Bununla bağlı hər hansı bir mübahisə varsa, həmin mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi məqsədə uyğundur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 129 nömrəli, xx xxxxxxxx 2011-ci il tarixli müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə Arayışın surətindən görünür ki, A.P.Pirverdiyevin təqdim etdiyi hüquq müəyyənedici sənədlər mərhum X20 aid olan ünvan 8 ünvanında 0.06 hektar torpaq sahəsi və üzərində yerləşən bir mərtəbəli, ümumi sahəsi 43.7 kv.metr olan fərdi yaşayış evi üzərində mülkiyyət və ya digər əşya hüquqlarının tam mülkiyyət hüququ əsasında qanunvericiliyə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Bu arayış əsasında mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlak üzərində vərəsənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilir. İşdə olan ünvan 1 ünvanında qeydiyyatda olan X5 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, xx xxxx 2019-cu ildə vəfat etmiş mərhum A.P.Pirverdiyevdənn miras qalmış əmlakların, ona çatan payı, məcburi payı nə faktiki nədə ki ərizə ilə müraciət edərək qəbul etməmişdir. Payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcək. İşə əlavə olan ünvan 9 ünvanında qeydiyyatda olan X51, ünvan 1 ünvanında qeydiyyatda olan Pirverdiyeva Gözəl Akifovnanın notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, xx xxxx 2019-cu ildə vəfat etmiş mərhum X17 miras qalmış əmlakların, onlara çatan payı, məcburi payı nə faktiki nə də ki ərizə ilə müraciət edərək qəbul etməmişlər. Payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında aşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 10 ünvanında yerləşən **********14-10301 reyestr nömrəli 0.06 hektar həyətyanı torpaq sahəsi və üzərində yerlşən ümumi sahəsi 46.4 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X29 məxsusdur. Bundan başqa, İddiaçı tərəfindən mərhum Pirvəli Pirverdiyev vəfat etdiyi vaxtdan, yəni xx xxxxxx 1983-cü il tarixdən indiyədək mirası hansı səbəblərdən qəbul etməməsi, qanunla müəyyən olunmuş müddəti ötürməsi, eləcə də, mübahisələndirilən şəhadətnamənin barəsində həmin şəhadətnamənin verildiyi vaxtdan uzun müddət keçdikdən, yəni iddia müddəti ötürüldükdən sonra hazırkı iddianı verməsi əsaslandırılmamış, bu barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddəti, o cümlədən iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Ona görə də, məhkəmə hazırkı iddiaya dair iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfin ərizəsi ilə razılaşaraq iddia müddətinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 372-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası İddiaçı məhkəmə tərəfindən iş üzrə əsl cavabdehin dəyişdirilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən təklif edilməməsi barədə gətirdiyi dəlilə qiymət verərək, həmin dəlili qəbul etmir. Belə ki, iddianın təmin edilməməsinin əsası iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızının apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(029)-401/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2441/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2441/2020
31.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver