Məhkəmə qərarları › İş №2(105)-2450/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2450/2020

31.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2450/2020 31.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdehin nümayəndəsi: X4 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxx» X2rşı X1 qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və hesablanmış borcun məlumat bazasından silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi N.V.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddianın təmin edilməsi, «xxxxxxxx» ASC tərəfindən İddiaçı abunə koduna hesablanmış 953 manat məbləğində borcun həmin hesabdan silinməsi, dövlət rüsumuna görə 30 manat məbləğində pulun cavabdeh «xxxxxxxx» ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 Şəbəkəsinin əməkdaşlarının X1 qaydalarının pozulması haqqında aktın ləğv olunması və həmin akta əsasən hesablanmış, xx.xx.2019-cu ildən etdiyi ödənişdən sonra qalan 953 manat məbləğində elektrik enerjisi borcunun enerji təchizat müəssisəsinin məlumat bazasından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə «xxxxxxxx» ASC-nin Quba EŞ-nin əməkdaşları tərəfindən Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən ona məxsus mənzilə aid elektrik sayğacına baxış keçirilmiş və X1 qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akta əsasən hesabat aparılmış, bunun əsasında 1103 manat məbləğində borc hesablanmışdır. Əsas kimi elektrik sayğacından kənar əlavə xəttin olması qeyd olunmuşdur. Quba EŞ-nin məsul işçiləri tərəfindən tərtib olunmuş aktla və hesablanmış borcla razılaşmır. Həmin akta əsasən onun hüquqları pozulmuş, üzərinə qanunsuz olaraq borc ödəmək vəzifəsi qoyulmuşdur. Həmçinin akt tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın müvafiq maddələri kobud şəkildə pozulmuşdur. Belə ki, 2018-ci ilin dekabr ayının əvəllərində elektrik sayğacında nasazlıq müşahidə etmişdir. Bununla əlaqədar Quba EŞ-nin nəzarətçisinə şifahi məlumat vermişdir. Məsul şəxs qüsur aradan qaldırılana kimi digər xətlərdən elektrik xətlərini apara biləcəyini bildirmişdir. Həmin məsul şəxsin göstərişi ilə həyətdəki dirəkdən xətt qoşaraq evindəki xəttə birləşdirmişdir. Bir neçə gün sonra digər nəzarətçi evə gələrək guya qanunsuz enerjidən istifadə edilməsini müəyyən etmişdir. Bununla əlaqədar akt yazılacağını bildirmişlər. Buna razı olmasa da, X1 Qaydaları”-na zidd akt tərtib edilmişdir. Akt tərtib edilmədən əvvəl ona xəbərdarlıq edilməməsi barədə etiraz etdikdə, idarədən ona “qapının üstündə yapışdırılıb” qeydiyyatlı bildiriş verilmişdir ki, bu da onun hüquqlarının kobud surətdə pozulmasına dəlalət edir. xx.xx.2019-cu il tarixdə 150 manat ödəniş etdikdən sonra evinin elektrik xətti əsas xəttə birləşdirilmişdir. Qeyd olunan mübahisənin həll edilməsilə əlaqədar olaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, «xxxxxxxx» ASC tərəfindən onun abunə koduna hesablanmış 953 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi N.V.Əhmədov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə prosesləri barədə onlara heç bir məlumat vermədən işə baxmış və birtərəfli təqdim edilmiş sübutlara qiymət verərək iddia tələbini təmin etmişdir. İddiaçı enerji təchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı EEİQ-nın tələbinə uyğun istifadə etməli idi. Abunə haqqında çıxarışdan və tərtib olunmuş aktın surətindən məlum olur ki, abonentə məxsus fərdi yaşayış evinin həyətində quraşdırılmış elektrik hesabat saygacına baxış keçirilərkən saygacın giriş xəttinin izoliyasiya qatının pozularaq birbaşa kənar xətt götürülməsi halı aşkar edilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təstiq edilmiş «X1 qaydalarının pozulması haqqında xx xxxxxx 2018-ci il tarixli 124819 saylı akt tərtib edilmiş, akta əsasən mənzilin 24 saat X1 etdiyi nəzərə alınmaqla 122 gün üçün yenidən hesablaşma aparılmışdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamış və heç bir əsas olmadan cavabdehin üzərinə 953 manat borcun silinməsi öhdəliyini qoymuşdur. Quba Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(027)-1557/2019 saylı qətnaməsini ləğv edərək, işin faktiki hallarını və sübutları nəzərə alaraq, iddiaçının iddia tələbinin qanunsuz və əsassız olduğundan təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi N.V.Əhmədov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçı T.M.Mirəzəmmədov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi N.Əhmədovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Quba RİHB-nin Vladimirovka İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2019cu il tarixli, 155 nömrəli arayışından görünür ki, İddiaçı Mirzəməmmədkənd kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. İş materiallarında əlavə edilmiş, «xxxxxxxx» ASC-nin xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, abonentə məxsus uçot dəstinə baxış keçirilərkən sayğacın giriş kabelinin izolyasiya qatı pozularaq, birbaşa kənar xətt qoşulmuş, X1 edildiyi aşkar edilmişdir. Bu fakt xx xxxxxx 2018-ci il tarixli, 124819 nömrəli aktla rəsmləşdirilmişdir. Kənar xətt ləğv edilmiş, itirilmiş enerjinin bərpası məqsədilə müəssisəsnin kompüter məlumat bazasındakı abonent hesabına 9979 kVtxs daxil edilmişdir. Abonentin xx.xx.2019-cu il tarixə enerji təchizatçı təşkilata 1103,74 manat borcu vardır. İşə əlavə edilmiş «xxxxxxxx» ASC-nin xx xxxxxx 2018-ci il tarixli, 124819 nömrəli aktının surətindən görünür ki, abonent kodu **********00099 nömrəli sayğac üzrə sayğacın giriş kabelinin izolyasiya qatı pozularaq, birbaşa kənar xətt qoşularaq X1 edildiyi aşkar edilmişdir. İşdə olan «xxxxxxxx» ASC-nin abunə haqqından görünür ki, İddiaçı ASC-yə 1.103,74 manat borcu vardır. Beləliklə, məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, «xxxxxxxx» ASC-nin abonenti kimi **********00079 kodu altında qeydiyyatda olan İddiaçı sayğacın giriş kabelinin izolyasiya qatı pozularaq, birbaşa kənar xətt qoşulmuş vəziyyətdə X1 edilməsilə əlaqədar akt tərtib olunsa da, həmin akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın tələblərinə uyğun tərtib edilməmiş, aktın kim tərəfindən təsdiq olunduğu müəyyən olunmamış, hal şahidlərinin iştirakı təmin edilməmiş, məişət abonenti aktı imzalamaqdan imtina etmişdirsə bu barədə aktda müvafiq qeyd aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmçinin, həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə təhqiqatı zamanı vurulmuş zərərlə əlaqədar aparılmış hesablamanın hansı müddətləri əhatə etdiyi müəyyən edilməmiş, hesablamalar təxmini aparılmış və cavabdeh tərəf hüquqlarından sui-istifadə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə kollegiyası cavabdehin işə onların iştirakı olmadan baxılması barədə gətirdiyi dəlili qiymət verərək, həmin dəlili qəbul etmir. Belə ki, iş materiallarında olan (i.v.31-32) bildirişlərdən görünür ki, cavabdeh rəsmi qaydada məhkəmənin yeri və vaxtı barədə rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2019-cu il tarixli 2(027)-1557/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar