Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2471/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X8, İddiaçı Şıxbala oğlu, onun nümayəndəsi və vəkili X16 iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(029)718/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(029)-718/2019 saylı qətnaməsi ilə (hakim R.V.Kazımov) İddiaçı Şıxbala oğlunun cavabdehlər Cavabdeh1 və Qusar Rayon Notariat Kontoruna qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışın ləğvi, mirası qəbul etmə faktının müəyyən edilməsi, mirasdan payların müəyyən edilməsi və mirasın qəbulu üçün buraxılmış müddətin bərpa edilməsi tələbinə dair iddia qismən təmin edilib, X3 miras kütləsinə daxil olan Qusar rayonunun Urva kəndində yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması və həmin əmlaklara dair İddiaçı vərəsəlik hüququnun tanınması və iddianın qalan hissəsinin rədd edilməsi qət olunmuşdur. Cavabdeh1 apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edilmiş hissəsində ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-342/2020 saylı qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş və Qusar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(029)-718/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-3109/2020 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-342/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı Şıxbala oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Qusar rayon X9 xx xxxx 1998-ci il tarixli 10/5 saylı qərarı ilə mərhum X1nın adına Qusar rayonunun Urva kənd ərazisindən 0.30 hektar həyətyanı torpaq sahəsi verilmiş, torpağın mülkiyyətə verilməsinə dair xx xxxxxx 2003-cü il tarixli, JN: 335A KOD 30121018 saylı şəhadətnamə ilə mülkiyyət hüquqları müəyyən edilmiş və həmin torpaq sahəsində ümumi sahəsi 65.4 kv.metr olan iki mərtəbəli ev inşa edilmişdir. Özü 28 il miras kütləsinə daxil olan evdə yaşamış, üç uşağı həmin evdə anadan olmuşlar. Anası öləndən sonra faktiki olaraq miras əmlaka sahiblik etməyə başlamışdır. Hal-hazırda ayrıca təsərrüfat qurub ailəsi ilə Urva kəndində yaşamaqlarına baxmayaraq evin və torpaq sahəsinin vergilərini də özü ödəmişdir. X1 xx xxxxxx 2006-cı il tarixdə vəfat etmişdir. Anası öldükdən sonra vərəsələr olaraq X4, X10, X11, X12 və X5 qalmışlar. Bütün vərəsələr mirasın qəbulundan onun xeyrinə imtina etmişlər. Mərhum anasının adına vərəsəlik əmlaka dair çıxarış almaq məqsədi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı X26 müraciət etdikdə xx xxxx 2018-ci il tarixli məktubla bildirilmişdir ki, mərhum X1nın adına verilmiş JN:335A KOD: 30121018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmişdir. xx xxxxxx 2018-ci ildə vərəsəlik haqqında şəhadətnamə alınmaq məqsədi ilə Qusar rayon Notariat Kontoruna müraciət etdikdə Notariat Kontoru xx xxxxxx 2018-ci il tarixli məktubla ƏMDK yanında DƏDRX-nin 5 saylı X26 müraciət edərək mərhum X1nın adına Qusar rayonunun Urva kənd ərazisində yerləşən miras əmlaka dair çıxarışın verilməsini xahiş etməsinə baxmayaraq məktuba cavab verilməmişdir. ƏMDK yanında DƏDRX-nin 5 saylı X32 vəkil sorğusuna cavab olaraq xx xxxxxxx 2018-ci il tarixli məktubla bildirmişdir ki, Urva kənd ərazisində mərhum X3 adına olmuş miras əmlaka dair xx xxxxxx 2014-ci il tarixində Cavabdeh1 adına çıxarış verilmişdir. Qusar rayon Notariat Kontoruna edilmiş vəkil sorğusuna xx xxxxxx 2018-ci il tarixli məktubla bildirilmişdir ki, xx xxxxxx 2014-cü il tarixində Cavabdeh1 adına vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Miras əmlaka dair mülkiyyət hüquqları təsdiq edilən sənədlərin əsli onda olan halda hansı hüquqverici sənədə əsaslanaraq Cavabdeh1 adına vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi şübhə altında qalır. Faktiki olaraq vəkil sorğusundan sonra o, vəsiyyətnamənin mövcud olması barədə məlumat verilmişdir. Vəsiyyətnaməyə baxış keçirərkən məlum olmuşdur ki, vəsiyyətnamə mərhum anası tərəfindən imzalanmamış, başqa bir şəxs tərəfindən imzalanmışdır. Mərhum anası uşaqları ilə məsləhətləşməmiş heç bir məsələni müstəqil olaraq həll etmirdi. Hal-hazırda Cavabdeh1 bütün miras əmlakdan istifadə edərək vərəsələrin qanunla qorunan hüquqlarını pozmuş və pozmaqdadır. Qusar rayon Notariat Kontoru xx xxxxx 2019-cu il tarixli 223 saylı məktubu ilə Qusar rayonunun Urva kəndində X2 miras qalmış əmlakın ½ hissəsinə mirasın qəbul edilməsinə dair müddətin buraxıldığı üçün vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Vaxtında vərəsəlik hüququ ilə bağlı müraciət etməməsinin səbəbi hüquqi savadsızlığı ilə əlaqədar olmuşdur. Ona görə də, Cavabdeh1 adına Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnaməyə əsasən verilmiş xx xxxxxx 2014-cü il tarixli Seriya № ******* saylı çıxarışın ləğvi, mirası qəbul etmə faktının, mirasdan payların müəyyən edilməsi, buraxılmış iddia müddətinin üzürlü hesab edərək bərpa edilməsi və adına miras əmlakın 1/2 hissəsinə vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi xx xxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29; 71-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527; 528; 537.2; 538-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 217.1-217.3; 218; 387; 388; 389; 390-cı maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edilmiş hissəsində ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 nümayəndəsi X6 və vəkili X15 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Şıxbala oğlu, onun nümayəndəsi və vəkili X30 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh Qusar Rayon Notariat Kontoruna məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdeh Qusar Rayon Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1; 1159.1.1; 1243.1; 1246; 1248.1; 1252; 1255-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, mərhum X3 miras kütləsinə daxil olan Qusar rayonunun Urva kəndində yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsinin hissəsinin və fərdi yaşayış evinin miras əmlak kimi İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzürlü sayılmalıdır. Belə ki, İddiaçı hüquqi savadı yoxdur, bu səbəbdən də onun mirasın Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələblərinə əsasən müvafiq müddət ərzində qəbul edilməli olduğunu bilməməsini məhkəmə mümkün hesab edir. Odur ki, məhkəmə hesab etmişdir ki, mirasın qəbul edilməsi müddəti, ötürülmənin səbəbləri üzürlü sayılmaqla uzadılmalı və iddiaçının həmin mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını və apelyasiya şikayətinin dəlillərinə əsaslanaraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi təmin edilmiş hissəsində ləğv edilib, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Qusar rayon X13 xx xxxx 1998-ci il tarixli, 10\5 saylı qərarı ilə İddiaçı Şıxbala oğlunun X1nın adına Qusar rayonunun Urva kənd ərazisindən 0,30 hektar həyətyanı torpaq sahəsi verilmiş, torpağın mülkiyyətə verilməsinə dair xx xxxxxx 2003-cü il tarixli, JN-335a KOD 30121018 saylı şəhadətnamə ilə mülkiyyət hüquqları müəyyən edilmiş və həmin torpaq sahəsində ümumi sahəsi 65,4 kv.metr olan iki mərtəbəli ev inşa edilmişdir. X14 xx xxxxxx 2006-cı il tarixdə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X32 tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2018-ci il tarixli **********57 nömrəli cavab məktubundan görünür ki, 5 saylı X24 arxiv sənədlərində mərhum X7 məxsus Qusar rayonu, Urva kəndində yerləşən fərdi yaşayış evinə texniki pasport işlənmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. Bundan əlavə mərhum X3 adına olan 0.30 hektar torpaq sahəsinə verilmiş JN-335A KOD 30121018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X26 təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmiş məlumat bazasında öz əksini tapmışdır. Qusar rayon Notariat Kontoru tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli X-472 nömrəli cavab məktubundan görünür ki, Qusar rayon notariat kontoruna xx xxxxxx 2006-cı il tarixində vəfat etmiş X3 ölümündən sonra miras qalmış ünvan 2i ünvanında yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İddiaçı müraciəti daxil olmuşdur. Lakin ərizəçiyə həmin ünvanında yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilmədiyindən həmin notariat hərəkətini aparmaq mümkün olmamışdır. Vərəsəlik işinin həlli ilə əlaqədar notaiat kontoruna təqdim etmək üçün mülkiyyət hüququnun vəfat etmiş şəxsə aid olması barədə çıxarış verilməsi xahiş olunmuşdur. xx xxxxxxxx 1996-ci il tarixdə ünvan 2i icra nümayəndəsi tərəfindən təsdiq edilmiş 186 nömrəli vəsiyyətnamədən görünür ki, X14 bütün əmlakını, o cümlədən Urva kəndində yerləşən yaşayış evini nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. xx xxxxxx 2014-cü il tarixli, Reyestrdə 2V-210 ilə qeyd olunmuş N ******* iş nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, ünvan 2i icra nümayəndəsi tərəfindən xx xxxxxxxx 1996-ci il tarixdə təsdiq edilmiş 186 nömrəli vəsiyyətnaməyə əsasən xx xxxxxx 2006-cı ildə vəfat etmiş X3 vəsiyyətnamədə göstərilən vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan nəvəsi Cavabdeh1dur. Şəhadətnamənin verildiyi miras əmlakı DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxx 2014-cü il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.30 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin ½ hissəsidir. Yerdə qalan ½ hissəsi məcburi payın verilməsi üçün açıq saxlanılmışdır. Seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki. ünvan 2i ünvanında yerləşən **********17-10301 reyestr nöçrəli 0.30 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X7 məxsusdur. Azərbaycan Respublikası Milli X33 rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş xx xxxxxx 2018-ci il tarixli 422 nömrəli Arxiv Arayışından görünür ki, rayon arxivində saxlanılan ünvan 2 inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərin Urva kəndi üzrə 2 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 155 olan X3 təsərrüfatın xüsusi mülkiyyətində 1960-cı ildə tikilmiş ümumi (yararlı) sahə 1996-1997ci illərdə 94 kv.metr o cümlədən yaşayış sahəsi 66 kv.metr olan yaşayış evi və təsərrüfatın xüsusi mülkiyyətində, istifadəsində 1996-1997-ci illərdə cəmi 0.24 hektar torpağın olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və digər müvafiq hüquqi aktları tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə mirasın faktiki qəbul edilməsi və mirasın qəbul etmə müddətinin uzadılması institutları fərqlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.1-1243.3-cü maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İş materiallarından məlum olur ki, İddiaçı iddiasında Mülki Məcəllənin 1243.2-ci maddəsinə istinad edərək, anasından qalmış mirası qəbul etmə faktının müəyyən olunmasını xahiş etsə də, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq, irəli sürülməyən tələbə hüquqi qiymət vermiş və Mülki Məcəllənin 1248.1-c maddəsinə istinad etməklə, onun miras əmlakın qəbul edilməsi üçün müəyyən olunmuş müddətin uzadılmasına dair qətnamə qəbul etmişdir. Yəni iddiaçı miras əmlakı vaxtında qəbul etdiyini iddia etsə də, məhkəmə onun müddəti buraxması qənaətinə gəlmiş və bunu üzrlü saymışdır. Halbuki, birinci instansiya məhkəməsi özü göstərmişdir ki, iddiaçı miras əmlakda yaşamır, onun qonşuluğunda yaşayır. Belə olan halda, iddiaçının mirası faktiki qəbul etməsinin hansı sübutlarla təsdiq edildiyi iş materiallarından müəyyən olunmur. Bundan əlavə cavabdehin apelyasiya şikayətinə əlavə olunmuş xx xxxxxxx 2013-cü il tarixli etibarnamənin surətinə əsasən İddiaçı Şıxbala oğlu notariat kontorunda, dövlət və qeyri-dövlət orqanlarında vərəsəlik işi ilə bağlı bütün sənədləşmə işlərinin aparılmasını və s. hərəkətlərin aparılmasını cavabdehin oğlu Elşad Şərifova etibar etmişdir. Lakin iş materiallarından həmin etibarnamənin hansı məqsədlə verilməsi (mirasın İddiaçı tərəfindən qəbul edilməsi və ya imtinası), ondan istifadə olunub-olunmaması barədə məlumatlar mövcud deyildir. Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixdə miras əmlakın yalnız 1/2 hissəsində miras hüquqlarını rəsmiləşdirmiş, miras kütləsinin yerdə qalan hissəsi məcburi payın verilməsi üçün açıq saxlanılmışdır. Lakin hazırki iş üzrə məhkəmə qətnaməsi ilə İddiaçı əmlakın hansı hissəsinə vərəsəlik hüququnun tanınması qeyd olunmamışdır. Məhkəmə kollegiyasının iclasında toplanan sübutlarla müəyyən olunur ki, İddiaçı Şıxbaba oğlu Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixdə miras əmlakın yalnız 1\2 hissəsində miras hüquqlarının rəsmiləşdirmiş hissəsi istisna olmaqla miras kütləsinin yerdə qalan məcburi payın verilməsi üçün açıq saxlanılmış hissəsinə vərəsəlik hüququ yaranmış və miras kütləsinin həmin hissəsini faktiki qəbul etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X17rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. X29 Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” xx xxxxxx 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunub, «X3 miras kütləsinə daxil olan Qusar rayonunun Urva kəndində yerləşən 0.30 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılsın və həmin əmlaklara dair İddiaçı vərəsəlik hüququ tanınsın» hissəsində ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1, 386, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(029)718/2019 saylı qətnaməsi qismən – «X3 miras kütləsinə daxil olan Qusar rayonunun Urva kəndində yerləşən 0.30 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılsın və həmin əmlaklara dair İddiaçı vərəsəlik hüququ tanınsın» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə «iddia qalan hissədə rədd edilsin» hissəsində mübahisələndirilməmişdir. İddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2471/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2471/2020
28.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver