Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2477/2021 02.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim X.İ.Quliyev) iddianın qismən təmin edilməsi, RX seriyalı, ******* nömrəli, **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28 sentyabr 2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş 5x6 metr ölçüdə 1 otaqlı tikili və əlavə olaraq 6x5 metr ölçüdə daş hasarın cavabdehin hesabına sökülərək həmin torpaq sahəsinin 0.02 ha hissəsinin (xəritə 2-də göstərilən forma və cədvəl 1-də qeyd olunan ölçülər daxilində, yəni Cənub-Qərbdən Şimal-Şərqə 14.32 metr, Şimal-Qərbdən Cənub- Şərqə 13.96 metr, Şimal-Şərqdən Cənub-Qərbə 14.32 metr, Cənub-Şərqdən Şimal-Qərbə 13.96 metr olmaqla) cavabdehin qanunsuz istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılmaqla torpaq sahəsinin boşaldılması, iddianın verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Cavabdeh tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək RX seriyalı, ******* nömrəli, **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28 sentyabr 2016cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin onun öz vəsaiti hesabına sökülməsi və qeyd olunan 0,06 ha torpaq sahəsinin boşaldılaraq cavabdehin qanunsuz sahibliyindən geri alınıb onun istifadəsinə qaytarılması, habelə dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, RX seriyalı, ******* nömrəli, **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28 sentyabr 2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsi vardır. Cavabdeh ona məxsus torpaq sahəsini özbaşına tutaraq orada tikinti işləri aparmış və hazırda tikinti işlərini davam etdirir. Bununla əlaqədar tədbir görülməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə etdiyi müraciətinə cavab olaraq ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdehə tikilini sökməsini və torpaq sahəsini boşaltmasını təklif etsə də sonuncu onun sözlərinə məhəl qoymamış və tikinti işlərini davam etdirməkdədir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə iddia qaldırdıqdan sonra iş üzrə ekspertiza təyin edilmiş və ekspertlər tərəfindən mübahiəsili əraziyə baxış keçirildikdən sonra müəyyən olunmuşdur ki, cavabdeh ona məxsus torpaq sahəsini tutaraq orada tikinti işləri aparmışdır və bu barədə müvafiq rəy verilmişdir. Göstərilənlərə əsasən, iddiasının əsaslı olduğundan təmin edilməsini, RX seriyalı, ******* nömrəli, **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28 sentyabr 2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin onun öz vəsaiti hesabına sökülməsi və qeyd olunan 0,06 ha torpaq sahəsinin boşaldılaraq cavabdehin qanunsuz sahibliyindən geri alınıb onun istifadəsinə qaytarılması, habelə dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun cavabdehdən alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iş üzrə çıxardığı qətnamə qanunsuz və əsassızdır. Həmin torpaq sahəsi ona atasından 1962-ci il tarixdən qalmış torpaq sahəsidir. Həmin ərazidə 10 sota yaxın torpaq sahəsi vardır. O, istifadəsində olan torpaq sahəsinə dair aidiyyatı orqanlara müraciət edərək ilkin sənədləri əldə etsə də maddi imkansızlığından mülkiyyət sənədi ala bilməmişdir. İddiaçı ondan torpaq sahəsini qanunsuz tələb edir. Həmin torpaq sahəsində tikinti işləri aparmamışdır. O, başqa yerdə qeydiyyatda olsada, daimi ailəsi ilə sözü gedən evdə yaşamışdır. İddiaçı hansı yolla onun yaşadığı torpağa sənəd alması ona məlum olmamışdır. İddiaçıya məxsus olan sənədlər qanunsuzdur. Xaçmaz Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(067)-80/2021 saylı qətnaməsini ləğv edərək, yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən qanunsuz tutulmasının ekspert rəyi ilə öz təsdiqini tapmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsassız olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 28 sentyabr 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olan 28 sentyabr 2016-cı il tarixli, A seriyalı, 098331 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətinə aid 0,06 ha həyətyanı torpaq sahəsinin planı və ölçüləri müəyyən edilmişdir. İşdə olan baxışın nəticəsinə dair "xxxx" MMC-nin verdiyi 08 sentyabr 2020-ci il tarixli, 01/475 saylı mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, məhkəmənin qərardadda mütəxəssis qarşısına qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə İddiaçı iddia etdiyi torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları plana alınaraq elektron baza və xəritə üzərində dəqiqləşdirilmişdir. Müəyyən olunur ki, RX seriyalı, ******* nömrəli, **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28 sentyabr 2016-cı il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsi həmin torpaq sahəsinin mülkiyyət sənədində və texniki göstəriciləri müəyyən edən sənəddə göstərilən ölçülər və cizgilər daxilində naturada mövcuddur. (Xəritə 1) İş materialları ilə müəyyən edilir ki, Cavabdeh dövlət tərəfindən ona ayrılan (bununla bağlı mütəxəssislərə torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir) 0.02 ha torpaq sahəsini faktiki olaraq istifadə etdiyini, üzərində tikinti işlərinin apardığını və aidiyyatı orqanların ona etdiyi xəbərdarlıqdan sonra aparılan tikinti işlərini dayandırdığını bildirmişdir. İddiaçı mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 0.02 ha hissəsi Xəritə 2-də göstərilən forma və Cədvəl 1-də qeyd olunan ölçülər daxilində yəni Cənub-Qərbdən Şimal-Şərqə 14.32 metr, Şimal- Qərbdən CənubŞərqə 13.96 metr, Şimal- Şərqdən Cənub-Qərbə 14.32 metr, Cənub- Şərqdən Şimal-Qərbə 13.96 metr olmaqla faktiki olaraq cavabdeh tərəfindən istifadə edilir. Sözü gedən torpaq sahəsində cavabdeh tərəfindən 5x6 metr ölçüdə 1 otaqlı tikili tikilmiş və əlavə olaraq 6x5 metr ölçüdə torpaq sahəsi daş hasara alınmışdır. (Bax: Cavabdeh tərəfindən tikilmiş yarımtikılınin şəkilləri, səh 7) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırkı məhkəmə araşdırması zamanı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, RX seriyalı, ******* nömrəli, **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28 sentyabr 2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsini Cavabdeh özbaşına tutaraq orada tikinti işləri aparmış və hazırda tikinti işlərini davam etdirir. Cavabdehə tikilini sökməsini və torpaq sahəsini boşaltmasını təklif etsə də sonuncu onun sözlərinə məhəl qoymamış və tikinti işlərini davam etdirməkdədir. Bununla əlaqədar tədbir görülməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə etdiyi müraciətinə cavab olaraq ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi, bu zaman İddiaçı üzərinə Cavabdeh onun xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsini özbaşına tutaraq orada tikinti işləri aparması, sonuncuya tikilini sökməsini və torpaq sahəsini boşaltmasını təklif etsə də onun sözlərinə məhəl qoymayaraq tikinti işlərini davam etdirməsini sübutetmə yükü düşür. Əksinə olaraq, cavabdehin üzərinə iddiaçıya məxsus torpaq sahəsində tikinti işləri aparmaması, istifadəsində olan torpaq sahəsinin özünə məxsus olduğunu, iddiaçının ondan ondan torpaq sahəsini qanunsuz tələb etdiyini sübutetmə yükü düşür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan ekspert və mütəxəssis rəyləri ilə müəyyən olunmuşdür ki, iddiaçının mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 0,02 ha hissəsi cavabdeh tərəfindən faktiki olaraq istifadə olunur, sözügedən torpaq sahəsində cavabdeh tərəfindən 5x6 metr ölçüdə 1 otaqlı tikili tikilmiş və əlavə olaraq 6x5 metr ölçüdə torpaq sahəsi daş hasara alınmışdır Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı iddiaçının izahatı və iş materialları ilə Cavabdeh tərəfindən İddiaçı mülkiyyətinə aid iddiaçının mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 0,02 ha hissəsinin faktiki olaraq qanunsuz olaraq istifadə olunması, sözügedən torpaq sahəsində cavabdeh tərəfindən 5x6 metr ölçüdə 1 otaqlı tikili tikilməsi və əlavə olaraq 6x5 metr ölçüdə torpaq sahəsinin daş hasara alınması halı öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası cavabdehın iddiaçıya məxsus torpaq sahəsində istifadəsində olan torpaq sahəsinin özünə məxsus olduğu barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, bu dəlil iş materialları ilə təkzib edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 11 fevral 2021-ci il tarixli 2(067)-80/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2477/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2477/2021
02.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver