Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-248/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun tələb olunmasının əsassız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(060)-5604/2022 nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(060)-5604/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 10 saylı evin 82 saylı mənzilinə aid ******* saylı abonent koduna hesablanmış 1128.31 manat borcun İddiaçı tələb olunması əsassız hesab edilmşdir. (hakim Ə.Ələkbərov) Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən mülkiyyətindəki ünvan 1 ünvanına hesablanmış 1.315 manat məbləğində borcun ondan tələb edilməsinin əsassız hesab edilməsi və onunla müqavilə bağlanılaraq yeni abonent kodu verilməsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdeh təşkilat tərəfindən hesablanmış 1128.31 manat pulun ondan tələb olunmasının əsassız hesab edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10da yerləşən 82 saylı mənzili xx.xx.2020-ci il tarixdə almış və həmin mənzil üzərində onun mülkiyyət hüquqları AR ƏMDK DƏDRX 2 saylı ərazi idarəsində qeydə alınmaqla xx.xx.2021-ci il tarixdə onun adına çıxarış verilmişdir. Qeyd edilən mənzil yataqxana otağı olmaqla bu otağa heç vaxt su sayğacı quraşdırılmamış və hazırda da sayğac voxdur. O, mənzili aldıqdan sonra həmin otağa su sayğacının quraşdırılması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş və ona məlum olmuşdur ki, otaqda heç vaxt sayğacın olmamasına baxmayaraq, onun mülkiyyətinə verilmiş otağın əvvəlki sahibinin adına sudan istifadə ilə bağlı hesablama aparılmış və ona bildirilmişdir ki, mülkiyyətində olan həmin otağa sayğac quraşdırılması yalnız həmin borc onun tərəfindən ödənildikdən sonra mümkündür. Borcun məbləği ilə maraqlandıqda isə ona bildirilmişdir ki, həmin borc məbləği 1.315 manat təşkil edir. Belə hesab edir ki, cavabdeh təşkilatın bu addımı onun bir istehlakçı kimi hüquqlarını pozur. O, yalnız yaşadığı müddətdə yaranmış borca cavabdehdir və başqa şəxslərin istifadə etdiyi borcun ondan tələb edilməsi və bu borca görə mülkiyyətində olan mənzilə sayğac quraşdırılması xahişinin icra edilməməsi qanuna ziddir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassız olmaqla, cavabdeh müəssisəsinin hüquqlarının pozulmasına səbəb olmuşdur. “Sudan istifadə qaydaları”nın 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta-statistik say tərkibinə uyğun olaraq aparılır. İş materialarından göründüyü kimi ünvanda xx.xx.2004-cü il tarixdən Əliyev Bəhram Buxsen oğlunun adına bağlanmış müqavilə ilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə olunmuşdur. Ünvanda kod açılan tarixdən 5 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. İddiaçı qeyd olunan mənzili Əliyev Bəhram Buxsen oğlundan alarkən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsini təmin etməmiş və məhkəmə yalnış olaraq xidmətlərdən istifadə nəticəsində yaranmış 1128,31 manat borcun iddiaçıdan tələb edilməsini əsassız hesab etmişdir. Məhkəmə qətnaməsində onun gəldiyi nəticə əsaslandırılmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydda və vaxtında məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan ******* №-li, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, Əliyev Bəhram Buxsen oğlu Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 10 saylı evin 82 saylı mənzilini İddiaçı 10.000 manata satmışdır. Müqavilənin 8-ci bəndinə görə “satıcı” “alıcı”ya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. 10-cu bəndinə görə isə “alıcının” sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektri enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi “satıcı”nın üzərinə düşür. Yenə iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2021-ci il tarixli, ********** reyestr nömrəli çıxarışından görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 10 saylı evin 82 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mülki işdə olan xx.xx.2022-ci il tarixli Abonent kartından görünür ki, abonentin 1376.67 manat borcu mövcuddur. Həmin borcun 1128.31 manatı 2021-ci ilədək yaranmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda istinad olunan hüquq normalarına əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(060)-5604/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 10 saylı evin 82 saylı mənzilinə aid keçmiş mülkiyyətçi Bəhram Əliyevin adına olan abonent koduna 1376.67 manat su sərfiyyatına görə normativ qaydada borc hesablanmışdır. İddiaçı mənzili xx.xx.2020-ci ildə almışdır. Borcun 1128.31 manat hissəsi bu tarixədək yaranmışdır. İddiaçı həmin məbləğin ondan tələb edilməsini əsassız hesab edir. O, mübahisənin həlli məqsədi ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən mübahisə yuxarıda qeyd olunan formada həll edilmişdir, narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşan kollegiya mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq olunmuş «X1» 4.1.3 bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Həmin Qaydaların 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. X1 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin qaydaların 6.14-cü bəndinə əsasən su ölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Apellyasiya kollegiyası işin faktiki hallarına hüquqi qiymət verərək qeyd edir ki, göründüyü kimi mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydə alınmış və yenə işdə olan abonent kartına əsasən həmin mənzilə dair sudan istifadəyə görə abonentə 1376.67 manat borc hesablanmşdır ki, bu borcun 1128.31 manatı 2021-ci ilədək yaranmışdır və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Daha öncə qeyd olunduğu kimi xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən “satıcı” “alıcı”ya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür, “alıcının” sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektri enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi “satıcı”nın üzərinə düşür. Belə olan halda qeyd olunan müddət ərzində sudan istifadəyə görə 1128.31 manat borcun iddiaçıdan tələb edilməsi qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlili formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(060)-5604/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1, 119.5-ci maddələrinə əsasən apelyasiya şikayəti təmin edilmədiyi üçün apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti 5 min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(060)-5604/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamə dərhal qanuni qüvvəsini alır, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-248/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-248/2023
17.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver