Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2484/2020 01.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın ləğv edilməsinə və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(029)- 279/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair” xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsinə və ona əsassız hesablanmış 631.80 (altı yüz otuz bir manat səksən qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(029)-279/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Xaçmaz X2 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxxxx 2019-cu il tarixli komissiyanın qərarının ləğv edilməsi, həmin qərar əsasında İddiaçı hesablanmış 631.80 (altı yüz otuz bir manat səksən qəpik) manat borcun silinməsi qət edilmişdir. (hakim R.Kazımov) xx.xx.2020-ci il tarixdə Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında bildirdi ki, apelyasiya şikayəti prosessual müddətin ötürülməsindən sonra verilmişdir. Ona görə də şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Cavabdehnə məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında nümayəndə ilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinə əsasən apelyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5-ci maddəsinə görə məhkəmə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəlləsinin 135.2-ci maddəsinin tələbinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. İş materiallarının 35-ci səhifəsində olan qəbzdən görünür ki, müvafiq qətnamə xx.xx.2020-ci il tarixdə cavabdehə rəsmi qaydada verilmiş, nümayəndəsi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Göründüyü kimi, qanunverici qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra şikayət müddətini 1 ay müəyyən edir. İşdən görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayəti təxminən 2 ay sonra xx.xx.2020-ci il tarixdə verilmişdir. Bununla da müəyyən edilmiş prosessual müddət pozulmuşdur. Cavabdeh tərəfindən isə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair məhkəməyə heç bir ərizə ünvanlanmamış, müddətin ötürülməsinin üzrlü olmasına dair heç bir əsaslı səbəb və mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinin tələbinə əməl etməmişdir. Qeyd olunan maddənin tələbini pozaraq şikayəti verən şəxs tərəfindən müddətin axımını nəzərdə tutan halları nəzərə almadan, apelyasiya şikayətinin verilməsi müddətini müzakirə etmədən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(029)-279/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. Apelyasiya şikayətinin müzakirə edilərək prosessual qaydalara əməl edilməsi və yol verilmiş prosessual pozuntuların aradan qaldırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apel-----ya--si-ya Məhkə-mə-si vasitəsi ilə Azər-bayc-an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şika--yəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2484/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2484/2020
01.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver