Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2493/2022 30.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(067)-83/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏNETDİ: Xaçmaz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(067)-83/2022 nömrəli qətnaməsi ilə (hakim Anar Sadıqov) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddiası qismən təmin edilib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 4974,89 ABŞ dolları məbləğində əsas borc, 6724,39 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu, 01 İR********** saylı kredit razılaşması üzrə 8707.29 ABŞ dolları məbləğində əsas borc, 3908,19 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində pul və 40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Xaçmaz rayonu, Xudat şəhəri, Konserv zavodu qəsəbəsində 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən (2 mərtəbəli 4 otaqlı ümumi sahəsi 183.2 kv.metr, yaşayış 61.8 kv.metr, yardımçı 121.4 kv.metr sahədən ibarət) fərdi yaşayış evinə və Cavabdeh1 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində mülkiyyətində olan 0.11 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) yönəldilməsi, ipoteka predmetləri- Cavabdeh2 mülkiyyətində olan Xaçmaz rayonu, Xudat şəhəri, Konserv zavodu qəsəbəsində 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50.000 manat, Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsinin ilkin satış qiymətinin 19.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Xudat şəhəri, Konserv zavodu qəsəbəsində 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılması, Cavabdeh2 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Xudat şəhəri, Konserv zavodu qəsəbəsində 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi, Cavabdeh1 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində mülkiyyətində olan 0.11 ha torpaq sahəsinin açıq hərracdan satılması, Cavabdeh1 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində mülkiyyətində olan 0.11 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlak boşaldılması və alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 400 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verib, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 361.1.3-cü maddəsinə əsasən barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı şikayətin məzmununda göstərilməlidir. Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsinə yönəlmiş apellyasiya şikayətinin nəticə hissəsində Xaçmaz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi xahiş edilir. Göründüyü kimi cavabdehin vermiş olduğu apellyasiya şikayətində barəsində şikayət verilən qətnamənin çıxarılma tarixi səhv göstərilmişdir. Belə olan halda, həmin şikayətin icraata qəbul edilməsi mümkün deyildir. MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin birinci instansiya məhkəməsi tərəfindən şikayətin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamış və həmin tələblərə cavab verməyən şikayət işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilmişdir ki, bununla da prosessual hüquq normasının tələbi pozulmuşdur. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363- 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(067)-83/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardadın təsviri hissəsində şərh olunan hallar aradan qaldırıldıqdan sonra, şikayəti vermiş şəxs yenidən məhkəməyə şikayət ilə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2493/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2493/2022
30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver