Məhkəmə qərarları › İş №2(105)-2496/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2496/2020

09.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2496/2020 09.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Telman Osman oğlu Quliyev və X3 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, İddiaçının vəkili: X6, Cavabdeh: Şövkət Əlibala qızı Məcidova, Cavabdehin nümayəndəsi və vəkili: X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əlibala qızına və Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt «ASAN Xidmət» mərkəzində notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsinə qarşı Əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, İddiaçı qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra və Probasiya şöbəsinə və «X4» MMC-ə qarşı çıxarışın etibarsız hesab edilməsi və onun mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qarşılıqlı iddia tələbinə dair, müstəqil tələb irəli sürən 3-cü şəxs X2 cavabdehlər Cavabdeh1 Əlibala qızına və Cavabdeh2 qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunmasına dair ərizəyə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-100/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 Əlibala qızı ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış xx xxxx 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia tələbinin təmin edilməsi, onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 tərəfindən boşaldılıb ona təhvil verilməsi qət edilmişdir (hakim C.İ.Şəfiyeva). Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-100/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, verdikləri qarşılıqlı iddia tələbinin təmin, İddiaçı adına verilən çıxarışın, İddiaçı ilə M.V.Vəliyev arasında olan alqı-satqı müqaviləsinin, ona əsasən M.V.Vəliyevun adına olan çıxarışın etibarsızlığı və onun, yəni Cavabdeh1 mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-2507/2019 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-100/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. ƏRİZƏNİN DƏLİLLƏRİ: Cavabdeh1 kassasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, qətnamədən narazı qalaraq xx xxxxxxx 2019cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət etmişdir. O, savadsız qadındır, maddi imkanı pis olduğu üçün vəkillə müqaviləni gec bağlamışdır. Odur ki, ərizəsinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə Cavabdeh2 və qeyriləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərinin fikrini dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, iş üzrə ərizə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surəti xx xxxxxx 2020-ci il tarixli məktubla rəsmi qaydada tərəflərə göndərilmiş və iş materialının 235-ci vərəqəsində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh1 mübahisələndirilən qətnamənin surətini xx xxxxxx 2019-cu il tarixdə rəsmi qaydada almışdır. Cavabdeh1 kassasiya şikayəti verilməsi üçün müddətin bitməsinə 6 gün qalmış xx xxxxxxx 2019-cu il tarixdə ona dövlət hesabına vəkil təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, həmin ərizəyə məhkəmə tərəfindən xx xxxxxx 2019-cu il tarixdə baxılmış və ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardadı aldıqdan qısa müddət sonra, xx xxxxxx 2019-cu il tarixdə vəkillə müqavilə bağlayaraq, xx xxxxxx 2019cu il tarixdə poçt vasitəsilə kassasiya şikayətini Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmiş, həmçinin, xx xxxxxx 2019-cu il tarixdə müddətin bərpasına dair ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presentlərinin tətbiqi haqqında» xx xxxx 2006-cı il tarixli qərarın 10-cu bəndində qeyd edilir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırıldığı sübutlar əsasında müəyyən etməli, qərarlaının qanunliyi və əsaslagını təmin etməlidir. Məhkəmə kollegiyası işin hallarını və yuxarıda qeyd edilən Qərarın göstərişlərini və Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 iradəsindən asılı olmayaraq, müddət ötürülmüşdür və kollegiya hesab edir ki, kassasiya şikayəti verilməsi üçün müddət bərpa edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268, 405-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-2507/2019 saylı qətnaməsindən ilkin iddia üzrə Cavabdeh1 Əlibala qızı tərəfindən verilmiş kassasiya şikayətinin verilmə müddəti bərpa edilsin və mülki iş baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Telman Quliyev Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar