Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-250/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı1 vəkili X1, Cavabdeh "xxxx" X11 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə, "xxxx" MMC-yə və "xxxx" X11 Səhmdar Cəmiyyətinə qarşı hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15.07.2021-ci il il tarixli, 2(060)-731/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 15.07.2021-ci il il tarixli, 2(060)-731/2021 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. (hakim E.Abdullayev) İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 15.07.2021-ci il il tarixli, 2(060)-731/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı1 və İddiaçı2 "xxxx" MMC-yə, "xxxx" Kommersiya Bankı ASC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-9 nömrəli qeyri-yaşayış binasının "xxxx" KB ASC-yə satılmasına dair hərracın nəticələri haqqında Y-58 saylı, İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-20 nömrəli, 1 mərtəbəli qeyri-yaşayış binasının "xxxx" KB ASC-yə satılmasına dair hərracın nəticələri haqqında Y-59 saylı, İddiaçı2 Kazım qızının mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, 59 saylı mənzilin "xxxx" KB ASC-yə satılmasına dair hərracın nəticələri haqqında Y-60 saylı, 17.06.2020-ci il tarixli yekun protokollarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, "xxxx" KB ASC ilə İddiaçı1 arasında 21.09.2013-cü il tarixli, 38/13SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı əlavə kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə, 21.09.2018-ci il tarixədək, illik 19% ödəmək şərtilə 200 000 ABŞ dolları, həmçinin 19.08.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit xətti müqaviləsinə əsasən 36 ay müddətinə, 19.08.2017-ci il tarixədək, illik 6% ödəmək şərtilə 15000 ABŞ dolları məbləğində kreditlər verilmişdir. 21.09.2013-cü il tarixli, 38/13SU saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu kimi İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binası, İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri yaşayış binası və ünvan 2 evin 59 saylı mənzili "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1214/2018 saylı, 19.07.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin iddiası qismən təmin edilərək, 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı və 19.08.2014-cü il tarixli 38-2/13SU saylı əlavə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı1 bankın xeyrinə əsas kredit borcu üzrə 159627,67 ABŞ dolları, 34958,25 ABŞ dolları faiz borcu, cərimə üzrə 1000 ABŞ dolları, cəmi 195582,92 ABŞ dollarının, 19.08.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 10481,40 manat, faiz borcu üzrə 788,70 manat, cərimə borcu üzrə 500 manat, cəmi 11770,1 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pulun tutulmasını, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına, Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-9 ünvanda yerləşən qeyriyaşayış binasına və ünvan 4rləşən 59 saylı mənzilinə və girov predmeti olan 100000 manat məbləğində pul qalığının Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-175/2017 saylı, 15.03.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş borcun ödənilməsindən artıq qalan hissəsinə yönəldilməsi, Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 78000 manat, Sumqayıt şəhəri, 53cü məhəllədə yerləşən 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 80000 manat, Sumqayıt şəhəri, 10- cu mikrorayon, 32 saylı binada yerləşən 59 saylı mənzilin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-338/2019 saylı, 05.03.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin, 2(060)- 175/2017 saylı 15.03.2017-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin, 2(060)-1214/2018 saylı 19.07.2018-ci il tarixli qətnamələrinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5245/2019 saylı, 23.07.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-338/2019 saylı 05.03.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi əsasında icra vərəqəsi verilmiş və icraya yönəldilmişdir. "xxxx" MMC-nin hərracın yekunları haqqında 17.06.2020-ci il tarixli, Y-58, Y-59 və Y-60 nömrəli protokollarına əsasən Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-09 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binası 77775 manata, Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyriyaşayış binası 57375 manata, ünvan 4rləşən 59 saylı mənzil 33150 manata Unibank” Kommersiya Bankı ASC-yə satılmışdır. əsas narazılıq bundan ibarətdir ki, məhkəmə tərəfindən 52000 manata dəyərləndirilən Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, mənzil 59 cəmi 33150 manata, 122000 manata dəyərləndirilən Sumqayıt şəhəri, 53-cü məhəllə 53-9 qeyri-yaşayış binası 77775 manata, 90000 manata dəyərləndirilən Sumqayıt şəhəri, 53-cü məhəllədə, 53-20 nömrəli, 1 mərtəbəli qeyri yaşayış sahəsi 57375 manata "xxxx" KB ASC tərəfindən alınmışdır. Onların məhkəmə tərəfindıən dəyərləndirilmiş əmlaklarının ümumi məbləği 264000 manat təşkil edirdi ki, bu da demək olar ki, banka olan borcu tam ödəyirdi. Lakin hərrac mərkəzi 264000 manatlıq əmlakı cəmi 168300 manata bankın mülkiyyətinə verib ki, nəticədə iddiaçılar borcu tam bağlamaq üçün əlavə olaraq 95700 manat maliyyə sanksiyasına məruz qalmışlar. Onlar mülkiyyətlərində nə varsa hamısını itirdikdən sonra, yenə də banka borclu qalırlar. Bu da ondan xəbər verir ki, bütün bu məsələlər cavabdehlər arasında yəni, "xxxx" KB ASC ilə "xxxx" MMC-nin birgə təşkil etdikləri qanunsuz və əsassız razılaşmadır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən verdikləri apellyasiya şikayətini bununla əsaslandırmışlar ki, məhkəmə iddia ərizəsindəki halları nəzərə almadan onu rədd etmişdir. Onların apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olub “İpoteka haqqında” Qanunun 42, 43, 44-cü və Mülki Məcəllənin 416.1, 416.2, 425.2, 560, 567, 568-ci maddələrinə istinad edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili X4 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdeh "xxxx" X11 Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, qeyd edilən hərrac qanuni əsaslarla keçirilmişdir və onun nəticələrinin etibarsızlığı üçün heç bir əsas mövcud deyildir. İddiaçı bu üsulla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mane olmaq istəyir. Baxmayaraq ki, qətnamə artıq icra edilmişdir və əmlaklar artıq bankın mülkiyyətindədir. İş üzrə iddiaçılar, həmçinin digər cavadehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işə iddiaçı və adları qeyd edilən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarından məlum olur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5245/2019 saylı, 23.07.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-338/2019 saylı 05.03.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1214/2018 saylı, 19.07.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin iddiası qismən təmin edilərək, 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı və 19.08.2014-cü il tarixli 38-2/13SU saylı əlavə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı1 bankın xeyrinə əsas kredit borcu üzrə 159627,67 ABŞ dolları, 34958,25 ABŞ dolları faiz borcu, cərimə üzrə 1000 ABŞ dolları, cəmi 195582,92 ABŞ dollarının, 19.08.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 10481,40 manat, faiz borcu üzrə 788,70 manat, cərimə borcu üzrə 500 manat, cəmi 11770,1 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pulun tutulmasını, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına, Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-9 ünvanda yerləşən qeyriyaşayış binasına və ünvan 4rləşən 59 saylı mənzilinə və girov predmeti olan 100000 manat məbləğində pul qalığının Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-175/2017 saylı, 15.03.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş borcun ödənilməsindən artıq qalan hissəsinə yönəldilməsi, Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 78000 manat, Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 80000 manat, Sumqayıt şəhəri, 10- cu mikrorayon, 32 saylı binada yerləşən 59 saylı mənzilin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 338/2019 saylı, 05.03.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt şəhər Məhkəməsinin, 2(060)-175/2017 saylı 15.03.2017-ci il tarixli və Sumqayıt şəhər Məhkəməsinin, 2(060)-1214/2018 saylı 19.07.2018-ci il tarixli qətnamələrinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin hərracın yekunları haqqında 17 iyun 2020-ci il tarixli, Y-58 nömrəli protokolundan görünür ki, İddiaçı2 mülkiyyətində olan ilkin satış qiyməti 122000 manat müəyyən edilmiş Sumqayıt şəhəri, 53-cü məhəllə, 53-9 nömrəli qeyri-yaşayış binası 77775 manata alıcı "xxxx" KB ASC-yə satılmışdır. Bununla bağlı alıcı və satıcı arasında eyni tarixli müqavilə (hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə) bağlanmışdır. Yenə iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin hərracın yekunları haqqında 17 iyun 2020-ci il tarixli, Y-59 nömrəli protokolundan görünür ki, İddiaçı1 mülkiyyətində olan ilkin satış qiyməti 90000 manat müəyyən edilmiş Sumqayıt şəhəri, 53-cü məhəllə, 53- 20 nömrəli, 1 mərtəbəli qeyri-yaşayış binası 57375 manata alıcı "xxxx" KB ASC-yə satılmışdır. Bununla bağlı alıcı və satıcı arasında eyni tarixli müqavilə (hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə) bağlanmışdır. Yenə də iş materiallarında olan "xxxx" MMC-nin hərracın yekunları haqqında 17 iyun 2020-ci il tarixli, Y-60 nömrəli protokolundan görünür ki, İddiaçı2 Kazım qızının mülkiyyətində olan ilkin satış qiyməti 52000 manat müəyyən edilmiş Sumqayıt şəhəri, 10cu mikrorayon, ev 32, 59 saylı mənzili 33150 manata alıcı "xxxx" KB ASC-yə satılmışdır. Bununla bağlı alıcı və satıcı arasında eyni tarixli müqavilə (hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə) bağlanmışdır. İşdəki 21.02.2020-ci il tarixli, 178 saylı bildirişin surətindən görünür ki, "xxxx" MMC tərəfindən hər üç daşınmaz əmlakın satışının həyat keçirilməsi üçün açıq hərracın 18 mart 2020 tarixdə, saat 12.00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbə ünvanında təşkili ilə əlaqədar "xxxx" ASC-yə, İddiaçı1 və İddiaçı2 İmrahim qızına bildirişlər göndərilmişdir. Əmlak haqqında məlumat “Market” qəzetinin müvafiq sayında dərc edilmişdir. İddiaçı1 bildirişi almaqdan imtina etdiyi üçün 28.02.2020-ci il tarixli akt tərtib edilmişdir. Yenə işdəki 22.05.2020-ci il tarixli, 349 saylı bildirişin surətindən görünür ki, "xxxx" MMC tərəfindən hər üç daşınmaz əmlakın satışının həyat keçirilməsi üçün açıq hərracın 01 iyun 2020 tarixdə, saat 12.00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbə ünvanında təşkili ilə əlaqədar "xxxx" ASC-yə, İddiaçı1 və İddiaçı2 İmrahim qızına bildirişlər göndərilmişdir. Əmlak haqqında məlumat “Market” qəzetinin müvafiq sayında dərc edilmişdir. İş materiallarında olan 12 iyun 2020-ci il tarixli, 305 saylı təklifdən görünür ki, "xxxx" MMC hər üç daşınmaz əmlakın hərrac vasitəsilə alınmadığı üçün 13.07.2020-ci ilədək alınması barədə "xxxx" ASC-yə təklif edilmişdir. "xxxx" ASC-nin işdə olan 12 iyun 2020-ci il tarixli cavab məktubundan görünür ki, tələbkar bank tərəfindən "xxxx" MMC-nin yuxarıda qeyd edilən təklifinə razılıq verilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini və tərəflərin nümayəndələrini dinləyib hesab edir ki, aşağıda istinad olunan hüquq normalarına əsasən iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 15.07.2021-ci il il tarixli, 2(060)- 731/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyasının hüquqi mövqeyi aşağıdakı normalara əsaslanır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Yenə həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Yenə həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Yenə həmin Qanunun 43.7-1-ci maddəsinin tələblərinə görə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-388/2019 saylı, 05 mart 2019-cu il tarixli qətnaməsilə cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2(060)-175/2017 saylı və 19 iyul 2018-ci il tarixli, 2(060)-1214/2018 saylı qətnamələri ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh İddiaçı1 arasında bağlanmış 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı və 19.08.2014-cü il tarixli, 38- 2/13SU saylı əlavə kredit müqavilələrinə vaxtından əvvəl xitam verilmiş, cavabdeh İddiaçı1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 21.09.2013-cü il tarixli, 38/13SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.09.2013-cü il tarixli, 38-1/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 159627,67 ABŞ dolları, faiz borcu üzrə 34958,25 ABŞ dolları, cərimə borcu üzrə 1000 ABŞ dolları, cəmi 195582,92 (bir yüz doxsan beş min beş yüz səksən iki dollar doxsan iki sent) ABŞ dolları ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənəyə uyğun olaraq Azərbaycan manatı ilə, 19.08.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 10481,40 manat, faiz borcu üzrə 788,70 manat, cərimə borcu üzrə 500 manat, cəmi 11770,1 (on bir min yeddi yüz yetmiş manat on qəpik) manat, 18.02.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4999,50 manat, faiz borcu üzrə 1495,29 manat, cəmi 6494,79 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı1 mülkiyyətindəki Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına, İddiaçı2 Kazım qızının mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyriyaşayış binasına və ünvan 4rləşən 59 saylı mənzilinə və girov predmeti olan İddiaçı1 məxsus 100000 manat məbləğində mal qalığına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əmlakların satışından əldə olunmuş pul vəsaitinin qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetləri olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 90000 manat, Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 122000 manat, ünvan 4rləşən 59 saylı mənzilin ilkin satış qiymətinin 52000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına, Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və onlar satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahələrinin boşaldılması, ipoteka predmeti olan ünvan 4rləşən 59 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində cavabdehlər İddiaçı2 Kazım qızı, İddiaçı1, X10, X7 və X6 həmin yaşayış sahəsindən çıxarılması hissəsində iddianın təmin edilməməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı1 iddiaçının xeyrinə tutulması, apellyasiya şikayətinin verilməsi üçün tərəflərin ödədiyi dövlət rüsumunun onların özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərcinin dəyəri olan 1000 manat pulun 600 manatının cavabdeh İddiaçı1, 400 manat hissəsinin isə iddiaçı "xxxx" KB ASCdən tutularaq, "xxxx" MMC-nin müvafiq bank hesabına ("xxxx" ASC-də olan VÖEN: **********, cari hesab AZ53PAHA********************) ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərcinin dəyəri olan 145 manatın cavabdeh İddiaçı1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi verilmiş və icra icraatına başlanılmışdır. Əmlakların satılması məqsədilə icra məmuru 19.12.2019-cu il tarixdə, 195/1 saylı sifariş vermiş, bundan sonra, "xxxx" MMC 21.02.2021-ci il tarixli, 178 nömrəli bildirişlə məlumat vermişdir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 19.12.2019-cu il tarixli, 195/1 saylı sifarişi üzrə ipotekaya qoyulan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 90000 manat, Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 122000 manat, ünvan 4rləşən 59 saylı mənzilin ilkin satış qiyməti 52000 manat olmaqla açıq hərraca çıxarılmış və açıq hərracın 18 mart 2021-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbə ünvanında keçirilməsi barədə tələbkar "xxxx" ASC-yə və hər iki borcluya bildiriş göndərilmiş, bu barədə kütləvi informasiya vasitələrində elan dərc edilmişdir. Bildiriş borclu İddiaçı1 tərəfindən imtina edilərək qəbul edilməmişdir. Bu tarixdə hərrac baş tutmamış və eyni qaydalara uyğun növbəti hərracın vaxtı 10 iyun 2021-ci il tarixə, saat 12:00-a təyin edilmiş, ipoteka predmetlərinin ilkin satış qiyməti müvafiq olaraq 76500, 103700 və 44200 manat müəyyən edilmişdir. "xxxx" MMC 12 iyun 2020-ci il tarixli, 305 saylı məktubla bildirmişdir ki, ipoteka predmetləri olan daşınmaz əmlaklar üzrə hərraclar baş tutmamışdır. Buna görə də həmin əmlaklar ipotekasaxlayana təklif edilmiş, təklif ipotekasaxlayan tərəfindən müsbət qiymətləndirilmişdir. Bundan sonra isə hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 17 iyun 2021-ci il tarixli, Y-58, Y-59 və Y-60 saylı protokollar tərtib olunmuş, daha sonra isə eyni tarixdə hərracın yekunları üzrə alqı-satqı barədə müqavilələr imzlanmışdır. Bu müqavilərlə Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binası 57375 manata, Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binası 77775 manata, ünvan 4rləşən 59 saylı mənzili isə 33150 manata "xxxx" ASC-yə satılmışdır. İddiaçılar hesab edirlər ki, həmin hərrac təşkilatı vaxtilə onların mülkiyyətindəki əmlakları real dəyərindən olduqca aşağı qiymətə satmış, bunun nəticəsində isə onlar həm əmlaklardan məhrum olmuşlar, həm də banka olan borc tam bağlanmamışdır. Əvvəla, iş materiallarındakı sənədlərdən görünür ki, bütün hərraclar barədə icra icraatının tərəflərinə vaxtında məlumat verilmiş, bununla belə həmin məlumatlar kütləvi informasiya vasitəsi olan “Market” qəzetində müxtəlif vaxtlarda dərc edilmişdir, yəni hərrac proseduru qanuna uyğun qaydada keçirilmişdir. Əmlakların hərracdakı ilkin satış qiymətlərini hərrac təşkilatçısı deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi müəyyən etmişdir. Qüvvədə olan qanunvericiliyə görə isə, hərrac vasitəsilə əmlak alınmadıqda, növbəti hərracda onların dəyəri əvvəlki qiymətinə münasibətdə aşağı salınır ki, bu məsələdə də hərrac təşkilatçısı məsuliyyət daşımır. Belə olan halda isə iddiaçıların hərracın qanunsuz keçirilməsi barədə dəlilləri öz əhəmiyyətini itirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, hazırki halda sübut etmə yükü üzərinə düşən iddiaçılar öz dəlillərinin əsasını təşkil edən halları sübut etməyə borclu olduqları halda bunu edə bilməmişlər. İş materiallarından da görünür ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi qaydaları pozulmamış, əmlakların qiymətlərinin aşağı salınmasında onun heç bir təqsiri aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş daha öncə sadalanan hərracın keçrilməsinə dair bildiriş və elanlardan, habelə işin faktiki hallarından da aydın görünür ki, mübahisəli mənzilə və qeyri-yaşayış sahələrinə dair hərraclar mövcud qanunlar çərçivəsində, o cümlədən “İpoteka haqqında” qanunun 43-cü maddəsinin tələblərinə riayət edilməklə keçirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “Affirmanti, non neganti, incumbit probatio” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Daha öncə qeyd olunduğu kimi iddiaçılar məhkəməyə heç bir mötəbər, legitim, əsaslı şübhədən kənar sübutlar təqdim edə bilməmişlər. Hazırda hərracın nəticələrinin etibarsız hesab edilməsi və ya ləğv olunması üçün iş materiallarında əsaslı sübut yoxdur. İddia ərizəsində göstərilən dəlillər isə iş materaillarında olan mötəbər sənədlərlə təkzib olunur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələblərinə görə tələb və etirazlarının əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15.07.2021-ci il il tarixli, 2(060)-731/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-250/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-250/2022
11.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver