Məhkəmə qərarları › İş №2(105)-2510/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2510/2021

22.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2510/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdehin nümayəndəsi: X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin X6 İdarəsinə qarşı əsassız borcun silinməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim E.M.Kazımov) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh2 ASC-nin X6 İdarəsinə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh2 ASC-nin X6 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MXD 8517 saylı, 16.10.2017-ci il tarixli aktın etibarsız hesab edilməsi və onun əsasında hesablanmış 3492 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbləri əsasında iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək bildirmişlər ki, onlar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 ASC-nin X6 İdarəsi tərəfindən tərtib edilmiş MXD 8517 saylı, 16.10.2017-ci il tarixli aktın etibarsız hesab edilməsi və onun əsasında hesablanmış 3492 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, hazırki halda iddia tələbinin azaldılması zərurəti yaranmışdır. Odur ki, Cavabdeh2 ASC-nin X6 İdarəsi tərəfindən hesablanmış 3492 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı2 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə tərəfindən onun işi Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. O, heç bir kommersiya fəaliyyəti ilə məşğul deyildir. Onun adına cavabdeh tərəfindən akt tərtib edilmiş və borc hesablanmışdır. O isə adi vətəndaş kimi bu aktı və borcu məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə təcrübəsinə əsasən bu cür qanunvericilik normaları da bunu tələb edir. Cavabdehlərdən X6 İdarəsi Abşeron rayonunda yerləşir. Özü isə rayonda qeydiyyatdadır. Belə olan halda, hazırki mübahisənin ona aid hissəsinə həm MPM-nin 36.9-cu, həm də 35.1-ci maddələrinin tələbləri baxımından Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmənin Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş********** saylı fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnaməsinə əsaslanması qanunsuzdur, çünki bu sənəd yalnız İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşgul olmasını təstiq edə bilər. Bu hallara məhkəmə düzgün qiymət vermədiyindən qərardad ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(012)-845/2021 saylı qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi Y.A.Xankişiyev şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Eyni Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirakı edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Yenə həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadıgı yerə görə, yaxud müqavilənin bağlandıgı və ya icra edildiyi yerə görə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındıgı yerin məhkəməsinə verilir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş ********** saylı fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 fiziki şəxsdir. Bu hallara məhkəmə düzgün qiymət vermədiyindən və məhkəmə aidiyyəti düzgün müəyyən edilmədiyindən qərardad ləğv edilməli və mübahisəyə Abşeron Rayon Məhkəməsinə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı2 şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 08 iyun 2021-ci il tarixli 2(012)-845/2021 saylı qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin X6 İdarəsinə qarşı əsassız borcun silinməsi tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar