Məhkəmə qərarları › İş №2(105)-2513/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2513/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2513/2020 18.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Cavabdeh, onun vəkili X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc pulunun qaytarılması tələbinə dair mülki iş üzrə Şamaxı rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-492/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) İddiaçı ASC-nin Cavabdeh qarşı “4251 manat əsas borcun, 503 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 4784 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 4251 manat əsas borcun, 503 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 4784 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Quliyev, G.Tağızadə, E.Rəhimov) xx.xx.2019-cu il tarixli, 2(105)-4388/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Şamaxı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-492/2019 saylı qətnaməsinin cavabdehə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və İ.Xəlilov) Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-4388/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC Cavabdeh qarşı müqavilənin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4251 manat əsas borcun, 503 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 4784 manatın Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, xx.xx.2016-cı il tarixli, 1305-L/16 və xx.xx.2016-cı il tarixli, 2233-GK/16 nömrəli güzəştli lizinq müqavilələrinin ləğv edilərək lizinq obyekti olan 1 ədəd “Belarus-892” markalı traktorun, 1 ədəd “P-5” markalı kotanın, 1 ədəd “P-4” markalı kotanın, 1 ədəd “AGSD-165” markalı motorlu otbiçənin, 1 ədəd “LKS-FGWS” markalı yemqıranın, 1 ədəd “LKS-FS-800” markalı gübrəsəpənin və 1 ədəd “LUKAS” markalı yemqarışdıranın saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 4251 manat əsas borcun, 503 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 4784 manatın Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şamaxı rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi baxılmamış saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borc pulunun qaytarılması barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İşdən görünür ki, iddia ərizəsi İdarə Heyətinin sədr müavini Aydın Əzizov tərəfindən imzalanmışdır. Səlahiyyətli nümayəndəyə təqdim edilən sənəd İdarə Heyətinin sədri tərəfindən imzalanmalıdır. İş materiallarında İdarə Heyətinin sədr müavininin səlahiyyətini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməli idi. Lakin iş materiallarında onun səlahiyyətlərini təsdiq edən sənəd aşkar edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılmalı olduğu halda, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respulbikası Mülki Prosessual Məcəlləsinin 260.4. maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 259.0.10, 306.4, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC-yə izah edilsin ki, yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı ASC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar