Məhkəmə qərarları › İş №2(105)-2519/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2519/2020

31.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2519/2020 31.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1579/2020 saylı qərardadından Ərizəçi verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ET Dİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1579/2020 saylı qərardadı ilə (hakim İ.Ə.Xəlilov) Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin öhdədə olması faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilib, ərizəçiyə DSMF-nin Xaçmaz Rayon Şöbəsi ilə pensiya təyini məsələsi ilə bağlı mübahisəni həll etmək üçün Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmiş və ərizənin icraata qəbul edilməsindən imtina edildiyinə görə ərizəçinin xx.xx.2020-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödədiyi 10 manat dövlət rüsumunun özünə qaytarılması qərara alınmışdır. Qərardaddan Ərizəçi şikayət verərək qərardadın ləğv edilib, ərizənin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1579/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin öhdədə olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edib, 1934-cü il təvəllüdlü mərhumə anası X2 2004-cü il tarixdən 2019cu ilə qədər, 1930-cu il təvəllüdlü atası X1 2000-ci il tarixdən xx.xx.2020-ci il tarixədək onun öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini və həmin illərin əmək pensiyası təyin edilərkən onun üçün iş stajı kimi hesablanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Ərizəçi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hazırki iddia ərizəsi ilə ilk öncə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, ərizəsi icaata qəbul edilməmiş və ona ümumi məhkəməyə müraciət etməsi hüququ izah edilmişdir. Bundan sonra Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini icrata qəbul etməkdən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi DSMF-nin Xaçmaz Rayon Şöbəsi ilə pensiya təyini məsələsi ilə bağlı mübahisəsinin tərəfi inzibati orqandır. Buna görə də, ərizəçi inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməlidir. Hazırki halda onun ərizəsi ümumi məhkəmə qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. İşin tədqiq edilən hallarından görünür ki, 1934-cü il təvəllüdlü mərhumə anası X2 2004-cü il tarixdən 2019-cu ilə qədər, 1930-cu il təvəllüdlü atası X1 2000-ci il tarixdən xx.xx.2020-ci il tarixədək onun öhdəsində olması faktının müəyyən edilməsi barədə hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə ümumi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.2-ci maddəsinə əsasən şəxsin öhdədə olması faktının müəyyən edilməsi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə aiddir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi üçün ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalı və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-651/2020 saylı qərardadı ilə iddiaçı Ərizəçi 1934-cü il təvəllüdlü mərhumə anası X2 2004-cü il tarixdən 2019-cu ilə qədər, 1930-cu il təvəllüdlü atası X1 2000-ci il tarixdən xx.xx.2020-ci il tarixədək onun öhdəsində olması faktının müəyyən edilməsi və həmin illərin əmək pensiyası təyin edilərkən onun üçün iş stajı kimi hesablanması barədə iddiası mümkün sayılmamış və iddiaçıya ümumi əslarla məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə ərizəçinin 1934-cü il təvəllüdlü mərhumə anası X4 2004-cü il tarixdən 2019-cu il tarixə qədər, 1930-cu il təvəllüdlü atası X1 2000-ci tarixdən xx.xx.2020-ci il tarixədək öhdəsində olması faktlarının müəyyən edilməsinə dair hüquqi faktın müəyyən edilməsini xahiş etdiyi faktlar ümumi məhkəməyə aiddir, həmin illərin əmək pensiyası təyin edilərkən iş stajı kimi hesablanmasına dair hissəsi isə inzibati məhkəməyə aiddir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin 1934-cü il təvəllüdlü mərhumə anası X4 2004-cü il tarixdən 2019-cu il tarixə qədər, 1930-cu il təvəllüdlü atası X1 2000-ci tarixdən xx.xx.2020-ci il tarixədək öhdəsində olması faktlarının müəyyən edilməsinə dair hissədə mahiyyəti üzrə mübahisənin baxılması ümumi məhkəmə, həmin illərin əmək pensiyası təyin edilərkən iş stajı kimi hesablanmasına dair hissədə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, sadalanan mülki-prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apelyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət təmin edilərək, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1579/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1579/2020 saylı qərardadı ləğv edilib, Ərizəçi Maraqlı şəxsnə qarşı 1934-cü il təvəllüdlü mərhumə anası X2 2004-cü il tarixdən 2019-cu ilə qədər, 1930-cu il təvəllüdlü atası X1 2000-ci il tarixdən xx.xx.2020-ci il tarixədək onun öhdəsində olması faktının müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalı və həmin illərin əmək pensiyası təyin edilərkən iş stajı kimi hesablanmasına dair hissəsi üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Ərizəçi verdiyi şikayət təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1579/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1579/2020 saylı qərardadı ləğv edilsin. Ərizəçi Maraqlı şəxsnə qarşı 1934-cü il təvəllüdlü mərhumə anası X2 2004-cü il tarixdən 2019-cu ilə qədər, 1930-cu il təvəllüdlü atası X1 2000-ci il tarixdən xx.xx.2020-ci il tarixədək onun öhdəsində olması faktının müəyyən edilməsi barədə ərizəsi icraata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar