Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2534/2022 21.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(074)-588/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏNETDİ: Şamaxı Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(074)-588/2022 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair ilk iddiası qismən təmin edilib, Cavabdeh Ağsu X11 İdarəsi tərəfindən hesablanmış 4528,10 manat borc məbləğinin İddiaçı abunə hesabından silinməsi və ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İB-nin İddiaçı qarşı “qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilib, ünvan 1 ünvanında yaşayan İddiaçı mənzilində istifadə edilmiş təbii qazdan istifadəyə görə yaranmış 1769,98 manat borc məbləği və dövlət rüsumu kimi ödənilmiş 82,31 manat pul olmaqla, ümumilikdə 1852,29 manat pulun tutularaq Cavabdeh hesabına ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh İddiaçı 125 manat məbləğində ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(074)-588/2022 nömrəli qətnaməsinin ləğv edilib, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciə edib, “Azəriqaz“ X10 X13 İdarəsinin Şamaxı Qaz Xidmət sahəsi tərəfindən qanunsuz hesablanmış onun abunə hesabına hesablanmış 6298.08 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Zəngilan rayonundan məcburi köçkündür, Şamaxı şəhəri Atatürk küçəsi 10 saylı evdə 6 nəfər ailə üzviləri ilə birlikdə yaşayırlar. Müharibə vetranıdır. Şamaxı rayon Qaz İstismar idarəsi onun evində qaz xəttinin qəzalı vəziyyətdə olması barədə xəbərdarlıq etməyərək onun ailə üzvlərinin iştirakı olmadan, küçədə olan qaz sayğacını çıxarıb özləri ilə aparmış və onun 6298,08 manat cərimə edilməsi barədə bildiriş göndərilmişdir. Qaz sayğacı çöldədir və buna cavabdehliyi Cavabdeh İB daşıyır. Əgər bu günə kimi sayğaca müdaxilə olmuşdursa nə üçün nəzarətçi susmuş, nə ona, nə də Cavabdeh İB rəhbərliyinə məlumat verməmişdir. Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, ünvan 2 ünvanda yaşayan X1 mənzilində istifadə edilmiş təbii qazdan istifadəyə görə yaranmış 6230,31 manat borc məbləğinin, və iddia ərizəsi üçün ödənilmiş 82,31 manat dövlət rüsumunun, ümumilikdə isə 6312,62 tutularaq "Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Ağsu X11 İdarəsinin Şamaxı XS-də abonent kimi qeydiyyatda olan X3 mənzilinə xx.xx.2016-cı il tarixdə SMARTkart tipli qaz sayğacı quraşdırılmışdır. 2016-cı il tarixdən hazırkı vaxta kimi abonent tərəfindən hər dəfə kartla ödəniş edildiyi zaman həmin məbləğin 50 faizi həcmində tutularaq abonent bazasında olan borcdan silinmişdir. Cavabdeh 2016-ci il tarixdən aparmış olduğu ödənişlərdən tutulmaların aparılmasından məlumatlı olmuş və borcun həmin formada tutulmasına razı olmuşdur. Belə ki, cavabdeh tərəfindən 2016-ci ilin noyabr ayında başlayaraq keçən 5 il 4 ay ərzində borcundan aparılan tutulmalarla bağlı hər hansı bir narazılıq olmamışdır. Cavabdehin hazırkı vaxta yaranmış 6230,31 manat borcu vardır ki, həmin borc real sayğac göstəricisi əsasında yaranmışdır. Cavabdeh X3 mənzilinə 2012-ci ilin sentyabr ayında sayğac quraşdırımış, abonentin qaçqın statusu olduğundan abonentə 2016ci il tarixə kimi qaçqın limiti ayrılmışdır. Lakin cavabdeh 2013-cü ildən 2017-ci il tarixə kimi dövlət tərəfindən nəzərdə tutulmuş limitdən artıq təbii qaz istifadə etmişdir. Belə ki, 2013-cü ilin üçün 147 manat, 2014-cü il üçün 210 manat, 2015-ci ili üçün 210 manat, və 2016-cı il üçün 165 manat ayrılmışdır. Lakin abonent X4 ayrılmış İimitdən artıq istifadə edərək 2017-ci ilin mart ayına kimi 6298.80 manat borcu yaranmış və yaranmış borc X3 abonent bazasında öz əksini tapır. Ağsu RQİİ-nin Şamaxı XS tərəfindən cavabdehə hər ay təbii qazdan istifadə ilə bağlı borcunun olması ilə bağlı bildiriş təqdim edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi 27 sentyabr 2022-ci il tarixli qətnaməni qəbul edərkən Mülki Məcəllənin 386, 427.3, 442, 448-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X8”nın 1.3, 3.2.1, 5.5-ci bəndinin, Azərbaycan Respublikası MPM-nin 14.2, 77, 88, 217.2, 202-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokolundan görünür ki, ünvan 3 ünvanında yaşayan “İstehlakçı” İddiaçı (abonent kodu **********00150) şəxsində imzalanır və qarşılıqlı təsdiq edilir ki, 2016-cı il tarixinə sayğac göstəricisinə uyğun olaraq istifadə edilmiş təbii qaza görə “İstehlakçı”-nın debitor borcu 6298,88 manat və sökülən sayğac “Qazsazlama” idarəsində dövlət yoxlamasından keçirildikdən sonra müdaxilə halı aşkar olunarsa hesablanacaq dəymiş ziyanın məbləği dəyərində təşkil edir. Tərəflər həmin borcun ödənilməsi üçün aşağıda göstərilən şərtlərə razılığa gəldilər: “İstehlakçı” bu protokola uyğun olaraq hesab kodunda olan debitor borcunun 3E bazasına (ödəmə kartına) keçirilməssi şərtilə ödənilməsini təmin edir və borcunu ödəmədiyi halda, Azərbaycan Respublikasının “Qaz Təchizatı haqqında” Qanununun 13 maddəsinin 6-cı bəndinə əsasən qaz təchizatının dayandırılmasına etiraz etmir. İddiaçı xx.xx.2016-cı il tarixli ərizəsindən görünür ki, təbii qazdan istifadəyə görə hesabında yaranmış 6298,88 manat debitor borcun 3E bazasına keçirilməsinə və kartdan 50% hissə-hissə tutulmasına etiraz etməmiş və imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Şamaxı rayonu bölməsinin xx.xx.2016-cı il tarixli, 563 saylı arayışından görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkündür. ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Abonentin saldosundan görünür ki, İddiaçı abonent olduğu ünvan 3ndə yerləşən fərdi yaşayış evində quraşdırılmış Smart G-4 nömrəsi 1602AZ**********41 saylı, sayğac üzrə 6298,88 manat debitor borcu yaranmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1134 saylı ekspert rəyindən görünür ki, mülki işin 24-cü vərəqində olan İddiaçı adından Cavabdeh İB-nin Ağsu RQİİ-nin Şamaxı XS üzrə rəis müavini N.Mirzəyevə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədə “İmza:” qrafasındakı imza və mülki işin 25-ci vərəqində olan xx.xx.2016-cı il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokolunda “istehlakçı” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanına əsasən "Azəriqaz" Səhmdar Cəmiyyəti (bundan sonra Cavabdeh) təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməli, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə almalı, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verilməməlidir. İşlədilən hər kub metr qazın dəyəri ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X8”nın 5.5-ci bəndinə əsasən, qaz qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «X8»nın 3.1.5 və 3.1.7-ci bəndlərinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırlması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.4 və 4.9-cu bəndlərinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “X8”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçının yaşadığı fərdi yaşayış evi Cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, daha sonra fərdi yaşayış evinə Smart-kart tipli sayğac quraşdırılımışdır. İlkin iddia üzrə iddiaçı təbii qazdan istifadə etsə də, təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmişdir. Abonent saldosundan görünür ki, ilkin iddia üzrə iddiaçı ayrılımış qaçqın limitindən istifadə etmiş və yaranmış borcunu ödəməmişdir. Onun təbii qazdan istifadəyə görə 3226,18 manat məbləğdə ödənilməmiş borcu qalmışdır. İlkin iddia üzrə iddiaçının yaşadığı fərdi yaşayış evi Cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, daha sonra ilkin iddia üzrə iddiaçının yaşadığı fərdi yaşayış evinə Smart-kart tipli sayğac quraşdırılımışdır. Abonent saldosundan görünür ki, ilkin iddia üzrə iddiaçı ayrılımış qaçqın limitindən istifadə etmiş və yaranmış borcunu ödəməmişdir. Onun təbii qazdan istifadəyə görə 6298,88 manat məbləğdə ödənilməmiş borcu mövcuddur. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçının evinə qaz sayğacı 2012-ci il tarixdə quraşdırılmışdır. Abonentin saldosundan görünür ki, İddiaçı 2012-ci il tarixə 4528.10 manat borcu yaranmışdır. Lakin həmin borcun yaranması ilə əlaqədar ilkin iddia üzrə Cavabdeh tərəfindən hər hansı mötəbər sübut qarşılqlı iddia ərizəsinə əlavə edilməmiş, həmçinin məhkəmə iclasında təqdim edilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qismən təmin olunması nəticəsinə gələrkən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyant şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə idianın 4528,10 manat təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(074)-588/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2534/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2534/2022
21.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver