Məhkəmə qərarları › İş №2(105)-2548/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2548/2021

10.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2548/2021 10.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X6, Ərizəçi nümayəndəsi və vəkili X4 iştirakı ilə Quba Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(027)-2563/2018 saylı qətnaməsindən maraqlı şəxs DƏDRX-nin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin rəisi E.Hacıyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(027)-2563/2018 saylı qətnaməsi ilə (hakim Z.C.Tahirov) Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin olunub, Quba şəhəri, 20 yanvar küçəsi, 3 nömrəli evə faktiki ölçüləri ilə Ərizəçi mülkiyyət üzrə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək faktı müəyyən edilmiş, X14 filialı tərəfindən verilmiş 15 yanvar 2021-ci il tarixli, 141 nömrəli 07 avqust 2018-ci il tarixli, 1393 nömrəli Arxiv Çıxarışlarının və Quba rayon X9 İcraiyyə Komitəsi tərəfindən verilmiş 08 iyul 1981-ci il tarixli 44 nömrəli orderin surətinin Ərizəçi məxsus olması faktı müəyyən edilmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin rəisi E.Hacıyev apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(027)-2563/2018 saylı qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Quba şəhəri, 20 yanvar küçəsi, 3 nömrəli evə faktiki ölçüləri ilə Ərizəçi mülkiyyət üzrə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi və X14 filialı tərəfindən verilmiş 15 yanvar 2021-ci il tarixli, 141 nömrəli 07 avqust 2018-ci il tarixli, 1393 nömrəli Arxiv Çıxarışlarının və Quba rayon X9 İcraiyyə Komitəsi tərəfindən verilmiş 08 iyul 1981-ci il tarixli 44 nömrəli orderin surətinin Ərizəçi məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Maraqlı şəxs DƏDRX-nin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin rəisi E.Hacıyev verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 02 oktyabr 2018-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.0.7, 152.1.6, 152.2-ci madələrinin və Azərbaycan Respublikası İnzibati Prosessul Məcəllənin 2.1, 2.2, 2.2.1-2.2.4-cü madələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi və vəkili Z.İ.Əskərov apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı şəxs DƏDRX-nin 5 Saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbəi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materialları araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilib, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(027)-2563/2018 saylı qətnaməsi ləğv edilərək, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Quba rayonu İcra /yətinin Quba Mənzil İstismar Sahəsinin 06 sentyabr 2018-ci il tarixli, 130№ li arayışından görünür ki, Ərizəçi Quba şəhəri 20 yanvar küçəsi 3 saylı kommunal evdə yaşayır. Quba Mənzil İstismar İdarəsinin 10 sentyabr 1980-cı il tarixli, 1821 №li arayışından görünür ki, Quba Mənzil İstismar İdarəsinin kartetkasında olan şəxsi vərəqələrdə onun adına kommunal yaşayış mənzili yoxdur. Quba rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş 19 sentyabr 2011-ci il tarixli, 486 №li Orderin Surətindən görünür ki, X3 2 nəfərdən ibarət ailəsi ilə birlikdə Quba şəhəri, 20 yanvar küçəsi 3 saylı evdə, 3 otaqdan ibarət 52,5 kvadratmetr mənzil sahəsi tutmağa ixtiyarı vardır. 01 iyul 1980-cı il tarixdə verilmiş l-FR seriyalı, 396809 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 30 iyun 1980-cı il tarixdə ölmüşdür. Quba rayon X9 İcraiyyə Komitəsinin 08 İyul 1981-ci il tarixli, 44 №li orderindən görünür ki, ərizəçi AƏrizəçi adı Fatma kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası X14 filialının 25.01.2012-ci il tarixli, 141 saylı arayışından görünür ki, X2 Orjonikidze küçəsi 3 №li binadan iki otaqlı 30.kv.metr yaşayış sahəsi verilməsi qərara alınır. Həmin arayışda Ərizəçi adı Fatma, ata adı isə Eyyubxan kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası X14 filialının 07.08.2018-ci il tarixli, 1393 saylı arayışından görünür ki, X1 həddi-buluğa çatmış 5 nəfər ailə üzvlərinin olduğunu, uzun müddət Q.Sultanov tərəfindən boşaldılmış 2 otaqdan istifadə etdiyini nəzərə alaraq həmin yaşayış sahəsinin Ərizəçi adına rəsmiləşdirilməsini, orderdə dəyişiklik edilməsini, mənzilini genişləndirdiyi üçün növbədən çıxarılması qərara alınmışdır. Həmin arayışda Ərizəçi adı Fatma, ata adı isə Qayıbxan kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 70.1-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mübahisə predmeti iddiaçının uzun müddət yaşadığı və dövlət qeydiyyatına alınmamış yaşayış sahəsidir. Subyektiv hüquq haqqında mübahisəyə yalnız iddia icraatının qaydaları çərçivəsində baxılması mümkündür. İşə xüsusi icraat qaydasında baxılaraq qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi ilə bağlı tərəflər arasında mübahisə mövcud olması məhkəmə prosesində açıq-aşkar göründüyü halda, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq işə xüsusi icraat qaydasında baxmış və ərizənin təmin edilməsindən imtina barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.10 və 306.4-cü maddələrinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, ərizə baxılmamış saxlanılmalı və ərizəçiyə ümumi əsaslarla (iddia icraatı qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 263-264, 357, 362, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Maraqlı şəxs DƏDRX-nin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin rəisi E.Hacıyevin verdiyi apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(027)-2563/2018 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Quba şəhəri, 20 yanvar küçəsi, 3 nömrəli evə faktiki ölçüləri ilə onun mülkiyyət üzrə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi və X14 filialı tərəfindən verilmiş 15 yanvar 2021-ci il tarixli, 141 nömrəli 07 avqust 2018-ci il tarixli, 1393 nömrəli Arxiv Çıxarışlarının və Quba rayon X9 İcraiyyə Komitəsi tərəfindən verilmiş 08 iyul 1981-ci il tarixli 44 nömrəli orderin surətinin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar