Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2567/2020 15.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, ərizəçi İddiaçı maraqlı şəxs Qəbələ Regional “ASAN XİDMƏT” X1rşı mirasın qəbulu faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququna şəhadətnamə verilməsi tələbinə dair ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 2985/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından ərizəçinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı mirasın qəbulu faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum X5 7 nəfər ailə üzvləri ilə birlikdə verilmiş Qəbələ rayon X2 xx.xx.2002-ci iltarixli, 17 saylı qərarı ilə JN-517 saylı Torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə 0,23 hektar, JN-493 saylı Torpağın mülkiyyət hüququna dair şəhadətnamə ilə 1,51 hektar, cəmi 1,74 hektar torpaq sahəsinin miras əmlakın onun həyat yoldaşı İddiaçı tərəfindən faktiki qəbul olunması faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı maraqlı şəxs Qəbələ Regional “ASAN xidmət” X1rşı “mirasın qəbulu faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, ərizəçiyə, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır (hakim Elman Məmmədov) Həmin qərardaddan narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2020 saylı,xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilərək işin icraata qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayətini onunla əsaslandırmışdır ki, ərizəçi, Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadın surətini xx xxxx 2020-ci il tarixdə aldığı üçün qərardaddan şikayət vermə müddəti ötürülməmişdir. Məhkəmənin qərardadı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 309.2-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. O, hesab edir ki, məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Göründüyü kimi qanunda ümumi normadan istisna edən xüsusi norma nəzərdə tutulmuşdur. Ərizəçi qanunun ona verdiyi imkandan istifadə edərək, ərizəsini öz yaşayış yeri üzrə vermişdir. Bu isə o deməkdir ki, ərizəçi tərəfindən ərazi aidiyyətı qaydaları pozulmamışdır. Qeyd olunanlara əsasən o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə ərizəçinin Abşeron Rayon Məhkəməsinə deyil, daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə, yəni Qəbələ Rayon Məhkəməsinə müraciət etməli olması əsası ilə ərizəni geri qaytarmış, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3, 309.2ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd edilən əsaslarla geri qaytararkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, hazırki ərizədən görünür ki, ərizəçi Arzu X3 rayonu, Saray qəsəbəsi, Heydər Əliyev küçəsi ev 16 ünvanında yaşayır. Bu fakt iş materiallarında olan (i.v.13) MAPS arayışı ilə təsdiq edilir. Hazırki ərizə mirasın qəbulu faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi barədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək, onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Göründüyü kimi, qanunvericilik hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizələrin bir qayda olaraq ərizəçinin yaşadığı yerin məhkəməsinə verilməsi qaydasını müəyyən etmiş, eləcə də bu qaydadan kənara çıxan müstəsna məhkəmə aidiyyatını da nəzərdə tutmuşdur. Qanunvericiliyə görə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə o halda verilir ki, həmin ərizə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək, onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında olmuş olsun. Hazırki işdən də görünür ki, ərizə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında olmaqla mirasın qəbulu faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi barədədir. Başqa sözlə, ərizə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək, onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında deyil. Buna görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1 və 309.2-ci maddələrinin tələbi baxımından, miras əmlakın Qəbələ rayonunda yerləşməsi həmin mirasın qəbulu faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi barədə ərizənin Qəbələ Rayon Məhkəməsinə verilməsinə əsas ola bilməz. Bu səbəbdən də ərizəçi yaşadıqları yer üzrə məhkəməyə müraciət etməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki ərizə üzrə işə ərizəçinin yaşadığı yer üzrə, yəni Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Bu səbəbdən də, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ərizəçinin şikayəti təmin edilməli, qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2567/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2567/2020
15.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver