Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-259/2025 25.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X14 və X3 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X10 Filialı cəlb edilməklə) qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-663/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh Xaçmaz X15 İdarəsi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 may 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Əzizov Nadirə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində rezin boru ilə qeyri-qanuni qoşulma halı aşkar olunmuşdur. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İddiaçı tərəfindən həmin aktı imzalanmaqdan imtina etmişdir.
2. Cavabdeh Xaçmaz X15 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 iyun 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, 22 may 2023-cü il tarixli ******* saylı akt əsasında Əzizov Nadirə itirilmiş qazın bərpası üzrə cəmi 29376 kub.metr qaz sərfiyyatı hesablanmışdır.
3. AZ-İ 863069 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017-ci ildə ölmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Nəsrəddin qızı Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1rşı əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X17 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş 22 may 2023-cü il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul edilmiş 30 iyun 2023-cü il tarixli qərarın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 3525.12 (üç min beş yüz iyirmi beş manat on iki qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Həmçinin İddiaçı Nəsrəddin qızı MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək göstərmişdir ki, Cavabdeh Xaçmaz X15 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş 22 may 2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul edilmiş 30 iyun 2023-cü il tarixli qərarın etibarsız hesab edilməsi və əsassız hesablanmış 3525.12 (beş min beş yüz iyirmi beş manat on iki qəpik) manat borcun silinməsinə dair iddia tələbi Cavabdeh Xaçmaz X15 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən əsassız hesablanmış 3525.12 (üç min min beş yüz iyirmi beş manat on iki qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsilə birlikdə ünvan 2 ünvanda yerləşən özünə məxsus olan fərdi yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, Cavabdeh İB-nin Xaçmaz X17 İdarəsinin Qusar XS ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfiyyatına uyğun mütəmadi olaraq qaz borcu ödəmişdir. Əvvəllər abonent kodu mərhum ərinin adına idi, onun ölümündən sonra abonent kodu öz adına rəsmləşdirmişdir. 22 may 2023-cü il tarixdə Xaçmaz X17 İdarəsinin Qusar xidmət sahəsinin əməkdaşları qaz xətlərinə baxış keçirən zaman guya o, sayğacdan kənar xətt vasitəsi ilə qazdan qanunsuz istifadə etdiyini əsas götürərək ona qarşı 22 may 2023-ci il tarixli, ******* №-li “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və həmin akta əsasən istifadəsində olan qaz cihazların sayına görə ona itirilmiş qazın həcmi 29376 kub metr və yaxud 3525.12 (üç min beş yüz iyirmi, beş manat on iki qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Aktda qeyd olunan kənar xətt (sasok) köhnədən qalmış, istismara yararsız xətt olub və ondan heç vaxtı istifadə etməmişdir. Mərhum həyat yoldaşı X6 adına əsassız hesablanmış 3525.12 (üç min beş yüz iyirmi beş manat on iki qəpik) manat məbləğində dəymiş ziyanla qətiyyən razı deyil və bununla əlaqədar olaraq mübahisəni Məhkəmə qaydasında həll etmək istəyir. Aşağıda göstərəcəyi hallara görə Cavabdeh İBnin Xaçmaz X17 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 22 may 2023-cü il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul edilmiş 30 iyun 2023-cü il tarixli qərarın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 3525.12 (üç min beş yüz iyirmi beş maqnat on iki qəpik) manat məbləğində borc silinməlidir. Evin sahibi, mərhum həyat yoldaşı X11 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Lakin buna baxmayaraq Xaçmaz RQİİ-nin Qusar xidmət sahəsinin əməkdaşları heç bir araşdırma aparılmadan mərhum ərinin adına protokol tərtib edilmiş və ona dəymiş ziyan hesablanmışdır. Hansı əsasla və nə vaxtdan vəfat etmiş, dünyanı dəyişmiş insanlara ziyan hesablanmağa başlamışlar və bu nə dərəcədə düzgündür. Xaçmaz RQİİ-nin Qusar xidmət sahəsinin əməkdaşları “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunarkən sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan istifadə edib etməməsi ilə bağlı yerində xəttə baxış keçirməmiş, köhnədən qalmış, istismara yararsız rezin boru əsas götürərək guya o, qazdan qanunsuz istifadə etmiş, baxmayaraq ki, həmin vaxtı sayğac işlək vəziyyətdə olub və sayğac qaz sərfıyyatı qeydə alınıb. Qusar xidmət sahəsinin əməkdaşları tərəfindən heç bir hüquqi və mənəvi əsası olmadan ölənin adına tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən istifadəsində olan qaz cihazların sayına görə itirilmiş qazın bərpası üzrə hesabat aparmış və 29376 m3 müəyyən edilmiş və yaxud 3525.12 (üç min beş yüz iyirmi beş manat on iki qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyan həcmini aşağıda göstərilən formada hesablanmışdır; 1 ədəd PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, 24 kv-lik kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın həcmi cihazların sayını görə 29376 kub metr müəyyən edilmiş və yaxud 3525.12 (üç min beş yüz iyirmi beş manat on iki qəpik) manat təşkil edir. Xaçmaz RQİİ-nin hesablamalardan belə çıxır ki, mətbəxdə sutka ərzində 24 saat 360 gün ərzində gecə gündüz PQ-3 tipli qaz plitəsindən istifadə etmişdir. Bundan əlavə 24 kv.m-lik kombidən orta günlük iş rejimi 24 saat olmaqla (gecə-gündüz) 360 gün ərzində (bütün fəsillərdə) kombidən istifadə etmişdir. Onun (abonent kodu: **********00680) qaz sərfıyyat saldosuna əsasən, istifadə etdiyi qazın dəyəri 20xx-xx.2024-cü il ərzində cəmi 190 manat təşkil edir. Belə olduğu halda Xaçmaz RQİİ-nin əməkdaşları hansı əsasla ona 3525.12 (üç min beş yüz iyirmi meş manat on iki qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır.
7. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməmiş və bildirmişdir ki, sonuncu dəfə qaz şəbəkəsinə nə vaxt baxış keçirilməsi barədə onun məlumatı yoxdur. Cərimə hesablanarkən mövsüm nəzərə alındığını bildirsə də, necə hesablandığını əsaslandırmamışdır. Cərimə hesablanarkən əvvəlki illərin orta günlük az sərfiyyatı müəyyən edilərək nəzərə alınmamışdır.
8. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-663/2024 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia qismən təmin edilmiş, Cavabdeh Xaçmaz X17 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş 22 may 2023-cü il tarixli ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında əsassız hesablanmış 3325.76 (üç min üç yüz iyirmi beş manat yetmiş altı qəpik) manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi iddiaçının mərhum əri X8 aid olmuş, onun ölümündən sonra İddiaçı tərəfindən idarə edilir. Abonent saldosundan görünür ki, İddiaçı Nəsrəddin qızı qaz idarəsi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 22 may 2023-cü il tarixli ******* saylı akt tətbiq olunan gündən 1 (bir) il əvvələ yəni-04/2023-cü il tarixdə 130 kub.metr qaz sərfiyyatına görə 15.60 manat, 03/2023-cü il tarixdə 86 kub.metr qaz sərfiyyatına görə 10.32 manat, 02/2023-cü il tarixdə 185 kub.metr qaz sərfiyyatına görə 22.20 manat, 01/2023-cü il tarixdə 228 kub.metr qaz sərfiyyatına görə 27.36 manat, 12/2022-ci il tarixdə 167 kub.metr qaz sərfiyyatına görə 33.40 manat, 11/2022-ci il tarixdə 349 kub.metr qaz sərfiyyatına görə 41.88 manat, 10/2022-ci il tarixdə 105 kub.metr qaz sərfiyyatına görə 12.60 manat, 09/2022-ci il tarixdə 60 kub.metr qaz sərfiyyatına görə 7.20 manat, 08/2022-ci il tarixdə 42 kub.metr qaz sərfiyyatına görə 5.04 manat, 07/2022-ci il tarixdə 47 kub.metr qaz sərfiyyatına görə 5.64 manat, 06/2022-ci il tarixdə 56 kub.metr qaz sərfiyyatına görə 6.72 manat, 05/2022-ci il tarixdə 95 kub.metr qaz sərfiyyatına görə 11.40 manat olmaqla, ümumilikdə 199.36(15.60+10.32+22.20+27.36+33.40+41.88+12.60+7.20+5.04+5.64+6.72+11.40=199 .36) manat məbləğində qaz sərf etmişdir. Cavabdeh İstehsalat tərəfindən verilmiş 30 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, yuxarıda qeyd olunmuş hal, dəymiş zərər hesablanarkən nəzərə alınmamışdır.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Qusar XS-nin işçiləri abonent İddiaçı Nəsrəddin qızının sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, qanunsuz təbii qazdan istifadə halı video çəkilişlə müşayət olunmuşdur. Bundan əlavə abonent İddiaçı Nəsrəddin qızı barəsində toplanmış materiallar Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji məsələlərinin tənzimlənməsi Agentliyinin Xaçmaz filialına göndərilmiş, onun barəsində Agentlikdə “İnzibati xətalar haqqında” MN № ******* saylı protokol tərtib edilmiş və o, inzibati qaydada 100 manat cərimə olunmuşdur. “Qazdan istifadə Qaydalan”rının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bundan başqa ”Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması. İddiaçı Nəsrəddin qızının evinin qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Qətnamənin məzmununda aparılmış hesablamada əvvəlki ilin orta qaz istehlakının əsas götürülməsinin hüquqi əsası yoxdur. Qaz işlədici cihazların saatlıq qaz sərfiyyatı əsas götürülməlidir. Birinci instansiya məhkəməsinin abonentin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması nəticəsində Cavabdeh İB-nə dəymiş ziyanı heç bir hüquqi normativ akta əsaslanmayan, öz subyektiv mülahizəsinə uyğun 199,36 manat hesablanması heç bir məntiqə uyğun gəlmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
17. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
18. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
19. 18. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları”nda edilmiş dəyişikliyə əsasən Qaydaların 6.5-1-ci bəndində göstərilir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Qaydaların 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
29. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.10-cu yarımbəndinə görə bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir;
30. Həmin Qaydaların 3.1.11-ci yarımbəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir.
31. İş materiallarında olan Azərbaycan Respublikası Enerji X2 Xaçmaz filialının aparıcı müfəttişi Nümayəndə 28 yanvar 2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə və qaz sayğacına texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. Göründüyü kimi Cavabdeh İB nin Xaçmaz RQİİ tərəfindən vətəndaş İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. “Qazdan istifadə Qaydalan”nın 3.1.10.-cu bəndi: bu Qaydaların 2.11 -1 -ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Məlumat üçün bildirilmişdir ki, fərdi yaşayış evində olan 1 ədəd məişət tipli PQ-3 qaz plitəsinin və 1 ədəd gücü 24 kW olan kombi tipli su qızdırıcının hesabatının aşağıdakı kimi aparılması məqsədəuyğun hesab olunur. Məişət tipli PQ-3 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 0,8 m 3 x 6 saat x 90 gün =432 m 3 x 0,12 qəpik = 51,84 manat, gücü 24 kW olan Kombi tipli su qızdırıcının saatlıq qaz sərfi 2,6 m 3 x 12 saat x 90 gün = 2808 m 3 x 0,12 qəpik = 336,96 manat, cəmi 51,84 + 336,96 = 388,8 manat təşkil edir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İstehsalat tərəfindən verilmiş 30 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, yuxarıda qeyd olunmuş hal, dəymiş zərər hesablanarkən nəzərə alınmamışdır.
33. Kollegiya sadalanan qanunvericilik aktları normalarına və iş üzrə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, zərərin məbləği hesablanarkən Azərbaycan Respublikası Enerji X2 Xaçmaz filialının aparıcı müfəttişi tərəfindən aparılmış hesalama nəzərə alınmalıdır.
34. İddiaçıya Cavabdeh tərəfindən hesablanmış borcun məbləği ilə bağlı məsələni müzakirə edərkən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Enerji X2 Xaçmaz filialının aparıcı müfəttişinin rəyini nəzərə alaraq hesab edir ki, hesablanmış zərərin məbləği dəyişdirilməli, cavabdeh tərəfindən hesablanmış zərər məbləğindən həmin məbləğ çıxılmalı (3525,12-388,8=3136,32) və İddiaçı Nəsrəddin qızının abonent hesabına Cavabdeh tərəfindən 22 may 2023-cü il tarixli ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında hesablanmış 3136,32 (üç min yüz otuz altı manat otuz iki qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-663/2024 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı Nəsrəddin qızının abonent hesabına Cavabdeh tərəfindən 22 may 2023-cü il tarixli ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında əsassız hesablanmış 3136,32 (üç min yüz otuz altı manat otuz iki qəpik) manat borc silinsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.