Məhkəmə qərarları › İş №2(105)-2612/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2612/2021

05.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2612/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, İddiaçı, onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras qalmış əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-287/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-287/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim C.İ.Səfiyeva). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı miras qalmış əmlakın bölünməsi tələblərinə dair iddia ilə məhkəməyə müraciət edərək, X6 adına miras qalmış Abşeron rayonu, Qobu qəsəbəsində 8 sot torpaq sahəsi, **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını, **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu və 01BX-076 dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı minik avtomobillərinin vərəsələr arasında bölünməsi və miras qalmış əmlakın 2/3 hissə olmaqla İddiaçı və onun azyaşlı qızı X11 arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 13 yanvar 2007-ci il tarixdə X12 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan 17 noyabr 2007-ci il tarixdə Aysu adlı uşaq doğulmuşdur. X6 birinci nikahından da Musa adlı oğlu var. 12 avqust 2016cı il tarixdə X12 vəfat etmişdir. Onun ölümündən sonra birinci növbə vərəsələr sırasına Cavabdeh, İddiaçı və X11 daxildir. 17.11.2016-cı il tarixdə Cavabdeh notariat kontoruna müraciət etsə də ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Mərhumun adına Abşeron rayonu, Qobu qəsəbəsində 8 sot torpaq sahəsi, **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını, 01ZA-077 dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu və **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı minik avtomobilləri vardır. Mərhum tərəfindən heç bir vəsiyyətnamə qoyulmasa da hazırda sözügedən əmlaklar cavabdeh tərəfindən qanunazidd şəkildə mənimsənilmişdir. Cavabdehin təqsiri üzündən o, əmlaka sahiblik edə bilməmiş və ondan istifadə edə bilməmişdir. Miras əmlakların aralarında bölünməsi üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X6 miras qoyduğu **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını, **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu və **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı minik avtomobili, Abşeron rayonu, Qobu qəsəbəsində X6 adına qeydiyyatda olan 24 sot torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən evdən ibarət olan miras əmlakın onun qanun üzrə vərəsələri X11, İddiaçı və Cavabdeh arasında bərabər paylar ilə bölünməsi və miras qalmış əmlakın 2/3 hissə olmaqla X7 və İddiaçı, 1/3 hissə olmaqla Cavabdeh verilməsi və İddiaçı və onun qızı azyaşlı X7 Cavabdeh sahibliyində və istifadəsinə olan X2na məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüququ tanınması və onların həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı X2 ilə rəsmi nikaha daxil olduqdan sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçərək uzun müddət həmin evdə yaşayıb, azyaşlı qızı X11 həmin evdə dünyaya gəlib. Hazırda isə onlar kirayədə yaşayırlar. Həmin evi mərhumun atası tikdirərək mərhuma vermişdir. Həmin ev hazırda cavabdehin istifadəsindədir və o, ailəsi ilə birgə orada yaşayır. Həmin evə iddiaçının və onun qızının istifadə hüququnun tanınması zəruridir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasinın iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirirdi ki, mülki iş materiallarından olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının X14 Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən göndərilən 25.11.2020-ci il tarixli, 42 saylı məktubdan müəyyən edilir ki, Qobu qəsəbəsi, Qarayev küçəsi, 16 saylı ünvanda yerləşən ev mərhum Cavabdeh adına olmuşdur. X3 öz ailəsi ilə birgə yaşayır. Mülki iş materiallarında olan 14.03.2017-ci il tarixli, 37 saylı arayışdan müəyyən edilir ki, X2na bələdiyyənin 01 avqust 2007-ci il tarixli qərarı ilə fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Mülki iş materiallarında olan Baş Dövlət YPİ-nin verdiyi 12.09.2017-ci il tarixli məktubdan və çıxarışlardan müəyyən edilir ki, **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını 1991-ci il buraxılışı olub, 02.09.1998-ci il tarixdən (bu günə qədər) X6 mülkiyyətindədir. Mülki iş materiallarında olan çıxarışlardan müəyyən edilir ki, **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqunun sahibi 05.08.2009-cu il tarixdən (bu günə qədər) X9r. 12 avqust 2016-cı il tarixdə vəfat etmiş X6 qoyduğu miras əmlakın kütləsinə X8 bələdiyyənin 01 avqust 2007-ci il tarixli qərarı ilə fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsinə dair hüquqlar, **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını və **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu daxildir. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-287/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsi qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Qətnamədə qeyd olunur ki, iddiaçının qanuni nümayəndə olan qızı X7 münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi həmin uşaq həmişə anasının himayəsində yaşamışdır və tərəflər arasında nikahın ləğvinə dair məhkəmə qətnaməsi ilə də, həmin uşaq ananın himayəsində saxlanmışdır. İddiaçı miras qoyanın ölümündən sonra Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulan müddətdə mirasın qəbulu üçün Notariat kontoruna müraciət etməmiş, habelə mirası faktiki qəbul etməmişdir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qızı Aysuya münasibətdə də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Hesab edir ki, məhkəmənin bu yanaşması qanunvericiliyin tələblərinə ziddir və bu yanaşma məhkəmənin qanunvericiliyin maddi normalarını düzgün tətbiq etmədiyini təsdiq edir. Belə ki, iş materiallarından məlum olduğu kimi, azyaşlı X11, X2nun doğma qızıdır və qanun üzrə vərəsəsidir. 12 avqust 2016-cı il tarixdə vəfat etmiş X6 qoyduğu miras əmlakın kütləsinə X8 bələdiyyənin 01 avqust 2007-ci il tarixli qərarı ilə fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsinə dair hüquqlar, **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını və **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu daxildir. Bu iki fakt belə azyaşlı X11 atasına olan vərəsəlik hüququnun məhkəmə tərəfindən qorunması və təmin edilməsi ehtiyacını ortaya qoymaqdadır. Lakin məhkəmə buna əhəmiyyət verməmişdimr. Bundan başqa dəfələrlə məhkəməyə vəsatət verərək bildirmişdir ki, o, 2017-ci ilin sentyabr ayında Abşeron rayon 1 saylı notariat idarəsinə mirasın qəbul edilməsi ilə bağlı ərizə verərək xahiş etmişdir ki, məhkəmə sorğusu verib həmin ərizənin nəticəsinin tələb edilsin, çünki həmin ərizənin cavabı barəsində dəfələrlə müraciət etsə də ona nəticə bildirilməyib. Təəssüf ki, məhkəmə Abşeron rayon 1 saylı notariat idarəsinə belə bir sorğu vermədi. Bundan başqa Baş Dövlət YPİ-nin verdiyi 12.09.2017-ci il tarixli məktubdan məlum olduğu kimi, o, bu miras əmlakın həm öz adına həm də az yaşlı qızının adına qəbul edilməsində maraqlı olmuşdr. Digər tərəfdən işin materiallarına diqqətlə baxıldıqda məlum olur ki, o, bu işi məhkəmədə 2017-ci ildə qaldırmış, daha sonra cavabdeh tərəfindən edilən barışıq təklifi səbəbi ilə iş dayandırılıb. Amma həmin barışıq olmadığı üçün ərizə verərək işin yenilənməsini xahiş edib. Bütün bunlar onun miras əmlakı qəbul etdiyini, məhkəmənin isə yanıldığını sübut edir. Bundan başqa məhkəmə hesab edir ki, o, miras əmlakını qəbul etmədiyi üçün vərəsəlik hüququnu itirib. Hesab edir ki, bu yanaşma Mülki Məcəllənin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə qərarlarına ziddir. Belə ki, Mülki Məcəllədə belə bir norma mövcud olmadığı kimi, Konstitusiya Məhkəməsi qərarlarında qeyd edilən ümumi fikrə görə, əgər vərəsə miras əmlakından imtina edərsə o, vərəsəlik hüququnu itirir. Mirası qəbul etməmiş olma mirasdan imtina hesab edilə bilməz. Belə ki, üzrlü səbəblər olarsa mirasın qəbuluna dair müddətin ötürən vərəsə həmin müddətin bərpa olunmasını məhkəmədən xahiş edə bilər. Bütün bunlar əsasında hesab edir ki, məhkəmənin azyaşlı qızı Aysuya münasibətdə də iddia tələbini əsassız hesab etməsi qanunvericiliyə ziddir. Qətnamədə qeyd edilir ki, işin müəyyən edilən faktiki hallarından göründüyü kimi, iddiaçının X2 ilə rəsmi nikahı ləğv edildiyindən Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən onun vərəsəsi ola bilməz. Ona görə də məhkəmə hesab etmişdir ki, elə bu əsasda onun miras əmlakla bağlı iddia tələbi təmin edilə bilməz. Hesab edir ki, məhkəmənin bu yanaşması da yanlışdır. Belə ki, mərhum ilə aralarındakı nikaha Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-1091/08 saylı, 10 dekabr 2008-ci il tarixli qətnaməsi ilə xitam verilməsi tamamilə formal xarakter dpaşıyır, belə ki, həmin qətnamə icra olunmayıb. Məhkəmə onun və azyaşlı qızı X4 Cavabdeh sahibliyində və istifadəsinə olan X2na məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüququ tanınması və həmin evə köçürülmə ilə bağlı iddia tələbini həmin tikilinin özbaşına tikili olması, cavabdehin buna razı olmaması əsası ilə rədd edib. Hesab edir ki, məhkəmənin bu yanaşması da qanunverciliyin tələblərinə zidd və ədalətsizidir. Belə ki, o, 2007-ci ildə X12 ilə nikaha daxil olaraq həmin fərdi yaşayış evinə gəlin köçmüş, uzun müddət həmin evdə yaşamış, azyaşlı qızı X11 həmin evdə doğulub, hal-hazırda o və qızı X1, ağır mənzil şəraitində yaşayır, yaşadıqları mənzil xüsusilə az yaşlı uşağın yaşaması üçün ən elementar tələblərə belə cavab vermir. O cümlədən onlar Xətai rayonu, Xətai Rayon Polis idarəsində pasport qeydiyyatındadırlar. X2 vəfat etdiyi vaxt ona məxsus olan həmin ev kifayət qədər böyük olub, 10 otaqdan ibarətdir və bir neçə girişi olduğu üçün rahatlıqla 3 və ya daha çox ailənin yaşamasına uyğundur. Hal-hazırda həmin ev Cavabdeh sahibliyindədir, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Bütün bunlar nəzərə alınaraq ona və azyaşlı qızına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüququ tanınaraq həmin evə köçürülməsi qanunvericiliyin tələbidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(012)-287/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması, yəni X2nun miras qoyduğu ** BC *** dövlət nömrə nişanlı Kamaz 5410 markalı yük maşını, ** ZA *** dövlət nömrə nişanlı ODAZ9370 markalı yarım qoşqu, ** BX *** dövlət nömrə nişanlı VAZ 21074 markalı minik avtomobili, Abşeron rayonu Qobu qəsəbəsində X6 adına qeydiyyatda olan 24 sot torpaq sahəsi, ünvan 3 ünvanında yerləşən evdən ibarət olan miras əmlakı onun qanun üzrə vərəsələri X11 (mərhumun qızı), o (mərhumun həyat yoldaşı) və Cavabdeh (mərhumun oğlu) arasında bərabər paylar ilə bölünməsi və miras qalmış əmlakın 2/3 hissə olmaqla X7 (qızı) və ona, 1/3 hissə olmaqla Cavabdeh verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil eyni məzmunlu izahat verərək göstərdi ki, iddiaçı ilə mərhum əri 2007-2008-ci ildən Bakı şəhərində yaşamışlar, şəhərə gələndə mərhum əri bir qismini şəhərə gətirib. Mübahisəli evdə iddiaçıya məxsus bəzi əmlaklar var. İddiaçı ilə cavabdeh 2008-ci ildə boşanmışlar. İddiaçının əri 2016-cı ilin avqust ayında vəfat edib.Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(012)-287/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və vəkilinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Müəyyən edilmişdir ki, X12 və İddiaçı arasında 11 yanvar 2007-ci il tarixdə rəsmi nikah bağlanmış, birgə nikahdan 17 noyabr 2007-ci il təvəllüdlü Aysu adlı uşaq doğulmuş, 10 dekabr 2008-ci il tarixdə nikahları məhkəmə qaydasında pozulmuşdur. Mülki iş materiallarında olan 827927 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X12 12 avqust 2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının X14 Dairəsi üzrə İcra Nümayəndəliyinin 25.11.2020-ci il tarixli, 42 saylı məktubdan müəyyən edilir ki, Qobu qəsəbəsi, Qarayev küçəsi, 16 saylı ünvanda yerləşən ev mərhum Cavabdeh adına olmuşdur. Evdə mərhumun oğlu X13 öz ailəsi ilə birgə yaşayır. Əlavə tikilmiş yardımçı 2 otaqda X2nun oğlu Cavabdeh ailəsi ilə birlikdə yaşayır, evin heç bir hüquqi sənədi yoxdur. İş materiallarında olan Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)1091/08 saylı, 10 dekabr 2008-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, X6 iddia tələbi təmin edilərək, X12 ilə İddiaçı arasında Abşeron rayonu, Qobu qəsəbə icra nümayəndəliyində 11.01.2007-ci il tarixdə bağlanmış nikah qeydinin ləğv edilməsi, 10 dekabr 2008-ci il tarixdən başlayaraq 17.11.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 60 manat alimentin tutulması, həmin azyaşlının İddiaçı yanında saxlanılması qət edilmişdir. Qeyd edilən qətnamədə cavabdeh İddiaçı izahatından müəyyən edilir ki, onlar ər-arvad olaraq 11.01.2007-ci il tarixdən 24.09.2007-ci il tarixədək iddiaçının qardaşının mülkiyyətində olan evdə yaşamışlar, 24 sentyabr 2007-ci il tarixdə iddiaçı onu Kiyev şəhərinə yola saldıqdan sonra onun orada iddiaçıdan bir qızı olmuşdur, o, iddiaçının qardaşının evində köçüb yaşamaq istəyir. İş materiallarında olan 14.03.2017-ci il tarixli, 37 saylı arayışdan müəyyən edilir ki, X2na bələdiyyənin 01 avqust 2007-ci il tarixli qərarı ilə fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Mülki iş materiallarında olan çıxarışlardan müəyyən edilir ki, **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını 1991-ci il buraxılışı olub, 02.09.1998-ci il tarixdən X6 mülkiyyətində olmuşdur, **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqunun sahibi 05.08.2009-cu il tarxdən X9r, etibarnamə ilə bir neçə səxsin istifadəsinə verilmişdir. İş materiallarında olan Baş Dövlət YPİ-nin iddiaçıya ünvanlanan 12.09.2017-ci il tarixli məktubundan müəyyən edilir ki, X6 adında qeydiyyatda olan və etibarnamə əsasında müxtəlif şəxslərə verilmiş “KAMAZ 5410”markalı, **-BC-*** dqn avtomobili və **- ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqunun sahibi X6 vəfat etməsi barədə baş idarədə müvafiq qeydlər edilmişdir. Müraciətdə göstərilən **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı minik avtomobilin sahibi 02.04.2008-ci il tarixdən hal-hazıra kimi X10r. İş materiallarından müəyyən edilir ki, İddiaçı cavabdehin atası X12 ilə 11.01.2007ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, Xətai Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli qətnaməsi ilə onlar arasında olan nikah ləğv edilmişdir. Həmin qətnamədə cavabdeh İddiaçınin izahatından görünür ki, onlar ər-arvad olaraq 24.09.2007-ci il tarixədək iddiaçının qardaşının mülkiyyətində olan evdə yaşamışlar. İşin bu halı tərəflərin izahatı ilə də təsdiq olunur.Yəni iddiaçı mərhum ərindən 24 sentyabr 2007-ci ildən faktiki olaraq ayrılmışdır. İddiaçı iddia tələbində X6 miras qoyduğu **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını, **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu və **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı minik avtomobili, Abşeron rayonu, Qobu qəsəbəsində X6 adına qeydiyyatda olan 24 sot torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən evdən ibarət olan miras əmlakda payın müəyyən edilməsini məhkəmədən xahiş edir. İş materiallarından olan 14.03.2017-ci il tarixli, 37 saylı arayışdan göründüyü kimi X2na bələdiyyənin 01 avqust 2007-ci il tarixli qərarı ilə fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır, **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını 1991-ci il buraxılışı olub, 02.09. 1998-ci il tarixdən X6 mülkiyyətində olmuşdur, **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqunun sahibi 05.08.2009-cu il tarxdən X9r, etibarnamə ilə bir neçə səxsin istifadəsinə verilmişdir, **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı minik avtomobilin sahibi 02.04.2008-ci il tarixdən hal-hazıra kimi X10r. Qeyd edilənlərdən göründüyü kimi miras əmlakın kütləsinə X8 bələdiyyənin 01 avqust 2007-ci il tarixli qərarı ilə fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsinə dair hüquqlar, **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı yük maşını və **-ZA-*** dövlət qeydiyyat nişanlı “ODAZ 9370” yarımqoşqu daxildir. Miras qoyan X12 12 avqust 2016-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1.maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad birbirindən sonra vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin müəyyən edilən faktiki hallarından göründüyü kimi, iddiaçının X2 ilə rəsmi nikahı ləğv edildiyindən Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən onun vərəsəsi ola bilməz. Ona görə də məhkəmə hesab etmişdir ki, bu əsasla onun miras əmlakla bağlı iddia tələbi təmin edilə bilməz. İddiaçının qanuni nümayəndəsi olduğu qızı X7 münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi həmin uşaq həmişə anasının himayəsində yaşamışdır və tərəflər arasında nikahın ləğvinə dair məhkəmə qətnaməsi ilə də uşaq ananın himayəsində saxlanmışdır. İddiaçı miras qoyanın ölümündən sonra Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulan müddətdə mirasın qəbulu üçün Notariat kontoruna müraciət etməmiş, habelə mirası faktiki qəbul etməmişlər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının qızı Aysuya münasibətdə də iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia tələbinin ünvan 2 ünvanında yerləşən evdən ibarət olan miras əmlaka aid hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, belə bir miras əmlak yoxdur, həmin ev özbaşına tikilidir, onun bir hissəsində cavabdeh ailəsi ilə, digər hissəsində isə cavabdehin əmisi ailəsi ilə birlikdə yaşayır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbinin miras əmlak kimi həmin tikiliyə aid hissəsi əsassızdır və təmin edilməməlidir. İddia tələbinin İddiaçı və onun qızı azyaşlı X7 Cavabdeh sahibliyində və istifadəsinə olan X2na məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüququnun tanınması və onların həmin evə köçürülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi mübahisəli tikili özbaşına tikili olmaqla iddiaçının babası tərəfindən tikilmişdir. İddiaçı mərhum Quliyev Əskərlə 2007-ci ilin yanvarında ailə qurandan sonra orada cəmi bir neçə ay yaşamış, hələ qızı Aysuya hamilə olduğu vaxt oranı tərk edib getmiş və həmin vaxtdan sonra bir daha həmin tikiliyə qayıtmamışdır. Eləcə də həmin evə köçməyə heç bir vaxt cəhd etməmişdir. İddiaçının qızı Aysu isə göründüyü kimi azyaşlı olmaqla həmişə anasının himayəsində yaşamışdır. Cavabdeh isə iddiaçının və onun azyaşlı qızının köçüb onlarla birlikdə mübahisəli tikilidə yaşamalarına razı deyildir. Qeyd edilənlərə əsasəne məhkəmə hesab etmişdir ki, mübahisəli özbaşına tikili də iddiaçının və onun azyaşlı qızının yaşamaq hüququ mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi tikiliyə istifadə hüququnun tanınması və köçürülməsi hissəsində əsassız olmaqla təmin edilməməlidir. Bundan başqa məhkəmə həmçinin, iddia tələbinin miras əmlakda cavabdehin də payının müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, bu barədə cavabdehin adından iddia qaldırmaq iddiaçının hüququ deyil. Ona görə də məhkəmə hesab etmişdir ki, bu hissədə də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı miras qalmış əmlakın bölünməsi, evə istifadə hüququnun tanınması və köçürülmə barədə iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Apellyasiya şikayətinin dəltillərinə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-287/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar