Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2619/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-550/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-550/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 302,40 manat və 2,10 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 304,50 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına tutulması qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-550/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı İB-yə vurulmuş 4333,20 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4363,20 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsi qaydasında işə baxan məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını da mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddianın rədd olunmuş hissəsində qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. İddiaçı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana Azəriqaz” İBnin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********21400 saylı abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydalan”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış, bu halı təsbitləyən foto çəkilişlər aparılmış və istehlakçının qaz təchizatı dayandırılmışdır. Lakin istehlakçı hər dəfə yenidən qanunsuz xəttini bərpa etdiyi üçün hər ay üzrə dəymiş ziyan barədə aktlar yazılmışdır. Cavabdehin qanunsuz xətdən istifadəsi ilə bağlı fotoşəkillər və dəymiş ziyan aktları məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə buna qiymət verməmişdir. Həmçinin cavabdehin təbii qazdan hansı formada istifadə etdiyini məhkəmə ümumiyyətlə araşdırmamışdır. Abşeron Rayon Məhkməsi danılmaz bu faktlar qarşısında Birliyin iddia tələbini qismən təmin etmişdir. Həmçinin Birlik tərəfindən istehlakçının təbii qazdan qanunsuz istifadə etməsini sübut edən foto şəkillər, və aktlar məhkəməyə təqdim olunmasına baxmayaraq bunu sübut kimi qiymətləndirməmiş və cavabdehin özünü müdafiə xarakterli çıxışlarına qiymət verərək Birliyin iddiasını qismən təmin etmişdir. Bu qərar ədalətsiz və birtərəflidir. Bu qərarla istehlakçının qanunsuz əməlinə haqq qazandırılır, lakin Birliyin haqlı mənafeyi tapdalanır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-550/2021 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-550/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 30.10.2017-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; 24.01.2018-ci il tarixli ******* saylı akt əsasında 1551 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 604,80 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 412,90 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.05.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli 022622 saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat;'30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 30.12.2019cu il tarixli ******* saylı akt əsasında 252 manat;30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat;28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat;30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat;22.04.2020-ci il tarixli ******* saylı akt əsasında 184,80 manat olmaqla, cəmi 4501,30 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabehin göstərilən borc məbləğindən əlavə mexaniki sayğac üzrə istifadə etmiş olduğu qaz sərfiyyatına görə də 2020-ci ilin aprel, may və iyun ayları üçün müvafiq olaraq 5,70, 9.50 və 4,60 manat məbləğində debitor borcu yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı qisimən təmin etmiş və bunu belə əsaslandırmışdır ki, məhkəmə iclasında İddiaçı, 30.10.2017-ci il tarixli, ******* №-li “Təbii X1nın pozulması haqqında” aktı əsasında Cavabdeh sayğacdan kənar qazdan qeyriqanuni istifadə etməsi nəticəsində 302,40 manat borcunun olması məhkəmə iclasında sübuta yetirilmişdir. Lakin digər aktlar əsasında cərimə borclarının həqiqətən Cavabdeh tərəfindən kənar xətdən istifadə olunması nəticəsində olması məhkəmə iclasında sübuta yetirilmədiyindən iddia tələbi həmin aktlara əsasən hesablanmış cərimə borcları hissəsində rədd edilməlidir. Məhkəmə kopllegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq qeyd edir ki, məhkəmə Cavabdeh məxsus evdə sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “X1”nın pozulması faktı müəyyən edilməsini müəyyən etsə də yekunda gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh məxsus fərdi yaşayış evində sayğacdan kənar qaz xətti aşkar olunmuş, bu fakt iş materiallarında olan fotoşəkillərlə təsdiq edilmişdir. İş materiallarında olan 30.10.2017-ci il tarixdən 22.04.2020-ci il tarixədək tərtib olunmuş 17 ədəd akta əsasən cəmi 4501,30 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabehin göstərilən borc məbləğindən əlavə mexaniki sayğac üzrə istifadə etmiş olduğu qaz sərfiyyatına görə də 2020-ci ilin aprel, may və iyun ayları üçün müvafiq olaraq 5,70, 9.50 və 4,60 manat məbləğində debitor borcu yaranmışdır. Bundan başqa müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda sistemdən çıxarılmış saldolar üzrə birdlikdə cəmi 4333,20 manat təşkil edir. Göründüyü kimi, cavabdehin qaz sayğacına qanunsuz müdaxiləsi aşkar edilərək barəsində akt tərtib edilməsinə baxmayaraq cavabdeh qaz sayğacına təkrar qoşularaq qazdan qanunsuz istifadə etmiş, hər dəfə aktr tərtib edilərək çəkilişlər aparılmışdır. İş materiallarında olan fotoşəkillərdən də göründüyü kimi, çəkilişlər fərqli zamanlarda aparılmış və sayğaca qanunsuz qoşulmalar da fərqli şəkildə olmuşdur. Bu səbəbdən də qeyd edilən halın iddiaçı tərəfindən hərəkətsizliyi kimi qəbul etmək əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacına fərqli zamanlarda qanunsuz qoşulması işin təkzib edilməz halıdır. Qaz sayğacına qanusuz qoşulma nəticəsində iddiaçı təşkilata ziyan dəymiş və həmin ziyanı tələb etmək də iddiaçı təşkilatın qanunla qorunan hüququdur. Bu səbəbdən də ayrıayrılıqda cavabdeh barəsində akt tərtib edilməsi iddiaçı təşkilatın hərəkətsizliyi kimi də qiymətləndirilməməlidir. Belə ki, ilk aktlar tərtib edildikdən sonra cavabdehin təkrar qaz sayğacına qanunsuz qoşulması iş materiallarına əlavə edilmiş fotoşəkillərlə təsdiqini tapmışdır. Bununla da cavabdeh tərəfindən iddiaçı təşkilata ümumilikdə 4333,20 manat ziyan vurmuşdur. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edildiyi üçün iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçı təşkilatın hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 4333,20 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4363,20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməlidir. Şərh ejdilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-550/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh oğluna qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4333,20 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4363,20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2619/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2619/2021
19.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver