Məhkəmə qərarları › İş №2(105)-2636/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2636/2021

05.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2636/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-nin X10 Enerji Təchizatı və Satış İdarəsinin X2rşı akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(074)-369/2021 saylı qətnaməsindən iddiaçının nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-nin X10 Enerji Təchizatı və Satış İdarəsinin X2rşı aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçının nümayəndəsi Valeh Bağırov qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-nin X10 Enerji Təchizatı və Satış İdarəsinin X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,"xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 oktyabr 2020-ci il tarixli NDQ № 008204 saylı aktın etibarsız hesab edilməsi və həmin akta görə hesablanmış 1143 manat cərimə məbləğinin abunə hesabından silinməsi və həmin akt üzrə tutulmuş 422 manat pul məbləğinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Şamaxı rayon İHB-nın 12 oktyabr 2009cu il tarixli sərəncamı ilə ünvan 1 ünvanda yaşadığı evin həyətyanı sahəsində tərtib edilmiş layihəyə uyğun 10x3,2 metr ölçüdə mağaza tikməyinə icazə verilmişdir. Həmin icazə əsasında mağaza tikmişdir. Fiziki şəxsdir, VÖEN-lə sahibkar kimi qeydiyyatı yoxdur. Həmin tikiliyə verilən elektrik enerjisi üzrə abonent kodu ona məxsusdur. Azərişıq ASC-nin Şimal Qərb RETSİ-nin X3 işçiləri 14 oktyabr 2020-ci il tarixdə küçədə quraşdırılmış işıq sayğacına baxış keçirmişlər. Baxış keçirilən zaman NDQ № 008204 saylı akt tərtib etmişlər. Həmin aktın mövcudluğundan ona bildiriş gələndə xəbər tutmuş,əsassız yerə pandemiya zamanı vətəndaşların maddi durumunun çətin olduğu müddətdə ona 1143 manat cərimə yazmışlar. Həmin sənədləri Azərişıq ASC-nin Şimal Qərb RETSİ-nin X5 müraciət etdikdən sonra əldə etmişdir. Belə ki, 14 oktyabr 2020-ci il tarixli, NDQ № 008204 saylı akta əsasən sayğacın işləmədiyi, 04 taxta dayaqdan qidalanan elektrik sayğacının implus lampasının döyünməsinə baxmayaraq sayğacın mexanziminin işləməsi, sayğacın zavod nömrəsinin baza ilə uyğun gəlməməsi, sayğacın alt qapaq möhürünün olmaması, axan yükün 2,90 kw olması guya müəyyən olunmuşdur. İlk növbədə əgər belə bir hal var idisə niyə Azərişıq ASC-nin Şimal Qərb RETSİ-nin X3 əməkdaşları həmin halı yerinə müəyyənləşdirib aradan qaldırmırdılar? Halbu ki, kənarda qoşulan sayğaca nəzarəti abonent deyil birbaşa Azərişıq ASC-nin işçiləri hər ay həyata keçirməli idilər. Daha sonra Sayğac labortoriyaya göndərilmiş və iştirakı olmadan həmin sayğaca baxış keçirlərək əsassız yerə ona 1143 manat cərimə borcu hesablanmışdır. Elektrik enerjisi kəsilməsin deyə 422 manat ödəniş etmişdir. Lakin ödənişi etməyinə baxmayaraq elektrik enerjisinin verilməsini dayandırmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi X1 Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya və cavabdeh "xxxx" ASC-nin X10 Enerji Təchizatı və Satış İdarəsinin X5 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 03 may 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçı tərəfindən aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış cərimənin silinməsinə dair iddia tələbinin əsassız olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən əsassız borc yazıldığını əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən tərtib edilmiş 14 oktyabr 2020-ci il tarixli NDQ № 008204 saylı aktın etibarsız hesab edilməsi və həmin akta görə hesablanmış 1143 manat cərimə məbləğinin abunə hesabından silinməsi və həmin akt üzrə tutulmuş 422 manat pul məbləğinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin aşağı instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının abunə haqqında məlumatına nəzər saldıqda 28.11.2019-cu il tarixdən 23.10.2020-ci il tarixə qədər 499 gün üçün sərfiyyatın toplamda 309 kvts olduğu, lakin sayğac dəyişdikdən sonrakı dövr üzrə 56 gün üçün artaraq 04.02.2020-ci il tarixə 556 kvts olduğu müəyyən olunur. Əvvəlki sayğacın quraşdırıldığı dövrdə daha az enerji sərfiyyatı olduğu halda, sayğac yenisi ilə əvəz edildikdən sonrakı ilin müvafiq aylarında elektrik enerjisinin sərfiyyatı kəskin artmışdır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq abonent tərəfindən sayğaca müdaxilə edilməsi qənaətinə gəlməklə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar