Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2637/2021 20.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.İsmayılov) iddianın təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 18.05.2019-cu il tarixli müqavilə üzrə 132 manat əsas, 10 manat cərimə olmaqla, cəmi 142 manat, 18.05.2019-cu il tarixli müqavilə üzrə 96 manat əsas, 28 manat cərimə olmaqla, cəmi 124 manat, 22.05.2019-cu il tarixli müqavilə üzrə 24 manat əsas, 0 manat cərimə olmaqla, cəmi 24 manat, 20.07.2019-cu il tarixli müqavilə üzrə 953 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 973 manat, 21.07.2019-cu il tarixli müqavilə üzrə 42 manat əsas, 0 manat cərimə olmaqla, cəmi 42 manat, 25.07.2019-cu il tarixli müqavilə üzrə 35 manat əsas, 0 manat cərimə olmaqla, cəmi 35 manat, 09.08.2019-cu il tarixli müqavilə üzrə 1593 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 1613 manat, 23.08.2019-cu il tarixli müqavilə üzrə 60 manat əsas, 15 manat cərimə olmaqla, cəmi 75 manat, 17.11.2019-cu il tarixli müqavilə üzrə 2052 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 2072 manat, 30.11.2019-cu il tarixli müqavilə üzrə 1320 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 1340 manat, ümumilikdə isə 6440 manat borc və 30 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.05.2019-cu il tarixli müqavilə üzrə “Vinzer Stella” və “Techno” markalı qazan üçün 132 manat ödənilməmiş hissə, 39 manat cərimə, 18.05.2019-cu il tarixli müqavilə üzrə “Vinzer Stella” markalı qazan və “Vinzer” markalı tava üçün 96 manat ödənilməmiş hissə, 28 manat cərimə, 22.05.2019-cu il tarixli müqavilə üzrə “Vinzer” markalı tava üçün 24 manat ödənilməmiş hissə, 0 manat cərimə, 20.07.2019-cu il tarixli müqavilə üzrə “İphone X” markalı telefon üçün 953 manat ödənilməmiş hissə, 283 manat cərimə, 21.07.2019-cu il tarixli müqavilə üzrə “Vinzer Sfera” markalı çaydan üçün 42 manat ödənilməmiş hissə, 0 manat cərimə, 25.07.2019-cu il tarixli müqavilə üzrə “Gorenje” markalı fen üçün 35 manat ödənilməmiş hissə, 0 manat cərimə, 09.08.2019-cu il tarixli müqavilə üzrə “İphone X” markalı telefon üçün 1593 manat ödənilməmiş hissə, 483 manat cərimə, 23.08.2019-cu il tarixli müqavilə üzrə “Gorenje” markalı doğrayıcı üçün 60 manat ödənilməmiş hissə, 15 manat cərimə, 17.11.2019-cu il tarixli müqavilə üzrə “Samsung Galaxy S10 e” markalı telefon üçün 2052 manat ödənilməmiş hissə, 444 manat cərimə, 30.11.2019-cu il tarixli müqavilə üzrə “Samsung” markalı televizor üçün 1320 manat ödənilməmiş hissə, 396 manat cərimə, ümumilikdə 7995 manat borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 8025 manat borcun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC-dən 18.05.2019-cu il tarixli müqavilə üzrə “Vinzer Stella” və “Techno” markalı qazan, 18.05.2019-cu il tarixli müqavilə üzrə “Vinzer Stella” markalı qazan və “Vinzer” markalı tava, 22.05.2019-cu il tarixli müqavilə üzrə “Vinzer” markalı tava, 20.07.2019-cu il tarixli müqavilə üzrə “İphone X” markalı telefon, 21.07.2019-cu il tarixli müqavilə üzrə “Vinzer Sfera” markalı çaydan, 25.07.2019-cu il tarixli müqavilə üzrə “Gorenje” markalı fen, 09.08.2019-cu il tarixli müqavilə üzrə “İphone X” markalı telefon, 23.08.2019-cu il tarixli müqavilə üzrə “Gorenje” markalı doğrayıcı, 17.11.2019-cu il tarixli müqavilə üzrə “Samsung Galaxy S10 e” markalı telefon, 30.11.2019-cu il tarixli müqavilə “Samsung” markalı televizor almış və nəticədə 7995 manat borcu yaranmışdır. Cavabdeh 18.05.2019cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 132 manat əsas, 39 manat cərimə olmaqla, cəmi 171 manat borcu qalmışdır. Cavabdeh 18.05.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 96 manat əsas, 28 manat cərimə olmaqla, cəmi 124 manat borcu qalmışdır. Cavabdeh 22.05.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 24 manat əsas, 0 manat cərimə olmaqla, cəmi 24 manat borcu qalmışdır. Cavabdeh 20.07.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 953 manat əsas, 283 manat cərimə olmaqla, cəmi 1236 manat borcu qalmışdır. Cavabdeh 21.07.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 42 manat əsas, 0 manat cərimə olmaqla, cəmi 42 manat borcu qalmışdır. Cavabdeh 25.07.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 35 manat əsas, 0 manat cərimə olmaqla, cəmi 35 manat borcu qalmışdır. Cavabdeh 09.08.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 1593 manat əsas, 483 manat cərimə olmaqla, cəmi 2076 manat borcu qalmışdır. Cavabdeh 23.08.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 60 manat əsas, 15 manat cərimə olmaqla, cəmi 75 manat borcu qalmışdır. Cavabdeh 17.11.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 2052 manat əsas, 444 manat cərimə olmaqla, cəmi 2496 manat borcu qalmışdır. Cavabdeh 30.11.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 1320 manat əsas, 396 manat cərimə olmaqla, cəmi 1716 manat borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2306 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “müştərinin” ödödiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödönilməsinə yönəldilə bilər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə işin bütün hallarını araşdırmamışdır. Nisyə alqı-satqı müqavilələri notarial qaydada təsdiq olunmamış, bu səbəbdən etibarsızdır. Şamaxı Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(074)- 267/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Y.M.Məmmədov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında iştirak edə bilməməsini göstərmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, tərəflər arasında olan müqavilənin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu barədə gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 18.05.2019-cu il tarixli № 00668226 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Vinzer Stella” və “Techno” markalı qazan almışdır. İşdə olan 18.05.2019-cu il tarixli № 00669309 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Vinzer Stella” markalı qazan və “Vinzer” markalı tava almışdır. İşə əlavə olan 22.05.2019-cu il tarixli № 00675408 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Vinzer” markalı tava almışdır. İş materiallarında olan 20.07.2019-cu il tarixli № 00794273 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “İphone X” markalı telefon almışdır. İşə əlavə olan 21.07.2019-cu il tarixli № 00796102 saylı müqavilədən görünür ki, Cavabdeh «ABC Telecom” MMC-dən “Vinzer Sfera” markalı çaydan almışdır. İş materiallarında olan 25.07.2019-cu il tarixli № 00804306 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Gorenje” markalı fen almışdır. İşə əlavə olan 09.08.2019-cu il tarixli № 00834585 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “İphone X” markalı telefon almışdır. İşdə olan 23.08.2019-cu il tarixli № 00865318 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Gorenje” markalı doğrayıcı almışdır. İş materiallarında olan 17.11.2019-cu il tarixli № 01057835 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Samsung Galaxy S10 e” markalı telefon almışdır. İşə əlavə olan 30.11.2019-cu il tarixli № 01086036 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Samsung” markalı televizor almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 18.05.2019-cu il tarixli müqavilə üzrə 132 manat əsas, 39 manat cərimə olmaqla, cəmi 171 manat, 18.05.2019-cu il tarixli müqavilə üzrə 96 manat əsas, 28 manat cərimə olmaqla, cəmi 124 manat, 22.05.2019-cu il tarixli müqavilə üzrə 24 manat əsas, 0 manat cərimə olmaqla, cəmi 24 manat, 20.07.2019-cu il tarixli müqavilə üzrə 953 manat əsas, 283 manat cərimə olmaqla, cəmi 1236 manat, 21.07.2019-cu il tarixli müqavilə üzrə 42 manat əsas, 0 manat cərimə olmaqla, cəmi 42 manat, 25.07.2019-cu il tarixli müqavilə üzrə 35 manat əsas, 0 manat cərimə olmaqla, cəmi 35 manat, 09.08.2019-cu il tarixli müqavilə üzrə 1593 manat əsas, 483 manat cərimə olmaqla, cəmi 2076 manat, 23.08.2019-cu il tarixli müqavilə üzrə 60 manat əsas, 15 manat cərimə olmaqla, cəmi 75 manat, 17.11.2019-cu il tarixli müqavilə üzrə 2052 manat əsas, 444 manat cərimə olmaqla, cəmi 2496 manat, 30.11.2019-cu il tarixli müqavilə üzrə 1320 manat əsas, 396 manat cərimə olmaqla, cəmi 1716 manat borcu qalmışdır. Cavabdeh ümumilikdə borcu 7995 manat təşkil edir. İşdə olan 16.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilələr üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə nisyə müqavilələrin notariat qaydada təstiq olunmaması və etibarsızlıq olması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyanın nisyə alqı-satqısı barədə müqavilə bağlanmışdır. İddiaçı (satıcı) müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyanı cavabdehə (alıcı) təhvil vermişdir. Cavabdeh (alıcı) isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə kollegiyası iddianın hər bir müqavilə üzrə ayrı-ayrılıqda hesablanmış cərimələrin ödənilməsi hissəsində iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin bu iş üzrə 30 aprel 2021-ci il tarixli 2(074)-267/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2637/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2637/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver