Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-266/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı Qədimova (Pirimova) Aytən Nadirşah qızının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qədimova (Pirimova) Aytən Nadirşah qızının Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) qarşı alqı-satqı müqaviləsinə dair sazişin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(067)- 1247/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Xaçmaz Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(067)-1247/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 arasında bağlanmış ünvan 1i ünvanında yerləşən 0,1 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, 4Ə-998 reyestr nömrə ilə Maraqlı şəxsndə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair 16 dekabr 2021-ci il tarixli (3M-356 reyestr nömrəli) saziş etibarsız hesab edilmişdir. (hakim A.Sadıqov) Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(067)-1247/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Qədimova (Pirimova) Aytən Nadirşah qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 arasında bağlanmış ünvan 1i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, 4Ə-998 reyestr nömrə ilə Maraqlı şəxsndə rəsmiləşdirilmiş Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin Maraqlı şəxs tərəfindən 16 dekabr 2021-ci il tarixli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi Sazişlə" ləğv edilməsinə dair sazişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın 1-AN ******* saylı, 05 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 birgə mülkiyyətində olan Xaçmaz rayonu Molla-bürhan kəndidə yerləşən 0,10 ha torpaq sahəsini Cavabdeh1 ilə birgə əldə etmişlər. Nikahları Xaçmaz rayon Qımılqışlaq kənd İcra nümayəndəliyində 16 mart 2016-cı il tarixdə 02 nömrə ilə qeydə alınmışdır. 2022-ci ilin fevral ayının əvvələrində ona məlum olmuşdur ki, cavabdeh birgə mülkiyyətlərində olan yeri başqa şəxslərə satmaq istəyir. Bu zaman birgə nikah dövründə əldə etdikləri əmlakın bölgüsü ilə bağlı iddia qaldırmaq üçün vəkil ilə müqavilə bağlamışdır. Vəkil tərəfindən DƏDKX-nin 5 saylı ərazi idarəsinə sorğu verilmiş və həmin sorğuya cavab məktubundan sonra məlum olmuşdur ki, birgə nikah dövründə birgə qazanc hesabına əldə etdikləri ünvan 1ində yerləşən 0.10 ha torpaq sahəsinə dair Cavabdeh2 və ailə üzvləri ilə Cavabdeh1 arasında Xaçmaz rayonu 1 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli 40-998 reyestr nömrəli bağlanmış alqı-satqı müqaviləsi Xaçmaz rayonu 1 saylı notariat kontorunun xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair sazişə əsasən ləğv edilmişdir. Xaçmaz ravon 1 saylı Notariat Ofisinə vəkil sorğusu verilərək notariat işi alındıqdan sonra müəyyən oldu ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin 16 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair sazişinə əsasən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 Xaçmaz rayonu 1 saylı notariat otisində rəsmiləşdirdikləri xx.xx.2017-ci il tarixli ünvan 1i ünvanında verləşən 0.10 ha torpaq sahəsinə dair bağladıqları 4Ə-998 reyestrli alqı-satqı müqaviləsini ləğv etmişlər. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusu ilk növbədə "Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin ləğvi barədə" müqavilə bağlamamış, daşınmaz əmlakın alqı-satqı müqaviləsi barədə saziş bağlamışdır. Saziş müqavilə deyil, sadəcə ərizədir. Daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin dəyişdirilməsi və ləğvi yalnız müqavilə yolu ilə həyata keçirilə bilər. Bundan əlavə ünvan 1ində verləşən 0.10 ha torpaq sahəsi onunla Cavabdeh1 birgə nikahları dövründə qazandıqları birgə vəsait hesabına əldə edildiyindən onun həmin torpaq sahəsindən birgə sahiblik və istifadə hüququ yaranmışdır. 16 dekabr 2021-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi barədə sazişi notarius ləğv edərkən onun Cavabdeh1 həyat yoldaşı kimi razılığını almamışdır. Həmin torpaq sahəsində birgə nikah dövründə ikisinin qazancı hesabına tam şəraitli ev tikilmişdir. Müqavilənin ləğvi qərəzli şəkildə həyata keçirilmişdir. Belə ki, torpağın keçmiş mülkiyyətçisi cavabdehin dayısı, dayısının yoldaşı və onların övladlarıdır. Tərəflər arasında ailədaxili münasibətlər pozulduğundan Cavabdeh1 bu yola əl ataraq dayısı və ailə üzvləri ilə birlikdə 4 ildən artıq bağlanmış müqaviləni ləğv etdirmişdir ki, ona və övladlarına hər hansı bir əmlak payı çatmasın. Onun mülkiyyət hüququ pozulmuş, ona çatan pay cavabdeh tərəfindən planlı şəkildə, oyun qurularaq əlindən alınmaqdadır. Hal-hazırda torpaq sahəsində tikilmiş evdə özü yaşamaqdadır. Bu səbəbdən də daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair 16 dekabr 2021-ci il tarixli saziş etibarsız hesab edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmadan yalnız iddiaçıların tələbləri və izahatı əsasında qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh1la Cavabdeh2 5000 (beş min) manata razılaşaraq, sonuncuya və ailə üzvlərinə məxsus 0,10 hatorpaq sahəsini Cavabdeh1 satmış, alqı-satqı müqaviləsi xx.xx.2017-ci il tarixdə Maraqlı şəxsndə, 4Ə-998 reyestr nömrəsilə qeydiyyata alınmışdır. Lakin Cavabdeh1 pulu ödəyə bilmədiyi üçün Cavabdeh2 16 dekabr 2021-ci il tarixdə alqısatqı müqaviləsini Maraqlı şəxsndə ləğv elətdirmişdir. İşə baxan məhkəmə qətnaməsi bu formada əsaslandırılmışdır ki, Xaçmaz rayon, Molla-Bürhan kəndidə yerləşən 0,10 ha torpaq sahəsi Cavabdeh1 və onun keçmiş həyat yoldaşı Aytən Qədimovanın birgə nikah dövründə qazanıldığından, sonuncunun həmin torpaq sahəsindən birgə sahiblik istifadə hüququ yaranmışdır. 16 dekabr 2021-ci il tarixdə Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin ləğvinə dair saziş notarius tərəfindən ləğv edilərkən, Cavabdeh1 həyat yoldaşının razılığının alınmaması səbəbindən həmin saziş etibarsız hesab edilməlidir. Mövcud qanunvericiliyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmayan hüquqlar barədə mübahisə yarana bilməz. Həmin müqavilənin ləğvinə dair saziş qanunvericiliyin tələbinə uyğun olmasa notarius sazişi təstiq etməzdi. Daşınmaz əmlak üzərində hüquq qeydiyyata alınmayıbsa, hüquq barədə mübahisə yolverilməzdir. Lakin məhkəmə qanunvericiliyin tələblərini nəzərə almamış, heç bir qanuni əsas olmadan, sözügedən sazişi etibarsız saymışdır. Göstərilənlərə əsasında apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qanuni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, mübahisələndirilən 16 dekabr 2021-ci il tarixli saziş tam qanuni əsaslarla bağlanmışdır. Həmin saziş notariusda bağlanan zaman notarius qeyd olunan torpaq sahəsinə dair hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması əsasından, həmin vaxt arvadı İddiaçı razılığına ehtiyac olmadığını bildirmişdir. Alqı-satqı müqaviləsinin ləğv edilməsinə səbəb müqavilə üzrə pulu ödəyə bilməməsidir. Müqavilə predmeti olan torpaq sahəsi onun dayısı və ailə üvlərinə məxsus olmuşdur. Həmin torpaq sahəsində dayısı tərəfindən xırda tikili inşa edilmişdir. Torpaq sahəsi müqavilə əsasında 2017-ci ildə əldə edilmiş, bundan sonra oradakı tikilidə tamamlama işləri onun tərəfindən aparılmıdır. Həmin tikilinin təmirində iddiaçının valideynlərinin də müəyyən qədər rolu olmuş, onlar 5000-6000 manat pul qoymuşlar. Lakin həmin evdə tərəflər boşandıqları üçün yaşamamışlar. Qeyd olunduğu kimi müqavilə üzrə nəzərdə tutulan pulu mülkiyyətçiyə ödəyə bilmədiyindən alqısatqı müqaviləsi ləğv etdirilmişdir. Həmin müqavilənin ləğv edilməsinə dair saziş qanunidir. Sazişin etibarsızlığına heç bir qanuni əsas yoxdur. Lakin məhkəmə heç bir hüquqi və qanuni əsası olmayan uydurma iddianı təmin etmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı digər cavabdeh X4 məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Əlavə etdi ki, mübahisəli torpaq sahəsi və üzərindəki ev ona məxsusdur. Cavabdeh1 onun bacısı oğludur. Onlar arasında razılığa əsasən mübahisəli torpaq sahəsi 5000 manat müqabilində onun tərəfindən Cavabdeh1 satılmışdır. Cavabdeh1 həmin torpaq sahəsində meyvə ağacları əkmiş və meyvə alveri ilə məşğul olmuşdur. Lakin müqavilədə nəzərdə tutulan ödəniş icra edilmədiyindən hazırda münahisələndirilən saziş əsasında alqı-satqı müqaviləsi ləğv edilmişdir. Mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bünövrəsi və ilkin tikinti işləri onun tərəfindən həyata keçirilmiş, sonradan torpaq sahəsi cavabdeh tərəfindən əldə edildikdən sonra həmin ev onlar tərəfindən tikilib başa çatdırılmışdır. Evin əsas təmiri Cavabdeh1 və atası tərəfindən həyata keçirilmiş, həmçinin İddiaçı valideynləri də evin bir sıra təmir işlərində iştirak etmiş, təxminən 5000 manat pul xərcləmişlər. O, bu ailənin dağılmasını istəməmişdir. Bacısı oğlunun biznesi alınmayıb xeyli borca düşdüyü üçün ailə dağılıb. Bütün hallarda torpaq sahəsi ona məxsusdur. Alqı-satqı üçün nəzərdə tutulan ödəniş ona ödənilmədiyi üçün müqavilə ləğv edilmişdir. Məhkəmə heç bir əsası olmayan iddianı təmin etməklə onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı Qədimova (Pirimova) Aytən Nadirşah qızı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli torpaq sahəsini onlar birgə nikah dövründə əldə etmişlər. Həmin torpaq sahəsi alınan zaman orada yarım tikili olmuşdur. Birgə nikah dövründə həmin tikilini inşa və təmir etdirmişlər. Hazırda həmin torpaqda fərdi yaşayış evi vardır ki, evin tikintisi və təmirinə ümumilikdə 30 min manata yaxın vəsait xərclənmişdir. Həmin vəsaitin təxminən 20 min manata yaxını onun valideynləri tərəfindən verilmişdir. Onunla Cavabdeh1 arasında ailədaxili münasibətlər pozulduğundan, cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakda onun payının mənimsənilməsi üçün öz dayısı ilə gizli danışıqlara gedib onun xəbəri olmadan 16 dekabr 2021-ci il tarixli sazişlə alqı-satqı müqaviləsini ləğv etdirmişdir. Bunlar hamısı görünüş üçün olubdur. Göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmış və mübahisə üzrə ədalətli və qanuni qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı Qədimova (Pirimova) Aytən Nadirşah qızının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında şikayətə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Əlavə etdi ki, mübahisəli torpaq sahəsi tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və evin inşasına 30000 min manata yaxın vəsait sərf edilmişdir ki, həmin vəsaitin yarıdan çoxu iddiaçının valideynləri tərəfindən sərf edilmişdir. Tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra, cavabdehlər öz aralarında qeyd olunan alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə “razılaşma” əldə etmiş və müqaviləni 16 dekabr 2021ci il tarixli saziş əsasında ləğv etdirmişlər. İddiaçı hazırda uşaqları ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Məhkəmə iş üzrə lazımi qaydada araşdırma aparmış və düzgün yekun nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs lazımi qaydada və vaxtında məlumatlandırılmalarına baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrar gəlməmiş və nümayəndələrini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlara əsaslanır: İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 və X5 arasında nikah xx.xx.2016-cı il tarixdə bağlanmışdır. Nikahdan sonra qadın Pirimova soyadını qəbul etmişdir. Yenə iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-500/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixində bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü Nadir və xx.xx.2019-cu il təvəllüdlü Murada münasibətdə Cavabdeh1 atalığının müəyyən edilməsi, tərəflərin birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü Nadir və xx.xx.2019-cu il təvəllüdlü Muradın anası İddiaçı himayəsində saxlanılmaları və onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci tarixdən başlayaraq Cavabdeh1 hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit məbləğdə alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Xaçmaz rayonu, Mollaburhan kəndində yerləşən yaşayış məntəqələri təyinatlı torpaqlara aid 0.10 ha torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ Cavabdeh4, Cavabdeh3, X2 ümumi birgə payları müəyyən olunmaqla qeydə alınmışdır. Mülki işin materiallarında olan AN-İ seriyalı ******* nömrəli, 4Ə-998 reyestr nömrəli, 05 may 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, X1 rayonu Mollaburhan kəndində yerləşən 0,10 ha torpaq sahəsini Cavabdeh1 satmışlar. Yenə iş materiallarında olan 3M-356 reyestr nömrəli, 16 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair sazişdən müəyyən olunur ki, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 Xaçmaz rayon 1 saylı notariat ofisində rəsmiləşdirdikləri xx.xx.2017-ci il tarixli ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsinə dair bağladıqları 4Ə-998 reyestr nömrəli alqı-satqı müqaviləsini ləğv etmişlər. İşə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********27-10301 nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Xaçmaz rayonu, Mollaburhan kəndində yerləşən yaşayış məntəqələri təyinatlı torpaqlara aid 0.10 ha torpaq sahəsi və üzərində tikilmiş 148,4 kv.m fərdi yaşayış evinə dair Cavabdeh2 fərdi yaşayış evinə tam, torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ, Cavabdeh4, Cavabdeh3 və X2 torpaq sahəsinə dair ümumi birgə payları müəyyən olunmaqla mülkiyyət hüququ qeydə alınmışdır. Yenə işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, mübahisəli torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir və yaşayış üçün tam yararlıdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, iş üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası qətnaməni Cavabdeh1 münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərdən İddiaçı və Cavabdeh1 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan iki övladları vardır. Onlar arasındakı nikah xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Onlar birgə nikah dövründə Cavabdeh2 və ailəsinin xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Mollaburhan kəndində yerləşən 0.10 ha torpaq sahəsini 05 may 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almışlar. Alqı-satqı müqaviləsi onlar tərəfindən Cavabdeh1la bağlanmışdır. İddiaçı ilə Cavabdeh1 ailə münasibətləri pisləşdikdən sonra Cavabdeh1 dayısı Cavabdeh2 və onun ailə üzvləri olan digər mülkiyyətçilərlə razılaşaraq 16 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair saziş əsasında mübahisəli torpaq sahəsinə dair 05 may 2017-ci il tarixli müqaviləni ləğv etmişlər. Müqavilənin ləğv edilməsinə dair sazişdən son müddətdə xəbər tutan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, iddia təmin edilmiş, narazı qalan Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası MM-nin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası MM-nin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Ailə Məcəlləsinin 33-cü maddəsinin ümümi məzmununa görə ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Mülki Məcəllənin 225.6-cı maddəsinin tələblərinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Apellyasiya kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarını işin faktiki halları ilə birgə təhlil edərək qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə predmetini təşkil edən Xaçmaz rayonu, Mollaburhan kəndində yerləşən 0,10 ha torpaq sahəsi Cavabdeh1 ilə Qədimova (Pirimova) Aytən Nadirşah qızının birgə nikahları dövründə əldə edildiyindən, sonuncunun həmin torpaq sahəsi üzərində qanuni gözlənti hüququ olmaqla birgə sahiblik və istifadə hüququ yaranmışdır. Bundan başqa tərəflərin izahatlarından, işin faktiki hallarından məlum olduğu kimi yenə tərəflər birgə nikah dövründə həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişlər. Həmin evin tikintisində və təmirində tərəflər birgə iştirak etmişlər və ev hazırda istismara tam yararlı olmaqla, iddiaçı himayəsində olan azyaşlı uşaqları ilə birlikdə orada yaşayır. Başqa sözlə həmin ev hazırda iqtisadi dəyərə malik olan daşınmaz əmlak olmaqla, iddiaçının ən az cavabdeh qədər bu evdə iqtisadi marağı olmuşdur. Mübahisələndirilən sazişin qüvvədə olması halında isə iddiaçı heç bir əsas olmadan sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən də məhrum olur ki, bu hal onun hüquqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin apellyasiya kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, işdən göründüyü kimi mübahisəli torpaq sahəsinə dair tərəflər arasında alqı-satqı müqaviləsi 2017-ci il tarixdə bağlanmış, həmin müqavilənin ləğvi barədə saziş isə 2021-ci ildə yəni 4 il sonra ləğv etdirilmişdir ki, bu sazişə əsas kimi torpaq sahəsinin dəyərinin cavabdehlərə ödənilməməsi qeyd edilmişdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilə tərəfləri öz istəklərinə əsasən müqaviləni ləğv etdirə, yaxud dəyişdirə bilərlər. Lakin hazırkı formada qeyd olunan müqavilənin həmin əsasla ləğv etdirilməsi məsələsinə apellyasiya kollegiyası tənqidi yanaşır. Belə ki, işin tədqiq olunan faktiki hallarından bəlli olduğu kimi torpaq sahəsinin alqı-satqısı barədə 05 may 2017-ci il tarixli müqavilənin tərəfləri satıcı Cavabdeh2 (ailə üzvləri), alıcı Cavabdeh1la dayı-bacıoğlu olmaqla qohumdurlar. Bu müqavilə 4 il ərzində mübahisələndirilməmiş, yalnız hazırkı iş üzrə İddiaçı ilə Cavabdeh1 arasında ailə münasibətləri pozulduqdan sonra ləğv etdirilmişdir. Baxmayaraq ki, həmin torpaq sahəsi üzərində onun dəyərindən dəfələrlə artıq olan dəyərə malik yeni fərdi yaşayış evi inşa edilmişdir. Başqa sözlə, müqavilə predmeti olan əmlak artıq müqavilə bağlanan zaman mövcud olmuş fərdi xüsusiyyətlərə malik əmlak kimi qəbul edilə bilməz. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, bu və ya digər formada əqdin bağlanması, dəyişdirilməsi, eləcə də ləğv edilməsi həmin hallara uyğun olaraq tərəfləri yeni hüquq münasibətlərinə daxil edir. (qarşılıqlı hüquq vəzifələr daşımaq, yaxud bu hüquq və vəzifələrdən azad etmək) İddiaçı mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, eləcə də ona uyğun olaraq həmin müqavilənin ləğv edilməsinə dair sazişin tərəfi olmasa da, həmin müqavilə əsasında əldə edilmiş əmlak birgə nikah dövründə əldə edildiyindən, bu əmlak barəsində müqavilənin ləğvinə dair saziş sonuncu üçün müəyyən öhdəliklərin yaranmasına, yəni zəhməti və vəsaiti hesabına inşa edilmiş və yaşadığı evdən mərhum olmasına səbəb olur ki, iddiaçı həmin sazişin yaratdığı nəticələri bu və ya digər formada arzu etməmişdir. Apellyasiya kollegiyası sadalanan hallardan çıxış edərək hesab edir ki, 3M-356 reyestr nömrəli, 16 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvinə dair saziş tərəflərin gerçək iradə ifadəsi deyil, formal olaraq bağlanmışdır. Məhz bu səbəblə də xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda ləğv edilərkən İddiaçı razılığı alınmamışdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin o, faktı nəzərə alır ki, hazırda hüquqi baxımdan mübahisəli torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin mülkiyyətçisi hesab olunan Cavabdeh2. O cümlədən dagər cavabdeh olan ailə üzvləri qətnaməni mübahisələndirməmiş, dolayısı ilə onun nəticələri ilə razılaşmışdır. Baxmayaraq ki, cavabdeh tərəfin məhkəmədə verdikləri izahatlar o, anlamı verir ki, müqavilə məhz Cavabdeh2 təkidi ilə pozulmuşdur. Belə olan halda, əgər onların dedikləri həqiqətdirsə, Cavabdeh1 müqavilənin ləğvində, inşa edilmiş, yaşayış üçün tam yararlı, öz dediyinə görə inşasına ən azı 30000 manat vəsait qoyulmuş evdən mərum olmasın da marağı olmamalı idi. Başqa sözlə, mübahisələndirdiyi qətnamə onun marağlarını təmin edən sənəddir. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki qanunvericiliyin tələblərinə əsasən əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; əqd hüquqauyğun hərəkətdir; əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə xitamına yönələn hərəkətdir; əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsı müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazım subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1. maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin məcəllənin 404.2. maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Kollegiya işin araşdırılmış halları baxımından hesab edir ki, iddia tərəfinin irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Qeyd olunan sazişin qanuni əsaslarla bağlanmasına dair cavabdeh tərəfin etirazı isə yalnız formal mülahizələrdən ibarətdir. Həmin sazişin qanunvericiliyin tələblərinə zidd bağlanmasına dair iddiaçı tərəfin dəlilləri yetərli və ağlabatan olmaqla, həmin dəlillər, tərəflərin izahatları iş materiallarına əlavə edilmiş sənədlərlə əlaqəlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün istinad edərək alqı-satqı müqaviləsinin ləğvi barədə sazişin etibarsız hesab edilməsi barədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı halda iddiaçılar iddia tələbinin əsaslarını sübut edə bilmişlər. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərinə dair məhkəməyə əsaslı şübhələrdən kənar, mötəbər, legitim sübut təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yekun hüquqi dəyərləndirmə aparmaqla apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi əsasən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(067)-1247/2022 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-266/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-266/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver