Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-267/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı2 və İddiaçı1 nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh-yə qarşı xx.xx.2019-cu il tarixli səhmdarların ümumi yığıncağının qərarlarının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-195/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 2(027)-195/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh-nin səhmdarlarının xx.xx.2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi qət edilmişdir (hakim İlqar Məmmədov). Qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh-nin səhmdarlarının xx.xx.2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Cavabdeh-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır və ləğv edilməlidir. Belə ki, hazırki iddia tələbi Cavabdeh-nin xx.xx.2019-cu ildə keçirilmiş ümumi yığıncaqla qəbul edilmiş qərarlarının etibarsız hesab edilməsi tələbi ilə bağlıdır. Apelyasiya şikayətinə əlavə edilmiş çıxarışdan da göründüyü kimi məhkəmə qətnaməsi qəbul edildiyi zaman Cavabdeh ləğvetmə prosesində deyildi. Beləliklə də hazırki mülki iş üzrə əslində iddiaçıların iddia tələbinin faktiki olaraq predmeti qalmamışdır. Belə ki, onsuz da ləğvetmə prosesində olmayan bir şirkətin ləğvetmə prosesi əsnasında qəbul edilmiş qərarının etibarsız hesab edilməsinə dair irəli sürülən bir iddia tələbinin təmin edilməsi ilə bağlı çıxarılan bir qətnamənin heç bir hüquqi və məntiqi əsası yoxdur. Nəzərə almaq lazımdır ki, hazırki iş üzrə iddiaçılar indiki mülki işdən əlavə olaraq Cavabdeh-yə qarşı Cavabdeh-nin aralıq ləğvetmə balansının təsdiq edilməsi barədə ləğvetmə komissiyasının xx.xx.2018-ci il tarixli qərarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət ediblər. İddiaçılar iddia ərizəsi ilə yanaşı cavabdehin ləğvetmə ilə əlaqədar hərəkətlər etməsinin qadağan edilməsinə dair iddianın təmin tədbiri xarakterli ərizə ilə məhkəməyə müraciət etmişlər. İlk öncə Quba Rayon Məhkəməsi tərəfindən iddianın təmin tədbirinə dair ərizə təmin edilsə də daha sonra mülki iş üzrə iddia tələbi rədd edildiyi üçün iddianın təmin tədbirinə dair qərardad da məhz elə Quba Rayon Məhkəməsinin özü tərəfindən ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə görə iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Həmin qərardad iddiaçılara göndərilmiş, 10 günlük şikayət müddəti keçmiş, bundan sonra Cavabdeh tərəfindən xx xxx 2019-cu il tarixində ləğvetmə ilə bağlı səhmdarların ümumi yığıncağı keçirilmişdir. Göründüyü kimi ümumi yığıncağın keçirilməsi qanuni olduğu kimi yığıncaq nəticəsində qəbul edilən qərar da qanuni olmuşdur. Hazırki iş üzrə iddiaçılar tərəfindən Cavabdeh-yə qarşı digər bir iddia tələbi irəli sürülmüş və həmçinin iddia ərizəsinə əlavə olaraq iddianın təmin tədbirinə dair ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin iddia tələbinin hazırki mülki işin həll edilməsinə birbaşa aidiyyəti olduğunu düşünən hakim tərəfindən mülki iş dayandırılmışdır. Maraqlısı ondan ibarətdir ki, qaldırılmış digər iddia tələbi ilə bağlı yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minməmiş, hakim tərəfindən dayandırılmış hazırki mülki iş üzrə icraat yenilənərək məhkəmə iclası təyin edilmiş, cavabdeh tərəf iştirak etmədən tələsik qətnamə qəbul edilmişdir. Digər bir qəribə hal isə ondan ibarətdir ki, hakimin həllini gözlədiyi digər iddia tələbi üzrə həm birinci instansiya məhkəməsi, həm də apelyasiya məhkəməsi iddia tələbini rədd etmişdir. Göründüyü kimi hazırki mülki iş üzrə icraatın təzələnməsi, işə baxılması və qətnamə qəbul edilməsi qanunsuzdur. İddia tələbi öz məzmunu etibarı ilə kommersiya hüquqi şəxsi olan ASC-nin fəaliyyətinə dair çıxardığı qərarla bağlı olduğuna görə, iş aidiyyət baxımından ümumi məhkəmələrin deyil, kommersiya məhkəmələrinin səlahiyyətinə aiddir. Beləliklə də qətnamə ilə məhkəmə aidiyyəti qaydaları da pozulmuşdur, əsassız qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1-ci maddəsinə əsasən “səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Mübahisə predmeti olan Cavabdeh-nin səhmdarlarının xx.xx.2019-cu il tarixində keçirilmiş ümumi yığıncağının qərarı 95 faiz səs çoxluğu ilə qəbul edilmişdir. Odur ki, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. PROSES İŞ T İ R A K Ç İ L A R İ N İ N İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndəsi X2 iddianı müdafiə edərək göstərdi ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh-nin səhmdarlarıdır. Cəmiyyətə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə tərəflərindən Quba Rayon Məhkəməsinə müraciət edilmişdir. Cəmiyyətin ləğvetmə prosesində olduğunu nəzərə alaraq tərəflərindən Cəmiyyətə ləğvetmə ilə əlaqədar hər hansı hərəkətin edilməsinə qadağanın qoyulması ilə bağlı vəsatət verilmiş və vəsatət məhkəmə tərəfindən təmin edilmişdir. xx.xx.2019-cu il tarixli, 2(027)-692/2019 saylı iş üzrə İddiaçı1 və İddiaçı2 Cavabdeh-yə (Cəmiyyət) qarşı olan Cavabdeh-nin aralıq ləğvetmə balansının təsdiq edilməsi barədə ləğvetmə Komissiyasının xx.xx.2018-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə iddiaları Quba Rayon Məhkəməsi tərəfindən təmin edilməmişdir. Qətnamənin təmin edilməməsi ilə yanaşı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddianın təmin tədbiri olan Cəmiyyətin ləğv edilməsi ilə bağlı bütün hərəkətlərə qadağa qoyulması barədə xx.xx.2019-cu il tarixli qərardad Quba Rayon Məhkəməsi tərəfindən ləğv edilmişdir. Sözügedən Qərardad onlara rəsmi qaydada Quba Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2019-cu il tarixində təqdim edilmişdir. Belə ki, qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində hüquqi qüvvəyə minir. Qeyd edilən qərardaddan Quba Rayon Məhkəməsinə şikayət verilmiş, lakin şikayətin təmin edilib-edilməməsi ilə bağlı nəticə hələ də tərəflərə bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 163.4-cü maddəsinə əsasən iddianı təmin etməni ləğv etmək haqqında və yaxud iddianın bir növünü digəri ilə əvəz etmək haqqında qərardaddan şikayətin verilməsi qərardadın icrasını dayandırır. Bu isə o deməkdir ki, Cavabdeh-yə Quba Rayon Məhkəməsi tərəfindən tətbiq edilən iddianın təmin tədbiri xx.xx.2019-cu il tarixində qüvvədə olmuş, buna baxmayaraq, sözügedən qərardad qüvvədə olduğu halda Cəmiyyət xx.xx.2019-cu il tarixdə Cəmiyyətin ləğv edilməsi ilə bağlı Səhmdarların Yığıncağını keçirmiş və Azərbaycan Dövləti adından çlxarılmış məhkəmə sənədini icra etməkdən boyun qaçırmışdır. Halbuki iddianın təmin tədbirinin məzmunu məhz Cəmiyyətin ləğv edilməsi ilə bağlı hər hansı hərəkətlərinin edilməsinə qadağanın qoyulması olmuşdur. Bundan başqa Məcəllənin 107-6.3-cü maddəsinə əsasən səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir. Məlumat üçün qeyd edir ki, Cavabdeh-yə qanunsuz əsaslarla keçirilmiş xx.xx.2019-cu il tarixli protokolunun surətinin onlara təqdim edilməsi ilə bağlı müraciət edilmişdir. Bundan əlavə olaraq həmin müraciətdə Mülki Məcəlləninin 106-1.3.2-ci maddəsini rəhbər turaraq ləğvetmə balansının və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatının, Cəmiyyətin son rüb üzrə balans hesabatının və 2018-ci il üzrə maliyyə hesabatlarının və onların yoxlanılmasına dair auditorun rəyinin onlara təqdim edilməsi xahiş edilmişdir. Lakin qeyd edilən sənədlər bu günə qədər onlara təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh-nin səhmdarlarının xx.xx.2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 eyni məzmunlu izahat verərək apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçıların izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli,iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş materialalrından müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə baxılarkən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəmənin icraatına daxil olduqdan sonra baxılması üçün təyin edilmiş və işə baxılaraq qətnamə qəbul edilmişdir. Azərbaycan Respbublikası Mülki Prosessul Məcəlləsinin 270-ci maddəsinə əsasən məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayıca prosessual hərəkət barədə protokol tərtib edilir. Həmin Məcəllənin 271.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Həmin Məcəllənin 271.2.2-ci maddəsinə əsasən protokolda məhkəmə iclasının başlanma və qurtarma tarixi, 271.2.14-cü maddəsinə əsasən qətnamənin və qərarddaların elan edilməsi və məzmununun izah edilməsi, 271.1.16 maddəsinə əsasən protokolun tərtib olunma tarixi qeyd edilməliir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2(027)-2002/2019 saylı bildirişdən görünür ki, işin məhkəmədə baxılması xx.xx.2019-cu il tarixə, saat 12:00-a təyin edilmiş, tərtib edilmiş xx.xx.2019-cu il tarixli protokoldan isə gorünür ki, məhkəmə iclasının başlama saatı 10:15 kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2(027)2002/2019 saylı qərardadda (i.v.16) məhkəmə iclasının təyin edilmə tarixi üzərində düzəlişlər edilmişdir. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)2002/2019 saylı qərardadı ilə Quba rayon icra və probasiya şöbəsinə verilmiş sorğuya cavab alınanan kimi iş üzrə icraat dayandırılmış, həmin tarixdə Quba rayon icra və probasiya şöbəsinə sorğu verilmiş, lakin sorğuya cavab alınmadan iddiaçıların ərizəsi əsasında iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il taixli məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iclası xx xxx 2020-ci il tarixdə, saat 11-00-da başlamış, tərəflərin çıxışından sonra sədrlik edən müşavirə otağına getmiş, qayıtdıqdan sonra qətnaməni elan edərək şikayət vermə qaydasını və müddətini, protokola tanış olmaq hquqlarını elan etmiş, məhkəmə iclasını bağlı elan etmiş, protokolun xx xxxx 2020-ci il tarixdə tərtib olunduğu qeyd olunmuşdur. Lakin iş materiallarında görünür ki, məhkəmə iclasının protokolunun tarixi ilə qətnaməni qəbul edilmə tarixi arasında ziddiyyət vardır. Belə ki, məhkəmə iclas protokolunda məhkəmə iclasının xx.xx.2020-ci il tarixdə bitməsi, sədrlik edənin qətnaməni elan etməsi qeyd olunmasına baxmayaraq, qətnamənin tarixi xx xxx 2020-ci il kimi qeyd olunmuşdur. Halbuki 07 iyül 2020-ci il tarixdə hər hansı bir məhkəmə prosesi təyin olunmamış, ədalət mühakiməsi aparılmamışdır. Bundan başqa qətnamənin tərəflərə göndərilməsinə dair xx xxxx 2020-ci il tarixli məktubda da məhkəmənin xx xxxx 2020-ci il tarixli qətnaməsinin surətinin göndərildiyi bildirilir. Eləcə də apelyasiya şikayətində Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)- 195/2020 saylı qətnaməsi mübahisələndirilmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, xx xxxx 2020-ci il tarixdə məhkəmə iclasının keçirilməsi, qətnamənin qəbul edilməsi iş materiallarından görünmür. Bununla da məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin ləğvi üçün əsas hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaya iddia həcmində qiymət verilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Quba Rayon Məhkəməsinin 2(027)-692/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddianı təmin tədbiri barədə ərizəsi qismən təmin edilmiş, mübahisə həll edilənədək Cavabdeh-nin ləğvi ilə bağlı hərəkətlərə qadağa qoyulmuşdur. Belə ki, iş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-692/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ləğv prosesində olan “X4” Açıq Səhmdar Cəmiyyətinin aralıq ləğvetmə balansının təsdiq edilməsi barədə ləğvetmə Komissiyasının xx.xx.2018-ci il tarixli Qərarının etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-692/2020 saylı, xx xxx 2019-cu il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 2(027)-692/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli iddianı təmin etmə tədbiri barədə qərardadı ləğv edilmişdir. Bundan başqa Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-4299/2019 saylı, xx.xx.2019-cu il tarixli qəradadı ilə Quba Rayon Məhkəməsinin 2(027)-692/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı həmin iş üzrə qətnamə qanuni qüvvəsini almadan qəbul edildiyinə görə ləğv edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-474/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-692/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-5.4-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və həmin tarixli qərardad ilə iddianın təmin tədbiri olan Cavabdeh-nin ləğv edilməsi ilə bağlı bütün hərəkətlərə qadağa qoyulması barədə xx.xx.2019-cu il tarixli qərardad ləğv edilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı iddiaçılara xx.xx.2019-cu il tarixində təqdim edilmiş və qərardaddan verilmiş şikayətə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qəradadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-692/2019 saylı qərardadı həmin iş üzrə qətnamə qanuni qüvvəsini almadan qəbul edildiyinə görə ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinin tələblərinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianə təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Müəyyən edilmişdir ki, iddianın təmin tədbiri olan Cavabdeh-nin ləğv edilməsi ilə bağlı bütün hərəkətlərə qadağa qoyulması barədə məhkəmənin 2(027)-692/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı qüvvədə olmasına baxmayaraq cavabdeh tərəfindən xx xxx 2019-cu il tarixdə yığıncaq keçirərək qərara qəbul etmişdir. İş materiallarında olan Cavabdeh-nin səhmdarlarına ünvanladığı xx xxxxx 2019-cu il tarixli bildirişin surətindən görünür ki, ləğv prosesində olan Cavabdeh səhmdarlarının, yekun dəğv etmə balansının və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiqi məqsədi ilə təşkil olunan ümumi yığıncağı xx xxx 2019-cu il tarixdə keçiriləcəkdir. Bundan başqa apelyantın apelyasiya şikayətindən də görünür ki, xx xxx 2019-cu il tarixdə Cavabdeh-nin ümumi yığıncağının iclası keçirilərək qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh-nin səhmdarlarının xx.xx.2019cu il tarixdə keçirilmiş ümumi yığıncağında qəbul edilmiş qərarlar etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası cavabdeh təşkilat tərəfindən verilmiş işin kommersiya məhkəməsinə aid olması səbəbindən qətnamənin ləğv edlərək işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə barədə ərizəsinə qiymət verərək qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Lakin hazırki işdən görünür ki, iddia ərizəsi iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aid deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsinə dair cavabdehin apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirirərək əsassız hesab edir. Bununla da məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia tələbi həcmində iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-195/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh-nin səhmdarlarının xx.xx.2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağında qəbul edilmiş qərarların etibarsız hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2.2,392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-195/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh-nin səhmdarlarının xx.xx.2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağında qəbul edilmiş qərarların etibarsız hesab edilsin. Apelyasiya şikayəti qismən təmin edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-267/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-267/2021
16.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver