Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2683/2020 29.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlundan və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4596/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-ə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək, cavabdehin yaşadığı Sumqayıt şəh., 76-cı məh., 3-cü sahə, Çerkassi küç., ev 3/4 - ə elektrik enerjisinin verilməsinin dayandırlmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4596/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilməmişdir (hakim Əfqan Ələkbərov) Qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi, ərizənin təmin edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4596/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/4 , köhnə yanacaq doldurma məntəqəsində məskunlaşmışdır. Həmin ev faktiki olaraq onun istifadə və sahibliyindədir. xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən evin elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, güya evin elektrik Smart sayğacın giriş və çıxış xətlərini birləşdirərək birbaşa kənar qoşulmuşdur. Həmin akt əsasında ona 1280,62 manat cərimə hesablanmışdır. Həmin aktı əsassız hesab edir. İstehlakçı olaraq onun hüquqları pozulmuşdur. Borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir. Həmçinin cavabdeh təşkilat ondan cərimənin ödənilməsini tələb edir. Pulu ödəmədiyi təqdirdə elektrik enerjisinin verilməsinin dayandırılcağı bildirilir. Hazırda cərimənin silinməsi üçün məhkəməyə müraciət edib. Məhkəmə mübahisəsi aylarla davam edə bilər. Həmin müddət ərzində evə elektrik enerjisinin dayandırılması qanunsuz və əsassızdır. İstehlakçı olaraq hüquqlarını pozur. Bu səbəbdən də elektrik enerjisinin dayandırılması cavabdeh təşkilata qadağan olunmalıdır. Lakin məhkəmə ərizəni təmin etməmişdir. Həmçinin qeyd edir ki, evin abunə kodu xx.xx.2010-cu ildə vəfat etmiş mərhum əri X1 adınadır. Bu səbəndən borcun silinməsinə dair ərizə ilə özü müraciət edib. Evə dair sənədə gəlincə məcburi köçkündür, mvüvəqqəti qeyd edilən yanacaq doldurma məntəqəsində məskunlaşıb. Bu səbəbdən evə dair hər hansı sənəd əlavə edə bilməz. Həmin ünvanda məskunlaşmağı barədə arayış təqdim etmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadın ləğv edilməsi, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi-hakimin məruzəsini, şikayətin dəlillərini nəzərə alıb və işin faktiki hallarına qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1984/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddianın təmin tədbiri barədə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının sözügedən mənzillə bağlı icarədar və ya mülkiyyətçi olmasına dair sübutlar əlavə olunmadığından, eyni zamanda, həmin ünvan üzrə abunəçi X1 olmasını müəyyən edərək ərizəni təmin etməmişdir.. Məhkəmə kollegiyası bu nəticə ilə razılaşmır və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi H,Q.Qarayevanın ərizəsini təmin etməyərkən düzgün nəticəyə gəlməmişdir. Bu nəticə həm işin faktiki hallarına, həm də MPM-nin 157-ci maddəsinin tələblərinə uyğun gəlmir. İş materiallarından görünür ki, hazırki iş üzrə İddiaçı Ağdam rayonu, Güllücə kəndində rəsmi qeydiyyatdadır və məcburi köçkün kimi ünvan 2 ünvanında yerləşən köhnı yanacaq doldurma məntəqəsində məskunlaşmışdır. İş materaillarında olan abunə haqqında arayışdan görünür ki, abunəçi kimi X2 qeyd edilmişdir. İş materiallarından görünür ki, X2 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Göründüyü kimi, evə dair abunəçi kimi X2 qeyd edilsə də, həmin şəxs vəfat etmiş, həmin evdə hazırda İddiaçı yaşayır və abunəçi kimi elektrik enerjisindən istifadəyə görə ödənişlər onun tərəfindən ödənilir. İş materiallarından görünür ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən akt tərtib edilərkən abunəçi kimi Həsən Qarayev qeyd edilmiş, həmin akta əsasında hesablanmış cərimənin silinməsi üçün X1 arvadı İddiaçı məhkəmədə iddia qaldırmışdır. Hazırki iddia üzrə məhkəmə proseslərinin uzun müddət çəkəcəyi nəzərə alınarsa iddiaçının evinə elektrik enerjisinin verilməsinin dayandırılması istehlakçı kimi onun hüquqlarını pozacaqdır və məhkəmə proseslərinin davam edəcəyi dövrlər iddiaçı elektrik enerjisindən istifadə edə bilməyəcəkdir. Bu səbəbdən də hazırki iddiaya baxılıb yekun qərar qəbul edilənədək elektrik enerjisinin dayandırılması cavabdeh təşkilata qadağan edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi təmin ediləcəyi halda, yəni hesablanmış cərimə silinəcəyi halda iddiaçının yaşadığı mənzil üzrə elektrik enerjisinə görə borc olmayacaqdır. Bununla da borc olmayacağı halda elektrik enerjisinin dayandırılması istehlakçı kimi iddiaçının hüquqlarını pozacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunvericiliyin tələblərinə görə iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.2-158.1.3-cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehə müəyyən hərəkətləri etməyi və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etməyə haqlıdır. İşə baxan məhkəmə isə yuxarıda göstərilən hallara düzgün qiymət verməmiş, iddiaçının yaşadığı evə elektrik enerjisinin verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi barədə iddiaçının vəsatətini təmin etməmişdir. Buna görə də, qərardad ləğv edilməli, iddianı təmin etmə tədbiri barədə ərizə təmiş edilməli, iddiaçının yaşadığı Sumqayıt şəh., 76-cı məh., 3-cü sahə, Çerkassi küç., ev 3/4 - ə (abunəçi X2, abunə kodu **********00697) elektrik enerjisinin verilməsinin dayandırılması cavabdeh xxxxxxxx ASC-yə qadağan edilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395-396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1984/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilsin. İddiaçının yaşadığı Sumqayıt şəh., 76-cı məh., 3-cü sahə, Çerkassi küç., ev 3/4 - ə (abunəçi X2, abunə kodu **********00697) elektrik enerjisinin verilməsinin dayandırılması cavabdeh xxxxxxxx ASC-yə qadağan edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2683/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2683/2020
29.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver