Məhkəmə qərarları › İş №2(105)-2685/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2685/2020

09.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2685/2020 09.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X59 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı Novruzova (Kərimova) Şəlalə Almas qızının vəkili və nümayəndəsi X45, İlk iddia üzrə İddiaçı2 İsgəndər oğlunun, İşə cəlb edilməyən, lakin çıxarılmış qətnamə hüquq və vəzifələrinə toxunun şəxs Maraqlı şəxs vəkili və nümayəndəsi X20, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 2 saylı X43 nümayəndəsi X11 iştirakı ilə, İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı qərarın qismən etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdakı payların müəyyən edilməsi tələbinə dair ilk iddiasına, qarşılıqlı iddia üzrə iddiaçı X25 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, X52, X53, X46 və X29 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair qarşılıqlı iddiasna dair mülki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(060)-1216/2018 saylı qətnaməsindən işə cəlb edilməyən, lakin çıxarılmış qətnamə hüquq və vəzifələrinə toxunun şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(060)-1216/2018 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 15.517.3 saylı qərarının 31-ci bəndinin “vətəndaş Cavabdeh1 istifadəsindədir” hissəsinin etibarsız hesab edilməsi və onun adına Sumqayıt şəhəri, Corat qəsəbəsi, 26 saylı evə dair Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 237 saylı, xx xxxxxxxx 1990-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi qət edilmiş, ilk iddia qalan hissədə, qarşılıqlı iddia isə tamamilə təmin olunmamışdır. (hakim F.Əliyev) Qətnamədən işə cəlb edilməyən, lakin çıxarılmış qətnamə hüquq və vəzifələrinə toxunun şəxs Maraqlı şəxs apelyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(060)-1216/2018 saylı qətnaməsinin qismən-ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması hissələrində ləğv edilməsini, ilk iddianın Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 15.517.3 saylı qərarının qismən etibarsız hesab edilməsi hissəsində işin icraatına xitam verilməsi, Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 237 saylı, xx xxxxxxxx 1990cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi hissəsində ərizənin baxılmamış saxlanılması və qarşılıqlı iddianın isə tamamilə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsilə məhkəməyə müraciət eədərk, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 15.517.3 saylı qərarının 31-ci bəndinin “vətəndaş Cavabdeh1 istifadəsindədir” hissəsinin etibarsız hesab edilməsi, onun adına Sumqayıt şəhəri, Corat qəsəbəsi, 26 saylı evə dair Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 237 saylı, xx xxxxxxxx 1990-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, mübahisəli evə dair onlar tərəfindən mirasın qəbul edilmiş hesab olunması və miras əmlakdakı bərabər paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia ərizəsi İddiaçı1 və İddiaçı2 tərəfindən bununla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 26 saylı yaşayış evi onların X44 qızma məxsus olmuşdur. Həmin ev nənələrinin ata evi olmuşdur. Həmin evdə nənə, baba və valideynləri ilə yaşamışlar. X1 həmin evi vəsiyyətnamə üzrə İddiaçı2 vəsiyyət etmiş, 1987-ci ildə vəfat etmişdir. Bundan sonra, onlar və valideynləri həmin miras əmlakı qəbul edərək orada yaşamağa davam etmişlər. Valideynləri sağ olduğu üçün İddiaçı2 vəsiyyatnaməni icra etdirməmiş və həmin vəsiyyətnamə icrasız qalmışdır. X7 xx.xx.2002-ci il tarixdə, anası X30 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Hazırda onlar miras əmlakı qəbul etmişlər və ondan istifadə edirlər. Bunu qonşular və müvafiq icra nümayəndəliyinin arayışı təsdiq edir. Miras əmlaka dair vərəsəlik sənədlərini rəsmiləşdirmək istəyəndə müvafiq icra nümayəndəliyindən bildirmişlər ki, mübahisəli ev onların ailəsinə tam yad olan başqa bir şəxsin, Cavabdeh1 adına qeydə alınmışdır. Bunun səbəbini öyrəmək üçün Sumqayıt şəhərindəki arxiv idarəsinə sorğu ilə müraciət etmişlər və arxiv arayışından məlum olmuşdur ki, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 15.517.3 saylı qərarının 31-ci bəndi ilə sözügedən ev şəxsi mülk kimi qeydə alınması qərara alınmış və istifadəçi kimi onların ailəsinə heç bir aidiyyatı olmayan, vərəslər sırasına daxil olmayan cavabeh Cavabdeh1 göstərilmişdir. Evə mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi verilməsi zərurəti ilə əlaqədar evlərin qeydiyyatı aparılarkən həmin vaxt Corat qəsəbə nümayəndəsi işləyən Qasımov İsgəndər öz vəzifə səlahiyyətlərindən istifadə edərək həmin evi oğlu Cavabdeh1 adına qeydə almışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. X47 qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək, İddiaçı1, X52, X53, X46 və X26 əmlakları ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80,9 kv.metrlik 26 saylı evdən çıxarılmaları barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini X47 bununla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80,9 kv.metrlik 26 saylı fərdi yaşayış evi Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 31 saylı, xx.xx.1990-cı il tarixli iclas protokolundan çıxarışa əsasən əri Cavabdeh1 məxsus olmuşdur. Cavabdeh1 ilə xx.xx.1989-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur və bu nikahdan 2 övladı vardır. Cavabdeh1 xx.xx.2007-ci il ixdə Sumqayıt şəhərində vəfat etmişdir. Onun vəfatından sonra, ona məxsus mübahisəli ev miras əmlak kimi xüsusi mülkiyyət hüququ əsasında ona (4/6 hissə), övladları X21 (1/6 hissə) və X31 (1/6 hissə) məxsus olmaqla bu barədə xx xxxxxx 2015-ci il tarixdə qeydiyyat aparılmış və AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyestrindən RX ******* saylı çıxarış verilmişdir. İddiaçı1, X52 və onların üç uşağı-X53, X46 və X48 onun ailə üzvləri deyillər. Cavabdehlər onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evində əri Cavabdeh1 qohumları olduğundan qeydiyyatsız, kirayəçi kimi yaşayaraq istifadə etmişlər. Əslində cavabdehlər ünvan 1 ünvanında qeydiyyatdadırlar. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehlər onun və övladlarının mülkiyyətində olan mübahisəli evdən çıxmaq istəmirlər. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İşə cəlb edilməyən, lakin çıxarılmış qətnamə hüquq və vəzifələrinə toxunun şəxs Maraqlı şəxs apelyasiya şikayəti verərək göstərmişdir ki, işə baxarkən birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə faktiki olaraq onun da mülkiyyətçisi olduğu fərdi yaşayış evinin və üzərində yerləşən torpaq sahəsinin müqəddəratını həll edərkən bu məhkəmə prosesinə fərdi yaşayış evinin paylı mülkiyyətçilərindən və Cavabdeh1 hüquqi varislərindən biri olaraq onu cəlb etməməklə hüquqlarını və qanuni mənafeyimi birbaşa və aşkar şəkildə pozmuşdur. Məhkəmə irəli sürülmüş iddia tələblərinə hüquqi qiymət verərkən mübahisəli fərdi yaşayış evinin hüquqi statusu barədə düzgün nəticəyə gəlməmiş, hər hansı mötəbər sübutlara əsaslanmadan və müvafiq mülkiyyət münasibətlərini tənzimləyən qanun normalarına istinad etmədən, mübahisələndirilən fərdi yaşayış evinin mərhum X18ma məxsus olması barədə əsassız qənaətə gəlmişdir. Halbuki iş materiallarında olan sənədlərdən də görünür ki, X2 sözügedən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 26 saylı fərdi yaşayış evi üzərində qanunvericiliklə müəyyən olunmuş qaydada mülkiyyət hüququ mövcud olmamışdır. Bu səbəbdən məhkəmənin qətnamənin əsaslandırıcı hissəsində istinad etdiyi X2 ölümünə 9 gün qalmış İddiaçı2 adın verdiyi fərdi yaşayış evinə dair vəsiyyətnamənin hər hansı hüquqi qüvvəsi mövcud ola bilməz. Eyni zamanda, iddiaçıların onun mərhum atası Cavabdeh1 yad bir adam olması və bu ailəyə hər hansı aidiyyətinin olmaması barədə bildirdikləri də həqiqətə uyğun deyildir. Belə ki, mərhum atası Cavabdeh1 iddiaçıların dayısı olmuşdur. Atası Cavabdeh1 ilə iddiaçıların mərhum anaları X30 atadan bir, anadan ayrı bacı-qardaş olmuşlar. Mərhum babası Qasımov İsgəndər ilə iddiaçıların mərhum babaları X27 ögey qardaşlar olmuşlar. X4 və həyat yoldaşı X15 övladları olmadığından, babası Qasımov İsgəndər öz qızını onlara övladlığa vermiş və bu səbəbdən həmin qızın doğum şəhadətnaməsində valideynləri kimi bioloji valideynlərinin deyil, onu övladlığa götürmüş X14 və həyat yoldaşı X15 adları göstərilmişdir. Yəni iddiaçıların anaları mərhum X30 onun mərhum atası Cavabdeh1 bacısı olduğundan, Cavabdeh1 yad bir şəxs kimi göstərməklə iddiaçılar mübahisələndirdikləri ünvan 2 ünvanında yerləşən həyətə və evə onun hüququnun olmaması barədə məhkəmədə bilirdikləri tamamilə əsassızdir və həqiqi faktları əks etdirmir. X6 həyat yoldaşı X15 1965-ci ildə vəfat etməsindən sonra, həmin ailəyə öz qardaşının ailəsi kimi babam Qasımov İsgəndər baxmış, onların ehtiyaclarını təmin etmiş, hətta iddiaçıların mübahisələndirdikləri fərdi yaşayış evini öz vəsaiti ilə tikdirmişdir. Bu səbəbdən də X6 vəfatından sonra, həmin fərdi yaşayış evi mərhum atası Cavabdeh1 adına rəsmiləşdirilmişdir. X2 vəfatından sonra, həmin evdə iddiaçıların və onların mərhum analarının yaşadıqları barədə bildirdikləri də həqiqəti əks etdirmir. İddiaçılar evsiz qaldıqları üçün mərhum atasının qohumları olduqları üçün onun razılığı əsasında bu evdə yaşamağa başlamışlar. Buna baxmayaraq məhkəmə X2 mübahisələndirilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərinin olmamasına əhəmiyyət verməyərək, iddiaçıların həmin fərdi yaşayış evinin onların sanki qanuni istifadəsində olması barədə tamamilə əsassız bir nəticəyə gəlmişdir. İddiaçıların, ümumiyyətlə belə bir iddia tələbi ilə çıxış etmələri üçün subyektiv hüquqları mövcud deyildir, lakin məhkəmə bu hallara nəinki hüquqi qiymət verməmiş, işə baxarkən daşınmaz əmlak üzərində hüququn yaranması, hüquqların əldə edilməsi və müvafiq qeydiyyatdan keçməsi barədə münasibətləri tənzimləyən qanun normalarına da əhəmiyyət verməmiş və onları tətbiq etməmişdir. Eyni zamanda, məhkəmə mərhum atası Cavabdeh1 hüquqi varislərini müəyyən edərkən, nədənsə yalnız anası X32 hüquqi varis sayaraq nə onu, nə də qardaşı X22 mərhum Cavabdeh1 hüquqi varislərini kimi məhkəmə prosesinə cəlb etməmişdir. Halbuki, qanunvericiliyə görə onunla qardaşı da mərhum Cavabdeh1 hüquqi varisləridir və mübahisələndirilən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında onların mülkiyyətindədir. Məhkəmə iddia tələblərini qismən təmin edərkən unutmuşdur ki, ləğv olunan sərəncam və qeydiyyat vəsiqəsi onunla qardaşının paylı mülkiyyətçisi olduğu fərdi yaşayış evi ilə bağlı tərtib olunmuşdur. Bütün bu sadalanan məhkəmə tərəfindən yol verilmiş qanun pozuntuları çıxarılmış məhkəmə qətnaməsinin qeyri-obyektivliyini və müvafiq qanun normalarına zidd oldğunu tam aydınlığı ilə göstərir. Digər tərəfdən iddianın bir hissəsi inzibati icraat qaydasında baxılmalı, bir hissəsi üzrə isə baxılmamış saxlanılmalıdır. Beləliklə, məhkəmə iş üzrə müvafiq qanun normalarını səhv tətbiq edərək iddiaçıların iddia tələblərinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə mübahisəli fərdi yaşayış evinin X4na məxsus olması qənaətinə gələrək mərhum atası Cavabdeh1ov İsgəndər oğlunun həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun yaranması faktını şübhə altına aldığı halda, mübahisə predmeti olan tikili ilə bağlı məsələni həll edərkən həmin fərdi yaşayış evinin paylı mülkiyyətçilərindən biri kimi onu nədənsə prosesə cəlb etməmiş, bunun nəticəsində düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(060)-1216/2018 saylı qətnaməsi qismən-ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması hissələrində ləğv edilməli, ilk iddianın Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 15.517.3 saylı qərarının qismən etibarsız hesab edilməsi hissəsində işin icraatına xitam verilməli, Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 237 saylı, xx xxxxxxxx 1990-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi hissəsində ərizə baxılmamış saxlanılmalı və qarşılıqlı iddianın isə tamamilə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı Maraqlı şəxs vəkili və nümayəndəsi X33 apelyasiya şikayətilə eyni məzmunlu izahat verərək əlavə etdi ki, hazırki iş qismən aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Tələbin Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 15.517.3 saylı qərarının qismən etibarsız hesab edilməsi hissəsi inzibati icraatın perdmetidir və mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Bu tələbə baxılıbqurtaranadək iddianın Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 237 saylı, xx xxxxxxxx 1990-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi hissəsi baxılmamış saxlanmalıdır. Təmsil etdiyi şəxsin adına olan reyestrdən çıxarış isə hazırda qüvvədə olduğundan cavabdehlərin mübahisəli evdən çıxarılmaları barədə qarşılıqlı iddia təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı2 İsgəndər oğlu, o cümlədən digər ilk iddia üzrə iddiaçı Novruzova (Kərimova) Şəlalə Almas qızının vəkili və nümayəndəsi X60 şikayətlə razılaşmadılar və qətnamənin qanuni olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 2 saylı X43 nümayəndəsi X23 məhkəmə kollegiyasının iclasında münahisənin məhkəmənin mülahisəzinə buraxdığını bildirdi. İlk iddia üzrə cavabdehlər X47 və Sumqayıt şəhər İcra Hakimiyyəti, habelə qarşılıqlı iddia üzrə cavabdehlər X52, X53, X46 və X48 apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin və onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 saylı, xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, Corat qəsəbə nümayəndəliyində saxlanılan təsərrüfat kitablarına əsasən qəsəbədəki 26 saylı fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2015-ci il tarixli aktdan görünür ki, X14 (1910-cu ildə Corat qəsəbəsində anadan olub oktyabr 1987-ci ildə vəfat edib) iki nəfər ailə üzvü ilə birgə, həyat yoldaşı X27 (xx xxxxxx 1965-ci ildə vəfat edib), qızı Kərimova (Seyidova) Elmira Sübhan qızı (1949-cu ildə anadan olub və xx xxxxxx 2010-cu ildə vəfat edib) ilə vəfatına qədər Corat qəsəbəsi, ev 26-da yaşamışlar. X30 həyat yoldaşı X40 və 5 uşağı ilə birgə vəfatma qədər həmin ünvanda yaşayımışlar. Hal-hazırda Corat qəsəbəsi, ev 26-da X19 övladı İddiaçı1 4 nəfər ailə üzvü ilə birgə yaşayır. İşə əlavə edilmiş 49/2 saylı, xx.xx.2015-ci il tarixli arxiv çıxarışından görünür ki, Corat qəsəbəsində yerləşən 31 fərdi evin şəxsi mülk kimi qeydə alınması, Sumqayıt şəhər Tİ və UBna həmin fərdi evi şəxsi mülk kimi qeydə almaq və şəxsi mülkü təsdiq edən texniki və hüquqi sənədləri vətəndaşlara vermək tapşırılmışdır. Yaşayış evi № 26 (yaşayış sahəsi 35,10 m2, köməkçi sahəsi 57,80 m2, qaraj 37,40 m2) vətəndaş Cavabdeh1 istifadəsindədir. Ev 1956-cı ildə tikilib. Yenə iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxx 2015-ci il tarixli məktubdan görünür ki, Corat qəsəbəsində yerləşən, 26 saylı fərdi yaşayış evinə 1988-ci ilin fevral ayında DTİ və MHQ idarəsi tərəfindən Cavabdeh1 adına texniki pasport tərtib edilmişdir. Fərdi yaşayış evi Corat qəsəbəsi XDS İK-nin xx xxxxxx 1990-cı il tarixli, 11 nömrəli iclas protokolundan çıxarış və Sumqayıt şəhər XDS İK-nin xx xxxxxxxx 1990-cı il tarixli, 31 nömrəli iclas protokolundan çıxarış əsasında mülkiyyət hüququ üzrə Cavabdeh1 adına DTİ və MHQ idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və 237 nömrəli, xx xxxxxxxx 1990-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. İşə əlavə edilmiş İ-ИE N069849 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X34 xx xxxxxx 1949-cu il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X8, anası X10r. İş materiallarında olan ЖГ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X41 xx xxxx 1970-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X12, anası X24r. Yenə iş materiallarında olan A3 406127 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxx 1972-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X12, anası X24r. Yenə də iş materiallarında olan AZ-İ seriyalı, 187963 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.2002-ci ildə ölmüşdür. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 825 saylı, xx xxxxx 2016-cı il tarixli arayışından görünür ki, İddiaçı1, X52, X53, X46 və X13 qəsəbəsi, ev 26 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı Mənzil Kommunal Sahəsinin 468 saylı, xx.xx.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı1 ünvan 4 ünvanında qeydiyyatdadır. Dövlət Notariat Arxivi tərəfindən verilmiş notariat işindən görünür ki, Sumqayıt şəhəri, 1 saylı dövlət notariat kontorunda xx xxxxxxx 1987-ci il tarixdə 21 nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə ilə Qəmər Hüseynbala qızı ona məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 26 saylı evi İddiaçı2 vəsiyyət etmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbəsi ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 2129 saylı, xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, mərhum X16 şəhəri, Corat qəsəbəsi, ev 26 ünvanında 1954-cü il tarixdən xx.xx.1987-ci il tarixə kimi qeydiyyatda olmuş, xx.xx.1987-ci il tarixdə vəfat etmiş və vəfatına kimi həmin ünvanda yaşamışdır. İş materiallarında olan AZ-İ seriyalı, 838982 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Yenə iş materiallarında olan AZ-İ seriyalı, 811949 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1987-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbəsi ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 2566 saylı, xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yaşamış X38 1910-cu ildə anadan olmuş, xx.xx.1987-ci ildə vəfat etmişdir. Həyat yoldaşı X27 xx.xx.1965-ci il tarixdə vəfat etmişdir. xx.xx.1990-cı il tarixdən ev sahibi Cavabdeh1 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. xx.xx.1968-ci il təvəllüdlü X47 xx.xx.2016-cı ildən qeydiyyatdadır, xx.xx.2015-ci ildən 4/6 hissədə ev sahibidir, 1992-ci il təvəllüdlü X35 1/6 hissədə və X49 1/6 hissədə ev sahibidirlər. Yenə iş materiallarına əlavə olunmuş 125/2 nömrəli, xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş Sumqayıt şəhər xalq deputatları Soveti İcraiyyə Komitəsini iclasının 31 nömrəli, xx.xx.1990-cı il tarixli protokolu və 15.517.3 nömrəli qərarına əsasən ünvan 2 Cavabdeh1 istifadəsindədir. Ev 1956cı ildə tikilmişdir. Yenə də iş materiallarına əlavə olunmuş 23 nömrəli, 1983-cü il tarixli tədiyyə bildirişindən görünür ki, X3 şəhəri, Corat qəsəbəsi, ev 26 ünvanına dair vergiləri dəmişdir. İş materiallarına əlavə olunmuş 1984-1988-ci il tarixli tikilinin könüllü sığortalanması haqqında əhadətnamələrdən görünür ki, X3 şəhəri, Corat qəsəbəsi, ev 26 ünvanına dair sığorta ödənişlərini ödəmişdir. İşdə olan 79 nömrəli, 1993-1994-cü il tarixli tədiyyə bildirişlərinin surətindən görünür ki, ünvan 2 ünvanına dair torpaq vergisini İddiaçı2 ödəmişdir. Yenə işdə olan xx xxxx 1997-ci il tarixli əmlakın könüllü sığorta şəhadətnaməsindən görünür ki, X5 şəhəri, Corat qəsəbəsi, ev 26 ünvanına dair sığorta ödənişi etmişdir. Yenə də işdə olan Corat Bələdiyyəsinin 2012-ci il tarixli qəbzlərindən görünür ki, ünvan 2 ünvanına dair əmlak-torpaq vergisini İddiaçı1 ödəmişdir. İş materiallarına əlavə olunmuş 1988-ci il (yanvar) tarixli texniki pasportun surətindən görünür ki, ünvan 2-a dair Xədicə Almas qızının adına passport tərtib olupmuşdur. Mübahisəli evə dair işdə olan arxiv sənədlərində olan texniki pasportdakı qeyddən görünür ki, Cavabdeh1 adına Sumqayıt şəhəri, Corat qəsəbəsi, 26 saylı evə dair texniki pasport 1990-cı ildə tərtib edilmişdir. İşə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9363/2015 saylı, xx.xx.2015ci il tarixli qiyabi qətnaməsindən görünür ki, Cavabdeh1 İgəndər oğluna məxsus olmuş, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 26 saylı evin miras kimi X47 tərəfindən qəbul edilməsi və vərəsəliyin rəsmiləşdirilməsi üçün tələb olunan mirasın qəbulu müddəti bərpa olunmuşdur. İşə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8316/2016 saylı, xx xxx 2016cı il tarixli qərardadından görünür ki, X25 mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9363/2015 saylı, xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsi ləğv olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8316/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, X25 mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə barədə ərizəsi baxılmamış saxlanılmışdır. İşdə olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 0,01417 ha torpaq sahəsində yerləşən 80,9 kv.metrlik 26 saylı yaşayış evinin 4/6 hissəsinə xx.xx.2015-ci il tarixdə X25 mülkiyyət hüququ qeydə alınmışdır. Evin 1/6 hissəsinin mülkiyyətçisi X35, 1/6 hissəsinin mülkiyyətçisi isə X36r. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iş üzrə apelyasiya şikayəti qismən təmin edilməli,Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(060)-1216/2018 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanmalıdır. İlk iddianın rədd edilməsi hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən hazırkı mərhələdə bu hissədə qətnamə MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya baxışının predmeti hesab edilmir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, X47 qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək, İddiaçı1, X52, X53, X46 və X26 əmlakları ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80,9 kv.metrlik 26 saylı evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu zaman T.Ə.Qasımova RX ******* saylı, xx.xx.2015-ci il reyestrdən çıxarışa istinad etmişdir. İşə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməmiş, lakin bu qətnamədən X47 apelyasiya şikayəti verməmişdir. İşdən görünür ki, qətnamədən Tağıyeva (Qasımzadə) Səidə Qasım qızı apelyasiya şikayəti vermis, qətnamənin ilk iddianın təmin edilmiş, qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, qarşılqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş materiallarından görünür ki, RX ******* saylı, xx.xx.2015-ci il reyestrdən çıxarışın verilməsinə əsas olmuş hüquq müəyyənedici sənədlər ilk iddia ərizəsilə mübahisələndirilmiş və məhkəmə kollegiyasının eyni tarixli qərardadı ilə həmin hissədə qətnamə ləğv edilmiş, işin icraatına xitam verilmişdir. Başqa sözlə, RX ******* saylı, xx.xx.2015-ci il reyestrdən çıxarış hazırda qüvvədədir, bu və ya digər şəkildə ləğv olunmamışdır. Bununla belə, mübahisəli evin 1/6 hissəsinin mülkiyyətçisi olmasına baxmayaraq, Tağıyeva (Qasımzadə) Səidə Qasım qızı cavabdehlərin mübahisəli evdən çıxarılmaları ilə bağlı iddia qaldırmamış, bu barədə T.Qasımovanın qarşılıqlı iddiasının rədd edilməsi haqqında məhkəmə qətnaməsini mübahisələndirərək qətnamənin ləğv edilməsini, qarşılqılı iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın təmin edilməməsi barədə məhkəmə aktı S.Tağıyevanın dolayısı ilə maraqlarına toxunsa da, bu iddianı qaldırmış T.Qasımova həmin məhkəmə aktı ilə razılaşmışdır. Lakin məhkəmə kollegiyası izah edir ki, evin paylı mülkiyyətçisi kimi S.Tağıyevanın mülkiyyət hüquqlarını təsdiq edən və hazırda qüvvədə olan reyestrdən çıxarışa istinad edərək məhkəmədə bu barədə ayrıca iddia qaldırmaq hüququ vardır. AR MPM-nin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə qarşılıqlı iddianın təmin edilməməsi barədə məhkəmə qətnaməsindən iddiaçı T.Qasımovanın şikayət verməməsi əsas götürülməlidir və belə olan halda, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanmalıdır. Bununla belə, qətnamənin həmin hissəsini də mübahisələndirən Tağıyeva (Qasımzadə) Səidə Qasım qızına izah olunur ki, bu barədə məhkəmədə ayrıca iddia qaldıra bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5,40 manat dövlət rüsumu apelyantın özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(060)- 1216/2018 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İlk iddia hissəsində işin icraatına xitam verilməsi barədə məhkəmə kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı nəzərə alınsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5,40 manat dövlət rüsumu Tağıyeva (Qasımzadə) Səidə Qasım qızının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Fuad Məmmədov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar