Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2701/2020 05.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-266/2020 saylı qərardadından Cavabdeh1 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-266/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı Cavabdeh1 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, imtina ərizəsinin etibarsız hesab edilməsi və vərəsə kimi tanınması tələbinə dair mülki iş üzrə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi “xxxxxxxx” MMC-nin (********** VÖEN) özgəninkiləşdirilməsi, digər sənədləşdirilmə işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmış, Cavabdeh1 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Şamaxı rayon notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli vərəsəlikdən imtina barədə ərizələrinin etibarsız hesab edilməsi, onun atası X1 və anası X3 qalan onun hissəsinə düşən Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 17 saylı evə və xx.xx.1993-cü il tarixli Şamaxı rayon İçtimai iaşə müəssisələri birliyi ilə Şamaxı rayonu “xxxxxxxx” sahibkar müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən Çuxuryurd kəndində yerləşən “Su sexi” və həmin sexin tikintisi üçün ayrılmış torpaq sahəsinin Şamaxı rayonu “xxxxxxxx” sahibkar müəssisəsinə verilmiş, Çuxuryurd bələdiyyəsi ilə X4 arasında bağlanmış xx xxxx 2001-ci il tarixli, 03 nömrəli torpaqların alqı-satqısına dair akta əsasən 0,5 ha torpaq sahəsinə dair miras əmlaka vərəsə kimi tanınmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək atası X1 və anası X3 qalan onun hissəsinə düşən Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 17 saylı evə və xx.xx.1993-cü il tarixli Şamaxı rayon İçtimai iaşə müəssisələri birliyi ilə Şamaxı rayonu “xxxxxxxx” sahibkar müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən Çuxuryurd kəndində yerləşən “Su sexi” və həmin sexin tikintisi üçün ayrılmış torpaq sahəsinin Şamaxı rayonu “xxxxxxxx” sahibkar müəssisəsinə verilmiş, Çuxuryurd bələdiyyəsi ilə X4 arasında bağlanmış xx xxxx 2001-ci il tarixli, 03 nömrəli torpaqların alqı-satqısına dair akta əsasən 0,5 ha torpaq sahəsinə dair hər hansı əməliyyatın aparılmasına qadağa qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-266/2020 saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtarana kimi ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin və Çuxuryurd bələdiyyəsi ilə X4 arasında bağlanmış xx xxxx 2001-ci il tarixli, 03 nömrəli torpaqların alqı-satqısına dair akta əsasən X5 tərəfindən satın alınmış 0,5 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi, sənədləşdirilmə işlərinin (alqı-şatqı, qeydiyyata alınması, vərəsəlik və s), həmin torpaq sahəsi ilə bağlı hər hansı tikini, söküntü işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi X7 iddianı təmini tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək “xxxxxxxx” MMC-nin (VÖEN **********) özgəninkiləşdirilməsi və cəmiyyətlə bağlı digər əməliyyatların aparılmasına qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin 2(074)-266/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə həmin işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Şamaxı şəhəri, N.Nəcəfov küçəsi, 17 saylı ünvanda yerləşən fərdi yaşayış evinin və Çuxuryurd bələdiyyəsi ilə X4 arasında bağlanmış xx xxxx 2001-ci il tarixli, 03 nömrəli torpaqların alqı-satqısına dair akta əsasən X4 tərəfindən satın alınmış 0,5 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi, sənədləşdirilmə işlərinin (alqı-satqı, qeydiyyata alınma, və s.), həmin torpaq sahəsi ilə bağlı hər-hansı tikinti, söküntüişlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Lakin mübahisə predmeti olan miras qalmış “xxxxxxxx” MMC-nin özgəninkiləşdirilməsi və digər əməliyyatların aparılmasına qadağa qoyulmamışdır. Hazırda Cavabdeh1 notariat və vergi orqanlarına müraciət edərək həmin cəmiyyətiözgəninkiləşdirməyə çalışır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, üzərinə silsilə məhdudiyyətlər qoyulmuş əmlakların miras əmlak olub olmaması araşdırılmadan qərardad qəbul edilmişdir. İddiaçı xx.xx.2001-ci il tarixli, 03 nömrəli torpaqların alqı-satqısınadair akta əsasən 0,5 ha torpaq sahəsinə dair miras əmlaka vərəsə kimi tanınmağı barədə qətnamə çıxarılmasını xahiş etdiyi halda, məhkəmə tərəfindən bu tələb dəqiqləşdirilmədən qanunsuz olaraq olmayan tələb üzrə iddianı təmini tədbiri barədə qərardad qəbul etmişdir. İddia ərizəsi və tələbdən aşkar surətdə müəyyən olunur ki, iddiaçı hüquqi sənədi yalnız aktdan ibarət torpaq sahəsinə dair vərəsəlik hüququnun tanınmasını istəyir. Hüquqi sənədi yalnız aktdan ibarət torpaq sahəsinə vərəsəlik hüququnun tanınması qanunvericiliklə müəyyən edilmədiyi halda, məhkəmə bu halı da araşdırmadan tələsik qərardad qəbul etmişdir. Miras qoyan hesab edilən X4 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İddiaçı “xxxxxxxx” sahibkar müəssisəsinə verilən torpaq sahəsinə vərəsəlik hüququnun tanınmasını tələb edir. Məhkəmə yenə də işin faktiki hallarını araşdırmadan miras qoyanın vəfatından əvvəl, yəni xx.xx.2006-cı il tarixdən onun “xxxxxxxx” sahibkar müəssisəsinin təsisçisiolduğunu, müəssisənin adının isə “xxxxxxxx” MMC olduğunu araşdırmadan miras əmlaklar siyahısına daxil olmayan əmlakın üzərinə həbs qoymaqla, MMCnin sahibkarlıq fəaliyyətinə mane olacaq qərardad qəbul etmişdir. Bu isə “xxxxxxxx” MMC-nin sahibkarlıq hüququnun məhdudlaşdırması ilə nəticələnir və gələcəkdə iddiaçıya qarşı əsassız iddia nəticəsində vurulan ziyanın tələbi üçün əsasdır. İddia üzrə tərəf olmayan “xxxxxxxx” MMCnin əmlakı üzərinə qanunsuz olaraq silsilə məhdudiyyətlər qoyulması da qərardadın tam əsassızlığını təsdiq edir. Özgəninkiləşdirilməsi və digər abstrakt qadağalar və digər görünməyən şəxslərə qadağa qoyulması növbəti qərəzli münasibətin göstəricisidir. “xxxxxxxx” MMC-nin hazırkimülkiyyətçisi və sahibi o deyildir, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Gülnarə İsgəndərovadır. Hazırki qərardadın qəbul edilməsi üçüncü şəxsin hüquqlarına toxunmaqla əsassız iddiaların verilməsi üçün əsasdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi xahiş olunmuşdur. İddiaçı, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şamaxı Regional “Asan xidmət” mərkəzində notariat ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 14 saylı X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlmədiklərindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehinşikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı iddia tələbi Şamaxı rayon notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli vərəsəlikdən imtina barədə ərizələrinin etibarsız hesab edilməsi, onun atası X1 və anası X3 qalan onun hissəsinə düşən Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 17 saylı evə və xx.xx.1993-cü il tarixli Şamaxı rayon İçtimai iaşə müəssisələri birliyi ilə Şamaxı rayonu “xxxxxxxx” sahibkar müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən Çuxuryurd kəndində yerləşən “Su sexi” və həmin sexin tikintisi üçün ayrılmış torpaq sahəsinin Şamaxı rayonu “xxxxxxxx” sahibkar müəssisəsinə verilmiş, Çuxuryurd bələdiyyəsi ilə X4 arasında bağlanmış xx xxxx 2001-ci il tarixli, 03 nömrəli torpaqların alqı-satqısına dair akta əsasən 0,5 ha torpaq sahəsinə dair miras əmlaka vərəsə kimi tanınmağı barədədir. İddiaçı nümayəndəsi X7 iddianın təmini tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək “xxxxxxxx” MMC-nin (********** VÖEN) özgəninkiləşdirilməsi və cəmiyyətlə bağlı digər əməliyyatların aparılmasına qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni təmin edərkən Azərbaycan Respublikası MPM-nin 158-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini tətbiq edib, işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etmək tədbirinə dair ərizənin təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-266/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2701/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2701/2020
05.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver