Məhkəmə qərarları › İş №2(105)-2710/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2710/2020

20.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2710/2020 20.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv olunması və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 2(068)- 45/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xızı Rayon Məhkəməsinin 2(068)-45/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Xaçmaz X3 İdarəsinin «Təbii X2nın pozulması haqqında» xx xxxxxx 2019-cu il tarixli, ******* saylı aktı əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsi və sayğacın dəyəri 91,21 (doxsan bir manat iyirmi bir qəpik) manat pulun Cavabdehnə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov) Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Xızı Rayon Məhkəməsinin 2(068)-45/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı «aktın ləğv olunması və akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilinə quraşdırılmış qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən təbii X2nın pozulması haqqında tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli, ******* saylı aktın ləğv olunması, həmin akta əsasında hesablanmış 216 manat pulun silinməsi və sayğacın dəyəri 91,21 manat pulun Cavabdehnə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, abonent üçün Elster tipli G-4 markalı qaz sayğacı quraşdırılmış, bu sayğacın quraşdırılması ilə bağlı müvafiq akt tərtib edilmiş, aktda sayğacın cə sayğaca vurulan plombun toxunulmazlığına cavabdeh şəxs kimi abonent göstərilmişdir. Xaçmaz RQİİ-nin Xızı xidmət sahəsinin əməkdaşları tərəfindən abonentin istifadəsində olan həmin qaz sayğacı şəbəkədən çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, yoxlama komissiyasının 29/1710-02275-1 saylı rəyinə əsasən həminsayğacın hesablama mexanizminin qapağının üst hissədən əridiyi və deşildiyi müəyyən edilmişdir. Həmin rəy əsasında xx.xx.2019-cu il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın miqdarı 2160 kub metr və ya 216 manat müəyyən edilmişdir. Sayğacın qorunmasına və ona mqdaxiləyə yol verilməməsionə istehlakçı məsuliyyət daşımız, onun həmin məsuliyyəti qaz istehlakçısı kimi müqavilə öhdəliklərindən irəli gəlir. Bu zaman sayğaca müdaxilənin abonent və ya onun səhlənkarlığı nəticəsində başqası tərəfindən törədilməsinin əhəmiyyəti yoxdur. əgər qaz paylayıcısı qaz sayğacına müdaxiləni sübut edərsə bu müdaxilənin abonentin təqsiri üzündən baş verdiyi sübut olunur. Odur ki, Xızı Rayon Məhkəməsinin 2(068)-45/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək iddia ərizəsinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsi, Xızı Rayon Məhkəməsinin 2(068)-45/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı və cavabdehin nümayəndəsi arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 26-22 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı fiziki şəxs arasında sonuncuya aid Xızı rayonu, Sitalçay hərbi hissədə yerləşən mənzilin təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi H.Zeynalabdin rayon Mənzilİstismar Hissəsi 2 saylı Mənzil İstismar Sahəsinin xx xxxxx 2020-ci il tarixli, 61 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 1, mənzil 4-də yaşayır. İşdə olan xx xxxx 2019-cu il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması,quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilində mövcud olmuş G-4 markalı, ******* nömrəli qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İşdə olan Cavabdeh qaz sayğacının yoxlanılması barədə xx xxxxxx 2019-cu il tarixli, MSK-29/1710-02275-1 nömrəli aktından görünür ki, ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilində mövcud olmuş G-4T markalı, ******* nömrəli qaz sayğacına laboratoriyada baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacın hesablama mexanizminin qapağı üst hissədən əriyib və deşilib, hesablama mexanizminin iş prinsipinə müdaxilə edilməsi mümkündür. Hesablama mexanizminin çarxlarından biri qırıldığından sınaq qurğusunda yoxlamaq mümkün olmamışdır. İşdə olan Cavabdeh Xaçmaz X3 İdarəsinin əməkdaşları Həmid Həmidov, Abas Abasov və Elsevər Abuşov tərəfindən tərtib edilmiş «Təbii X2nın pozulması haqqında» xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilində istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacın hesablama mexanizminin plastmas qapağının üst hissədən əriməsi və deşilməsi aşkar olunmuşdur. Müəyyən edilmiş qaz itkisinin dəyərinin ödənilməsi tələb olunmuşdur. İşdə olan Cavabdeh İB Xaçmaz X3 İdarəsinin dəymiş ziyanın bərpasına dair tələbnamədən və hesablanmış dəymiş ziyanın ödənilməsi barədə bildirişdən görünür ki, xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ cəmi 2160 m3 – 216,0 manat təşkil etmişdir. Həmçinin, yeni sayğacın dəyəri olan 91,21 manat məbləğində vəsait iddiaçıdan tələb edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzil üçün quraşdırılmış qaz sayğacı yoxlanılmasını, sayğacın hesablama mexanizminin plastmas qapağının üst hissədən əriməsi və deşilməsi, hesablama mexanizminin iş prinsipinə müdaxilə edilməsinin mümkün olması və bu səbəbdən qaz itkisinin yarandığı aşkar edilərək «Təbii X2nın pozulması haqqında» akt tərtib edilməsini, istehlakçı tərəfindən "X2"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 216,0 manat məbləğində hesablanmaqla abonent bazasına işlənilməsini, yeni sayğacın dəyəri olan 91,21 manat məbləğində vəsaitin iddiaçıdan tələb edilməsini müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80№-li qərarı ilə təsdiq olunmuş “X2” ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80№-li qərarı ilə təsdiq olunmuş “X2”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki işdə də işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının mənzilində deyil, mənzildən kənarda quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yöxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən qaz sayğacındakı pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından, Akt və həmin aktın əsasında istehlakçının abonent hesabına hesablanmış 2160 kub m itirilmiş qazın dəyəri olan 216 manat məbləğində borc abonentin hesabından silinməlidir.Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh sayğacın yararsız vəziyyətə düşməsilə əlaqədar hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, məhz iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan, akt üzrə 216 manat məbləğində borcun hesablanması əsassız olduğu üçün həmin borcun silinməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgündür. “X2”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cü bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi, “X2”-nın 4.9-cu bəndinə görə qaz sayğacının dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) o halda istehlakçının vəsaiti hesabına həyata keçirilir ki, sayğacdakı zədələnmə istehlakçının təqsiri üzündən baş vermiş olsun. Əks halda, qeyd edilən Qaydaların 4.2-ci bəndinə görə məişət qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına dəyişilir. Qeyd edildiyi kimi iddiaçıya məxsus mənzildə qaz sayğacının zədələnməsində iddiaçının hər hansı təqsiri yoxdur və yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 91,21 manat məbləğində pul iddiaçıdan tələb edilə bilməz və sayğacın dəyişdirilməsi qaz paylayıcısın vəsaiti hesabına dəyişilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş ******* nömrəli aktın ləğvi edilməsi hissəsində iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, həmin aktda sayğacın hesablama mexanizminin plastmas qapağının üst hissədən əriməsi və deşilməsi faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdehin nümayəndəsi apelyasiya şikayətində akt tərtib olunmuş ünvan üzrə borcun iddiaçı tərəfindən yarandığını sübut edə bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Xızı Rayon Məhkəməsinin 2(068)-45/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xızı Rayon Məhkəməsinin 2(068)-45/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ndən dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar