Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2714/2020 14.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakları ilə Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-318/2020 saylı qətnaməsindən cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi N.V.Əhmədovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-318/2020 saylı qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair idda təmin edilib, “xxxxxxxx” ASC tərəfindən İddiaçı hesablanmış 926,77 manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi N.V.Əhmədov apelyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-318/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, Şabran rayonu, Qələgah kəndində yaşayır və abunə kodu **********00020 olmaqla elektrik enerjisi istehlakçısıdır. Hər ay bütün kommunal ödənişləri işıq pulu da daxil olmaqla vaxtıvaxtında ödəmişdir. Onun “xxxxxxxx» ASC-yə borcu yoxdur. Lakin, «xxxxxxxx» ASC Şimal RETSİ X3 tərəfindən ona xx.xx.2016-cı il tarixə 406.60 manat məbləğində borcunun olduğu göstərilmişdir. Bununla əlaqədar o, «xxxxxxxx ASC» Şimal RETSİ X1 rəhbərliyinə müraciət edərək qeyd olunan məsələnin aydınlaşdırılmasını xahiş etmişdir. Lakin, onun müraciəti araşdırılaraq cavablandırılmamış və əlavə olaraq xx.xx.2019-cu il tarixdə ona «xxxxxxxx ASC» Şimal RETSİ X3 tərəfindən yenidən xəbərdarlıq məktubu göndərilərək istifadə edilmiş elektrik enerjisinə görə xx.xx.2019-cu il tarixə 926.77 manat məbləğində borcunun olduğu göstərilmişdir. Onun üçün hər ay nə qədər elektrik enerjisindən istifadəyə görə ödəniləcək məbləğ hesablanmışdırsa o, həmin məbləğləri vaxtında ödəmişdir. Əgər onun 4 il ərzində «xxxxxxxx» ASC-yə borcu olmuşdursa cavabdeh onu məhkəməyə verərək borcunu bu 4 il ərzində tələb edə bilərdi. Ona görə də, «xxxxxxxx» Şimal RETSİ X3 tərəfindən ona əsassız olaraq hesablanmış 926.77 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi N.V.Əhmədov verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı qeyd olunan yaşayış evində elektrik enerjisindən istifadə etməklə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alğı-satqı münasibətində olmuşdur. Buna görə də, iddiaçı elektrik enerjisindən EEİQ-nin tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.1-ci maddəsinin tələbinə əsasən istehlakçı sərəncamdakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərinin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. İddiaçının elektrik enerjisindən istifadəyə görə xx xxxxxx 2020-ci il tarixə enerjitəchizatı müəssisəsinə 845,92 manat məbləğində borcu vardır. Həmin bocun 351,42 manat hissəsi xx xxxx 2015-ci il tarixədək, lektrik hesabat sayacı əsasında yaranmışdır. Yaranmış borcun 71,34 manat hissəsi işlədicilərin gücünə görə orta sərfiyyata əsasən, 104,46 manat hissəsi R 017654 saylı, 141,90 manat hissəsi R 102296 saylı EEİQ pozulması barədə tətib edilmiş aktlara əsasən hesablanmışdır. Bocun 122,16 manat hissəsi isə elektrik heabat sayğacı əsasında yaranmış borcdur ki, həmin borcun silinməsi və mübahisələndirilməsi üçün qanunla heç bir hal nəzərdə tutulmamışdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış və cavabdehin 926,77 manat borcunun silinməsi öhdəliyini qoymuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi N.V.Əhmədov apelyasiya şikayətini müdafiə edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında «xxxxxxxx» ASC-nin **********00020 saylı abunə haqqında bildirişdən görünür ki, İddiaçı «xxxxxxxx» ASC-nə 845.92 manat elektrik enerjisinə görə borcu vardır. xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixə olan 926.77 manat məbləğində elektrik enerjisinə görə borcunun ödənilməsi barədə «xxxxxxxx» ASC tərəfindən xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etdikdə hesab etmişdir ki, «xxxxxxxx» ASC tərəfindən İddiaçı məxsus Şabran rayonu, Qələgah kəndində yerləşən yaşayış evinə 926.77 (doqquz yüz iyirmi altı manat 77 qəpik) manat məbləğində elektrik enerjisindən istifadə ilə bağlı hesablanmış borc məbləği əsassızdır və həmin məbləğ onun abunə hesabından silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmayaraq nəzərə alır ki, iddiaçının abunə hesabında elektrik enerjisindən istifadə ilə bağlı 804,61 manat məbləğində borcun mövcudluğu əksini tapsa da, iddia tələbi 926,77 manat həcmində təmin edilmiş məhkəmənin gəldiyi nəticənin əsaslandırılması qətnamədə əksini tapmamışdır. «Elektrik enerjisidən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin «Qaydalar»ın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alğı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin «Qaydalar»ın 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Həmin «Qaydalar»ın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, elektirik enerjisinin istifadə edilməsi üçün abonentlə elektrik enerjisinin verilişini təmin edən təşkilat arasında alğı-satqı müqaviləsi bağlanılmalı, abonent tərəfindən elektrik enerjisinin istifadə qaydaları pozulduqda elektrik enerjisinin verilişini təmin edən təşkilat tərəfindən 2 şahidin iştirakı ilə müvafiq akt tərtib olunmalıdır. Sadalanan normativ hüquqi aktın tələblərindən də göründüyü kimi, elektrik enerjisindən istifadə ilə bağlı abonentə hesablanmış borc məbləğinin haradan yaranması və nədə ifadə olunması barədə cavabdeh təşkilat tərəfindən abonentə məlumat verilməlidir. Belə məlumat olmadığı halda əsassız sərfiyyatın hesablanması və abnentdən tələb edilməsi istehlakçının hüquqlarının kobud şəkildə pozulamsına gətirib çıxardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Sadalanan halları nəzərə alan məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddiaçıya işıq sərfiyyatına görə EEİQ-nin pozulması barədə tətib edilmiş aktlara əsasən əsassız hesablanmış borc 804,61 manat təşkil edir. Silinməsi tələb edilən 926,77 manat borcun (926,77 – 804,61 = 122,16) 122,16 manat hissəsi isə elektrik hesabat sayğacı əsasında yaranmış borcdur ki, sərfiyyat üzrə hesablanmış borc məbləği təşkil edir ki, həmin məbləğ hissəsində iddia tələbi birinci instnsiya məhkəməsi tərəfindən təmin edilə bilməzdi. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tələbi tam təmin edərək 122,16 manat elektrik heabat sayğacı əsasında yaranmış borcun silinməsi hissəsində səhv nəticəyə gəlmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissədə apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi N.V.Əhmədovun verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-318/2020 saylı qətnaməsi qismən – 122 (yüz iyirmi iki) manat 16 (on altı) qəpik elektrik hesabat sayğacı əsasında yaranmış borcun silinməsi hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə – « cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı hesablanmış 804 (səkkiz yüz dörd) manat 61 (altmış bir) qəpik məbləğində borc silinsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2714/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2714/2020
14.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver