Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2717/2020 01.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Nemətulla oğlunun iştirakı ilə, İddiaçı Nemətulla oğlunun cavabdehlər Cavabdeh MMCyə və X2 qarşı əqdin etibarsız hesab edilməsi və özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-344/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Nemətulla oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin 2(031)-344/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-nə qarşı əqdin etibarsız hesab edilməsi və özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Sumqayıt «ASAN» xidmət mərkəzində onun ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2395 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, reyestrdə 4Ə-2394 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2392 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə2393 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, xx.xx.2018-ci il tarixli, reyestrdə 3M878 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqaviləsinin, xx.xx.2018-ci il tarixli, reyestrdə 3M-877 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələrdə nəzərdə tutulan əmlakların Cavabdeh MMC-nin qanunsuz sahibliyindən geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı əlavə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt «Asan» xidmət mərkəzində onun ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2395 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2394 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə2392 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2393 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, xx.xx.2018-ci il tarixli, reyestrdə 3M-878 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqaviləsinin, xx.xx.2018-ci il tarixli, reyestrdə 3M-877 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqaviləsinin, xx.xx.2018-ci il tarixli, reyestrdə 3M-879 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilədə nəzərdə tutulan əmlakların Cavabdeh MMC-nin qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Cavabdeh MMC tərəfindən aldadılaraq xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2395 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Şabran rayonu, Aygünlü kəndi ərazisində yerləşən 1.1487 ha torpaq sahəsini, xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2394 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Şabran rayonu, Gəndob kəndi ərazisində yerləşən 5.539 ha torpaq sahəsini, xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2392 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Şabran rayonu, Gəndob kəndi ərazisində yerləşən 2.4161 ha torpaq sahəsini, xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2393 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Şabran rayonu, Gəndob kəndi ərazisində yerləşən 5.54 ha torpaq sahəsini, xx.xx.2018-ci il tarixli, reyestrdə 3M-878 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqaviləsi əsasında Şabran rayonu, Gəndob kəndi ərazisində yerləşən 10.0 ha torpaq sahəsinə dair icarə hüququnu, xx.xx.2018-ci il tarixli, reyestrdə 3M-877 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqaviləsi əsasında Şabran rayonu, Aygünlü kəndi ərazisində yerləşən 6.00 ha torpaq sahəsinə dair icarə hüququnu, xx.xx.2018-ci il tarixli, reyestrdə 3M-879 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqaviləsi əsasında Şabran rayonu, Aygünlü kəndi ərazisində yerləşən 4.00 ha torpaq sahəsinə dair icarə hüququnu Sumqayıt «ASAN» xidmət mərkəzində Cavabdeh MMC-yə satmışdır. Cavabdeh gələcəkdə birlikdə iş görmək adı ilə onu aldatmış, lakin bu günə qədər verdiyi vədi yerinə yetirməmişdir. Həmin torpaq sahələrinin üzərində tərəfindən meyvə bağları salınmış və torpaq sahələri satılan xxxx üzərində meyvə bağları mövcud olmuşdur. Müqavilələrdə pul məbləgləri formal şəkildə göstərilmiş, ona heç bir manat da olsun pul ödənilməmişdir. Alqı-satqı müqavilələrinə əsasən guya ona ödənilən məbləğlər torpaq sahələrinin həqiqi dəyərini belə ifadə etmir. Torpaq sahələri real dəyər əsasında satılmış olsaydı torpağın pulu bank hesabına köçürmə olunmaqla ödənilməli idi. Göründüyü kimi əqd bağlanan xxxx Cavabdeh MMC tərəfindən aldadılmışdır. Hal-hazırda əmlaklarından məhrum olmuşdur. Cavabdeh MMC müqavilənin ləğvindən imtina edir. Ona görə də həmin əqdlər etibarsız hesab edilməli, Cavabdeh MMC-nin qanunsuz sahibliyində olan həmin müqavilələrdə nəzərdə tutulan əmlaklar Cavabdeh MMC-nin qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır. Ona görə də məcbur olub əqdin etibarsız hesab edilməsi və özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Vəkil sorğusu əsasında əldə edilmiş və məhkəməyə təqdim edilmiş «X5» MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, QR 039 saylı qiymətləndirmə rəyindən də görünür ki, Şabran rayonu, Aygünlü kəndində yerləşən 1 ha torpaq sahəsinin 1 sotu məhsulla birlikdə 600-650 manat olmaqla 1 ha təxminən 60000-65000 min manat civarındadır. Şabran rayonu, Aygünlü kəndində ərazidən asılı olaraq torpağın bir sotu təxminən 250-300 manat civarındadır. Şabran rayonu, Aygünlü kəndində yerləşən meyvə bağı masivində 11.1487 hektar ərazisinin 1.1487 ha ərazisində 752 ədəd heyva ağacı, 10 ha ərazisində isə 20000 alma ağacı olmaqla, ümumilikdə 11.1487 ha torpaq sahəsində 20,752 meyvə ağacları mövcuddur. Vəkil sorğusu əsasında əldə edilmiş və məhkəməyə təqdim edilmiş «X5» MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, QR 038 saylı qiymətləndirmə rəyindən də görünür ki, Şabran rayonu, Gəndob kəndində yerləşən 1 ha torpaq sahəsinin 1 sotu məhsulla birlikdə 600-650 manat olmaqla 1 ha təxminən 60000-65000 min manat civarındadır. Şabran rayonu, Gəndob kəndində ərazidən asılı olaraq torpağın bir sotu təxminən 250-300 manat civarındadır. Şabran rayonu, Gəndob kəndində yerləşən 23.4951 hektar meyvə bağı massivində ərazinin 10 ha ərazisində 20000 ədəd alma ağacı, 13.4951 ha ərazisində isə 8906 heyva ağacı olmaqla, ümumilikdə 23.4951 ha torpaq sahəsində 28.906 meyvə ağacı mövcuddur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Şabran Rayon Məhkəməsinin 2(031)-344/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Şabran Rayon Məhkəməsinin 2(031)- 344/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh MMC-nin direktoru X1 nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2395 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Şabran rayonu, Aygünlü kəndi ərazisində yerləşən 1.1487 ha torpaq sahəsini, xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2394 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Şabran rayonu, Gəndab kəndi ərazisində yerləşən 5.539 ha torpaq sahəsini, xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2392 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Şabran rayonu, Gəndab kəndi ərazisində yerləşən 2.4161 ha torpaq sahəsini, xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2393 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Şabran rayonu, Gəndab kəndi ərazisində yerləşən 5.54 ha torpaq sahəsini, xx.xx.2018-ci il tarixli, reyestrdə 3M-878 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqaviləsi əsasında Şabran rayonu, Gəndab kəndi ərazisində yerləşən 10.0 ha torpaq sahəsinə dair icarə hüququnu, xx.xx.2018-ci il tarixli, reyestrdə 3M-877 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqaviləsi əsasında Şabran rayonu, Aygünlü kəndi ərazisində yerləşən 6.00 ha torpaq sahəsinə dair icarə hüququnu, xx.xx.2018-ci il tarixli, reyestrdə 3M-879 nömrə ilə qeyd edilən icarə hüququ alqı-satqı müqaviləsi əsasında Şabran rayonu, Aygünlü kəndi ərazisində yerləşən 4.00 ha torpaq sahəsinə Sumqayıt ASAN xidmət mərkəzində Cavabdeh MMC-yə satmışdır. Müqavilələrdə tam aydın şəkildə göstərmişdir ki, satıcı pulunu almaqla alqı-satqı əməliyyatı etmişdir. Həmin müqavilələr bağlanarkən tərəflərə heç bir təzyiq göstərilməmiş, müqavilə tərəflərin razılığı əsasında bağlanmışdır. Müqavilələr Mülki Məcəllənin tərəblərinə uyğun tərtib edilmiş, hətta müqavilələrlə bağlı 1 il müddətində şikayət verilə bilərdi, lakin şikayət verilməmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı barəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırma aparılıb. Araşdırmanın səbəbi bu olub ki, iddiaçı “xxxx” MMC adlı müəssisə təsis edib, həm alıcı, həm də satıcı olmaqla torpaqları mənimsəyib. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin 2(031)-344/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə üçüncü şəxs X10 Xidmət Mərkəzicavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehinın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakıçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Şabran rayon Məhkəməsinin 2(031)-344/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında Şabran rayonu, Gəndab kəndi ərazisində yerləşən 5.54 ha torpaq sahəsinin alınmasına dair xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2393 nömrə ilə qeyd edilən alqı-satqı müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Şabran rayonu Gəndab kəndi ərazisində yerləşən 5.54 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında Şabran rayonu, Gəndab kəndi ərazisində yerləşən 5.539 ha torpaq sahəsinin alınmasına dair xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2394 nömrə ilə qeyd edilən alqı-satqı müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Şabran rayonu Gəndab kəndi ərazisində yerləşən 5.539 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında Şabran rayonu, Gəndab kəndi ərazisində yerləşən 2.4161 ha torpaq sahəsinin alınmasına dair xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2392 nömrə ilə qeyd edilən alqı-satqı müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Şabran rayonu Gəndab kəndi ərazisində yerləşən 2.4161 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında Şabran rayonu, Aygünlü kəndi ərazisində yerləşən 1.1487 ha torpaq sahəsinin alınmasına dair xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2395 nömrə ilə qeyd edilən alqı-satqı müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Şabran rayonu Aygünlü kəndi ərazisində yerləşən 1.1487 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş xx xxxx 2018-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə (Cavabdeh MMC-nin adından) X3 arasında Şabran rayonu, Aygünlü kəndi ərazisində yerləşən 10.0 ha torpaq sahəsinin icarə hüququnun alqı-satqı müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Şabran rayonu Gəndab kəndi ərazisində yerləşən 10.0 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş xx xxxx 2018-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə (Cavabdeh MMC-nin adından) X3 arasında Şabran rayonu, Aygünlü kəndi ərazisində yerləşən 6.0 ha torpaq sahəsinin icarə hüququnun alqı-satqı müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Şabran rayonu Aygünlü kəndi ərazisində yerləşən 6.0 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş xx xxxx 2018-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə (Cavabdeh MMC-nin adından) X3 arasında Şabran rayonu, Aygünlü kəndi ərazisində yerləşən 4.0 ha torpaq sahəsinin icarə hüququnun alqı-satqı müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Şabran rayonu Aygünlü kəndi ərazisində yerləşən 4.0 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş «X5» MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli QR 039 saylı qiymətləndirmə rəyindən görünür ki, Şabran rayonu Aygünlü kəndində yerləşən meyvə bağı masivində 11.1487 ha ərazisinin, x xxxxxxx 2000 ağac mövcuddur. Həmin sahənin 1.1487 ha ərazisində, 752 ədəd heyva ağacı, 10 ha ərazisində isə 20000 alma ağacı olmaqla, ümumilikdə 11.1487 ha torpaq sahəsində 20,752 meyvə ağacıları təşkil edir. İşə əlavə edilmiş «X5» MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli QR 038 saylı qiymətləndirmə rəyindən görünür ki, Şabran rayonu Gəndov kəndində yerləşən 23.4951 hektar meyvə bağı masivində ərazisinin, x xxxxxxx 2011 ağac mövcuddur. Həmin sahənin 10 ha ərazisində 20000 ədəd alma ağacı, 13.4951 ha ərazisində isə 8906 heyva ağacı olmaqla, ümumilikdə 23.4951 ha torpaq sahəsində 28.906 meyvə ağacı mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o xxxx ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu xxxx bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə daşınmaz əmlakların həqiqi dəyərindən aşağı qiymətə satılması ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Müddəadan göründüyü kimi alqı-satqının müqaviləsinin predmetini təşkil edən əmlakın qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyənləşdirilir və qanunvericilik qiymətlə bağlı hər hansı imperativ norma təsbit etməmişdir. Bu isə o deməkdir ki, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən müəyyənləşdirilmiş satış qiyməti tərəflərin iradəsi əsasında formalaşdığından həmin müqavilələrin etibarsız hesab edilməsinə zəmin yaratmır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları xxxx cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları xxxx arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni xxxxda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. İş materiallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh MMC arasında Sumqayıt «ASAN xidmət» mərkəzində xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə-2395, 4Ə-2394, 4Ə2393 və 4Ə-2392 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqavilələri, xx.xx.2018-ci il tarixli, reyestrdə 3M-879, 3M-878 və 3M-877 nömrə ilə qeyd edilən icarə hüququnun alqı-satqı müqavilələri ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, Mülki Məcəllənin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsində qey edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı “əqdin etibarsız hesab edilməsi və özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı xxxxı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. “İnsan hüquqlarının və X6 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun ıfjjulki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. "İnsan hüquqlarının və X6 haqqında" Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qanunun bu göstərişləri hər şeydən əvvəl hüququn ancaq öz sosial təyinatına müvafiq həyata keçirilməli olduğu prinsipindən irəli gəlir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin Qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, apelyant apelyasiya şikayətlərinin dəlillərini əsaslandıra bilməmişdir. Bundan başqa müəyyən olunur ki, apelyasiya şikayətində qeyd olunan dəlillərə məhkəmə qətnaməsində qiymət verilmiş, iş materialları ilə təkzib edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X9rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu normaların tələblərindən çıxış edərək, işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmuu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Şabran rayon Məhkəməsinin 2(031)-344/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyeva
Məhkəmə qərarları › İş №2(105)-2717/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2717/2020
01.12.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver